çıxarır və quraqlaşmanı artırır.
V.A.Kovdanın (1960) və Petrovun (1973) fikirlərini
ümumiləşdirərək prosesdə aşağıdakı təbii dəyişikliklərin baş
verdiyini bildiririk:
1.
Bütün ərazilərdə buzlaşmanm azalması;
Səthi yumanın
üstünlük təşkil etməsi və
defliyasıya prosesinin fəallaşrnası;
Çay sularının və digər axarların təbii rejiminin
pozulması;
Qapalı su hövzələri (göllər) sahələrinin azalması və
onların şoranlaşması;
Bitki örtüyünün
seyrəkləşməsi və bəzi ərazi-
landşaftlarında onun tam məhv olması;
Flora və faunada yeni növ əmələgəlmənin və nəsi
vermənin
zəifləməsi;
Torpaqların sürətlə şoranlaşması, hidromorf
torpaqlarda karbonathğm, gipsin miqdarının
artması;
Qrunt sularının səviyyəsinin sürətlə aşağı düşməsi;
Çayların və yarğanların
drenləşmə rolunun
artması;
10. Daimi donuşluq zonaları (xüsusilə dağlarda)
sərhədlərinin dəyişilməsi, bununla əlaqədar çayların
suyunun azalması və s.
Səhralaşmanm nəticələri ekoloji və iqtisadi cəhətdən çox
təsirlidir və demək olar ki, həmişə mənfi xarakter daşıyır. O,
inkişafa böyük maneədir və buna görə də 1995-ci ildə BMT
səhralaşma və quraqlıqla əlaqədar Ümumdünya günü elan
etmişdir və sonradan 2006-cı ili beynəlxalq səhra və səhralaşma
ili elan etmişlər. 1990-cı ildən səhranın öldürücü nəfəsi 6 mln.
hektara yaxın məhsuldar qatı dağıtmışdır. Səhralaşma ilə əlaqədar
maddi ziyan hər ıl 42 mlrd, dollar təşkil edir. Torpağın məhsuldar
qatı əsrlərlə formalaşır, bir neçə ilə dağıla bilər. Səhralaşmanm
səbəbləri - planetin iqliminin dəyişilməsi, xüsusilə də qlobal
istiləşmə.
2
.
3.
4.
5.
7.
8
.
9.
140
bitkiləri düzən və səhraları yaşıllaşdırır. Bitki nəinki yer üzərini
örtmüşdür, hətta okeanların və dənizlərin xeyli dərinliklərində
belə vardır. Axar su yataqları da zəngin bitki örtüyünə malikdir,
hətta Arktika və Antarktidanı, başı qarlı yüksək dağları belə
bitkisiz hesab etmək olmaz. Bitkiləri təbiətindəki fəaliyyətlərinə
görə iki böyük qrupa bölmək olar: 1) yaşıl bitkilər, 2) yaşıl
olmayan bitkilər.
Təbiətdə
olan bitkilər çox az bir hissədən başqa əsas etibarilə yaşıl
bitkilərdir. Bitkilər insanın həyatı üçün lazım olan və bundan ötrü
sənayedə işlənəcək müxtəlif xammal mənbəyidir.
Bitki aləmi yerin üst qatının dəyişməsində və torpağın
əmələ gəlməsində çox böyük rol oynayır. Torpaq əmələgəlmə
prosesində fiziki və kimyəvi aşınmalarla yanaşı bitki örtüyünün
də böyük əhəmiyyəti vardır. Ali bitkilər torpağa öz kökləri
vasitəsilə, ibtidai bitkilər xüsusi bakteriyalar, göbələklər və
şibyələr bütün həyat fəaliyyətləri ilə təsir edirlər. Elə ona görə də
bitki örtüyündən asılı olaraq yer üzərində müxtəlif tipli torpaqlar
yaranmışdır.
Bitkilər yaşayış tərzi ilə müəyyən ekoloji şəraitə
uyğunlaşaraq xarici görünüşü və həyat prosesləri ilə də bir-
birindən fərqlənirlər.
Bitki örtüyü biosferin üzvi maddə yaratmaq qabiliyyəti
olan yeganə komponenti sayılır, yəni yer kürəsində məskunlaşan
bütün canlıların, o cümlədən insanın həyatına yardımçı olan
faktiki başlıca mənbədir. Məlumdur ki, bitkilərin əksəriyyəti
antibiotik xassəsi daşıyan fitonsid adlı bioloji aktiv maddələrə
malikdir. Bu maddələr havadakı bir çox zərərli və xəstəlik törədən
mikrobları, virusları məhv edir, bununla da havanı saflaşdırır.
Ağaclar ən çox fitonsid xassələri daşıyır. Müəyyən
edilmişdir ki, şam, ardıc, qovaq, cökə, tozağacı
meşələri, xəstəlik
törədən virusları, mikrobları, aloe, sarımsaq, soğan və istiotlardan
da tez məhv edir. Fitonsid buraxan 40-a qədər ağac və kol növü
müəyyən edilmişdir.
142