Tullantısız texnologiyanın inkişafının əsas istiqamətləri
aşağıdakılardır: tullantıların utilləşdirilməsi, xammal və
minerallardan kompleks istifadə edilməsi, qapalı siklli istehsalın
təşkil edilməsi, çirkab suların atılması, zərərli maddələrin
atmosferə buraxılması və s. Hazırkı dövrdə ekoloji istehsalın əsas
vəzifələri gücləndirilərək insan fəaliyyətinin zərərli nəticələrini
neytrallaşdırmalı, sağlamlıq zonaları və ekoloji təmiz olan süni
ekosistemlər yaratmağa istiqamətləndirilməlidir.
2.3.6.
Atmosferin mühafizəsi
Daim hərəkətdə olan hava yerdən qalxan qaz, tüstü, toz
hahndakı tulantılarm yüngül hissəsini uzun müddət özündə
saxlayıb onları dünyanın müxtəlif rayonlarında tədricən çökdürür.
İnsanların sağlamlığına, torpağa, su mənbələrinə, heyvanat
aləminə, bitki örtüyünə mənfi təsir edir. Belə proses kənd
təsərrüfatı
bitkilərinin
məhsuldarlığını
azaldır,
metal
quraşdıncılarda korroziyanı şiddətləndirməklə, maşınların,
avadanlıqların, elektrik ötürücü dirəklərin ömrünü xeyli qısaldır.
Havaya qalxan tullantiarm miqdarını azaltmaq və onların
tərkibini zərərsizəşdirmək əsasən iki yolla həyata keçirilə bilər:
1.
Tükənməyən enerji sərvətlərinin - külək, günəş, yeraltı
istiliyin, su enerjisinin geniş istifadəsi, onsuz da məhdudlaşmaqda
olan üzvi yanacağın (neft, qaz, daş kömür, torf, yanar şist, antrasit
və s.) enerji balansında xeyi azaldılması.
2.
Daxili mühərriklərdə, elektrik stansiyalarında və bütün
sənaye müəssisələrində, məişətdə istifadə edilən yanacağın
tərkibindəki zəhərli maddələrin çıxarılması və xeyi azadılması.
Son zamanlar hava mühitini təmizləmək və ona nəzarət
etmək üçün müasir elektron sistemlərindən, havam
42
asılı vəziyyətdə olan (toz) hissəciklərdən təmizləmək üçün,
elektrofiltrlərdən istifadə edilir. Toz hissəciklərini udma
qabiliyyətlərinə görə toz tutan qurğular tozçökdürən kameralara,
inersiyah tozayıranlara, yağlı və çoxqath fıltrlə, elektrofiltrlərə
ayrılırlar.
Elektrofiltrlər
havada
toz
qarışıqlarının
təmizlənməsində ən səmərəli qurğular olmaqla, tüstülü qazlarda
sıxlığı çox olan yüksək toz və kül qatışıqlarmın təmizlənməsində
geniş istifadə edilir. Onların təmizləmə dərəcəsi 90-95% olmaqla,
başqa növ toztutan qurğulardan çox üstündürlər.
Ətraf hava mühitimi tərkibinə nəzarət sistemində ən
mühüm yerli-hava hövzəsində qazların toplanması və azalmasını
xəbər verən qaz indikatorları və müasir elektron qaz-analizatorları
istilik kimyəvi və fotokalometrik üsulla işləyən və hava mühitində
müxtəlif qazların miqdarını təyin edən cihazlardır. Beləliklə,
istilik kimyəvi analizatorlar katalizatorun köməyi ilə havanın
oksigenində təyin olunan komponentdə kimyəvi reaksiyanın
istilik effektini qiymətləndirir.
Günəş şüaları yer səthimi heç yerlərində şaquli
düşmədiyi üçün vahid sahəyə düşən radiasiyanın miqdarı coğrafi
enlikdən asılıdır (məsələn, qütblərdə ekvatora nisbətən soyuq
olar). Nəticəsi də qütblərdə və ekvatorda havanın xüsusiyyətləri
fərqlidir. Lakin Yer səthindən temperaturun üfüqi paylanmasının
enlikdən asılı olması tanı vacib deyil, çünki hava kütləsi daim
hərəkətdə olur və onun soyuq kütləsi cənuba, isti hissəsi isə
şimala hərəkət edir. Beləliklə, atmosferdə temperaturun üfüqi
məsafəsi, şaquli məsafədən çoxdur, onda şaquli qradyent də
adətən üfüqi qradiyentdən artıqdır. Bu halda ki, şaquli qradiyent
daha çoxdur və nisbətən sabitdir və şaquli istiqamətdə hava
mübadiləsi demək olar ki, nisbətən zəifdir.
43
2.4. Litosferin ekoloji xüsusiyyətləri və mühafizəsi
Yer kürəsinin və onu təşkil edən qitələrin, dənizlərin,
heyvanat və bitkilərin inkişaf
tarixi
mürəkkəb
ekosistemlərdən ibarət olub, müəyyən mərhələləri keçmişdir.
Yer kürəsinin hər hansı bir sahəsinin məruz qaldığı
dəyişikliklər və onun inkişafı burada baş verən geoloji proseslərlə
sıx əlaqədardır. Odur ki. Yer kürəsinin ərazisinin geoloji inkişaf
tarixini şərh etmək üçün Yer qabığının ayrı- ayrı hissələrində baş
vermiş
geoloji
prosesləri
aydınlaşdırmaq lazım gəlir. Tarixi geologiyaya dair tədqiqatlar
Yerin və eləcə də litosferin genetik inkişafına dair qiymətli
məlumatlar verir. Həmin sənədlər keçmiş geoloji dövrlərdə əmələ
gəlmiş suxurlar, minerallar, heyvan və bitki qalıqlarından və s.
ibarətdir. Bu sənədləri «oxumaq» və onların əsasında tarixi
ardıcıllıq yaratmaq üçün geoloqlar aktualizm deyilən metoddan
istifadə edirlər. Bu proses yer üzərində hazırda baş verən
proseslərin və onların nəticəsində əmələ gələn məhsulların
öyrənilməsinə əsasən müqayisəli mülahizələr yürütmək
metodudur. Məs. müasir dənizlərdə, göllərdə arası kəsilmədən
müxtəlif çöküntülər-lillər, qumlar və s. toplanırsa, deməli biz
hazırda bu çöküntülər əmələ gəlmiş süxurları tapdığımız yerlərdə
vaxtilə dəniz,göl və ya başqa su hövzəsi olduğunu söyləyə bilərik.
Ümumi tarix yaratmaq üçün isə əvvəlcə həmin sahələrin müəyyən
inkişaf mərhələsində necə olduqlarını bilmək və onları
tutuşdurmaqla ümumi fiziki-coğrafi şəraiti bərpa etmək lazımdır.
İndi yer qabığını təşkil edən süxurların daha doğrusu, onların
əmələ gəldikləri təbəqələrin yaşı müəyyən edilmiş və
ümumdünya geoloji yaş (geoxronoloji) cədvəli düzəldilmişdir.
Lakin bu cədvəl mütləq yaş cədvəli yox, nisbi yaş cədvəlidir, yəni
burada qatların, lay və təbəqələrin yaşları, biri-digərinə nisbətən,
yəni nisbi olaraq müəyyən edilir. Dördüncü dövr yer
44
Dostları ilə paylaş: |