Sözsüz ki, ilk növbədə ekoloqları təbii ekosistemlər
maraqlandırır. Təbii ətraf mühit və onun komponentləri
milyonlarla il ərzində təkamül prosesindən keçmişdir. Orqanizm
yaşadığı ətraf mühitə daxil olduğu ekosistemə uyğunlaşır.
Ekologiya elminin inkişaf tarixi. İnsan tərəfindən
yaradılan
(antropogen) ekosistemlər təbii şəraitə
uyğunlaşdırılır. Ekologiyanın
müasir bir elm kimi inkişaf
tarixi 4 - dövrdən ibarətdir.
I
dövr. Bu dövr darvinizmə qədərki dövrü əhatə edir.
II
dövr. Ç.Darvinin qalib gəlməsi ilə başlayır. 1866-cı
ildə E. Hekkel orqanizmin mühitə uyğunlaşmasına dair bilikləri
«Ekologiya» adlandırır. O qeyd olunduğu kimi göstərirdi ki,
Ç.Darvinin yaşamaq uğrunda mübarizə adlandırdığı münasibətləri
ekologiya tədqiq etməlidir.
III
dövr. XX əsrin 20-ci illərində başlayır. Bu dövrdə
ekologiya ümumbioloji fundamental elmlərdən birinə çevrilir.
1935-ci ildə ingilis alimi A.Tensli ekologiyaya ekosistem
anlayışını, 1942-ci ildə isə V.N.Sukaçov biogeosenologiya
(biosferin quru sahəsinin konkret hissəsində canlıların öz
aralarında və ətraf mühitin cansız hissələri olan atmosfer, dağ
süxurları, torpaq, hidroloji rejim ilə qarşılıqlı əlaqədə fəaliyyət
sistemi) anlayışını daxil edirlər.
IV
dövr. XX əsrin 80-cı illərindən başlandı. Müxtəlif
elmlərdə ekoloji istiqamətin yaranması, ekologiyanın qlobal
xarakter alması, o cümlədən insan ekologiyasının, sosial və qlobal
ekologiyanın əmələgəlməsi və inkişafı bu dövrü səciyyələndirir.
Ümumiyyətlə, həmin dövr elmlərin ekologiyalaşdırılması ilə
fərqlənmişdir. Beləliklə, ekologiya elmi eninə və dərinə inkişaf
etməyə başladı. Əlbəttə, birinci hal daha çox nəzəri cəlb
etməkdədir.
Ekologiyanın mərkəzində canlı sistem dayanır. Ona görə
ekologiyanın yaranmasının əsas səbəbi canlılar haqqında, o
cümlədən insanların özləri haqqında
biliklər
olmuşdur. Təsadüfi deyil ki, ekologiya ümumi bioloji
mahiyyətinə daha çox istinad edir.
Mədəni bitkilər və əhli heyvanlar ekologiyanın tədqiqat
obyekti deyildir. Onları kənd təsərrüfatı öyrənir. Lakin yeni-yeni
bitki sortları və heyvan cinsləri yaradılarkən, onları
rayonlaşdırmaq ekoloji tədbirlər tələb edir. Əhalinin kənd
təsərrüfatı məhsulları ilə təmin edilməsi ekologiya iiə birbaşa
əlaqədardır.
1.3.
Ətraf mühit və onun optimallaşdıniması insanların
ekoloji şəraiti üçün əlverişli təminatdır
Ətraf mühiti mühafizə ekologiya proseslərinin
öyrənilməsinin davamıdır.
Göstərilən
sahənin
istiqamətləri
aşağıdakılardan
ibarətdir: ətraf mühit və onun funksiyalarından, mühitin mühafizə
yollarından
və
onun
təşkilindən,
təbii
ehtiyatların
qiymətləndirilməsi və təbiəti bərpadan. Fənnin daxili quruluşu,
elmlərarası əmək bölgüləri barədə artıq elmi, metodik istiqamətlər
formalaşmışdır. Bu sahə fənlərarası mahiyyət kəsb etməklə
sintetik əhəmiyyətə malikdir və qeyd edilmişdir ki, həmin sahənin
coğrafi təmayülü daha genişdir. Ətraf mühiti mühafizə və təbii
ehtiyatlardan səmərəli istifadə ekoloji proseslərin öyrənilməsinin
davamı olub, bioloji, iqtisadi, texniki-texnoloji, riyazi
modelləşdirmə və s. məsələlərlə əlaqələndirilmişdir. Bununla
yanaşı həmin sahənin coğrafi aspektləri yuxarıda adları göstərilən
sahələr üçün mühüm əhəmiyyətə malikdir. Ən başlıcası, mühitin
öyrənilməsində coğrafiyaşünas və coğrafi anlayışsız keçinmək
çətindir.
Ətraf mühiti mühafizənin metodoloji tədqiqi tarixən
təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsi, cəmiyyətin inkişafında
coğrafi mühitin rolu, təbiətin dialektikası, əhali artımı və ərzaq
problemi, torpaqların
münbitliyi və iqtisadi