Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının


) Əgər üz koordinant oxlarılndan birinə paralel olarsa, onda üzün simvolunda bu oxa uyğun gələn indeks sıfra bərabər olar



Yüklə 18,4 Mb.
səhifə18/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

2) Əgər üz koordinant oxlarılndan birinə paralel olarsa, onda üzün simvolunda bu oxa uyğun gələn indeks sıfra bərabər olar. Hər hansı x üzü birinci kordinat oxuna paralel olarsa, onda həmin üzün bu oxdan kəsdiyi parçanın uzunluğu sonsuzluğa bərabər olar. Yəni, OAx= , OAx–ın bu qiymətini ümumi düsturda yerinə yazsaq alarıq

3)Kristal üzü koordinant oxlarlından yalnız birini kəsərsə və digər iki oxa paralel olarsa belə üzlərin simvolları (100), (010), (001) kimi olar.

Fəza qəfəsinin parametrləri (a,b,c) ilə koordinat oxlarının (x,y,z) istiqamətinə uyğun olduğu halda, koordinat oxlarından nöqtələrlə hüdudlanan parçalar, həmin sistemin müvafiq oxlar üzrə parametrləri adlanır.

Koordinat sistemi seçildikdən sonra elementar özəyin daxilindəki istənilən nöqtənin vəziyyəti onun üç koordinatları ilə təsvir olunur. Bu halda koordinat sisteminin başlanğıcı {000} koordinatları ilə ifadə olunur, bu o deməkdir ki, x=0, y=0, z=0. Koordinat oxları üzərində yerləşən nöqtələrin koordinat başlan-ğıcından olan məsafəsi miqyas vahidinə bərabər olarsa, bu nöqtələrin koordinatları, uyğun olaraq {100}, {010}, {001} olar (şəkil 1.12).

Şəkil1.11. Düzbucaqlı paralelepipeddə üzlərin simvolları

Şəkil1.12. Fəza qəfəsi düyünlərinin simvolları



Şəkil1.13. Kristal üzlərinin Müller indeksləri ilə təsviri
Kristallarda müstəvilərin vəziyyəti Müller indeksləri ilə göstərilir. Bu indekslər Veys indekslərinin tərs qiymətlərinə bərabərdir, yəni

Heksaqonal və triqonal sinqoniyalarda dördüncü kristalloqrafik oxun yaranması əlavə indeksin daxil olmasını tələb edir. Bu sinqoniyalar üçün Müller indeksi (hkil) kimi təyin olunur. i-in qiyməti (‒h‒k) ilə hesablanır yəni, i= ‒(h+k) olur. Kristal üzlərinin Müller indeksləri ilə təsviri şəkil1.11-də verilmişdir.




Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə