Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə21/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   50

fadəsindən gələn gəlirlə birləşdirilir. Bu üsulun üstünlüyü ondadır 
ki, bu üsulla alınan qiymət əvvəlkilərdən çox olacaqdır. Bu isə təbii 
ehtiyatların səmərəli istifadəsində stimullaşdırmaya imkan -yaradır. 
Lakin bunun da yuxarıdakı üsullara xas olan nöqsanları vardır. 
Renta  üsulu.  Əksər  alimlər  təbii  ehtiyatların 
qiymətləndirilməsində bu üsulu ən düzgün hesab edirlər. Lakin bu 
nəzəriyyənin traktovkası çox müxtəlifdir, onun hesablanması üçün 
təklif  edilən  yollar  da  mürəkkəbdir.  Bir  çox  təbii  ehtiyatlar  üçün 
hələ heç işlənməmişdir. 
Bu  mürəkkəblik  və  qeyri-müəyyənlik  qiymətlərin  və 
ödəmələrin renta qiymətləndirilməsini çətinləşdirir. Onun müəyyən 
pozitiv momentləri aşağıdakılardır: 
a)
 
renta qiymətləndirilməsində ən yaxşı ehtiyatın qiyməti 
də yüksək olur; 
b)
 
ehtiyatın mənimsənilməsinə çəkilən xərc orta qiymətlə 
ölçülür, deməli, bu qiymətləndirmə daha obyektivdir; 
v)  resurs  mülkiyyətçisi  ilə  ondan  istifadə  edən  arasında 
(renta ödəmələri üçün) bölgü əsaslandırılmışdır; 
q)  renta  qiymətləndirməsi  təbii  resursun  məhdudiyyət 
faktını nəzərə alır. 
Bərpa (təkrar istehsal) üsulu . Bu üsul təzədir, özü də 
ekoloji  böhranla  əlaqədardır.  Onun  mahiyyəti  ondan  ibarətdir  ki, 
müəyyən ərazidə mühit yaradan (bərpa olunan və olunmayan) təbii 
ehtiyatlar  və  ətraf  mühitin  vəziyyəti  (təbii  səviyyəyə 
yaxınlaşdırılan)  bir  vahid  toplu  kimi,  standart  kimi  qəbul  edilir. 
Belə  halda  hər  hansı  təbii  ehtiyatın  istifadəsi  onun  əvvəlki 
vəziyyətdə bərpasını tələb edir (kəmiyyət və keyfiyyətcə). Deməli, 
təbii  ehtiyatın qiyməti hər hansı  ərazidə onun bərpasına sərf olan 
xərclərin  cəmi  olacaqdır.  Bu  üsul  təbii  ehtiyatların  potensial 
qıtlığına görə bir çox hallarda artıq qiymətə səbəb ola bilər. Lakin 
nəzərə  alsaq  ki,  əsas  xammal  regionlarında  ekstensiv  istismarın 
imkanları qurtarıbdır, ətraf mühitin vəziyyəti isə fəlakətlidir, məhz 
bu üsul daha doğru hesab edilə bilər. 
68 


Monopoliya-  idarə  flsulu.  Bu  üsul  xərc  (məxaric) 
üsulunun  növlərindən  biridir.  Üsulun  mahiyyəti  ondadır  ki,  təbii 
resurslardan istifadəyə görə ödəmələrin ölçüsü təbii ehtiyatları idarə 
edən təşkilatların maliyyə təminatına uyğun gəlsin. Bu cür yanaşma 
çox  subyektiv  və  süni  görünür.  Bu  üsula  görə  təbii  ehtiyatlardan 
istifadə üzrə ödəmə (rüsum) iki növə aynhr: 
1) istifadə hüququna görə ödəmə; 2) təbii ehtiyatların bərpasına və 
mühafizəsinə  lazım  olan  ödəmə.  İkinci  növ  ödəmənin  qiymətini 
təyin  edərkən  2  şərt  nəzərə  alınmalıdır:  1.  Bu  ödəmələr  özlərinə 
differensial  rentanın  müəyyən  hissəsini  birləşdirməlidir,  belə  ki, 
bərpaya çəkilən xərc yaxşı şəraitdə az, pis şərait üçün çox olacaqdır. 
2.Xüsusiləşdirilmiş xidmətlərin xərcini təyin edərkən, həmin xərcin 
iqtisadi səmərəsini nəzərə almaq lazımdır. 
Özünüyoxlama sualları 
1 .Təbii mühitin funksiyaları hansılardır. 
2.1nteqrallaşdınlmış iqtisadi və ekoloji göstəricilər sisteminə nələr 
daxildir. 
3.
 
Təbii ehtiyatlara düzgün qiymətlərin verilməsi hansı 
problemlərin həllini asanlaşdırır. 
4.
 
Ödəməyə hazır olmaq konsepsiyasının mahiyyəti nədir. 
5.
 
Renta qiymətləndirilməsinə hansı göstəricilər daxildir. ö.Tam 
iqtisadi qiymətləndirmənin əsas toplananları hansılardır. 
T.Təbii ehtiyatların qiymətləndirilməsində dolayı üsullar 
hansılardır. 
S.Subyektiv qiymətləndirmə metodu nə ilə fərqlənir. 
9.
 
Təbii ehtiyatlardan istifadə edilməsində qiymətləndirmə üsulları 
hansılardır. 
69 


V
 
FƏSİL 
TƏBİƏTDƏN İSTİFADƏNİN EKOLOJİ-İQTİSADİ 
TƏHLİLİ, PROQNOZLAŞDIRILMASI VƏ 
PLANLAŞDIRILMASI 
5.1.
 
Ekoloji-iqtisadi göstəricilər və normativlər sistemi 
Təbii  ehtiyatlardan  uzunmüddətli  istifadə  planının 
hazırlanması  və  həyata  keçirilməsi  prosesi  ətraf  mühitə  təsirin 
qiymətləndirilməsi (ƏMTQ), ekoloji ekspertiza və ekoloji iqtisadi 
normativlər sisteminə əsaslanır. 
Hazırda  informasiya  bəşəriyyətin  gələcək  inkişafını 
müəyyən  edən  resurslardan  birinə  çevrilməkdədir.  Təsadüfi  deyil 
ki,  postsənaye  cəmiyyətini  bir  çoxları  informasiya  cəmiyyəti 
adlandırırlar.  İstənilən  sferada  düzgün  qərarların  qəbul  edilməsi 
əsasən  informasiyanın  tamlığından  və  dəqiqliyindən  asıbdır,  bu, 
xüsusən, ekoloji sahəyə aiddir, belə ki, ekosistemlərə indiki təsir bir 
çox halda özünü yalnız on illərdən sonra göstərməlidir. Təəssüflər 
olsun ki, ekoloji-iqtisadi informasi- yamn çoxluğuna baxmayaraq, o 
həmişə  dəqiq  olmur:  ekoloji  informasiyada  özünəməxsus 
«çirklənmə» gedir, yəni onun informativ qiyməti ucuzlaşır. Belə bir 
şəraitdə ekoloji-iqtisadi göstəricilərin dolayısı hesablama üsullarını 
axtarmaq lazım gəlir. Belə bir şəraitdə mövcud metodlardan istifadə 
edilməsi lazım gəlir. Xüsusilə, balans sistemli, müqayisəli amillər 
üsulu və s. tədbiq etmək lazım gəlir. 
Hazırda ekoloji informasiya aşağıdakılardan ibarətdir: 
-
 
kütləvi  informasiya  (qəzet,  jurnal,  radio,  tcleverilişlər), 
informasiyanın  bu  növünün  təsir  dairəsi  çox  geniş  olmaqla 
səmərəli təsirə malikdir; 
-
 
xüsusi informasiyalar (mütəxəssis ekoloqlar üçün); 
-
 
sənədli informasiyalar: 
-
 
faktlar informasiyası; 
70 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə