Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə12/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   66

gedən yolu da çətinliklə tapırdılar. Bir neçə gün ərazidə öskürən 
və havasızlıqdan təngənəfəs olan adamlarda boğulma, öyümə, 
göz, boğaz ağrısı və s. kimi xəstəliklərin sayı sürətlə artmışdı. 
Smoqun  davam  etdiyi  4  gün  ərzində  şəhərin  1,4  mln. 
əhalisindən  6  min  nəfər  xəstələnmiş,  20  nəfəri  isə  ölmüşdür. 
Xeyli ev heyvanları tələf olmuşdur. Yalnız leysan yağışlardan 
sonra hava təmizlənmiş və şəhərdə həyat bərpa olmuşdur. 
Atmosfer havasının radioaktv maddələrlə çikrlənməsi. 
Atmosferə  (radioaktiv  maddələr)  RM-lər  təbii 
radioaktiv  proseslər  vastəsilə,  uran  filizləri  çıxardıqda, 
reaktorların  istismarı  zamanı  və  atom  partlayışı  nəticəsində 
daxil olur. 
Təbii radioaktivlik atmosferə xasdır. O, təbiətdə həmişə 
mövcuddur  və  insan  fəaliyyətindən  asılı  deyil.  Canlı 
orqanizmlər  belə  radioaktivliyə  uyğunlaşıb  və  heç  bir  zərərli 
nəticəyə  səbəb  olmur.  RM-lə  atmosferin  çirklənməsi  atom  və 
hidrogen bombalarının partladılması nəticəsində baş verir. Hər 
bir  belə  partlayış  zamanı  radioaktiv  tozlardan  dəhşətli 
buludların  yaranması  müşahidə  olunur.  Çox  güclü  partlayış 
dalğası  zamanı  bu  tozların  hissəcikləri  bütün  istiqamətlərə 
yayılaraq 30 km yüksəkliyə qədər qalxır. Partlayışın ilk saatları 
ən iri hissəciklər, bir qədər kiçik hissəciklər isə 5 sutka ərzində 
yerə  düşür,  nəhayət  daha  xırda  dispers  tozlar  hava  axınları 
vastəsi ilə min km məsafələrə yayılaraq bir çox illər ərzində Yer 
kürəsinin səthinə düşür. 
Atom partlayışı zamanı əmələ gələn ayrı-ayrı izotoplarm 
yarımparçalanması  müxtəlif  dövrlərdə  davam  edir.  Bu 
baxımdan  2  izotop-stronsumun  90-25  il  ərzində  parçalanması 
gedir,  o,  yer  səthinə  düşərək  bitki  tərəfindən  (yem)  inəyin 
südünə  keçir  və  sezium  -137-n  yarımparçalanması  isə  33  il 
davam edir. 
Biosferin 
radioaktiv 
çikrləndrilməsində 
nüvə 
silahlarının sınaqdan keçirilməsi mühüm faktor sayılır. 
36 


Dünyada  2000-dən  arlıq  nüvə  silahı  sınaqdan  keçirilmişdir 
(onlardan 500-ü atmsoferdə). Bu partlayışlar zamanı ətraf mühitə 
milyon kürülərlə radioaktiv sezium -137, stronsium- 90 və dgər 
elementlər daxil olmuşdur. 
Ətraf  mühitin  radioaktiv  çirklənməsi  baxımından  nüvə 
müharibəsi ən dəhşətli, ən qorxulu ola bilər, tədqiqatlar göstərir 
ki, əgər nüvə müharibəsi başlayarsa, iri şəhərlərə atom bombası 
atılacaq.  Bu  zaman  Yerin  geniş  ərazisini  aylarla  qaranlıq 
bürüyəcək,  günəş  şüası  yanğınlar  nəticəsində  əmələ  gələn 
hissəciklərindən ibarət böyük buludlardan keçə bilməyəcək. Bir 
sıra  regionlarda  orta  temperatur  bir  neçə  10  dərəcə  aşağı 
düşəcəkdir  (hətta  suyun  donma  dərəcəsindən  də  aşağı). 
Strotosferin  ozon  təbəqəsi  naziləcək,  atmosfer  havası 
zəhərlənəcəkdir. 
AES-də  baş  verən  qəzalar  nəticəsində  də  atmosfer 
havasının radioaktiv çirklənməsi baş verir. 1986-cı ildə Çernobil 
AES-də  baş  verən  qəza  nəticəsində  Belorusiya  Respublikası 
ərazisinin  4/5  hissəsi  radioaktv  çikrlənməyə  (xüsusilə 
sezium-137 və stronsium-90) məruz qalmışdır. Burada 16,4 min 
km^  ərazi  çirklənməyə  məruz  qalmışdır.  Bundan  başqa  qonşu 
Ukrayna Respublikasının geniş ərazisi də radioaktiv çirklənməyə 
məruz qalmışdır. Çirklənməyə məruz qalan rayonlarda bitki  və 
heyvanlarda anomal mutasiya müşahidə olunmuş, bəzi sahələrdə 
meşələr qurumuşdur. 
Elektromaqnit çirklənməsi. 
Elektromaqnit dalğalarının təbi mənbələri: 
yer 
səthinn daimi elektrik və maqnit sahəsi, kosmik aləmdən (günəş, 
ulduzlar  və  s.)  ibarətdir.  Yerin  təbii  elektromaqnit  sahəsi  onun 
səthində açıq yerlərdə adətən 100-500 Vm gərginlikli izafi mənfi 
yükün yaranmasıdır. Qara buludlar gərginlik sahəsini 10-100000 
Vm-ə  qədər  yüksəldə  bilər.  Təbii  elektromaqnit  mənbələri  zəif 
olduğundan canlılara bir o qədər də ziyan vurmur. Canlılar üçün 
süni elektromaqnit mənbələri daha ziyanlıdır. 
37 


Hazırda iri şəhərlərdə, hətta yaşayış mənzillərində güclü 
elektromaqnit  çirklənməsi  müşahidə  olunur.  Gündəlik  həyat 
tənziminə  müdaxilə  edən  radiochazlar,  televzorlar,  məişət 
cihazları, açıq ərazilərdə isə elektrik nəqliyyatı, yüksək gərginlikli 
eletkrk  xətləri,  transformatorlar,  radiolokator  stansiyaları 
elektromaqnit çirklənməsinə səbəb olur. 
Elektromaqnit  sahəsinin  antropogen  mənbələri  2  qrupa 
bölünür: 1 qrup-generasiya olunan (0-3 km) ən yüksək gərginlikli 
mənbələr; 2 qrup - 3 kHs -200 Qhs diapazonunda mikrodalğalar 
daxil  olmaqla  radiogərginlikli  diapazonlarda  generasiya  olunan 
şüalardır.  Bunlardan  canlılar  üçün  ən  təhlükəlisi  radiolokatorlar 
(hava  əlaqəsi,  gəmiçlik  nəqliyyat  radiolokatorları,  hava 
nəqliyyatına nəzarət) sayılır. 
Elektromaqnit  şüalarının  canlılara  təsirinə  kömək  edən 
amillərdən biri atmosfer ionlaşmasıdır. Atmsoferdə olan ionlar 3 
yerə bölünürlər; ağır, orta və yüngül ionlar. Atmosferin 1 sm^-da 
ağır ionlar 64 %, orta ionlar 20%,  yüngül ionlar  isə 10% təşkil 
edir.  İonlar  atmosferin  özündə  saxladığı  temperaturdan  asılı 
olaraq dəyişir: ağır ionlar qışda daha çox, yayda az, yüngül ionlar 
isə qışda az, yayda çox olur. 
Parnik (1§1Шк) qazları və onların iqlim dəyişməsinə 
təsiri 
Atmosferdə  bəzi  qazlar,  o  cümlədən  su  buxarı  parnik 
(istixana)  effekti  yaratmaqla  fərqlənir,  onlar  yer  səthinə  yüksək 
dərəcədə Günəş radiasiyası buraxmağa qabildir. Yer səthinin orta 
temperaturu +15*^8 təşkil edir. Parnik effekti olmasa idi o, -18°8 
olardı.  Odur  ki,  parnik  effekti  Yerdə  həyatın  mövcuduğu  üçün 
əsas  mexanizmlərdən  biridir.  Parnik  effekti  yaratmaqda 
atmosferdə  olan  su  buxarı  aparıcı  rol  oynayır.  Bu  baxımdan, 
atmosferdə  yüksək  konsentrasiyada  olan  qazlar  böyük  rol 
oynayır. Əsas parnik qazları aşağıdakılardır: 
karbon 
2-oksid (CO
2
), azot 
oksidləri, xüsusilə NO
2
, metan 
(CH4) və troposfer ozonu 
38 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə