Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə29/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   50

foraıalarmm  hazırlanmasında  bütün  səviyyələrdə  istifadə  edilə 
biləcəkdir. 
Təbiət  istifadəçilərinin  pasportu  ilə  yanaşı  həm  də 
ərazilərin  ekoloji  pasportunun  hazırlanmasının  vaxtı  çatmışdır. 
Həmin  pasportun  məqsədi-ərazidəki  təsərrüfatların  ekoloji 
cəhətdən inkişafına kömək göstərməkdir. Ərazinin ekoloji pasportu 
çox məqsədli tətbiq sahəsi olan bir sənəd olmalıdır. Həmin pasport 
rəsmi  əsas  kimi  müxtəlif  proqramların  və  layihələrin  iqtisadi  və 
sosial  inkişafını  rəsmiləşdirməklə,  ərazinin  ekoloji  inkişafının 
təmin edilməsində əsas rol oynaya bilər. 
Özünüyoxlama sualları 
1 .Ekoloji informasiya mənbələri hansılardır. 
2.
 
Ekoloji-iqtisadi göstəricilər üzrə əsas statistik sənədləşmələr 
hansılardır. 
3.
 
Çirkləndirici maddələrin hansı qatılıq hədləri vardır. 
4.
 
Ekoloji-iqtisadi analiz ilə təbiəti mühafizə xərclərinin uyğunluğu 
necədir. 
5.
 
Ekomenecment və ekoaudit sistemlərinin tələbləri hansılardır. 
6.
 
Ekoloji audit nədir, tərtibi hansı mərhələlərdən ibarətdir. 
7.
 
Proqnozlaşdırma nədir, bu sahədə genetik və normativ 
yanaşmalara nələr daxildir. 
8.
 
Təbiəti xüsusi ekspertizaya dair kompleks icazəyə hansı şərtlər 
daxildir. 
9.
 
Ekoloji pasportun əhəmiyyəti nədir, pasportlaşmaya hansı 
məlumatlar daxildir. 
10.
 
Təbiətdən istifadənin kooperativ planlaşdırma sxeminə nələr 
daxildir. 
11.
 
Ekoloji pasport hansı dövrlər üçün tərtib edilir və onun tərtibi 
hansı zərurətdən doğur. 
93 


VI
 
FƏSİL 
TƏBİƏTDƏN  İSTİFADƏNİN  İQTİSADİ  SƏMƏRƏSİ 
6.t. Təbiəti mühafizə tədbirlərinin qiymətləndirilməsi 
Təbiəti  mühafizə  və  yeni  təbii  ehtiyatların  xərcləri 
müqabüində  böyük  nəticələr  əldə  etmək  olar.  Yaxud  da  təbii 
sərvətlərin  istehsalına  çəkilən  xərcləri  azaltmaqla  dəyişməz 
nəticələrə nail olmaq olar. Keçmiş SSRİ respublikalannda təbiətdən 
istifadənin  effektliyi  aşağı  idi.  Rusiyada  kağız  məhsulu  və  karton 
istehsalı vahidinə müasir texnologiyalar tələb etdiyindən 5-6 dəfə 
çox  meşə  qırmaq  lazım  gəlirdi.  Məhsul  vahidinə  Rusiyada 
Yaponiya və AFR-ə nisbətən 3 dəfə çox, ABŞ-a nisbətən isə 2 dəfə 
çox  enerji  sərf  olunurdu.  Başqa  sözlə  desək  istehsalat  həddindən 
artıq  təbii  ehtiyatlar  tutumuna  malik  idi. Sərt  iqlim  şəraitinə  görə 
Rusiyada xərclər çox ola bilər, lakin həmin xərcləri xeyli azaltmaq 
olar.  Digər  respublikalarda  da  artıq  vəsaitlərin  sərfinə  bəraət 
qazandırmaq olmaz. 
Təbiətdən istifadənin iqtisadi səmərəsinin 
qiymətləndirilməsi zəruridir. Buraya aşağıdakılar aiddir; 
-
 
artıq əldə edilmiş nəticələri qiymətləndirmək; 
-
 
təbiətdən istifadə variantını daha məqsədə uyğun seçmək 
və təbiəti mühafizə üzrə ayrı-ayrı tədbirlərin hazırlanması; 
-
 
optimal  ekoloji-iqtisadi  effektlərə  nail  olmaq  üçün  zəruri 
olan xərcləri həll etmək. 
İqtisadiyyatda həmişə resurs azlığından ən yaxşı variant 
seçmək  üçün  imkanlar  müəyyən  edilməlidir.  Bunun  üçün  xüsusi 
meyarlar,  ölçü  vahidləri  olmalıdır.  Layihəni  o  vaxt  həyata 
keçirtmək  lazımdır  ki,  o  səmərəli  olsun.  Bunun  üçün  ekoloji 
rifahları  (ehtiyatları)  qiymətləndirmək  gərəkdir.  Əslində,  bu  çox 
mürəkkəbdir,  bəzən  isə  mümkün  deyildir.  Məsələn,  qəşəng 
landşaftı məhv edib onun yerində nə isə tikmək təkcə yerli əhaliyə, 
yerli dövlətə yox, bütün bəşəriyyətə qarşı təxribatdır. 
94 


iqtisadiyyatda  seçim  mexanizmi  kimi  xərclərin  və 
qaydalann (nəticələrin), yaxud səmərənin müqayisə edilməsi ortaya 
çıxır. Bu yanaşma «xərclər və faydalar» analizi adını alnuşdır. 
Normal  iqtisadi  səmərə  potensial  faydanın  (V)  xərclər 
üzərində (S) üstünlüyüdür: 
V - S > 0 
(
1

Təcrübədə investisiya layihələri uzun illər həyata keçi- 
rilir, ona görə də nəinki bu günki, həm də gələcək xərcləri və 
faydaları, habelə zahiri effekti müqayisə etməklə (diskontiro- 
vaniye ilə) gələcək dəyərləri bu günki vəziyyətlə müqayisə et- 
mək lazım gəlir: 
"Ä,-C, 
NPY =  
'■'(1 + 
r
)'
 
(
2

Ekoloji faydanı (E) nəzərə alsaq, onda 
NPY 
 
 
[ U r )  
(3) 
Əgər təmiz cari dəyər (qiymət-NPY) sıfırdan böyükdürsə 
onda layihə səmərəli hesab edilir. Lakin nəzərə almaq lazımdır ki, 
həyatda  (əməli  işdə)  gələcək  potensial  gəliri  bu  günlə  müqayisə 
etsək, qiymətləndirmədə (diskontirovaniyada), ekoloji layihə təhrif 
olunar.  Məsələn,  meşə  80-100  il  ərzində  yetişir,  diskontirovaniye 
əmsalı  (r)  yaxud  effektivliyin  normativ  əmsalı  adətən  8-12  % 
arasında götürülür. Bu gün vəsait xərcləyib Im^ oduncağı 100 ildən 
sonra  almaq  məqsədə  müvafiq  deyildir.  Göstərilən  metodun 
tətbiqinin nəticələri uzunmüddətli təbiəti mühafizə layihələri üçün 
əlverişli deyildir. Belə yanaşma təbii ehtiyatların bu günki qiymətini 
aşağı salır. Gələcək nəsillərin və təbiətin mənafeləri lazımi müdafiə 
olun 
95 


mur.  Bundan  başqa  keçmiş  dəyərin  indiki  qiymətlərlə  ölçülməsi 
(diskontun  yüksək  norması)  resursların  tükənməsinə  yönəldilir. 
Yəni bərpa olunan və bərpa olunmayan təbii ehtiyatların işlənməsini 
həm həvəsləndirir, həm də tezləşdirir. 
Beləliklə,  müasir  iqtisadi  planlaşdırmada  tətbiq  edilən 
yanaşma təbii ehtiyatlann tükənməsinə səbəb olur. Adətən gələcək 
faydanın  ölçülərinin  azalması  baş  verir.  İndiki  iqtisadi  fəaliyyət 
nəsillərin təbii ehtiyatlara olan tələbatını gələcək nəsillərin hesabına 
ödəyir. 
İnvestisiyalann  effektivliyinin  təyini  və  ətraf  mühiti 
mühafizədə  xeyirli  variant  seçmək  üçün  mümkün  olan 
yanaşmalardan  (üsullardan)  biri  «gətirilmiş  xərclər»  üsuludur.  Bu 
metodda  effektin,  faydamn,  ziyanın  və  s.  layihədə  həyata 
keçirilməsində müqayisə üçün başqa variantlar olmur. Əsas odur ki, 
elə variant tapmaq lazımdır ki, qarşıya qoyulmuş məqsədə çatmaq 
üçün xərcləri azaltmaq mümkün olsun. Başqa sözlə, yalnız məqsəd 
və  ona  tələb  olunan  xərc  lazımdır.  Belə  bir  yanaşmada  variant 
seçimi  həm  də  həmişə  ehtiyatların  effektiv  paylanmasını  təmin 
etmir,  belə  ki,  qoyulmuş  məqsəd  səmərəsiz  də  ola  bilər.  Lakin 
metod münasibdir, ona görə ki,  ekoloji  və sosial  faydanı  (effekti) 
layihənin  reahzə  edilməsindən  təyin  etmək  çətindir.  Aynca 
götürülmüş  müəssisə  səviyyəsində  konkret  qərar  qəbul  edərkən  2 
mərhələdə  hərəkət  etmək  lazımdır.  Birincidə  müəssisə  üçün  təyin 
edilmiş  ekoloji  normativləri  pozan  bütün  variantlar  rədd  edilir. 
İkinci mərhələdə ekoloji nöqteyi-nəzərdən qəbul  edilə bilən ən az 
gətirilmiş xərcli variant qəbul edilir. 
C+rK= min. 
(4) 
Burada C-cari istismar xərcləridir
r-diskontir əmsalıdır; 
K-əsaslı vəsaitdir. 
Təsvir  edilən  metod  müqayisəli  iqtisadi  effektivlik 
zamanı istifadə edilir. 
96 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə