595
qüsurlarını görməkdə, ona nəzarət etməkdə çətinliklər meydana
çıxır.
Təcrübə göstərir ki, müəllim, xüsusilə təzəcə fəaliyyətə
başlayan müəllim heç də həmişə qarşıya kommunikativ peda-
qoji məqsəd qoyub onu dərk etmir, daha doğrusu, qarşıya
qoyduğu məqsəd sistemində ünsiyyəti təsəvvürünə gətirə bil-
mir, şagirdlərin şəxsiyyətini öyrənməyi bacarmır, stereotip
qiymətləndirmədən istifadə edir və buna müvafiq olaraq bütün
siniflərdə yaş fərqindən asılı olmayaraq monoton ünsiyyətə
gətirib çıxaran eyni cür qarşılıqlı təsir vasitəsindən istifadə
edir, heç də həmişə ayrı-ayrı şagirdlərlə ünsiyyətdəki çətinliyi
təsəvvür edə bilmir, sinfi ələ almaqda çətinlik çəkir, şagirdin
sinifdə və ailədə nə kimi qeyri-formal rolu yerinə yetirdiyini
bilmir, düzgün olmayan, mövcud şəraitlə uyğun gəlməyən pe-
daqoji rəhbərlik üslubunu tətbiq edir və s.
Ümumiyyətlə müəllimin öz fəaliyyətində qarşılaşdığı
prinsipial psixoloji çətinlikləri ümumiləşdirmiş olsaq onların
aşağıdakılardan ibarət olduğunu söyləyə bilərik: müəllim
şagirdi bütövlükdə öz inkişaf perspektivində qavraya bilmir, öz
əməyini pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət və şəxsiyyətlə
vəhdətdə olan bir tam kimi görə bilmir, onları “müəllim-
şagird” sistemi çərçivəsinə keçirə və qiymətləndirə bilmir.
Müəllim üçün daha geniş yayılmış və xarakterik çətinlik
şagirdlərin psixi vəziyyətini və özünün pedaqoji fəaliyyət və
ünsiyyəti səviyyəsinin diaqnostikasını verə bilməməkdən
ibarətdir.
Ümumiyyətlə
götürdükdə
müəllimin
psixoloji
çətinlikləri, onun müəyyən pedaqoji şəraitdə həyata keçirdiyi
fəaliyyət zamanı təzahür edən gərginlik vəziyyəti ilə müəyyən
edilir. Bu cəhəti nəzərə alaraq psixoloji ədəbiyyatda çətinliyin
yaranma səbəbinin xarakteri ilə bağlı üç ümumi tipi
müəyyənləşdirilmişdir:
1. Xarici səbəblərdən irəli gələn psixoloji çətinlik (Ç
1
).
Bu cür çətinlik, adətən, pedaqoji situasiyanın obyektiv çətinliyi
596
nəticəsində yaranır və pedaqoji vəzifənin həyata keçirilməsinin
uyğun (adekvat) vasitələrinin olmaması ilə şərtlənir.
2. Daxili səbəblərdən irəli gələn psixoloji çətinlik (Ç
2
).
Bu cür çətinliklər müəllim şəxsiyyətinin fərdi xüsusiyyəti,
motivləşməsi, özünüqiymətləndirməsi, əhvalları ilə şərtlənir.
Həmin daxili amillər konkret pedaqoji məsələnin həllinə təsir
göstərir.
3. Daxili səbəblərdən törəmiş xarici səbəblərlə şərtlənən
psixoloji çətinliklər (Ç
3
). Daxili səbəblərlə şərtlənən çətinliklər
müəllimin pedaqoji situasiyasını qavrama və təsəvvür etməsini
təhrif edir, nəticədə müəllimdə yalançı problem yaranır, o, öz
qarşısına uyğun olmayan məqsəd qoyur və şəraitə uyğun ol-
mayan məsələni həll edir.
Adətən, müəllim daima şagirdlərlə, bütövlükdə siniflə
münasibətdə olur, həmin münasibətlər onun təlim, tərbiyə,
təşkilati proseslərindəki praktik fəaliyyətində inkişaf edir. Pro-
sesi təmin etmək üçün müəllimin pedaqoji fəaliyyət zamanı baş
verən çətinliklərin qarşısını almağa imkan verən münasibətləri
yaratmağa hazır olması zəruridir. Müəllimdə isə bu cür zəruri
qabiliyyət, bacarıq və vərdişlərin olmaması işdə qüsurlara, arzu
olunmayan çətinliklərin baş qaldırmasına gətirib çıxarır.
Qeyd olunan psixoloji çətinliklərin hər biri (hər tip
çətinlik) o birisindən fərqləndiyi kimi, onları aradan qaldırmaq,
bu sahədə müəllimə təsir formaları da müxtəlif olmalıdır.
Psixoloqlar
pedaqoji
fəaliyyət
zamanı
müəllimin
qarşılaşdığı psixoloji çətinliyin tipindən asılı olaraq aşağıdakı
təsir formalarından istifadənin vacibliyini qeyd edirlər:
1) Xarici səbəblərdən irəli gələn psixoloji çətinlik baş
verdikdə öyrədici formadan, təlim və ya özünütəlimdən istifadə
olunması
(müəllimin
biliyindəki
çatışmazlığı
aradan
qaldırmaq).
2) Daxili səbəblərdən irəli gələn psixoloji çətinlik baş
verdikdə psixoterapevtik formadan istifadə etmək, gərginliyin
götürülməsi üçün lazımi şəraitin yaradılması (müəllimlə psix-
597
oloji iş).
3) Daxili səbəblərdən törəmiş xarici səbəblərlə şərtlənən
psixoloji çətinlik baş verdikdə psixotexniki formadan istifadə
etmək,
əməyin
səmərəliliyini
yüksəltmək
məqsədilə
müəllimlərin mövqelərini dəqiqləşdirmək üçün yaranmış
problemlə əlaqədar məktəb müəllimlərinin birgə işi (uyğun pe-
daqoji təsir vasitələrinin tapılması və yaradılması).
Müəllimin pedaqoji mərifəti. Pedaqoji ünsiyyət zamanı
müəllimin pedaqoji mərifəti onun şəxsiyyətinin ən dəyərli və
pedaqoji fəaliyyət üçün zəruri olan keyfiyyəti hesab olunur.
Pedaqoji mərifət müəllimin özünə qarşı gənclərin rəhbəri,
tərbiyəçisi kimi sosial gözləmələri adekvat qavrama əsasında
qurulan davranışdır. Müəllimin pedaqoji mərifəti onu
şagirdlərlə, onların valideynləri ilə, müəllim yoldaşları ilə
düzgün münasibət saxlaya bilmək bacarığı və həddini
aşmamasında təzahür edir. Təcrübə göstərir ki, pedaqoji
mərifətin gözlənilməməsi pedaqoji ünsiyyətin pozulması ilə
yanaşı pedaqoji fəaliyyətin əsas məqsədini həyata keçirməyə
mane olur, müəllimlə şagirdlər arasında
münaqişənin
yaranmasına gətirib çıxarır.
Pedaqoji mərifət müəllimin davranışında həlledici yer tu-
tur. Pedaqoji mərifətə malik olmayan müəllim öz şagirdlərinin
gözündən asanlıqla düşür, onların hörmətini qazana bilmirlər.
Xüsusilə yenicə pedaqoji fəaliyyətə başlayan günü müəllim
məhz həmin keyfiyyətlərin olmaması üzündən çox vaxt özündə
öz gücünə inam hiss etmir.
Pedaqoji mərifətin mühüm cəhətlərindən müəllimin
şagirdlərə, uşaq
kollektivinə
düşünülmüş
və
diqqətli
münasibəti, çıxarılan qərarlarda ehtiyatlılıq, şagirdin mənliyinə
toxunmamaq və s. qeyd etmək olar.
Pedaqoji mərifət öz-özünə biruzə vermir. O, müəllimin
gündəlik fəaliyyətində, işində özünü göstərir. Müəllim şagird
kollektivi ilə, onların təlim və tərbiyəsi ilə məşğul olur. Bu za-
man şagirdlərin təlim müvəffəqiyyətini, davranış tərzini
Dostları ilə paylaş: |