Beləliklə, ilk baxımda insanın təbiətdən asılılığı azalır,
guya insanlar mövcud şəraitdən süni yaradılmış texnosfer ilə
qorunaraq, ətraf mühitin-təbiətin çatışmamazlığmı düzəldir.
Lakin, bu hələ insanın təbiətdən asılılığının azalması demək
deyildir, əksinə, cəmiyyət inkişaf etdikcə onun təbiətə tələbatı da
o qədər rəngarəng və zəngin olur. İnsan təbiətin yeni qüvvələrini
aşkarlayıb istifadə etdikcə, müasir mərhələyə müvafiq olaraq özü
də ondan asılı vəziyyətə düşür. Məsələn, Volqa, Dnepr, Kür, Nil
çayları axımının nizamlanmasının böyük üstünlükləri olmuşdur.
Azərbaycanda Mingəçevir su anbarının tikilməsi ilə əlaqədar
olaraq Kür-Araz ovalığında bataqlıqların qurudulmasına şərait
yaradıldı.
Təbiət və cəmiyyət qanunları arasındakı mühüm
fərqlərdən biri də odur ki, cəmiyyət qanunları təbiət qanunlarına
nisbətən qısa müddətlidir. Təbiət qanunlarını müşahidə və dərk
etmək uzun vaxt tələb edir. Təbiətlə- cəmiyyət arasındakı əlaqənin
qanunauyğunluqlarını öyrənmək tarixən yaranmış elmi
nailiyyətlərə
əsaslanmalıdır.
Təbiətşünaslıq
haqqındakı
ümumbəşəri bilikləri sinfi, siyasi və s. cəhətdən, bəzən də məhdud
hüquqi tələblər baxımından çeşidləmək nəinki keçmişimizi dərk
etmək, eyni zamanda bu günümüzü də dərk etmək üçün böyük
ziyan verir.
Dünya ölkələrinin ictimai quruluşundan asılı olmayaraq
müasir ekoloji böhrana məruz qalmaları onu göstərir ki, indi bütün
ölkələr milli və sinfi ayrı seçkilik salmadan birləşməli, ətraf
mühiti mühafizə etməkdə birgə səy göstərməlidirlər.
İnsan nəinki əmək prosesində, bütün varlığı ərzində
təbiətlə təmasdadır, onun vacib komponenti olan oksigenlə nəfəs
alır və arasıkəsilməz madələr mübadiləsində olur. Təbiətlə insan
arasında maddələr mübadiləsi kəsilərsə insanın nəinki
fəaliyyətindən, həm də onun varlığından söhbət gedə bilməz. Biz
insanı,
təbiətlə birlikdə vahid bir
20