artıq ozonun az olduğu sahələrə aiddir. Bunu ABŞ-ın Florida
Universitetinin araşdırmaları daha aydın göstərir.
Ozon qatının azalması respublikamızda normaya
uyğundur. Antarktida, Arktika, ekvatorla Qrinviç xəttinin
kəsişməsində 1-18 sentyabr 2000-ci il müddətində ozonun
miqdarının dəyişməsi ABŞ-m Milli Aeronavtika və Kosmos
Akademiyasının (NASA) aldığı nəticələrdə əyani görünür.
2.3.2.
Atmosferin quruluşu və dövranının çirklənmədə və
mühitin mühafizə edilməsindəki yeri
Dəniz səviyyəsindən yüksəkliyə qalxdıqca
temperaturun dəyişmə xarakterinə görə atmosfer 5 əsas
təbəqəyə bölünür:
troposfer, strotosfer,
mezosfer, termosfer
və ekzosfer.
Troposfer atmosferin ən aşağı hissəsi olub qütblərdə
qalınlığı 8-10 km, ekvator zonasında isə 15-18 km-ə çatır.
Troposferdə havanın temperaturu yüksəkliyə qalxdıqca hər
100 m-də orta hesabla 0,5-0,60S aşağı düşür. Odur ki, hətta
ekvatorda troposferin
üst sərhəddində temperatur
-IQ^S
təşkil edir. Troposferdə havanın 80%-ə qədəri, yəni 4/5
hissəsi cəmləşir. Burada mühüm atmosfer,
o cümlədən
ekoloji proseslər gedir ki, o da insanın
həyat və fəaliyyətinə
təsir göstərir. Göründüyü kimi canlı aləmə daha zəruri
sayılan hava təbəqəsi əsasən troposferdədir.
Stratosfer troposferdən üstdə yerləşərək 50-55km-ə
qədər çatır. Yuxarı hissəsində 35 km-dən sonra yüksəklik
artdıqca temperatur çoxalır. Burada
ozon qatı yerləşir. Bu
qatda ozon ekranı yaranır. Ən sıx ozon təbəqəsi 30 km
hündürlükdə qeyd olunur. Qütblərdə ozon təbəqəsi 18-20
km-də yerləşir.
Mezosfer stratosferdən yuxarıda yerləşir.
Burada
temperatur yüksəklik artdıqca yenidən aşağı düşür. ’Onun
yuxarı sərhəddi 80-90 km hündürlükdən keçir. Burada
30
'l
/
•J
Təbiətdə baş verən təbii proseslər dispers hissəeiklərlə
havanın təchiz ediciləridir. Çünki vulkan püskürmələri zamanı
xırda, bərk və maye hissəciklərin böyük kütləsi havaya qalxır,
həftələrlə havada qalır və onu çirkləndirir. Dünyada baş verən
meşə yanğınları, bozqır və torf yanğınları, süxurların aşınması,
eroziya, kosmosdan gələn tozlar, duman, bulud, yağış və s.
vasitəsilə çirklənir.
ETİ əsrində nəhəng sənaye kompeksləri yaradılmış, on
milyonlarla nəqliyat vasitələri planetin yer və dəniz hövzələrində
dolaşaraq atmosferin çirkənməsinə öz əməli “töhvəsini” verirlər.
2.3.3.
Atmosferi süni çirklondirən sənaye sahələri
İqtisadiyyatın inkişafı güclü sənaye obyektlərinin və
komplekslərinin tikilməsi zərurətini yaradır. Əmək ehtiyatlarının
təminatı ilə əlaqədar olaraq belə obyektlər əsasən yaşayış
məntəqələri yaxınlığında salınır. Atmosferə aerozollar atan, əhali
sağlamlığı üçün təhlükəli olan, ekoloji sistemi pozan obyektlərin
optimal yerləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki
atmosferi süni çirkləndirən əsas mənbələrdən biri sənaye
sahələridir.
Qara metallurgiya - çuğun əridilməsi, ondan polad
istehsalı zamanı atmosferə müxtəlif qazlar atılır. V.Şaprinskiyə
görə 1 milyon ton polad istehsalı zamanı atmosferə 75 min ton
CO
2
ixrac edilir.
Domna qazlarından başqa atmosferə həm də az
miqdarda arsen, fosfor, qurğuşun, civə və nadir metalların
buxarları, antimon (sürmə) və qətranh maddələr atılır. Marten və
poladəridənlərdən sexlərin tullantıları da atmosferi xeyli
çikrləndirir. Polad əriyən zaman həm də metalın buxarı, şlak,
metal oksidləri və qazları ayrılır. Marten peçlərinin tozunun əsas
hissəsi dəmir - 3 oksid (6,7 %)-dən ibarət olur. 1 ton marten
poladının oksigensiz
32