Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə15/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   50

 
Qo Qu 
istehsalın 
və 
çirklənmənin 
həcmi 
Sxem 8. Zahiri effektlərin beynəlmiləlləşdirilməsi 
Tənzim olunan bazann formalaşması o vaxt mümkün olur 
ki,  qeyri-iqtisadi  və  iqtisadi  stimullar  vahid  halında  sosial  və 
təsərrüfat  subyektlərinin  təbii  ehtiyatlan  qarşıhqlı  münasibətləri 
mülkiyyət əsasında əlaqəli (bağlı) olsun. Ekoloji tənzimləmədə əsas 
diqqət  tələbatla  «ekoloji  əmtəə»  təklifi  arasındakı  optimal 
uyğunluğun müəyyən edilməsi və təyin olunmasına yönəlməlidir. 
Təbiətdən  istifadədə  tənzimlənən  bazarın  modeli  ətraf 
mühitin çirklənməsini və dəymiş ziyanın qarşısının alınması (ləğvi) 
xərcələrini  əks  etdirməlidir  (Bax:sxem  9).  Ətraf  mühitin 
vəziyyətinin pisləşməsindən dəyən zərər (ziyan) çirklənmə artdıqca 
həndəsi  silsilə  ilə  artır,  amma  zərərin  ləğvinə  çəkilən  xərclər  isə 
ədədi  silsilə  ilə  artır.  Əslində  ətraf  mühitin  təmizlik  dərəcəsinin 
artmasına  müvafiq  olaraq,  zərərin  ləğvinə  çəkilən  xərclər  də 
artmalıdır. 
 
Q çirklənmənin həcmi(miqdan)
 
Sxem 9. Ekoloji xərclərin və zərərin ətraf mühitin 
çirklənməsindən asılılıqları 
49 


Əgər  ətraf  mühitin  çirklənməsinə  sosial  subyektlər 
tərəfindən  nəzarət  edilmirsə,  onda  müəssisələrə  zahiri  xərclər  sərf 
etmək  əlverişlidir.  Onun  üçün  həddi  fayda  əyrisi  zərər  əyrisi  ilə 
üst-üstə düşür. Müəssisələrin təbiəti mühafizə fəaliyyətinin tənzim 
edildiyi  şəraitdə  isə,  onlara  çirklənməni  Ao  nöqtəsinə  qədər 
azaltmaq xeyirlidir-yəni optimal həddə qədər. Burada xərclərlə zərər 
arasında bərabərlik mövcud olur. Ao nöqtəsi çirklənmənin iqtisadi 
optimal həddidir. Bu nöqtədən sağda təbiəti mühafizə fəaliyyətinin 
ziyansız (itkisiz) sahəsidir. 
Ətraf  mühitə  zərərli  maddələrin  atılmasına  (axıdılma- 
sma)  müəssisələr  tərəfindən  tələbat  hər  hansı  çirklənmə  həcminin 
ləğvinə yönəldilmiş xərclərdən asılıdır. Təkliflər isə regionun təbii 
mühitinin ekoloji (özünübərpa) potensialından asılıdır. Bu potensial 
nə  qədər  az  olarsa  nəzarətedici  orqanlar  da  axmtıya  (tullantıya)  o 
qədər  az  icazə  verməlidirlər.  Ekoloji  sferanı  tənzimləyərkən  həm 
tələbata təsir etmək, həm də tullantı (axıntı) təkliflərinə də onların 
elastiklik  dərəcəsini  nəzərə  almaqla  təsir  etmək  zəruridir.  Ekoloji 
potensial özünün məhdud olması  ilə əlaqədar olaraq ətraf mühitin 
çirklənməsinin artması ilə qeyri-elastik olur. Müəssisələr tərəfindən 
çirklənməyə tələbat texnologiya seçimindən, ilkin xammaldan və s. 
asılı  olacaqdır,  çünki  onlar  ətraf  mühiti  mühafizə  üzrə  xərclərə 
kifayət  qədər  təsir  edir.  Ətraf  mühitin  ekoloji  tutumunun  təklif 
əyrisinin  yerdəyişməsi  ekosistemə  həddi  icazə  verilən  yüklərin, 
cərimələrin, ödəmələrin və s. müəyyənləşməsindən asılı olacaqdır. 
Təbiətdən normativ və ödənişli istifadənin prinsiplərinin 
birləşməsi əsasında «çirkləndirmə hüququ bazarı»nın formalaşması 
(çirkləndirməyə  lisenziya  bazan)  mümkündür.  Həmin  bazar  təyin 
edilmiş həddi çirklənmə həcminə görə fəaliyyət göstərir. Tələb və 
təklifin  tarazlığı  o  şərtlə  yaranır  ki,  çirklənmə  səviyyəsini  aşağı 
salmaq  üçün  həddi  xərclər  eyni  olsun.  Lakin  praktikada  həddi 
xərclər  müxtəlif  müəssisələrdə  eyni  olmur,  bu  isə  çirkləndirmə 
hüququ ilə alver etmək hüququna səbəb olur. Əslində çirkləndirmə 
hüquqları  tələb  və  təklifin  nisbətindən  asılı  olaraq  bazarı 
çirkləndirmə hüququnun qiy 
50 


mətinə  gətirib  çıxarır.  Təcrübə  göstərir  ki,  qısa  müddətli  aspekt 
üçün  həm  tələb,  həm  də  təklif  qiymətdə  çox  az  elastikliyə  malik 
olur, uzun müddətli dövr üçün isə əksinə, elastiklik artır. 
Çirkləndirmə  hüququ  təcrübədə  yalnız  ABŞ-da,  özü  də 
atmosfer  havasının  mühafizəsi  üzrə  sınaqdan  keçirilmişdir. 
«Çirkləndirmə hüququ bazarı» çox sadə sxemlə aşağıdakı şəkildə 
fəaliyyət  göstərməlidir:  regionda,  yaxud  bütün  ölkə  miqyasında 
tullantılar  üzrə  icazə  verilən  ümumi  yükün  nüqdan  inqridiyentlər 
üzrə müəyyən qərar qəbul edilir. Həmin )mkün miqdarından asılı 
olaraq açıq bazarda «çirkləndirmə hüququ» aksiyalan buraxılır və 
yayılır.  Əslində  bazar  prosesi  hüquqla-  nn  ilkin  paylanmasından 
sonra  başlayır.  Fərz  edək  ki,  «A»  firmasında  onun  məhsuluna 
tələbat artır, lakin bunun müqabilində onun tullantısı da artır, amma 
çirkləndirmə hüququ isə çox azdır. İstehsalı artırmaq müəssisə üçün 
səmərəli olmaya bilər: limiti keçdiyindən  cərimə sanksiyalan arta 
bilər, yaxud da təbiəti mühafizə xərcləri çoxala bilər. Əksinə «B» 
firması isə hər hansı bir səbəbdən (istehsal həcminin azalması, yeni 
texnologiyanın  tətbiqi,  yeni  xammal  növündən  istifadə  və  s.) 
çirklənmədə  artıq  hüquqa  malik  olur.  Belə  bir  halda  «A»  firması 
«B» firmasından onun artıq hüququnu ala bilər və istehsalını (həm 
də  gəlirini)  artırar.  Həmin  metodu  hələlik  «kollektiv  məsuliyyət» 
metodu  adlandırırlar,  çünki  «B»  firması  artıq  olan  hüququn  100 
%-ni yox, azını istifadə edə bilər. Nəticədə hər hansı inqrediyentin 
ümumi  cəmi  lisenziyada  olduğundan  az  olacaqdır.  Ətraf  mühiti 
əlavə çirkləndirmə məcburiyyətində qalan firmalar hüquq satıcısını 
tapmaqda xeyli çətinhk çəkirlər, odur ki, dəllal firmalar ortaya çıxır, 
onlar  artıq  hüquqları  alır  və  sonra  isə  ehtiyacı  olanlara  satırlar. 
Beləliklə də özünəməxsus bank yaranır. 
3.4.
 
Ekoloji tənzimləmə mexanizmi 
Ekoloji  tənzimləmə  mexanizmi  təbiətdən  istifadənin 
idarə edilməsində metod və vasitələrin tam cəmi (toplusu) ha 
51 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə