Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə11/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   66

əridilmə prosesində 3000-4000 nı^ qaz ayrılır, onların tərkibində 
tozun qatdığı orta hesabla 0,5 qm^ təşkil edir. 
Metan  ərimə  zonasına  oksigen  verildikdə  isə  toz 
əmələgəlmə  dəfələrlə  çoxalaraq  15-52  qm^-a  çatır. 
Kokskimyəvi  istehsalı  atmosfer  havasına  tozla  və  uçucu 
birləşmələrin  qarışığı  ilə  çikrləndirir.  İş  rejimi  pozulduqda  isə 
atmosferə külli miqdarda təmizlənmiş koks qazı atılır. 
Əlvan metallurgiya - gil - torpaq - alüminium- oksidi, 
alüminium, mis, qurğuşun, qalay, sink, nikel və digər metalların 
peçdə  istehsalı  zamanı  zərərli  maddələr  əmələ  gəlir.  Əlvan 
metallurgiya atmosfer havasını əsasən kükürd anhidridi (75%), 
karbon qazı (10,5%) və tozla çirkləndirir. 
Kimya  və  neft-kimya  sənayesi  -  turşuların  (sulfat 
turşusu,  xorid  turşusu,  fosforit  turşusu,  nitrat  turşusu  və  s.) 
istehsalı 
və 
s. 
zamanı 
atmosferə 
tullantılar 
atılır. 
Çirkləndiricilərin tərkibində karbon qazı (28%), kükürd anhidridi 
(16,3%), azot oksidi (6,8%) olur. Neftayırma sənaye müəssisələri 
atmosferi  karbohidrogen  (23%),  kükürd  qazı  (16,6%),  karbon 
qazı  (7,3%),  azot  oksidi  (2%)  birləşmələrilə  çirkləndirir. 
Respubikamızda  kimya  və  neft-\  kimya  müəssisələrinin  çoxu 
Bakı  və  Sumqayıt  şəhərərində'  cəmləşmişdir.  Mövcud 
müəssisələrin texniki təchizatı, təmizləyici qurğularının çoxunun 
yararsız  vəziyyətdə  olması,  qaz-toz  tutucu  avadanlıqlarının 
sıradan  çıxması  ətraf  mühitə  normadan  artıq  tullantıların 
atılmasna səbəb olur. 
Tikinti  materialları  sənayesi  -  sement  və  digər 
bərkidici  materiallar,  azbest,  tikinti  keramika  və  saxsı 
materialları,  istilik  və  səs  izoləedici  materiallar  istehsalında 
atmosferə toz və asılı maddələr atılır. 
Bundan başqa tullantılarda hidrogen-sulfıd (0,03 %), 
formaldehid (0,02%), toluol (0,02%), benzol (0,01%), vanadium 
5-oksid (0,01%) də olur. Sement, azbest və digər ^ tikinti 
materialları istehsal edən zavodların ətrafında 
33 


havada benzopirin, toz və digər zərərli maddələrin yüksək tərkibi 
müşahidə olunur. 
Sement sənayesində xamaal kimi mercel qarışıqh və gil 
şistəlri  qarışığı  olan  əhəng  daşlarından  istifadə  edilir.  Həmin 
texnologiya çoxlu toz hissəciklərinin ayrılması ilə səciyyələnir 
ki, bu da sement tozu ilə atmosfer havasını daha çox çikrləndirir. 
Təxmini  hesablamalara  görə  yer  atmosferinə  ildə  100 
min  tonlarla  zəhərli  qazlar  və  tozlar  atılır.  Bu  çirkləndiricilər 
sənaye rayonlarında külək vasitəsilə başqa yerlərə aparılmasına 
və  çökdürülməsinə  baxmayaraq,  bir  çox  hallarda  sənaye 
şəhərləri ətrafında yüksək çirklənmə kəsafətliyi (konsentrasiya) 
yaradır. 
Ağac  emalı  və  sellüloz-kağız  sənayesi  -  ətrafa  xeyli 
çirkləndirici maddələr yayır. 
Ağac  emalı  və  sellüloz-kağız  sənayesi  müəssisələri 
tərəfindən atmosferə buraxılan xarakterik çrkləndirici maddələr 
bunlardır: bərk (sülb) maddələr (29,8%), karbon qazı (28,2%), 
kükürd  anhidridi  (26,7%),  azot  oksdləri  (7,9%),  toİLiol  (1%), 
hidrogen  sulfid  (0,9%),  aseton  (0,5%),  ksilol  (0,45%),  butil 
asetat  (0,4%),  etil-asetat  (0,4%),  formaldehid  (0,1%), 
metilmerkaptan (0,2%). 
İES-lərin  ətrafı  həmişə  ziyanlı  aerozolla  daha  zəngin 
olur. Azərbaycanda inşa olunmuş İES-də əsas yanacaq kimi qaz 
(80-87%) və mazutdan (13-20%) istifadə olunur. 
Azərbaycanın  böyük  lES-ləri  (1  mln.mvt.)  Abşeron 
rayonunda. Mingəçevir şəhəri yaxınlığında) və Şirvan şəhərinin 
10-15 km-liyində yerləşir. 
Azərbaycanın bütün İES-ləri yanacaqla (mazut) və qazla 
işləyir.  Mazutun  kükürdlülük  dərəcəsi  2%təşkil  edir.  Tüstü 
borularından  atmosferə  sutkada  700-1000  ton  kükürd  və  azot 
oksdəçəri  atılır.  Azərbaycanın  iri  İES-ləri  ətrafında  3-5  km 
radiusunda havada CO-in qatılığı yüksək həddə çataraq 0,4-0,6 
mq/m^  təşkil  etmişdir.  Tədqiqatların  nəticələri  göstərdi  ki, 
kükürd qazının, azot 2-oksidin və 
34 


tozun qatılığının zonal yayılması qanunauyğun olaraq stansiyanın 
yerləşdiyi mənbələrdən 2,5-3 km məsafədə maksimum çirklənmə 
müşahidə edilir. Azərbaycan İES-də (Mingəçevir) qaz işlədilərsə 
adambaşına ildə 250-300 kq his düşər, mazutdan istifadə zamanı 
bir  rəqəm  5  dəfə  yüksək  olur.  Təəssüf  ki,  1986-cı  ildən  bəri 
yüksək kükürdlü (4%-ə qədər) mazutdan istifadə edilir. 
Atmosferi  radioaktiv  maddələr  də  çirkləndirir.  Havam 
daha çox çirkləndirən digər mənbə hazırda  nəqliyyat  vasitləri, 
xüsusilə  avtomobillərdir.  Nəqliyyat  insanların  həyatına  güclü 
təsir göstərir. Şəhərlər böyüdükcə nəqliyyat problemi kəskin hal 
alır. Bəzi şəhərlərdə onların buraxdığı qazlar havanı çirkləndirən 
qazların  68-80%-ni  təşkil  edir.  Fransız  alimi  İ.Detrinin 
məlumatına  görə  benzin  və  dizellə  işləyən  mühərriklər  havaya 
CO2-5,0  və  9,0%,  CO-  4,0  və  0,1%,  oksigen-4,0  və  9,0%, 
hidrogen-2,0  və  0,03%,  aldehidlər-0,004  və  0,002%,  azot 
oksidi-0,06 və 0,04%, kükürd qazı-0,006 və 0,02% atır. 
Avtomobillərin  atmosferə  buraxdığı  zərərli  qazların 
konsentrasiyası  yalnız  mühərrikin  tipindən  deyil,  həm  də 
avtomobillərin texniki vəziyyətindən, edilən xidmətdən, qida və 
yanma  sisteminin  vaxtında  təmirindən  və  gedilən  yolun 
xarakterindən asılıdır. 
Avtomobillərlə  çirklənmələrin  qarşısını  almaq  üçün 
tulantılarm  zərərlilik  dərəcəsinin  qiymətləndirilməsi,  daxili 
yanma  mühərrikinin  təkmilləşdirilməsi,  benzinin  keyfiyyətinin 
artırılması,  neytrallaşdırıcılardan  və  yanacağın  alternativ 
növlərindən istifadə etmək lazımdır. 
Atmosferin çikrlənməsinə başqa misal göstərək: 
1948-ci oktyabrın 26-sı səhər tezdən sıx və qalın duman 
(buna smoq deyilir) Lenever şəhərini (ABŞ, Pens'livaniya ştatı) 
bürümüşdü.  Tüstü  ilə  duman  qarışığından  yaranan  qurum 
səkiləri, evlərin damını, körpüləri qara örtüyə bələmişdi. İki sutka 
ərzində  şəhərdə  görüş  dairəsi  o  qədər  zəifləmişdi  ki,  onun 
sakinləri hətta evə 
35 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə