səviyyəyə çatan, yüksək milli gəlirə malik olan, enerjidən yüksək
dərəcədə istifadə edən ölkələrdə baş verir. Bu ökələrdə havaya
çoxlu miqdarda karbon qazı, müxtəlif sənaye qazları və tozları
atılır.
Atmosfer çirklənməsi həmçinin qlobal problem olub təbii
və dövət sərhədlərini tanımır, onlarla məhdudaşmır və hava
intensiv çirklənmiş sıx yerləşən yaşayış məntəqələrindən və
sənaye cəhətdən inkişaf etmiş rayonlardan daha uzaqlara - əhalisi
az, havası təmiz olan yaşayış məntəqələrinə yayhr.
Ətraf mühitin mühafizəsi üçün yaradılmış kompleks
proqramda aparıcı yerlərdən birini atmosfer havasının
mühafizəsi
təşkil edr. Elmi-texniki inqilab dövründə nəhəng sənaye
kompleksləri yaradılmış, on milyonlarla nəqliyyat vasitələri
planetin yer və dəniz hissələrində dolaşaraq, atmosferin
çirklənməsinə səbəb olmuşdur.
Yerin hava hövzəsnin öyrənilməsi və tədqiqinə, onun
sənayenin, nəqliyyatın və kənd təsərrüfatının intensiv inkişafı ilə
əlaqədar olaraq böyük əhəmiyyət kəsb edir. Hazırda atmosferin
çirklənməsi ilə mübarizə vacib dövlət əhəmiyyətli problemə
çevrilmişdir.
Günəşin şüalandırdığı enerji atmsoferdən keçir və bu
zaman onun müəyyən hissəsi udulur. Atmosferin bəzi tərkib
hissələri, məsələn, buludlar günəş enerjisini başqalarından çox
udur. Belə ki, onlar günəş şüalandırmasmm spektrini tamamilə
buraxmır və yaxud spektri az buraxır və infraqırmızı şüaları isə
keçə bilmir. Elə buna görə də özündən günəş enerjisini
buraxarkən atmosfer qızır. Bu enerji okeanın səthinə çatdıqda
qismən udulur və suyun üst qatını qızdırır. İstiliyin bir qismi istilik
ötürmək hesabına atmosferə qayıdır və onun isinməsinə təsir edir.
Bu hadisələrin və onun həm də əks olunma və səpələnmə
proseslərinin nəticəsində atmosferdə temperatur şaquli surətdə
dəyişir.
Yer səthinə gələn günəş radiasiyasının
əsas hissəsi
25
okean və yerin üst səthini qızdırır ki, oradan da öz növbəsində
Yerə yaxın hava təbəqəsi qızaraq şaquli qradiyenti təmin edir.
Havanın stabilliyi və davamlılığı uzun müddət pozulmuşsa, onda
atmosferin çirklənməsi üçün əlverişli şərait yaranır. Məsələn,
havası uzun müddət sabit qalan Los-Anjeles rayonunda havaya
atılan hər hansı çirkləndirici (məsələn, qazlar) ətrafa yayıla bilmir
və tez-tez smoq müşahidə olunur.
Ozon qatının əhəmiyyəti
Yer üzərində həyat, min illərlə atmosferdəki mühafizə
qatı sayəsində qorunur. Ozondan ibarət olan bu qat Yeri Günəşin
zərərli ultrabənövşəyi şüalarından mühafizə edir. Bu planetimizin
nadir xüsusiyyətidir. Bu mühafizə qatının dağıldığı hallarda
Günəşin ultrabənövşəyi şüalanması Yerin səthindəki həyatın
məhvinə təsir edir.
İqlimin keçmişdə dəyişkənlikləri yaxın onilliklərdə və əsr
üçün riyazi model hazırlayarkən nəzərə alınır. Amma real şəraitlə
müqaysədə ryazi modellər lazımınca dəqiq olmurlar, çünki bütün
amilləri nəzərə almaq çətindir. Belə ki, alimlər tərəfindən
Antarktidanın üzərində, stratosferin üst hissəsində günəşin
ultrabənövşəyi şüalarının filtrdən keçirən ozon qatında «dəlik»
aşkar edilmişdir, baxmayaraq ki, freonlarm ozon qatının
tükənməsinə təsir modellərinin elektron hesablama maşınları
tərəfindən
yoxlanılması
belə
«dəliyin»
olmasını
proqnozlaşdırmamışdır. Məlum olmuşdur ki, modellərdə
atmosferin yuxarı qatlarında üzən və ozon parçalanmasına şərait
yaradan çox xırda buz kristalları nəzərə alınmamışdır. Riyazi
modelə bu yeni fiziki amil daxil edildikdən sonra Antakrtida
üzərində ozon «dəliyi» müşahidə edilmişdir.
Belə ki. Milli Aeronavtika Xidməti Agentlyinn (МАХА)
1998-c ilin yazında apardıqları tədqiqatlara əsasən, şimal
yarımkürəsində 1969-cu ildən 1986-cı
ilə kimi
26