Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə23/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   50

Ekoloji-iqtisadi  proqnozlaşdırma  regionun  ətraf  təbii 
mühitinin  mövcud  vəziyyətinin  sosial-iqtisadi  inkişafla  əlaqədar 
olaraq təhlilini aparmaqla tərtib edilir. Ekoloji-iqtisadi analiz region 
və  firmalar  səviyyəsində  həm  ümumi  proqnozlaşdırma,  proqram 
tərtibetmə  və  s.  üçün,  həm  də  xüsusi  -təbiətdən  istifadənin  pullu 
olmasını  müəyyən  etmək,  iqtisadi  və  inzibati  metodların  ekoloji 
tənzimləmədə effektinin artırılması üçün və s. səbəblərdən ola bilər. 
Müasir  dövrdə  ixtisaslaşmış  ekoloji-iqtisadi  analiz 
apamıaq çox çətindir. İlk növbədə, məqbul metodik baza  yoxdur. 
İqtisadçılar  hələlik  ekoloji-iqtisadi  analiz  sahəsində  müəyyən 
təcrübəyə və vərdişə malik deyillər. 
Ekoloji-iqtisadi  analizin  predmeti  insanlann  həyat 
fəaliyyətinin  və  ətraf  mühitin  vəziyyətinin  qarşılıqlı  əlaqəsinin 
obyektiv  və  subyektiv  amillərin  təsiri  altmda,  özü  də  ekoloji- 
iqtisadi göstəricilər sisteminə əsaslanan proseslərin öyrənilməsidir. 
Ekoloji-iqtisadi 
analiz 
prosesində 
səbəb-nəticə 
əlaqələri 
aşağıdakılarla  əlaqəli  öyrənilir  və  müəyyənləşdirilir:  «qarşılıqlı 
təsir-dəyişikliklər-nəticələr»  və  bunun  əsasında  ayrı-ayrı 
tendensiyalar (meyllər) və ekoloji-iqtisadi qanunauyğunluqlar aşkar 
edilir,  mülkiyyətin  realizasiya  formalarının  sistemi  işlənib 
hazırlanır,  ekoloji-iqtisadi  ziddiyyətlərin  konkret  həll  edilməsi 
yolları müəyyən edilir. 
Ekoloji-iqtisadi analizin vəzifələri aşağıdakılardır: 
-
 
ətraf  mühitə  təsirin  qiymətləndirilməsi  (ƏMTQ),  ekoloji 
ekspertiza  (məhsulun,  texnologiyanın,  layihələrin),  habelə 
ekoloji-iqtisadi  inkişafın  proqnozlarının  və  regional  ekoloji 
proqramların işlənməsi üçün baza təminatının yaradılması; 
-
 
ekoloji və iqtisadi göstəricilərin razılaşdırılması; 
-
 
təbiəti  mühafizə  fəaliyyətinə  xərclərin  dəqiq  uçotu  və  onun 
nəticələrinin təyin edilməsi
-
 
təbiətdən  səmərəsiz  istifadədən  dəymiş  ziyanın  müəyyən 
edilməsi; 
74 


-
 
ekoloji-iqtisadi göstəricilərin yekun nəticələrə təsirinin aşkar 
edilməsi  (xüsusən  təbii  ehtiyatlara  görə  ödəmələr,  ətraf 
mühiti çirkləndirməyə və tullantıları yerləşdirməyə və s. üzrə 
ödəmələr); 
-
 
təbiəti mühafizə avadanlığından istifadənin təhlili
-
 
müəssisələr  və  regionların  təbiəti  mühafizə  fəaliyyətlərinin 
müqayisəli təhlili; 
-
 
regionun  ekoloji-iqtisadi  potensialının  artırılması,  ehti- 
yatlarımn axtarılması; 
-
 
müəssisələrin  material  (maddi)  balanslarının  və  ekoloji 
pasportlarının müxtəlif formalarının tərtib və təhlil edilməsi
-
 
ekoloji riskin qiymətləndirilməsi və ekoloji sığortanın tətbiq 
edilməsi. 
Hazırda müəssisələrin təbiəti mühafizə fəaliyyətini analiz 
etmək  üçün  müəyyən  metodik  baza  mövcuddur  və  onu  regionun 
ekoloji-iqtisadi  təhlilində  istifadə  etmək  olar.  Müqayisəli  analizdə 
həm də aşağıdakı göstəricilərdən istifadə edilir: 
-
 
regional  məhsulda  və  hər  adambaşına  təbiəti  mühafizə 
xərclərinin payı; 
-
 
hər adambaşına düşən çirkli suların həcmi və yaxud müvafiq 
pul vahidinə, regional məhsula görə
-
 
hər  adambaşına  görə  atmosferə  atılan  zərərli  maddələrin 
miqdarının, həmçinin 1 km^ əraziyə yaxud, 1 mln manat- hq 
məhsula görə; 
-
 
hər  adambaşına  və  1  km^  əraziyə  düşən  təbiəti  mühafizə 
avadanlığının qiyməti; 
-
 
regionun  iqtisadi  sıxlığı  (istehsalat  həcminin  sahə  vahidinə 
nisbəti); 
-
 
ətraf  mühitə  təsir  indeksi  əhali  sayının,  məhsulun  bir  nəfər 
işləyənə görə və istehsal olunan məhsul vahidinə düşən çirkli 
maddənin həcmi; 
-
 
antropogen yükün indeksi, ölkə əhalisi tərəfindən bio- tanm 
istifadəsi:  ərzaq,  odun,  günəş  enerjisi  və  digər  enerji 
daşıyıcıları kimi; 
75 


- zorərli maddələrin tutulmasının, təmizlənməsinin, 
zərərsizləşdirilməsinin, utilizə edilməsinin faizi. 
Bütövlükdə,  ekoloji-iqtisadi  analizin  göstəriciləri  sabit 
inkişaf göstəriciləri ilə kəsişə bilərlər. Müqayisəli analizdə ərazinin 
müvafiq  göstəricilərini  digər  ərazinin  göstəriciləri  ilə  yox,  habelə 
ölkə  üzrə  müəyyən  edilmiş  göstəricilərlə  də  müqayisə  etmək 
lazımdır. 
Ekoloji-iqtisadi  analiz  (ətraf  təbii  mühitə  təsərrüfat 
fəaliyyətinin  təsirinin  təhlili)  ekoloji-iqtisadi  sistemə  daxil  olan 
elementlər arasındakı əlaqələrin kəmiyyət (miqdar) göstəricilərinin 
təyin edilməsinə gətirib çıxarmalıdır. Bu ekoloji- iqtisadi sistemin 
proqnozunun ilk təyinedicisi olmalıdır. Ərazi ekoloji-iqtisadi təhlili 
metodlarından 
biri 
də 
«sahələrarası 
əlaqələr» 
və 
ya 
«xərclər-buraxılış»  metodudur.  Regional  ekoloji-iqtisadi  analiz 
konsepsiyasına  müvafiq  olaraq,  hər  bir  zonal  sektor  iqtisadi  və 
ekoloji  yarımsistemlərə  bölünürlər,  sonra  müvafiq  proseslər  və 
alman məhsul arasında ölçü əmsalı aşkar edilir. 
Müvafiq  ölçü  modelinin  birinci  blokunda  təsərrüfat 
fəaliyyətinin  məhsulları,  sütunlarda  isə  təsərrüfat  fəaliyyətinin 
növləri  göstərilir.  Həmin  modeldə  əmsallar  məhsulun  hansı  vahid 
sahədə  olmasını  da  əks  etdirir.  2-ci  blokun  xanaları  ekoloji 
proseslərdə  təsərrüfat  fəaliyyəti  məhsullarına  çəkilən  xərcin 
əmsalları  ilə  doldurulur.  Analoji  olaraq  3-cü  blok  ekoloji 
elementlərin  ekosistem  daxilində  xərclərini  əks  etdirməli  və 
nəhayət,  4-cü  blokda-təsərrüfat  proseslərində  ekoloji  elementlərin 
xərc əmsalları öz əksini tapmalıdır. 
Əməli  olaraq  ekoloji-iqtisadi  analizin  bu  metodunu 
təcrübədə informasiya qıtlığı üzündən tətbiq etmək çox çətindir. 
Çox  vaxt  ekoloji-iqtisadi  analiz  təbiəti  mühafizə 
xərclərinin  strukturunun  analizinə  gətirib  çıxarır.  Bu  zaman 
aşağıdakı vəzifələr qarşıya qoyulur: 
- vəsaitlərin məqsədli istifadə edilməsinə nəzarət; təbiəti mühafizə 
tədbirlərinin maliyyələşdirilməsinin müxtəlif 
76 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə