dövrlərdə də yaranmış və müxtəlif regionlarda təbii tarazlığı
pozmuşdur.
İnsan cəmiyyətləri bütün tarixi dövrlərdə istehsal alətləri
və vasitələrini, istehsal münasibətlərini təkmilləşdirməklə
özlərindən sonra meşələri qırılmış, dağıdılmış sahələr, eroziyaya
uğramış torpaqlar, ehtiyatları çıxarılmış şaxtalar qoyulmuşlar.
Müasir dövrdə ictimai quruluşundan asılı olmayaraq, bütün
ölkələr yerli və qlobal ekoloji böhranlara məruz qalmışlar. Təbii
səhralaşma prosesi bütün ölkələrdə olduğu kimi bizim əraziləri də
əhatə etmişdir. Antropogen təsir nəticəsində bu proses
sürətlənməkdədir. Bütün təbii zonalardakı torpaqların təbii
məhsuldarlığı aşağı enməyə başlamışdır. Rusiyanın Mərkəzi
qaratorpaq rayonunda torpaqların sıradan çıxması hamıya
məlumdur.
Cənubi Ural, xüsusilə Çelyabinsk vilayətinin ətraf mühiti
dünyanın ən gərgin ekoloji rayonlarından biri sayılır. Azov, Aral,
Xəzər problemlərinin yaxın zamanlarda həll edilə biləcəyinə
güman yoxdur.
Azərbaycanda ətraf mühitə göstərilən antropogen təsir
nəticəsində respublikaya hər il 4 milyard manatdan çox ziyan
dəyir. Əlavə ölüm zonaları son 50-60 ildə yaranmışdır. Həmin
əraziləri yaxın vaxtlarda sağlamlaşdırmaq mümkün deyil.
1.4.
Təbiət və cəmiyyətin qarşılıqlı əlaqələrinin ekocoğrafi
nəticələri
^ Təbiətlə-cəmiyyətin qarşılıqlı fəaliyyəti mürəkkəb və əks
mənalı xarakter daşıyır. Bu qarşılıqlı fəaliyyət insanın yarandığı
ilk gündən yaranmış bu gün, hazırda özünün ən yüksək
pilləsindədir. Elmi-texniki inqilab cəmiyyətin təbiətə təsirini
gücləndirmişdir ki, bu da təbii geosistemlərin bir çox sahələrinin
dəyişməsi və onların antropogen modifikasiyası əsasında
yaranması ilə müşahidə olunur. Bu halda əks
təsirin mənası artır, yəni təbiətdəki dəyişmələr və yeniliklər nə
qədər dərin olsa və onlar təbii proses və hadisələri daha geniş
dairədə əhatə etsə , bu dəyişmələr insana bir o qədər geniş təsir
edər. Təbii şəraitin antropogen təsirlə dəyişdirilməsi insan
cəmiyyətinin ekoloji və iqtisadi cəhətdən təbiətdən asılılığını
daha da sürətləndirir.
Son onilliklərdə təbii ehtiyatların elə növünün mühafizə
olunması zəruri olub ki, yaxın vaxtlara kimi onların ehtiyatı
tükənməz və dəyişməz hesab olunurdu.
Atmosfer havasının keyfiyyətinə antropogen təsirin
sürətlənməsi nəinki ekoloji, həm də təsərrüfatlar vasitəsilə izlər
qoya bilər. Son zamanlara qədər atmosfer havasının keyfiyyəti ilə
əlaqədar problemə qarşı yalnız ayrı-ayrı sənaye mərkəzlərində və
şəhərlərdə müəyyən ekoloji tədbirlər görülürdü. Hazırda yüzlərlə
şəhərlərdə və sənaye mərkəzlərində texnoloji proseslər yenidən
qurulur və çox qiymətli təmizləyici qurğular sistemi yaradılır.
Texnoloji proseslərin mürəkkəbləşməsi və nəqliyyatın texniki
göstəriciləri, sənaye və kənd təsərrüfatı istehsalın təbii ehtiyatlarla
qarşılıqlı əlaqələrinin mürəkkəbləşməsi nəticəsində coğrafi
mühitin keyfiyyətcə vəziyyətinə istehsal tələbləri artır. Belə ki,
bəzi az rast gəlinən mineralların, elektron və optik aparatların,
antibiotiklərin və bəzi kimyəvi maddələrin istehsalı yüksək
təmizliyə malik hava və su olan şəraitdə mümkündür. Hava və
suyun azacıq çirkli olması və çirklənməsi, ciddi texnoloji
çətinliklər yarada bilər.
Biosferin çirklənməsinin sürətlənməsi yerli, regional
(məhəlli) və geniş miqyaslı ekoloji şəraitin pisləşməsi ilə keçir və
insan həyatı üçün əlverişli mühitin parametrlərini qorumaq və
bərpa etmək üçün xüsusi tədbirlər görməyi zəruri edir.
İnsanların fəaliyyəti əvvəllər təbiətdə baş verməyən və
məlum olmayan bəzi mənfi proses və hadisələrin yaranmasına
şərait yaratmışdır. İndi daha tez-tez bu mənfi
16
proses və hadisələrin qarşısını almaq və ya yumşaltmaq üçün və
ona uyğunlaşmaq üçün xüsusi tədbirlər tətbiq edirlər. Beləliklə
elmi-texniki inqilab insanın təbiətdən asılılığının bir formasını
azaldır və ya yox edir. Lakin onun əvəzinə yeni, adətən daha
kəskin və mürəkkəb formalar irəli sürür.
Təbiətlə insanın əlaqəsi qədim və sonsuzdur. İnsan
cəmiyyətinin tarixi təbiətin inkişaf tarixinin davamıdır. İnsan
ümumi ekoloji dövrana daxil edilmiş biosferin ayrılmaz hissəsi
olaraq qalır. İnsanın mövcudluğunun atmosferdə oksigenin
miqdarının kifayət qədər olmasından, günəş işığından, sudan
asılılığı onun təbiətin qanunlarından nə qədər asılı olduğunu
göstərir.
İnsanın yarandığı ilk gündən onun başlanğıc bioloji
mahiyyəti və həyat fəaliyyətinin sosial amilləri əsasında olan
qarşılıqlı münasibətləri dəyişib. Sonuncular insan ehtiyaclarını
(sosial uyğunlaşmanın artırılması) ödəmək üçün təbii mühitin
daha dərindən şəklini dəyişməsinin zəruriliyini sürətləndiriblər.
Bu proseslər müasir dövrdə onunla xarakterizə olunur ki, təbiət
qanunauyğunluqlarını nəzərə almadan ona total müdaxilə
biologiya, psixologiya və insanın özünün irsiyyətinə mənfi təsir
göstərən proseslər yaradıb. İnsanı əhatə edən və ona təsir edən
mühit (biotik, abiotik və sosial amillərin məcmusu) getdikcə onun
adaptasiya imkanları çərçivəsindən çıxan xüsusiyyətləri daha çox
əhatə edir. Bu imkanlar kifayət qədər məhduddur. Çünki insan ən
yüksək ixtisaslaşmış bioloji növdür. Onun yaratdığı süni yaşayış
mühiti müəyyən zamana qədər ekoloji baxımdan gərginləşmiş
təbiətin birbaşa təsir amillərini nisbətən ört-basdır edir. Bu
təsirlərin artması nəticəsində əhalinin ümumi xəstələnmə
dərəcəsinin yüksəlməsini biruzə verməyə başlayır. İnsanla təbiət
arasında mövcud qarşılıqlı əlaqə bir çox minilliklər boyu davam
edir. Təbii mühit dəyişkənliyinin hər bir mərhələsinə bəşəriyyətin
maddi- mədəni inkişafının müəyyən bir tarixi pilləsi uyğun eəlib.-
17
Dostları ilə paylaş: |