Yeni süni mənşəli səma obyektlərinin əmələ gəlməsini
astronavtlar hazırda astronomiyanın xüsusi sahəsi kimi
yaranmasını qəbul edirlər. Bu sahə Yerin hərəkət dövriyyəsində
Günəş sistemini öyrənən meteor astronomiyası ilə və Yerin təsir
dairəsindən kənarda yerləşən planet astronomiyasında keçid zona
adlanırdı.
Fəaliyyətdə olan peyklər (təqribən-500) kataloqa salınmış
yerətrafı obyektlərin az bir hissəsidir. Fəaliyyətdə olan peyklərin
kosmik zibillərlə toqquşmasından yaranan
çirki qiymətləndirmək
üçün kataloqa düşməmiş obyektləri də bilmək lazımdır. Belə
məlumatları əldə etmək üçün hazırda vahid bir yol
kataloqlaşdırılmamış törəmələrin modelləşdirilməsi lazımdır.
Belə modellər ABŞ-m, Qərbi Avropanın və Rusiyanın aparıcı
kosmik stansiyalarında yaradılmışdır. Yerətrafı orbitin tez-tez
istifadə olunan hissəsində ən çox çirklənmiş 850-1200 km
yüksəklik və geostasionar orbitlərdir. Burada kosmik zibil
toplanmış olur. 850-1200 km yüksəklikdə meteoroloji
peyklər və
Yerin məsafədən zondlaşdırılmış peykləri, həmçinin nüvə enerjisi
ilə təchiz olunmuş peyklərin böyük bir hissəsi uçurlar. Nüvə
enerjisi ilə təchiz olunmuş peyklər bu yüksəkliklərdə radioaktiv
təhlükə tam yoxlanana qədər yüzillərlə qala bilər.
Yerətrafı pillələrin planlı partladılmasmm qarşısını almaq
üçün qəbul olunmuş tədbirlər və ya öz işini qurtarmış peyklərin
orbitadan çıxarılması
yolları
hələlik
yaradılmamışdır. Çeostansionar-peyklər hər şeydən əvvəl
mikrometeorit və bolid kimi təbii səma cisimləri tərəfindən
bombardman ola bilər.
Yerətrafı boşluğun yaxın hissəsində, 400 km yüksəklikdə,
yəni pilotlarla idarə olunan aparatların uçduğu zonalarda da
həmçinin çoxlu miqdar kosmik zibil vardır. Lakin bu obyektlər
nisbətən uzun dövrlü deyillər: yarandıqdan bir
neçə il sonra onlar
yerin atmosferinə daxil olaraq yanırlar.
Aşağı obyektlərin atmosferə sürtünərək
dövrü özünü
168
təmizləməsi ona görə baş verir ki, sürtünmə effekti obyektin
yarım oxu da əsrlik dəyişiklik baş verərək
o qədər onu kiçildir ki,
sonda obyekt atmosferin qalın qatlarına daxil olaraq, hətta
yanmır. Doğrudur bəzi hallarda peyklərin qalıqları və raketin
yuxarı pilləsi Yerin səthinə də düşürlər.
Hesab olunurdu ki, geostasionar orbitdə belə özünü
təmizləmə mexanizmi mövcud deyil. Lakin Rusiya Elmlər
Akademiyasının Astronomiya institutunda aparılan tədqiqatlar
yüksək orbitli kosmik obyektlərin uzun müddətli təkamülü
(həmdə ki, işıq təzyiqi altında baş verən) bu fikirləri kökündən
dəyişdi. Məsələ ondadır ki, peykin və ya başqa obyektin günəş
şüalarından işıqlanma vasitəsilə reaktiv qüvvəyə malik olması
nəticəsində təzyiq qüvvəsi əmələ gəlir ki, onun səthində
asimmetrik səpələnmiş sahə əmələ gəlir (bu kosmik zibilin
peyklərdə və fraqmentlərində rast gəlinir). Beləliklə, söyləmək
olar ki, geosentrik orbitada özü-özünü təmizləmə mexanizmi
mövcuddur.
Rusiya EA və HASA institutlarında aparılmış tədqiqatlar
bu fikrə gəlməyə imkan verdi ki, alçaq yerətrafı orbitdə olan
kosmik zibilin 40% -dən çoxu raketlərin ikinci pillələrinin və
orbitdəki peyklərin partlaması nəticəsində əmələ gəlmiş
qəlpələrdir.
Kosmik fəzanın ekoloji vəziyyətinin sabit saxlanılması
problemlərinə aid əsas götürülən sənəd kosmosla əlaqədar
müqavilənin (1967-ci il) olmasıdır. Bu müqavilənin 1-ci bəndində
göstərilir ki, kosmik fəzanın istifadəsi elə həyata keçirilməlidir ki,
kosmosun sülh əsasında mənimsənilməsində başqa
dövlətlərin işi
çətinləşməsin və hüquqları pozulmasın.
Müqavilənin 9-cu bəndi dövlətləri, ictimaiyyəti və
beynəlxalq elmi cəmiyyətləri maksimum imkaniyyət daxilində və
təcrübi işdə kosmosda görəcəkləri işlər, onların gedişi və tarixi
barədə BMT-nin Baş katibini vaxtında məlumatlandırmağa
çağırır.
Kosmosun ekologiyası məsələlərinin nizama salınması
169