Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə24/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   50

mənbələrinin istifadəsinin səmərəliliyinin qiymətləndirilməsi 
və strukturunun müəyyən edilməsi
-
 
ekoloji xərclərin həcminin, strukturunun və dinamikasının 
analizi; 
-
 
ekoloji xərclərin optimal həcminin və istiqamətlərinin 
qiymətləndirilməsi; 
-
 
təbiəti mühafizə xərclərinin səmərəliliyinin (effektivliyinin) 
müəyyən edilməsi; 
-
 
planlaşdınlan tədbirlərin xərclərinin maliyyə mənbələri
istiqamətləri və həcminin təyin edilməsi. 
Regionlar  (rayonlar,  şəhərlər)  və  bütün  ölkə  səviyyəsində 
ekoloji  xərcləri  təhlil  edərkən  müəyyən  edilmiş  və  ümumilikdə 
qəbul  edilmiş  ekoloji-iqtisadi  prinsiplərdən  istifadə  etmək  olar. 
Xüsusən,  ekoloji  xərclərin  faktiki  göstəriciləri  ekoloji  şəraiti 
sabitləşdirmək,  ətraf  mühitin  keyfiyyətini  yaxşılaşdmnaq  üçün 
zəruri olan xərclərlə müqayisə etmək lazımdır. 
Həyata  keçirilən  və  nəzərdə  tutulan  tədbirlərin  və 
nəticələrin məqbulluğunun (kifayət qədər olduğunu) və keyfiyyətin 
obyektiv  qiymətləndirilməsi  üçün  maddi  ehtiyatlann  balan- 
sını-«lstehsalata giriş-daxilolma» və «istehsalatdan çıxış» şərtlərini 
təhhl etmək lazımdır. Belə balanslann tərtibini müəssisənin ekoloji 
pasportunda da əks etdirmək lazımdır. 
Ekoloji-iqtisadi  analizin  bir  bloku  da  təbiəti  mühafizə 
fəaliyyətinin  təş^lati-texniki  səviyyəsinin  təhlilinə  həsr  edilir.  Bu 
zaman  təmizləyici  qurğuların  və  əsas  texnoloji  avadanlığın 
güclərinin (məhsuldarlığının) maksimum uyğunluğu təyin edilir. 
5.3.
 
Ətraf mühitə təsirin 
qiymətləndirilməsi və ekoloji 
ekspertiza 
Ətraf  mühitə  təsirin  qiymətləndirilməsi  və  ekoloji 
ekspertiza prosesi həyata keçirilərkən ekoloji-iqtisadi analiz onların 
əsasını  (bazasım)  təşkil  etməlidir.  Ətraf  mühitə  təsirin 
qiymətləndirilməsi (ƏMTQ) kompleks prosesdir (tədbirdir) və 
77 


onun  həyata  keçirilməsində  müxtəlif  sahələrin  mütəxəssisləri,  o 
cümlədən  iqtisadçılar  iştirak  edirlər.  ƏMTQ  nəzərdə  tutulan 
planlaşdırılan fəaliyyətin ətraf mühitin keyfiyyətinə potensial təsirin 
dərəcəsini  və  xüsusiyyətlərini  də  müəyyən  edir.  Eyni  zamanda 
gözlənilən ekoloji və onunla əlaqədar sosial və iqtisadi tədbirlərin 
nəticələrinin  nə  dərəcədə  olacağını  da  nəzərdən  keçirmək  lazırri 
gəlir. 
ƏMTQ  sənədinin  (prosesinin)  ən  ümdə  məqsədi  ondan 
ibarətdir ki, sifarişçi planlaşdırdığı fəaliyyəti ilə təbiəti mühafizəni 
təmin  etsin.  Əgər  dövlət  ekoloji  ekspertizası  ekoloji  tələblərin 
uçotunun  və  yerinə  yetirilməsinin  təmin  edilməsində  təsərrüfat, 
idarəetmə  və  digər  qərarların  qəbulunda  hüququ  bir  vasitədirsə, 
əksinə  ƏMTQ  müvafiq  təsərrüfat  məsələlərinin  hazırlanma 
mərhələsində həmin tələblərin uçotunu və yerinə yetirilməsini təmin 
edən əsas hüquqi vasitədir. 
ƏMTQ-nin əsas məqsədi ondan ibarətdir ki, ətraf mühit və 
cəmiyyət üçün qeyri-məqbul (yad) olan nəticələrin qarşısını almaq 
üçün  zəruri  olan  tədbirlərin  aşkarlanmasını  və  qəbul  edilməsini 
təmin  etsin.  ƏMTQ  aşağıdakı  sənədlərin  hazırlanması  ilə  həyata 
keçirilir: 
-
 
konsepsiyaların,  proqramların  və  o  cümlədən,  investisiya 
olunan fəaüyyətin müəyyən edilməsi
-
 
sahələr  və  ərazilər  üzrə  sosial-iqtisadi  inkişaf  planlarının 
tərtibi; 
-
 
təbii  ehtiyatların  istifadəsi  və  mühafizəsi  kompleks 
sxemlərinin tərtibi; 
-
 
şəhərsalmanın sənədləşdirilməsi; 
-
 
yeni  texnika,  texnologiya,  maddələr  və  materialların 
hazırlanması üzrə sənədlərin tərtibi
-
 
investisiya  layihələrinin  planqabağı  əsaslandırılmasının 
(yeni 
tikinti, 
yenidənqurma, 
yenidən 
təşkil) 
rəsmiləşdirilməsi. 
Təbiidir  ki,  ƏMTQ  prosesində  heç  də  bütün  təsərrüfat 
layihələri  əhatə  olunmur.  Ancaq  xüsusi  təsdiq  edilmiş  siyahılar 
tərtib edilir ki, oraya potensial ekoloji cəhətdən təhlükəli 
78 


fəaliyyət  növləri  daxil  edilir.  Onların  siyahıları  dövlət  (federal) 
səviyyələrdə  təsdiq  edilir.  Xüsusilə,  ƏMTQ  üsullan  neftayırma 
zavodlan, iri istilik elektrik stansiyaları, atom elektrik stansiyaları, 
kimya  müəssisələri,  avtomagistrallar,  sürətli  yolları,  neft  və  qaz 
kəmərləri  və  s.  ətrafında  tətbiq  edilməlidir.  Xəzərdə-  nizneft  və 
qazın  kəşfiyyatı  və  istismarı  ilə  əlaqədar  bütün  layihələr  də 
ƏMTQ-dən keçməlidir. 
ƏMTQ-nin  miqyasları  və  onlara  olan  tələbatlar  da 
müxtəlif  (fərqli)  ola  bilər.  Bununla  yanaşı  bütün  ƏMTQ-lər  üçün 
ümumi bir struktur mövcud olmalıdır: 
-
 
ilkin  informasiyanın  toplanması,  məsələnin  ümumi 
vəziyyətinin qiymətləndirilməsi; 
-
 
nəzərdə tutulan layihənin həyata keçiriləçəyi rayonun ətraf 
mühitinin təsviri; 
-
 
qanunlar  və  qanunvericilik  aktlanmn  əhatəliyinin 
qiymətləndirilməsi; 
-
 
layihənin ətraf mühitə birbaşa, dolayı və potensial təsirinin 
qiymətləndirilməsi:  cari  və  uzunmüddətli,  cüzi,  habelə 
dönməz proseslərin nəticələri və s. 
-
 
alternativ variantlann baxılması və analizi
-
 
kompleks  tədbirlərin  qiymətləndirilməsi  və  onlann  həyata 
keçirilməsi üçün zəruri maliyyə vəsaitlərinin ayrılması; 
-
 
layihənin  həyata  keçirilməsinin  nəticələrinin  struktur 
(institutsional) təyinatı; 
-
 
monitorinqə tələbatın olub-olmamasını müəyyən etmək və 
i.a. 
Adətən  layihəçilər  tərəfindən  aparılan  ƏMTQ  ekoloji 
ekspertiza  ilə  çox  sıx  əlaqəlidir  və  oxşar  sosial-ekoloji-iqtisadi 
göstəricilər sisteminə söykənir. Ekoloji ekspertiza dövlət nəzarət və 
planalma orqanları tərəfindən, aparıcı  mütəxəssislər və alimlər ilə 
birlikdə həyata keçirilir. Dövlət orqanları ilə yanaşı Azərbaycanda 
ictimai  ekoloji  təşkilatlar  sahəsində  çalışan  ekspertlər  tərəfindən 
aparıla bilər. 
79 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə