Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə10/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   66

artıq  ozonun  az  olduğu  sahələrə  aiddir.  Bunu  ABŞ-ın  Florida 
Universitetinin araşdırmaları daha aydın göstərir. 
Ozon  qatının  azalması  respublikamızda  normaya 
uyğundur.  Antarktida,  Arktika,  ekvatorla  Qrinviç  xəttinin 
kəsişməsində  1-18  sentyabr  2000-ci  il  müddətində  ozonun 
miqdarının  dəyişməsi  ABŞ-m  Milli  Aeronavtika  və  Kosmos 
Akademiyasının (NASA) aldığı nəticələrdə əyani görünür. 
2.3.2.
 
Atmosferin quruluşu və dövranının çirklənmədə və 
mühitin mühafizə edilməsindəki yeri 
Dəniz səviyyəsindən yüksəkliyə qalxdıqca 
temperaturun dəyişmə xarakterinə görə atmosfer 5 əsas 
təbəqəyə bölünür: troposfer, strotosfer, mezosfer, termosfer 
və ekzosfer. 
Troposfer atmosferin ən aşağı hissəsi olub qütblərdə 
qalınlığı 8-10 km, ekvator zonasında isə 15-18 km-ə çatır. 
Troposferdə havanın temperaturu yüksəkliyə qalxdıqca hər 
100 m-də orta hesabla 0,5-0,60S aşağı düşür. Odur ki, hətta 
ekvatorda troposferin üst sərhəddində temperatur 
-IQ^S 
təşkil edir. Troposferdə havanın 80%-ə qədəri, yəni 4/5 
hissəsi cəmləşir. Burada mühüm atmosfer, o cümlədən 
ekoloji proseslər gedir ki, o da insanın həyat və fəaliyyətinə 
təsir göstərir. Göründüyü kimi canlı aləmə daha zəruri 
sayılan hava təbəqəsi əsasən troposferdədir. 
Stratosfer troposferdən üstdə yerləşərək 50-55km-ə 
qədər çatır. Yuxarı hissəsində 35 km-dən sonra yüksəklik 
artdıqca temperatur çoxalır. Burada ozon qatı yerləşir. Bu 
qatda ozon ekranı yaranır. Ən sıx ozon təbəqəsi 30 km 
hündürlükdə qeyd olunur. Qütblərdə ozon təbəqəsi 18-20 
km-də yerləşir. 
Mezosfer stratosferdən yuxarıda yerləşir. Burada 
temperatur yüksəklik artdıqca yenidən aşağı düşür. ’Onun 
yuxarı sərhəddi 80-90 km hündürlükdən keçir. Burada 
30 


temperatur -70°, -SO^S-yə qədər enir. 
Bu  təbəqələr  arasında  Trapapouza,  Stropopauza  və 
Mezorauza  adlanan  keçid  vilayətlər  yerləşir.  Mezopauzanın 
üstündə olan kimyəvi tərkib atmosferin tərkib hissələrindən xeyli 
fərqlənən  Termosfer  yerləşir və 800 km-ə qədər çatır.  Burada 
hava  güclü  ionlaşmışdır,  ona  görə  də  burada  elektrik  keçirmə 
troposferə  nisbətən  milyardlarla  yüksəkdir.  Orada  temperatur 
təxminən 2000°S-yə qədər çatır. İonosfer də burdadır. 
Ekzosfer  və  ya  səpələnmə  spektri  atmosferin  xarici 
qatıdır. Bu qat 2000-3000km-ə qədər yayılır və tədricən kosmosa 
keçir. 
Yuxarıda göstərilən sferalar arasında keçid aralıq qatlar, 
məsələn  tropopauza,  stratopauza-  və  s.  yerləşir.  Tropopauza 
troposferi stratosferdən ayırıt^ 
'  ^^Atmosfer  havası  -  müxtəlif  qazların  qarışığından 
ibarətdir.  Onun  tərkibinin  78,08%-i  azot,  20,95%-i  oksigen, 
0,93%-i  arqon,  0,03%-i  karbon  qazından  ibarətdir.  Qalan 
qazların  payı  (neon,  helium,  metan,  ksenon,  rodon  və  b.) 
təxminən 0,01% dir. 
İnsan  bir  dəqiqə  ərzində  51-dən  100  litrə  qədər  hava 
udaraq sutka ərzində 12-15 kq hava qəbul edir. Bu qida və sudan 
artıqıdır.  Atmosfer  insanı  kosmosda  təhlükə  yaradan  bir  sıra 
hadisələrdən xilas edərək meteoritəri yerə daxil olmağa qoymur.
 
  _  
Təbiətdə  havanın  əsas  istehlakçlan  flora  və  faunadır.  / 
Hava Yer üzərindəki bütün canlılar üçün lazımdır. İnsan qidasız 
5  həftə,  susuz  5  gün,  havasız  isə  5  dəqiqə  yaşaya  bilər.  Lakin 
insanların  normal  həyat  fəaliyyəti  üçün  yalnız  havanın 
mövcudluğu deyil, həm də havanın müəyyən dərəcədə təmizliyi 
vacibdir. Çirklənmiş hava, su, quru, dəniz, torpaq və insan üçün 
zərərlidir.  Havanın  qaz  mühitində  çoxlu  xırda,  bərk  və  maye 
hissəciklər  mövcuddur.  Beləliklə,  hava  aerozol  və  ya  dispers 
sistem  halında  olur.  Bu  çirkəndiricilər  havaya  biosferdən  daxil 
oluı^ 
31 


'l
 / 
•J
 
Təbiətdə baş verən təbii proseslər dispers hissəeiklərlə 
havanın  təchiz  ediciləridir.  Çünki  vulkan  püskürmələri  zamanı 
xırda,  bərk  və  maye  hissəciklərin  böyük  kütləsi  havaya  qalxır, 
həftələrlə  havada  qalır  və  onu  çirkləndirir.  Dünyada  baş  verən 
meşə yanğınları, bozqır və torf yanğınları, süxurların aşınması, 
eroziya,  kosmosdan  gələn  tozlar,  duman,  bulud,  yağış  və  s. 
vasitəsilə çirklənir. 
ETİ əsrində nəhəng sənaye kompeksləri yaradılmış, on 
milyonlarla nəqliyat vasitələri planetin yer və dəniz hövzələrində 
dolaşaraq atmosferin çirkənməsinə öz əməli “töhvəsini” verirlər. 
2.3.3.
 
Atmosferi süni çirklondirən sənaye sahələri 
İqtisadiyyatın  inkişafı  güclü  sənaye  obyektlərinin  və 
komplekslərinin tikilməsi zərurətini yaradır. Əmək ehtiyatlarının 
təminatı  ilə  əlaqədar  olaraq  belə  obyektlər  əsasən  yaşayış 
məntəqələri yaxınlığında salınır. Atmosferə aerozollar atan, əhali 
sağlamlığı üçün təhlükəli olan, ekoloji sistemi pozan obyektlərin 
optimal  yerləşdirilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Çünki 
atmosferi  süni  çirkləndirən  əsas  mənbələrdən  biri  sənaye 
sahələridir. 
Qara  metallurgiya  -  çuğun  əridilməsi,  ondan  polad 
istehsalı zamanı atmosferə müxtəlif qazlar atılır. V.Şaprinskiyə 
görə 1 milyon ton polad istehsalı zamanı atmosferə 75 min ton 
CO
2
 ixrac edilir. 
Domna  qazlarından  başqa  atmosferə  həm  də  az 
miqdarda  arsen,  fosfor,  qurğuşun,  civə  və  nadir  metalların 
buxarları, antimon (sürmə) və qətranh maddələr atılır. Marten və 
poladəridənlərdən  sexlərin  tullantıları  da  atmosferi  xeyli 
çikrləndirir.  Polad  əriyən  zaman  həm  də  metalın  buxarı,  şlak, 
metal oksidləri və qazları ayrılır. Marten peçlərinin tozunun əsas 
hissəsi  dəmir  -  3  oksid  (6,7  %)-dən  ibarət  olur.  1  ton  marten 
poladının oksigensiz 
32 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə