598
qiymətləndirməli olur. Burada isə istər-istəməz onun pedaqoji
mərifəti təzahür edir.
Şagirdin fəaliyyətini pedaqoji cəhətdən düzgün qiy-
mətləndirmək həmin fəaliyyət prosesinə əsaslı təsir göstərir.
Ona görə də müəllim öz şagirdlərinin təlim müvəffəqiyyətini,
onun davranış tərzini düzgün qiymətləndirməyi bacarmalıdır.
Bunun üçün isə, o, şagirdlərin bilik, bacarıq və vərdişlərinin
həqiqi səviyyəsini, onların davranış tərzini, işə münasibətinin
xüsusiyyətlərini dəqiq müəyyənləşdirməlidir. Məktəb təcrübəsi
göstərir ki, şagird öz bilik, bacarıq səviyyəsinin düzgün
qiymətləndirilməsini gördükdə öz imkanlarını anlayır, qüvvətli
və zəif cəhətlərini başa düşür, daha çox müvəffəqiyyət əldə
etmək üçün səy göstərir.
Müəllimin şagirdə yanaşması, ona müraciət tərzi onun bi-
lik və davranışının qiymətləndirilməsində mühüm rol oynayır.
Adətən, şagirdlər tələbkar, eyni zamanda onların mənliyinə
toxunmayan, onlara hörmət edən müəllimi sevirlər. Bu cür
müəllimin şagirdin bilik səviyyəsini və davranış tərzini düzgün
qiymətləndirməsi onun gələcək fəaliyyətinə düzgün istiqamət
verir.
Pedaqoji mərifətə malik olan müəllim sürətlə dəyişən pe-
daqoji şəraitə uyğunlaşmağı, mövcud şəraiti qiymətləndirməyi,
düzgün qərar qəbul etməyi bacarır. Bunun üçün isə müəllim
təkcə faktları qavramağı və qiymətləndirməyi bacarmaqla
kifayətlənməməlidir,
eyni
zamanda
yüksək
mərifət,
dözümlülük və özünü ələ ala bilmək imkanına malik olmalıdır.
Pedaqoji mərifətə yiyələnən müəllim şagirdlə harada,
necə danışmağın tərzini də bilir, bunu düzgün seçməyi bacarır.
Ona görə də müəllimin apardığı iş səmərəsiz qalmır.
Müəllimin pedaqoji mərifəti onun ümumi əxlaqi
keyfiyyətlərindən, şagirdlə ünsiyyət zamanı pedaqoji etika
qanunlarını nəzərə almasından çox asılıdır.
Pedaqoji ünsiyyətin pozulması və pedaqoji mərifətin
599
gözlənilməməsi nəticəsində müəllimlə şagirdlər arasında
qarşılıqlı təsir prosesində məna maneələri yarana bilir. Bu cür
maneələr şəxsiyyətlərarası münaqişələrin mənbələrindən birini
təşkil edir. Təcrübə göstərir ki, müəllimə qarşı məna maneəsi
yaranan şagirdlər həmin müəllimin heç bir tələbinə əməl etmək
istəmir. Adətən, uşaqların daha çox küsəyən və tez özündən
çıxan dövrü olan yeniyetməlik dövründə məna maneəsi daha
tez yaranır, daha parlaq təzahür edir və çətinliklə aradan
qaldırılır. Ona görə də müəllim öz ünsiyyətini elə təşkil
etməlidir ki, məna maneəsinin yaranması ilə nəticələnməsin.
VI.25.4.Şagird şəxsiyyəti və sinif kollektivinin
öyrənilməsi və onlara psixoloji xarakteristika
tərtibinin prinsipləri. Dərsin psixoloji təhlili
Şagird şəxsiyyətini hərtərəfli inkişaf etdirmək və sinif kol-
lektivini təşkil etmək üçün birinci növbədə onları hərtərəfli
öyrənmək lazımdır. Bu tələbi həyata keçirmədən müəllim öz
qarşısında duran vəzifəni müvəffəqiyətlə həyata keçirməyə nail
ola bilməz. Ona görə də müəllim bir növ tədqiqatçılıq
qabiliyyətinə malik olmalı, bu qabiliyyətin köməyi ilə
şagirdlərini, onların daxil olduqları sinif kollektivini öyrənməli,
onlar haqqında zəruri biliyə malik olmalıdır. Təcrübə göstərir
ki, müəllimin, sinif rəhbərinin öz şagirdlərini, sinif kollektivini
öyrənmək əsasında tərtib etdiyi psixoloji-pedaqoji xarakteristi-
ka şəxsiyyətin formalaşmasını idarə etməkdə ona lazımi im-
kanlar yaradır. Bu cür xarakteristikanın tələb edilən səviyyədə
olması üçün onun tərtibi zamanı müəyyən prinsiplərə, tələblərə
əməl olunmalıdır.
Gələcək müəllimin bu sahədə müəyyən təcrübəyə malik
olması, pedaqoji təcrübə zamanı ayrı-ayrı şagirdlər və sinif kol-
lektivi üzərində müşahidəni necə təşkil etmək və bunun
əsasında psixoloji-pedaqoji xarakteristika tərtibi bacarığına
600
yiyələnməsi zəruridir.
Şagird şəxsiyyətinin, eləcə də sinif kollektivinin yararlı
psixoloji-pedaqoji xarakteristikasını tərtib etmək üçün müəllim
– təcrübəçi birinci növbədə şagird və sinif kollektivi haqqında
kifayət qədər məlumata malik olmalıdır. Bu məlumatı əldə
etmək üçün müasir psixologiyanın tədqiqat metodlarından,
xüsusilə müşahidə və müsahibə metodundan geniş istifadə
edilməlidir. Həmin metodların köməyi ilə əldə edilən faktlar
mütləq gündəlik şəklində qeyd olunmalıdır. Əks təqdirdə
yalnız hafizəyə istinad edilərək tərtib olunan xarakteristikada
bəzən zəruri cəhətlər, detallar nəzərdən qaçır. Şagirdin və ya
sinif kollektivinin öyrənilməsi nəticəsində əldə edilən material
ciddi təhlil edildikdən sonra sistemləşdirilir. Xarakteristikanın
əsas məqsədi şagird şəxsiyyətinin əsas cəhətlərini açmaq, onun,
əlamətlərinin, keyfiyyətlərinin
və
təzahürünün
ümumi
istiqamətini göstərməkdən ibarətdir. Xarakteristikada şagirdin
bir fərd kimi özünəməxsus xüsusiyyətləri öz əksini tapmalıdır.
Belə olduqda həmin şagirdlə gələcəkdə aparılacaq təlim-tərbiyə
işinin proqramını müəyyənləşdirmək mümkün olur. Xarak-
teristikada irəli sürülən hər bir fikir yaxşı əsaslandırılmalı,
şagird şəxsiyyətində və sinif kollektivində baş verən
dəyişikliklər burada öz əksini tapmalıdır. Bunun üçün şagirdi
və ya sinif kollektivini müxtəlif vəziyyətlərdə öyrənmək,
kifayət qədər tutarlı və bir-birini tamamlayan faktlar əldə
etmək lazımdır. Təsadüfən təzahür edən bir hərəkətə, bir
davranış tərzinə əsasən şagird şəxsiyyətini və sinif kollektivini
xarakterizə etmək səmərəli nəticə vermir. İmkan daxilində
müşahidə zamanı əldə edilmiş faktın əsaslı olub-olmamasını
müsahibə, sadə eksperimentlərdən istifadə etməklə yoxlamaq
lazımdır. Çalışmaq lazımdır ki, əldə olunmuş faktlar şagird
şəxsiyyətinin və sinif kollektivinin tipik xüsusiyyətlərini,
dəyişmə və inkişafını əks etdirsin. Şagird şəxsiyyətinə aid
tərtib olunmuş xarakteristikada şagird şəxsiyyətində hansı
keyfiyyəti, əlaməti və təzahür xüsusiyyətini inkişaf etdirməyin,
Dostları ilə paylaş: |