Hazırda şimal və cənub yarımkürələrində arid zonalar Yer
kürəsini ekvatorun hər iki tərəfində, rütubətli-tropik meşələr
zonasını əhatə edir. Yer kürəsində arid zonaların sərhədləri
və eni
dəyişkəndir, əyri-üyrüdür, amma ümumiyyətlə 50‘’-20^-li şimal
və cənub enliklərinin çərçivəsindən kənara çıxmayaraq Afrikada,
cənubi Amerikada, cənubi Hindistanda və Avstraliyanın
şimalında ekvatora yaxınlaşır.
Müasir xəritə materiallarına əsasən mütləq səhralar
qurunun 8-10%-ni təşkil edirlər. Bu və ya digər dərəcədə
səhralaşmaya məruz qalmış ümumi ərazi isə (mütləq səhralarla
birlikdə) materiklərin 36-40%-ni təşkil edir.
YUNEP təşkilatının qiymətləndirilməsinə əsasən hər il
Yer üzərində suvarılan torpaqların səhralaşma nəticəsində 6 mln.
ha-sı itirilir. Ümumilikdə bu prosesdən 40 mln. ha suvarılan
sahələr zərər çəkir.
Asiyada daha çox səhralaşmış sahələr ümumi sahədən
19%-ə yaxın. Afrikada 23%, Avstraliyada 45% və cənubi
Amerikada 10%-ə yaxın ərazini tutur. Afrika kontinenti xüsusilə
çətin vəziyyətdədir.
Məsələn, Mavritaniyada sürətlənən quraqlıqdan 250 min.
km^ ərazi qüvvətli səhralaşma təhlükəsi altındadır.
Saxara səhrası cənuba doğru 6 km/il sürətlə irəliləyir və
bununla əlaqədar 200 min ha kənd təsərrüfatına yararlı
torpaqlardan cəmi 50 min ha qalmışdır. Malidə ölkə ərazisinin
30%-i səhralaşma təhlükəsi altındadır. 70-75 ölkədə quraqlaşma
prosesləri davam edir. Səhra və səhra- çöl ərazilərinin 50%-ni
hərəkət edən djun və barxanlardan ibarət qumlu səhrahq təşkil
edir.
Cədvəl 3-də Yer kürəsində deqradasiyaya uğramış
torpaqların (T.Maykonun, 1992-ci il məlumatlarına əsasən)
sahələri verilir. Deqradasiyaya uğramış torpaq sahələri milyon
hektarla, həmçinin quraq torpaqların cəminə görə %-lə verilir.
Cədvəldən göründüyü kimi deqradasiyaya uğramış suvarılan
torpaqların 43 mln.ha olması, dəmyə
135
torpaqlarının isə 216 mln. ha olması göstərilir.
Şəkil 13-də torpağın deqradasiya prosesi və onun
səbəbləri verilir. Şəkildən göründüyü kimi ən çox su eroziyası
baş verir, dağlarda isə heyvandarlıq otlaqları deqradasiyaya
uğramış olur.
Cədvəl 3.1.
Yer kürəsində deqradasiyaya məruz qalmış torpaq sahələri
(Səhralaşma konvensiyasının məlumatı. T.Maykonon, 1992)
№
Torpaq sahələri
Milyon
hektarla
Quraq
torpaqların
cəminə
görə
(%-lə)
1
Deqradasiya olan suvarılan
torpaqlar
43
0,8
2
Deqradasiya olan dəmyə
torpaqlar
216
4,1
3
Deqradasiya olmuş
otlaqlar,
torpaq sahələri
757
14,6
4
İnsanların
təsərrüfat fəaliyyəti ilə
deqredasiya olmuş torpaqlar
1016
19,5
5
Bitki
örtüyü deqradasiya olmuş
otlaqlar
256
50,0
6
Tam deqradasiya olmuş quraq
torpaqlar
3592
69,5
7 Deqradasiya olmamış torpaqlar
1580
30,5
8 Ekstra quraq torpaqlar
5172
100,0
136
Aridləşmə
və
səhralaşma
problemlərinin
kəskinləşməsinə səbəb həm də 30-40 yoxsul və ekoloji cəhətdən
zəif inkişaf etmiş ölkələrin səhra, quru savanna, quraq çöl və
yarım çöl ərazilərdə yerləşməsidir. Səhraların problemləri və bu
ərazilərin torpaqlarının müqəddəratı daim alimlərin diqqət
mərkəzində olmuşdur.
1950-1960-cı illərdə YUNESKO-tərəfmdən ilk qlobal,
ümumiləşdirilmiş tədqiqatlar aparılmışdır.
Səhralaşma problemləri, hərəkət edən qumlar və onunla
mübarizə yolları barədə, səhra torpaqlarında şorlaşma ilə
mübarizə, səhra və çöl landşaftlarının meliorasiyası və s.
problemlərlə əlaqədar keçmiş SSRİ EA institutları, KTEA-si,
Türkmənistan, Qazaxstan, Özbəkistan, Tacikistan EA-larmda
böyük işlər aparılmışdır. Dünyanın quru səhra və çölləri kəskin su
çatışmazlığı, buxarlanma, su balansı və intensiv quru qalıq və ya
müasir aktiv şorlaşma ilə səciyyələnirlər. Ona görə də Yer
üzərində yaranan və uzun müddət fəaliyyətini davam etdirən
(mövcud olan) səhralar çöküntü süxurlarında intensiv olaraq xeyli
duz toplanması ilə müşahidə olunur.
14-cü şəkildə Aral gölünə axan Amu-Dərya və Sır-
Dərya çaylarının sovet dövründə qarşısının pambığın suvarılması
üçün tam kəsilməsi nəticəsində, gölün səviyyəsinin aşağı düşməsi
və xeyli dəniz sahili əraziləri səhraya çevrilməsini göstərən sahə
verilir. Gölə suyun çatmaması nəticəsində cənubda dəniz sahildən
50-55 km, şimalda isə Aralski şəhəri quruma nəticəsində su
sahilindən 87 km məsafə uzaqlaşmışdır.
M.İ.Budıko, Çernı, Pali və b. tədqiqatçıların fikrincə
səhralaşmaya əsas səbəb rütubətli illəri əhatə edən dövrlərdə ot
yeyən heyvanların sayının artırılması, əkin sahələrinin xeyli
genişləndirilməsi və başqa ərazilərdən gələn quru küləklərdir.
Sonradan gələn rütubətli illərdə tarazlıq düzəlmir və
həddindən artıq otarmalar torpaqların pozulmasına
gətirib