Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə37/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   66

Təmiz  əkin  sahəsi  14,6  mln.  km^-dir.  Eyni  zamanda  əkin 
sahələrinin  3,2  mln.  km^-i  suvarılan  və  qurudulan  torpaqların 
payına  düşür.  İndiki  əhali  artımı  və  cəmiyyətin  müasir  tələbatı 
şəraitində bu heç də çox deyildir. 
Dünya əhalisinin artması ilə adambaşına düşən torpağın 
təbii və antropogen yolla azalması nəticəsində gələcək nəsillərin 
çətinliklərlə  üzləşəcəkləri  barədəki  proqnozlara  indi  sübhə 
edənlər az tapılar. 
Rəqəmlərə  görə  demək  olar  ki,  qurunun  10%-i  əkin 
sahəsi,  20%-i  otlaq,  30%-i  meşələr  və  müxtəlif  tipli  yararsız 
sahələr 40% təşkil edir. Dünyanın torpaq resurslarından son min 
illikdə  istifadə  olunmasının  əsas  xarakterik  cəhəti  əhalinin  və 
ərzağa olan tələbatın artımı ilə əlaqədar əkin sahəsinin artmasıdır. 
XX  əsrin  ikinci  yarısında  əhali  artımı  ilə  əlaqədar 
adambaşına düşən əkin sahəsi 1980-cı ildə 0,34 ha-dan, 1990-cı 
ildə  isə  0,29  ha  qədər  azaldı.  Əkin  sahəsinin  çoxalmaması, 
əhalinin  isə  artımı  şəraitində  bu  göstərici  sonrakı  illərdə  də 
azalmaqda davam edir. 
Ərzağa  olan  tələbatın  durmadan  artması  və  dünya 
iqtisadiyyatının genişlənməkdə davam etməsi torpaq resurslarının 
istifadəsinin  və  onun  vəziyyətinin  strategiyasına  ciddi  təsir 
göstərir. Əgər istehsala yeni torpaq sahələri cəlb etməklə ərzağa 
olan tələbatı ödəmək mümkün deyilsə, onda yalnız başqa yol, yəni 
kənd  təsərrüfatının  səmərələşdirilməsi  yolu  ilə  torpağın 
münbitliyinin artırılması lazımdır. 
Hazırda  torpaqların  qorunması  mühüm  əhəmiyyət  kəsb 
edir.  Burada  başlıca  problemlərdən  biri  də  odur  ki,  bir  çox 
yerlərdə  münbit  torpaqlar  qeyri  -  kənd  təsərrüfatı  ilə  əlaqəsi 
olmayan sahələrdə istifadə edilir. Şəkil 11-də torpaq əmələ gətirən 
amillər verilir. 
Torpaqların 
yayılmasında 
təbii 
zonalhğın 
xüsusiyyətlərini nəzərə almaq ekoloji cəhətdən mühüm əhəmiyyət 
kəsb edir. 
124 


Bir  çox  ölkələrdə  torpaqların  müəyyən  hissəsi  soyuq 
qurşaqda və ona j^axın rayonlarda yerləşir (tundra, meşə tundra, 
tayqa  və  s.)-  Burada  əsasən  istiliyin  çatışmamazlığı  və  relyefin 
əlverişli olmaması əkinçiliyin geniş inkişaf etməsinə mane olur. 
Əksinə, bəzi ölkələrdə istiliyin həddən artıq olduğu səhra 
və yarımsəhra landşaftlarında rütubətin çatışmaması əkinçiliyin 
inkişafını ləngidir. Bu rayonlarda əkinçilik ancaq süni 
suvarmadan istifadə edilməklə inkişaf etdirilə bilər. Yüksək və 
sabit məhsul əldə etmək məqsədilə suvarmadan çox qədimdən 
istifadə olunur. Dünyada suvarılan torpaqların sahəsi son 
məlumatlara əsasən (Q.Məmmədov, M.Xəlilov) - 250 mln. 
hektara çatır. 
Bu  əkin  sahələrinin  yalnız  17%-ni  təşkil  etməsinə 
baxmayaraq  əkinçiliyin  bütün  məhsulunun  1/3  -ni  təmin  edir. 
Qədim 
sivilizasiyanın 
əksəriyyəti 
suvarılan 
əkinçiliyə 
əsaslanmışdır.  Lakin  irriqasiya  işləri  XX  əsrdə  genişlənərək 
dünyada  suvarılan  torpaqların  sahəsi  5-6  dəfə  çoxalmışdır.  XX 
əsrin  əvvəllərində  dünyada  suvarılan  torpaqların  sahəsi  40  mln. 
ha-dan az idi. Suvarılan torpaqların intensiv artımı 1950-1960-cı 
illərdə baş verdi, sonralar isə azalmağa başladı. 
Söz  yox  ki,  suvarma  işləri  bəşəriyyət  üçüi’  xeyirlidir, 
lakin  o,  hər  şeydən  öncə  ekoloji  problemlər  yaradır.  Təbii 
landşaftın  aqroekosistemlərə  çevrilməsi  ərazinin  vəziyyətini 
dəyişikliyə uğradır. 
Suvarmanın  ekoloji  problemləri  iqtisadiyyatın  tam 
dəyərinin uçotunun aparılmasını tələb edir. 
Hazırda  qitələr  üzrə  torpaq  sərvətlərindən  kənd 
təsərrüfatında 
istifadə 
qeyri-bərabərdir. 
Məsələn, 
Braziliyada-1,2%-i, 
Kanadada-2,4%, 
Afrikada-9, 
Hindistanda-30,1,  Çində-8,2,  Avropada-31,  Yava  adasmda- 
70%-i şumlanır. 
İnsanların tələbatını ödəmək üçün yeni-yeni əkin torpaq 
sahələri axtarılır. Bu məqsədlə dünyanın hər yerində 


meliorativ işlər görülür, meşələr qırılır, bataqlıqlar qurudulur və s. 
Maraqlıdır ki, kənd təsərrüfatı üçün nəzərdə tutulan vəsaitin üçdə 
iki hissəsi meliorasiyaya sərf edilir. Dünyanın ən iri dövlət birliyi 
olmuş və hazırki MDB -nin əkin üçün yaralı torpaq ehtiyatlarının 
70%-i  soyuq,  quraqlıq  iqlim  şəraiti  qurşaqlarmdadır.  Su 
ehtiyatları  kimi  əkinçiliyə  yararlı  ərazilərin  çoxu  şimaldadır. 
Bununla  belə,  əhalinin  tələbatını  ödəmək  üçün  kənd  təsərrüfatı 
məhsulları becərilən əkin sahələrinin üçdə iki hissəsi (500 milyon 
hektar) cənub regionlarında, su sarıdan kasad olan ərazilərdədir. 
Suvarılan ərazilər əkin sahələrinin cəmi 7%-ni təşkil edir. Buna 
baxmayaraq,  kənd  təsərrüfatı  məhsullarının  30%-dən  çoxunu 
məhz suvarılan torpaqlardan alırlar. 
Azərbaycan  torpaqlarının  ekoloji  səciyyəsi  və 
mühafizəsi.  Azərbaycan  Respublikasının  ərazisi  8,6  mln. 
hektardır. Bunun 49,4%-i və ya 4,2 milyon ha-sı kənd təsərrüfatı 
üçün  yararlı  sayılır.  Əlverişli  iqlim  şəraiti  bu  torpaq  fondundan 
səmərəli  istifadə  üçün  aqrar  sənayeyə  böyük  imkanlar  verir. 
Torpaqların uzun müddət monokultura altında saxlanılması həm 
eroziya  prosesini  gücləndirmiş,  həm  də  kimyəvi  pereparatların 
intensiv  tətbiqi,  torpağın  fiziki,  kimyəvi  və  bioloji  xassələrini 
kökündən  dəyişdirmişdir.  Bundan  başqa  sistemsiz  suvarılma 
aparıldığından, 
torpaq 
fondunun 
çox 
hissəsində 
duzlaşma-şorlaşma  prosesləri  güclənmişdir.  Son  məlumatlara 
görə əkin üçün yararlı torpaqların yarıdan çoxu məhz eroziya və 
şorlaşma proseslərinə məruz qalmışdır. 
Sudan  nisbətən  kasad  olan  Azərbaycanda  su  israfçılığı 
üzündən  xeyli  əkinə  yararlı  torpaqlar  dövriyyədən  çıxarılır. 
Ümumi uzunluğu 45-50 min km-dən çox olan kanalların məcrası 
betonla üzlənmədiyinə görə, axan suyun ən azı 25-30%-i itirilir. 
Əslində  su  kanallar  və  arxlar  boyu  torpağa  hopur,  bütün 
irriqasiya, meleorasiya sistemləri əhatəsində 
126 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə