271
yönəlişliyi mühüm rol oynayır. Məsələn, qorxu ilə bağlı yara-
nan emosiya qavrayışa təsir edir, hətta onu dəyişdirir. «İlan vu-
ran ala çatıdan qorxar» xalq məsəlində bu çox aydın görünür.
M.F.Axundovun «Hacı Qara» komediyasında belə bir səhnə
var: Hacı Qaranın Arazın o tayından keçirilən qaçaq malını ata
yükləyir, yükün də üstündə Kərəməlini əyləşdirir, atın da
yüyənini verirlər Hacının əlinə. Hacı Qara yolda əylis
ermənilərinə rast gəlir. Hacı Qara əllərində oraq dayanan
ermənilərin quldur olduğunu söyləyir, hətta atəş də açır.
Biçinlərin quldur kimi qavranılmasına səbəb xəsis bir adamın
öz malını itirməsindən keçirdiyi qorxu hissi idi.
Şəxsiyyətin yönəlişliyi də qavrayışa təsir edir. Gecə
yatarkən ana otaqda, küçədə olan səslərə heç bir reaksiya
vermədiyi halda, uşağın yatdığı tərəfdən gələn kiçik bir səsə
dərhal oyanır. Bu qavrayışla şəxsiyyətin yönəlişliyinin iştirakı,
appersepsiya hadisəsi ilə bağlıdır.
IV. 9.3. Qavrayışın təsnifi və növləri:
Qavrayış bir neçə nöqteyi-nəzərdən təsnif olunur.
1. Qavrayış prosesində hansı analizatorun üstün rol
oynamasına görə;
2. Qavranılan obyektin, başqa sözlə materiyanın mövcud-
luq formasına görə;
3. Qarşıda məqsədin olub-olmamasına görə.
Birinci bölgü onunla əlaqədardır ki, bəzən qavrayış
prosesində hansısa bir analizator daha üstün şəkildə iştirak edir.
Nəticədə duyğularda olduğu kimi qavrayışın görmə, eşitmə,
lamisə, kinestezik, iybilmə və dadbilmə kimi sadə növləri
əmələ gəlir. Belə bir cəhəti qeyd etmək lazımdır ki, bu növlərə
təmiz halda çox az-az rast gəlmək olur. Adətən qavrayış
prosesində müxtəlif duyğular birləşir, birlikdə iştirak edir və
mürəkkəb qavrayışı yaradır. Məsələn, şagird mətni oxuyarkən
272
onun qavrayışında görmə, eşitmə, kinestezik duyğular birlikdə
iştirak edir. Daha doğrusu qavrayışın bu növlərində duyğudan
fərqli olaraq bir deyil, bir neçə analizator iştirak edir.
İkinci növ təsnifat isə, qavranılan obyektin, materiyanın
mövcudluq formasına görə aparılır. Bu baxımdan qavrayışın
məkan, zaman və hərəkət kimi mürəkkəb növləri mövcuddur.
Məkan qavrayışı. Məkan materiyanın mövcudluq
formasıdır. Məkanın qavranılması dedikdə cisimlərin obyektiv
məkan xüsusiyyətlərinin və münasibətlərinin formasının,
həcminin, relyefinin, fəzada tutduğu yerin, uzaqlığının
qavranılması başa düşülür.
Məkanın qavranılmasında bələdləşmə hərəkət analizatoru
əsas rol oynayır. Onun köməyi ilə müxtəlif analizatorlar
arasında əlaqə yaranır. Məkan bələdləşməsinin xüsusi
mexanizmlərinə analizator fəaliyyətinin hər iki yarımkürə
arasındakı sinir əlaqələrini: binokulyar görməni, binaural
eşitməni, bimanual lamisəni, dirinik iybilməni və s.aid etmək
lazımdır. Əşyaların məkan xassələrinin inikasında bütün qoşa
analizatorlar üçün xarakterik olan asimmetriya mühüm rol
oynayır.
Cisimlərin məkan xüsusiyyətlərinin beynimizdə inikası
mürəkkəb prosesdir. Məkan qavrayışında başlıca olaraq görmə
analizatoru iştirak edir. Lakin tədqiqat göstərmişdir ki, bu
mürəkkəb prosesdə təkcə görmə deyil, bununla birlikdə lamisə,
əzələ-hərəkət duyğuları, bəzi hallarda eşitmə duyğuları da
iştirak edir. Bu duyğuların birgə və qarşılıqlı fəaliyyəti,
cisimlərin məkan xüsusiyyətlərini və münasibətlərinin tam və
dəqiq qavranılmasını təmin edir. Məkanın qavranılmasında
həyat təcrübəsi də böyük əhəmiyyətə malikdir.
Cisimlərin həcminin qavranılması onların gözün torlu
qişasında alınan əksinin böyüklüyündən və həmin cisimlərin
müşahidəçinin gözündən nə dərəcədə uzaqda olmasından
asılıdır. Bununla bağlı olaraq uzaqda olan cisimlərin həcminin
düzgün qavranılması iki cür mexanizmin: akkomodasiya və
273
konvergensiya vasitəsilə həyata keçirilir. Akkomodasiya göz
büllurunun əyriliyinin dəyişməsindən asılı olaraq onun işığı
sındırma qabiliyyətinin dəyişməsindən ibarətdir. Göz bülluru
qavranılan cismin yaxın və ya uzaqda olmasından asılı olaraq
öz əyriliyini dəyişir. Məsələn, yaxında olan cisimlərə baxdıqda
əzələ yığılması baş verir və nəticədə göz büllurunun gərilmə
dərəcəsi azaldığına görə onun forması daha qabarıq olur.
Qavradığımız cisim uzaqda olduqda isə əksinə hal baş verir. Bu
hal yaxında və uzaqda olan cisimlərin həcmini düzgün
qavramağa imkan yaradır. Adətən, yaş artdıqca büllur cismin
elastikliyi tədricən azalır və göz özünün akkomodasiya
qabiliyətini itirir. Nəticədə uzaqgörmə inkişaf edir. Ona görə də
göz büllurunun həmin funksiyasını (gərilmə və açılma
funksiyasını) eynəkdə qoyulan linzalarla əvəz etmək lazim
gəlir.
Akkomodasiya hadisəsi konvergensiya ilə əlaqədardır.
Konvergensiya görmə oxlarının qavranılan cismin üzərinə
düşməsindən ibarətdir. Adətən müəyyən akkomodasiya
vəziyyəti görmə oxlarının müvafiq qovuşma dərəcəsini tələb
edir və əksinə, müəyyən akkomodasiya dərəcəsi görmə oxunun
bu və ya digər kəsişməsinə uyğun gəlir. Bunlar olmadan
cisimlərin həcmini düzgün qavraya bilməzdik.
Zaman qavrayışı. Zaman da məkan kimi materiyanın
mövcudluq formalarından biridir. Zaman qavrayışı gerçəkliyin
hadisələrinin obyektiv müddətinin, sürətinin və ardıcıllığının
inikasından ibarətdir. Zaman qavrayışı obyektiv gerçəkliyi əks
etdirməklə insana, ətraf mühitə bələdiləşmək imkanı verir.
Zaman qavrayışında müxtəlif analizatorlar iştirak edir,
bununla belə kineztesik (hərəki) və eşitmə duyğuları əsas rol
oynayır. Hərəkət duyğuları hadisələrin müddətini, surətini,
ardıcıllığını daha dəqiq əks etdirməyi təmin edir. Bu duyğu
ritmin qavranılmasında da mühüm rol oynayır.
Ritmin qavranılması, adətən hərəkətlə müşayət olunur.
Psixoloqlardan B.M.Teplovun yazdığına görə «ritm hissi öz
Dostları ilə paylaş: |