Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə52/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   66

Mazut  -  İES-lərdə  yanacağın  38%-ni  təşkil  edir. 
Yanacağın  quru  növü  (mazut)  yandırılarkən  tüstü  qazları  ilə 
atmosferə:  kükürd  və  kükürdlü  anhidrid,  azot  oksidi,  tam 
yanmamış  qazvari  məhsullar,  vanadium  birləşmələri,  natrium 
duzları,  həmçinin  kotelləri  tənzimləyərkən  onların  üzərində 
toplaşan çöküntülər olur. Atmosferi çirklənmədən qorumaq üçün 
kompleks kültutan qurğu quraşdırılır. 
Kül  və  şlaklar.  Bərk  yanacaqla  işləyən  İES-lər  il 
müddətində 100 min tona qədər kül və şlak atırlar. Kül və şlaklar 
xeyli torpaq ərazisi tutur və ətraf mühitə zərərli təsir göstərir. Eyni 
zamanda onların tərkibində çoxlu qiymətli maddələr vardır. 
Hidroenergetika.  Su  elektrik  stansiyalarında  çayın 
gücündən  istifadə  edilir.  SES-lər  o  vaxt  ekoloji  cəhətdən  təmiz 
olur  ki,  onların  tikilməsində  təbiəti  mühafizə  tədbirləri  }diksək 
səviyyədə  görülmüş  olsun.  Geniş  torpaq  sahələrinin  su  altında 
qalması,  su  sızma  canlı  aləmin  məhv  edilməsi  və  başqa  mənfi 
halların  qarşısı  alınmış  olsun.  Suyun  yüksəkdən  axmasını  təmin 
etmək üçün ən çətin olan bənd tikilməlidir. Bunların əksəriyyəti 
kənd  təsərrüfatına  yararlı  olan  torpaq  sahələridir.  Bir  çox  yerdə 
bəndlər  balıqların  yolunu  kəsir  (kürütökmə),  bir  çox  yerlərdə 
onlara  tərkibində  çoxlu  biogen  element  olan  çirkab  sular  atılır. 
SES-lərin  yaradılması  bəzi  rayonlarda  zəlzələ  yarada  bilər. 
Torpaq itkisini yeni rayonlardan istifadə etməklə, balıq itkisini isə 
balıq zavodları tikməklə əvəz etmək olar. Bir çox HES-də balıq 
yetişdirilən «pitomniklər» tikilir. 
Keçmiş  SSRİ-də  Volqada,  Dneprdə,  Bratsk,  Anqara, 
Krasnoyarsk,  Sayan-Şuşenskidə,  Azərbaycanda  -  Mingəçevir, 
Varvara.  Yenikənd,  Şəmkir,  Sərsəng,  Araz  və  s.  SES-lər 
tikilmişdir. Bundan başqa kiçik çayların da enerjisindən istifadə 
edilir.  Mümkün  olduqca  onlann  əhatə  dairəsinə  məhsuldar 
sahəsinə çevirmək lazım gəlir. 
Atom  enerjisi.  XX  əsrdə  atom  enerjisi  insan  həyatına 
geniş daxil olmuşdur. Atom elektrik stansiyaları (AES) 
175 


energetikanın zirvəsini təşkil edir. Lakin AES-lərdən ətraf mühitə 
yayılan istiliyin azaldılması mühüm məsələlərdəndir. 
Dünyada  ilk  AES  1954-cü  ildə  keçmiş  SSRİ-də  Kaluqa 
vilayətinin  Obninsk  şəhərində  tikilmişdir.  1986-cı  ilə  kimi 
dünyada 350 enerji bloku işləmiş və onların gücü 250 mln kVt/s 
olub.  AES-in  bir  çox  ölkələrin  enerji  sistemində  rolu  böyükdür. 
Fransada  65“/ı,  Belçika  50%,  İsveçdə  39%,  İsveçrədə  35%, 
Bolqarıstanda  isə  30%-i  təşkil  edir.  Lakin  Çernoblda,  ABŞ, 
İngiltərə,  AFR-də  atom  stansiyalarındakı  qəza  hadisələri  bu 
sahədə münasibəti ciddiləşdirdi. Keçmiş SSRİ-də 40 enerji bloku 
qurulmuşdur (ümumi gücü 22 mln. kVt). 
Atom enerjisi atmosferi çirkləndirmir. Digər tərəfdən onlar 
eyni gücə malik başqa stansiyalara nisbətən daha çox əra
2
d tələb 
etmir.  Lakin  AES-də  radioaktiv  tuUantılann  saxlanılması  və 
qəzalann  qarşısının  alınması  problemi  mühüm  əhəmiyyət  kəsb 
edir. 
AES-də 1 mln kVt/s enerji istehsal etmək üçün 16 kq nüvə 
yanacağı  lazımdır.  Mazutu  həmin  enerjiyə  çevirmək  lazımdır. 
Zaqafqaziyada ən təhlükəli olan, Yerevan (Mutso- mor) AES-idir. 
1986-cı ilin 26 aprelində Ukraynadakı Çernobl stansiyasında 3-cü 
blokda baş vemıiş qəza o vaxta kimi olanlardan ən dəhşətlisi və 
bəşəriyyəti dəhşətə gətimıişdir. Bu səbəbdən də indi tikilən atom 
reaktorları bəşəriyyəti narahat edir. 
Hidrogen  enerjisi.  Hidrogen  enerjisindən  istifadə  ətraf 
mühitin  qorunmasında  böyük  əhəmiyyət  kəsb  edir.  Hidrogenin 
yaranmasından alınan istilik - neft və neft məhsullarından üç dəfə, 
daş kömürdən isə dörd dəfə çox olur. Dünyada hidrogen istehsalı 
200  mlrd,  m^  ildən  çoxdur.  Onun  yarıdan  çoxu  amiak 
istehsalında,  30%-ə  yaxın  isə  neftayırma  zavodlarında  istifadə 
edilir.  Hidrogenin  alınması  üçün  əsas  tükənməz  mənbə  sudur. 
Dünyada  sudan  ilk  hidrogen  alınması  təcrübəsi  1986-cı  ildə 
Yaponiyada 
176 


aparılmışdır. O unikal zavodun istehsalı - 18 litr hidrogen və 9 litr 
oksigen 35 saat iş dövründə alınıb. 
Qeyri-enerji  mənbələri.  Ənənəvi  olmayan  hər  bir  neçə 
mənbədən  elektrik  enerjisindən  istifadə  edilməsi  gələcəkdə 
genişləndirmək nəzərdə tutulur. Günəş enerjisi (keçmiş SSRİ-də 
215 min m- günəş kollektoru yaradılıb). 
Qabarma  elektrostansiyalar  -  Qabarma  stansiyaları 
Fransada,  Rusiyada,  ABŞ,  İngiltərədə  tikilib.  Termal  suların 
enerjisindən  Kamçatka,  Çukotda,  Saxalin,  Qazaxıstan,  Krım, 
Qafqaz, Zakarpatiya və s. yerlərdə istifadə edilir. 
Kamçatkada  -  Paujen  parahidrotermal  elektrik  stansiyası 
11 mVt gücündədir. 
5.3.
 
Sənayenin ekocoğratı aspektləri 
Müasir ekoloji çirklənmədən danışarkən sənaye sahələrini 
təhlil  etmək  lazımdır.  Əsrlər  keçdikcə  insanlar  sənayeni 
təkmilləşdirmiş  və  indiki  mərhələyə  çatmışdır.  Müasir  insan 
sənayesiz  yaşaya  bilməz  və  sənaye  fəaliyyəti  ümumbəşəri 
xarakter daşıyır. Elm və texnikanın müasir inkişafı Yer kürəsində 
təbii  sərvətlərin  istifadəsini  və  emalını  gücləndirdi.  Təbii 
sərvətlərdən  istifadə  insanların  həyat  tərzinin  yaxşılaşdırması 
üçün bir vasitədir.  Lakin sənayenin  inkişafı sənaye tullantılarını 
artırmış,  ətraf  mühiti  daha  çox  zəhərləmiş  və  çirkləndirmişdir. 
Sənayenin  inkişafında  yol  verilən  səhvlər  nəticəsində  bir  çox 
xəstəliklər  yaranmışdır  və  bəzi  yerlərdə  ətraf  mühit  «ölü» 
vəziyyətinə düşmüşdür. Belə ərazilərin sahəsi bütün qitələrdə çox 
genişdir.  Xüsusilə  iri  sənaye  şəhərlərində  və  onların 
yaxınlığındakı  ərazilərdə  sənaye  müəssisələrinə  köhnə  texnoloji 
avadanlıqların  tətbiqi  ətraf  mühiti  ekoloji  böhran  vəziyyətinə 
salmışdır.  Ona  görə  də  köhnə  texnologiya  ilə  işləyən  iri  sənaye 
müəssisələrinin  işinin  dayandırılması  və  ya  təkmilləşdirilməsi 
təklif  olunmuşdur.  Belə  vəziyyət  Azərbaycanın  bir  neçə  iri 
şəhərlərinə aiddir. Təbii komplekslərin transformasiyasında 
177 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə