Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə16/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   66

Planetimizin  malik  olduğu  bütün  su  ehtiyatı  -  Dünya 
okeanı,  çaylar,  göllər  və  su  anbarları,  qütb  və  dağ  buzlaqları, 
torpaqdakı  nəmlik  və atmosferdəki  rütubətin hamısı  hidrosferdə 
cəmləşmişdir.  Su  ehtiyatları  daima  dövr  edir.  Suyun  kiçik  və 
böyük  dövranı  eyni  zamanda  maddələr  dövranı  üçün  də  şərait 
yaradır. Sərbəst su ehtuyatma görə Yer kürəsi - Günəş sisteminin 
ən “sulu” planetidir. 
Materiklərin  ümumi  sahəsinin  11%-i  buzaqlarla 
örtülüdür.  Quru  səthindəki  buzlaqlar  əriyərsə  Dünya  okeanında 
suyun səviyyəsi 70 m artar və nəticədə Dünya okeanının sahəsi 
1,5 mln. km- genişlənər. Buna müvafiq oaraq Yerin q u r u  sahəsi 
1%  azalar.  Yer  kürəsinin  şirin  su  ehtiyatının  85%-i  buzlaqların 
payına  düşür.  Yeraltı  buzaqlarm  ümumi  sahəsi  21  mln  km--ə 
bərabərdir ki, bu da 300 min km- su ehtiyatı deməkdir. 
Çayların eyni vaxtda cəmlənmiş su ehtiyatı 1,2 mln. knv 
təşkil edir. Buna baxmayaraq çay sularının həcmi Yerin ümumi su 
ehtiyatının  0,004  %-ni  təşkil  edir.  Dünya  okeanına  il  ərzində 
kondensasiya  nəticəsində  quruya  düşdüyündən  40  dəfə  artıq 
həcmdə su düşür. Hesablamalar göstərir ki, yer kürəsində xüsusi 
tədbirlər tətbiq etmədən istifadəsi mümkün olan su ehtiyatı 5 min 
km^-dən  artıq  deyil.  Bu  da  hidrosferin  0,3%-ni  təşkil  edir. 
M.l.Lvoviçin  hesablamasına  görə  okeandan  buxarlanan  suyun 
həcmi 452 600 km^, qurudan buxarlanan suyun  həcmi 525 100 
km^ təşkil edir. Dünya okeanından hər il 1240 mm su buxarlanır. 
Dünya  okeanı  səthinə  isə  1140  mm  yağıntı  düşür.  Qalan  su 
buxarları  yağıntı  şəklində  quru  üzərinə  düşərək  çayın  axınını 
təşkil edir. Quruya il ərzində düşən 710 mm yağıntının 470 mm-i 
yenidən  buxarlanmaya  sərf  olunur,  240  mm-i  isə  axını 
tənzimləyir. Antarktidada yayılan 2 mln km^ su dünyanın ümumi 
su ehtiyatına daxil edilməmişdir (Cədvəl 2.2, 2.3). 
Planetar  miqyasda  suyun  böyük  və  kiçik  dövranı 
müəyyənləşdirilmişdir. Böyük dövranın təsirilə uzun geoloji 
48 


Cədvəl 2.1. 
Hidrosfer 
(M.İ.Lvoviçə görə, 1974) 
Hidrosferin hissələri 
Suyun həcmi min. 
km^ 
ümumi həcmdən 
%-lə 
Dünya okeanı 
1.370323 
93,96 
Yeraltı sular 
60 000 
4,12 
0 cümlədən aktiv su 
mübadilə zonası 
4000 
0,65 
Buzlaqlar 
24 000 
1,65 
Çöllər 
280 
0,019 
Torpaq rütubəti 
85 
0,006 
Atmosfer buxarı 
14 
0,001 
Çay suları 
1,2 
0,0001 
Cəmi; 
1454193 
100 
* - o cümlədən 5 min km^ sular su anbarlarında 
** - o cümlədən suvarma suyu 2 min km^ yaxın 
Hidrosferin şirin suyu 
Cədvol 2.2. 
Hidrosferin 
hissələri 
Şirin  suyun 
həcmi, km-^  Hidrosferin hu 
hissəsindən 
"Zü
 
Ümumi şirin 
sudan 
'M.-İƏ
 
Buzlaqlar 
24 000 000 
100 
85 
Yeraltı sular  4 000 000 
6,7 
14 
Çöllər və su 
anbarları 
155 000 
55 
0,6 
Torpaq 
rütubəti 
83 000 
98 
0,3 
Atmosferin 
buxarı 
14 000 
100 
0,05 
Çay suları 
12 000 
100 
0,004 
Cəmi: 
28253200 
-
 
100 
49 


dövr  ərzində  hidrosfer  yaranmışdır.  Kiçik  dövranda  isə 
(buxarlanma) yağıntı-axını sistemi formalaşır. 
Sudan istifadənin əhəmiyyəti həm onun hidrosferdə hansı 
hissəyə aid olmasına və həm də iqtisadi rayonun inkişafına görə 
qiymətləndirilir. 
Sudan  istifadənin  coğrafi  amilləri  fiz-coğrafı  qabığın 
birgə və onun ayrı-ayrı hissələrinin fəaliyyətləri ilə təmsil olunur. 
Suyun səmərəli istifadəsinin təşkili - təbiəti mühafizənin 
və dəyişdirmənin ən müasir problemlərindən biridir. Sənayenin və 
kənd  təsərrüfatının  intensivləşməsi,  şəhərlərin  inkişafı,  iqtisadi 
inkişaf və s. ümumən içməli suyun qorunması və aparılması yaxşı 
şəraitdə  mümkündür.  Yalnız  minerallardan  və  biokütlənin 
tərkibində  olan  sudan  başqa,  hidrosferin  bütün  tərkib  hissəsi  su 
sərvətlərinin ehtiyatı sayıla bilər. 
vSu  ehtiyatlarından  ən  qiymətlisi  -  içməli  su  materiklərin 
ərazisində  qeyri-bərabər  yerləşmişdir.  Ekvatorial  qurşaq  çay  və 
yeraltı suları ilə daha çox təmin olunmuşdur. Bu sahədə Cənubi 
Amerikanın və Afrikanın ekvatorial zonaları daha çox fərqlənirlər. 
Ərazilərdə hər 1 nəfərə 25-50 min m^ tam çay suyu və 10,25 min 
m-'* yeraltı sular düşür. 
Tropik,  subtropik  və  Avropa-Asiyanın  cənub  mülayim 
qurşaqlarının cənub hissələri 10 dəfə az təmin olunmuşlar. 
Su ehtiyatları ilə ən az Orta Asiyanın cənubu, Əfqanıstan, 
Ərəbistan,  Saxara,  Meksika  və  b.  əraziləri  təmin  olunmuşlar. 
Avstraliyada su ehtiyatlarının az olmasına baxmayaraq orada orta 
dünya  miqyasmdakmdan  daha  yüksək  su  ilə  təmin  olunma 
mövcuddur. 
Su ehtiyatlarının ərazilər üzrə yerləşməsi ayrı-ayrı coğrafi 
regonlarm  su  ilə  təchizatı  daim  sabit  olmur  və  zaman  keçdikcə 
dəyişilirlər. Belə ki, son 5000 ildə Saxaranm su təchizatı bir neçə 
dəfə dəyişilmişdir. Bizim eradan əvvəl 
50 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə