V
FƏSIL
TƏBİİ - TEXNOGEN PROSESLƏRİN
EKOCOĞRAFİ XÜSUSİYYƏTİ
5.1.
Energetik sistemlərin ekocoğrafi aspektləri
Cəmiyyətin inkişafı və tərəqqisi təbiətin istifadə olunan
müxtəlif sərvətlərindən, xüsusilə yerin təkindən çıxarılan
sərvətlərdən asılıdır. Hətta maddi mədəniyyətin bəzi adları (daş,
tunc, bürünc, dəmir əsri və s.) təbii mineralların adı ilə bağlıdır.
Mineral sərvətlər bərpa olunmayan resurslarıdır. Onların
bərpa olunmaması bəzi mənada nisbi xarakter daşıyır, çünki
onların bərpası təbiətdə o qədər zəif gedir ki, onların çıxarılma
tempinə və insan ömrü ilə müqayisədə bərpa olunmayan sayılır.
Elmi-texniki inqilabın sürətli inkişafı enerjiyə olan
tələbatın sürətlə artması ilə müşayət olunur. Onun istehsalı hər 10
ildən bir iki dəfəyə qədər artır. Bir çox mütəxəssislərin
proqnozlarına əsasən üçüncü minilliyin əvvəllərində bütün enerji
növlərinə dünyanın tələbatı üç dəfə artacağı gözlənilir.
Energetika - enerji ehtiyatları, müxtəlif enerji növlərinin
hasilatını, dəyişməsini, ötürülməsini və istifadəsini daxil edən
xalq təsərrüfatı sahəsidir.
Energetika insan fəaliyyətinin ən mühüm tərəfidir.
Energiyanm istifadəsi olmadan insanın başqa işləri də praktiki
olaraq mümkün deyildir:
təbii ehtiyatların
çıxarılması və emalı, sənaye məhsulunun istehsalı, nəqliyyat,
kənd təsərrüfatı, işıq, istilik, səhiyyə və s.
Lakin energetika məsələləri ilə həll edilməlidir ki,
biosferdə başqa qlobal problemlərin vəziyyəti pisləşməsin. Buna
baxmayaraq, energetika müəyyən üstünlüklərlə yanaşı, ətraf
mühitə mənfi təsir də göstərir. Biosferin çirklənməsi növlərinin
80%-ə qədərini
enerji prosesləri,
o cümlədən
172