Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə32/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   50

Təbiəti  mühafizəyə  vəsaitlərin  maksimum  və  minimum 
xərclərə bölünməsi məqsədəuyğun deyildir. 
Bəzən  yeni  texnologiyaların  (kompleks,  aztullantılı) 
tətbiqi zamanı təbiəti mühafizə xərclərinin hesablanması məsələsi 
ortaya  çıxır.  Burada  təbiəti  mühafizəyə  çəkilən  xərci  hesablamaq 
çətin olur. Tullantılann istifadəsi əlavə məhsul verir və ətraf mühitə 
mənfi yükü azaldır. Ona görə də istehsalat prosesini iki yerə bölüb
həm  istehsalata,  həm  də  təbiəti  mühafizəyə  olan  xərcləri  təyin 
etmək  çətindir.  Lakin  belə  bölgü  vergi  güzəştlərini  müəyyən 
edərkən lazım gəlir. 
Mikroiqtisadi  səviyyədə  təbiəti  mühafizə  xərcləri 
aşağıdakı qaydada bölünür: 
1)
 
Ümumi, yaxud bütövlükdə təbiəti mühafizə tədbirlərinin 
realizə edilməsinə çəkilən xərclər; 
2)
 
Orta və ya xüsusi-1 ton tullantının (axıntmın) 
təmizlənməsinə çəkilən xərclər; 
3)
 
Həddi (normativ) xərclər- hər bir əlavə tullantının 
(axıntının) 
1
 tonunu təmizləmək üçün əlavə xərclər. 
Bundan başqa, təbiəti mühafizə xərcləri iki dərəcəyə 
(növə) bölünür: cari və əsaslı xərclər. 
Kapital  (əsaslı)  xərcləri  ekoloji  məqsədlər  üçün  həyata 
keçilən,  materiallaşdınlan  (maddiləşdirilən)  xərclərdir.  Bəzən 
kapital qoyuluşu təbiəti mühafizə fondlannda əhəmiyyətli dərəcədə 
böyük ola bilər (bəzi sahələr üzrə 30-40 %). 
Ətraf  mühiti  mühafizə  məqsədi  daşıyan  kapital 
qoyuluşuna bir dəfəlik xərclər aid edilir: 
-
 
təbiəti mühafizə obyektlərinin rekonstruksiyası və yeni 
obyektlərin yaradılması; 
-
 
ətraf mühitə mənfi təsiri azaltmaq məqsədilə istehsalat 
texnologiyalarmın modernləşdirilməsi
-
 
istehsalat texnologiyasımn, ətraf mühiti mühafizə 
məqsədilə müəyyənləşdirilməsi. 
Kapital  qoyuluşları  əsasən  su  obyektlərinin,  hava 
hövzəsinin  yə  torpaqların  mühafirasin^  iştiqaməiləndiri^  Adətən 
kapital qoyuluşlarının ən çox payı (faizi) su obyektlə 
105 


rinin  mühafizəsinə  yönəldilir.  Su  obyektlərinin  mühafizəsi  üçün 
əsas kapital qoyuluşlan tikinti üçün birdəfəlik aşağıdakı xərclərdən 
ibarət olur: 
-
 
istehsalat  və  kommunal  tullantı  sulanmn  təmizlənməsi 
üçün  stansiyalar  (təmizləyici  qurğular),  habelə  tullantı 
sulanmn ilkin təmizlənməsi (lokal təmizləyici qurğular) və 
təmizlənmiş  sulardan  istifadə  üçün  yenidən  təmizləmə 
stansiyaları; 
-
 
su 
mühafizə 
zonalarının 
kompleks 
tədbirlərlə 
əlaqələndirilməsi (texnoloji, meşə meliorativ, aqrotexniki, 
hid- rotexniki, sanitar və s.); 
-
 
neftin,  mazutun  toplanması  qurğuları,  habelə  su 
akvatoriyalardan  zibili  və  digər  tullantıları  toplama 
qurğuları; 
-
 
su  obyektlərini  çirkləndirən  sənaye  tullantılarını 
zərərsizləşdirmək üçün poliqon və qurğularm tikilməsi
-
 
gəmilərdən  təsərrüfat  sülarmm  qəbul  edilməsi  üçün  sahil 
qurğularının  tikilməsi,  habelə  zibillərin  utiUəşdirilməsi, 
anbarlaşdırılması və təmizlənməsi; 
-
 
şəhərlərin və yaşayış məntəqələrinin kanalizasiya sis 
temlərinin tikintisi və s. 
Hava hövzəsinin mühafizəsi üçün xərclər birdəfəlik 
aşağıdakı tikinti işlərinə yönəldilir: 
-
 
texnoloji  xətlərdən,  digər  çirklənmə  mənbələrindən  ay- 
rüan  maddə  və  qazlann  tutulma  və  zərərsizləşdirilməsi 
üçün qurğulann tikintisi; 
-
 
nəzarət-tənzimləyici  punktlarm  tikintisi  (əsasən  toksik 
avtomobil qazların miqdanm müəyyən etmək üçün); 
-
 
tüstü  borulan,  qaz  buxarlarının,  aspirasiya  sistemlərinin 
tikintisi; 
-
 
sanitar-mühafizə zonalarının sahnması (müəssisələrət- rafı, 
yol boyunca və s.). 
Torpaqların mühafizəsinə yönəldilən əsaslı vəsaitlərə 
daxildir: 
106 


-
 
eroziyaya, selə, sürüşməyə qarşı hidrotexniki qurğuların 
tikilməsi; 
-
 
dik yamacların terraslaşdırılması; 
-
 
qoruyucu meşə zolaqlarının, o cümlədən tarla qoruyucu və 
eroziyaya qarşı meşələrin salınması; 
-
 
torpaqların bərpası (rekultivasiyası, reablitasiyası); 
-
 
zibil emalı və zibil yandıran zavodların tikintisi. 
Cari istismar xərclərinə daxildir: təbiəti mühafizə 
istiqamətli əsas fondların saxlanması və qulluq edilməsi, təbiəti 
mühafizə ilə əlaqədar xidmətlərin ödənilməsi, cari təbiəti mühafizə 
xərclərinin ümumi istehsal xərclərinə görə payı 0,2-3% arasında 
dəyişir. 
MDB ölkələrində və eləcə də, Rusiyada, o cümlədən, 
Azərbaycanda cari xərclər kapital qoyuluşundan ən azı 3 dəfə çox 
olub, hava hövzəsinə görə isə 5:1 nisbətindədir. Əlbəttə, göstərilən 
vəziyyəti optimal hesab etmək olmaz. ABŞ-da bu . nisbət l:l-dir. Cari 
xərclərin çox olması o deməkdir ki, əsaslı təbiəti mühafizə 
avadanlıqları uzun müddət istismar edilmir. Ekoloji xərclər istehsalat 
xərclərinin tərkib hissəsidir və nəticədə məhsulun qiyməti vasitəsilə 
onlarm xərcini alıcı çəkir. 
Layihənin 
qənaətbəxş 
olması 
əsaslı 
vəsaitin 
planlaşdırılması və maliyyələşdirilməsi smetanın  zəruri xərclərini 
özündə nə dərəcədə əks etdirməsindən asılıdır. Smetanın dəqiqliyi 
kompleks  işlərin  əsaslı  (mükəmməl)  təyin  edilməsindən  və  irəli 
sürülən təkliflərin düzgünlüyündən çox asılıdır. 

Smeta dəyərinin göstəriciləri layihə hesabatlarının va 
riantlarının  qiymətləndirilməsində  və  onlardan  ən  məqsədəuyğun 
olanını seçməkdə istifadə edilir. Smeta əsasında və təqvim planına 
müvafiq olaraq layihənin büdcəsi tərtib edilir. Lakin smeta yalnız 
layihənin  yekun  dəyərinin  proqnozunu  verir  və  ilkin  hesablama 
yuvarlaqlaşdırılmış  normativlər  üzrə  TİƏ-nin  hazırlanmasında 
həyata keçirilir. Obyektin tikintisinin dəyərini müəyyən edən əsas 
sənəd-  yekun  smetanın  hesablanmasıdır.  Bu  iş  cari  qiymətlər 
səviyyəsində  tərtib  edilir.  Həmin  sənəd  özündə  aşağıdakıları 
cəmləşdirir: 
107 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə