Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə27/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   50

Ekoloji  audit  -təbii  mühitin  vəziyyətinin  gələcəyə 
(perspektiv)  sosial-iqtisadi  qiymətləndirilməsi  və  onun  əsasında 
təsərrüfat  fəaliyyətinin  ətraf  mühitə  neqativ  təsirinin  qarşısının 
alınması  və  yaxud  həmin  təsirin  maksimum  yumşaldılması 
deməkdir.  Proqnozlaşdırma-  təbii  ehtiyatlar  potensialının  və  təbii 
ehtiyatlara  tələbatın  dəyişməsi  barədə  əvvəlcədən  görmə  və 
xəbərvermə 
deməkdir. 
Təbiətdən 
istifadənin 
proqnoz- 
laşdırılmasına  təbii  sistemlərin  özünü  necə  aparmasına  dair 
mülahizələr  yürütmək  üçün  hərəkətlərin  cəmi  (toplusu)  kimi 
baxmaq olar. Bu mülahizələr təbii proseslərlə və onlara bəşəriyyətin 
nə dərəcədə təsir göstərəcəyi ilə müəyyənləşir. 
Ekoloji-iqtisadi  proqnozlaşdırmanın  əsaslarından  biri 
tarazlı inkişaf modelinə keçid konsepsiyasıdır. Hər bir ölkə özlərinə 
məxsus  meyarlara  malikdir.  Məsələn,  Rusiyada  konsepsiyanın 
vəzifələri,  istiqamətləri  və  tarazh  inkişafa  keçid  şərtləri,  habelə 
qərar  qəbul  edilməsi  və  həmin  inkişafın  göstəriciləri  müəyyən 
edilmişdir.  Konsepsiyanın  bu  anları  proqramların  funksiyalarının 
formalaşdırılması üçün əsas ola bilər. 
Proqnozlaşdırma  və  planlaşdırma  bir  neçə  üsullarla 
həyata  keçirilə  bilər.  Ekoloji  iqtisadi  inkişaf  proqnozu  zamanı 
proqram  məqsədli  metoddan  istifadə  etmək  olar.  Bu  məsələdə 
qrafalar  nəzəriyyəsinə  istinad  etmək  lazım  gəlir.  Eyni  zamanda 
genetik və normativ yanaşmaları birləşdirmək məqsədə uyğundur. 
Belə  hallarda  xüsusi  metodlardan,  məsələn,  ekstra-  polyasiya, 
ekspert qiymətləndirmə, sorğu aparmaq, modelləşdirmə, balans və 
s. üsullardan istifadə etmək olar. 
Təbiətdən  istifadə  problemlərinin  həllində  proqramlı- 
məqsədii  yanaşma  regionun  ilkin  vəziyyətini,  problemlərin  aşkar 
edilməsini  və  baş  məqsədin  formalaşmasını,  regionun  təbii 
şəraitinin  yaxşılaşdırılması  və  qorunub  saxlanması  məqsədinin 
vacibliyinə  dair  ekspertiza  apaniması  lazım  gəlir.  Ekspert 
qiymətləndirmə  eyni  zamanda  problemlərin  üstünlüklərinin 
(prioritetlərin) ayrılmasına şərait yaradır. Bu mərhələdə məsələlərin 
həllini onların vacibliyinə və vaxtına görə dərəcələrə bölmək olar. 
Deyilənlərlə əlaqədar olaraq tədbirlərin proqrama 
86 


müvafiq  icra  edilmələri  vaxta  görə  də  nizamlanmalıdır.  Bunlar 
əhatə  dairəsinə  görə  proqramı-məqsədli  yanaşmamn  tərkib 
hissəsidir, onların sosial-iqtisadi, elmi-texniki problemlərin həllinə 
yönəldilməsi məqsədə müvafiqdir. Proqnozlaşdırma tədqiqatlar və 
idarəetmənin səmərəli həyata keçirilməsinə şərait yaradır. 
Ekoloji-iqtisadi 
inkişafın  proqnozlaşdırılması  çox 
komponentli məsələdir. Hesab edirlər ki, belə məsələlərin təhlilini 
«qraflar nəzəriyyəsi» əsasında həll etmək daha asandır. Adı çəkilən 
nəzəriyyə ekoloji-iqtisadi sistemlərin formalaşdırılan modellərində 
əks  əlaqələri  əks  etdirir.  Bu  isə  riyazi  aparatdan  istifadə  etmədən 
mümkün deyildir. Müəyyənləşdirilmiş qraflar əsasında hazırlanmış 
modellər  daha  dəqiq  nəticələr  verir,  onların  dərk  olunması  xeyli 
asanlaşır. 
Çox  komponentli  məsələlərin  modelləşdirilməsinin 
əsasını  impulsiv  (təkan)  proseslər  təşkil  edir.  Hər  hansı  zirvəyə 
müəyyən  dəyişmə  tapşırılır  (verilir).  Bu  zirvə  bütün  göstəricilər 
sistemini fəallaşdırır və fəal zirvə adlanır. Belə zirvələr bir neçə ola 
bilər. 
Çox  komponentli  məsələlərin  həllinin  köməkliyi  ilə 
sistemin  inkişaf  təmayülünü  qiymətləndirmək  olur.  Modeli 
müəyyənləşdirərkən  sistemin  göstəricilərinin  dəyişməsi  ilə 
kəmiyyət  proqnozunu  formalaşdırmaq  mümkündür.  Bunun 
sayəsində  öyrəndiyimiz  sistemə  təsirin  müxtəlif  variantlanm 
tapmaq olur ki, bu da ən yaxşı variantı seçməyə şərait yaradır. 
Kompleks  proqnozda  qarşıya  qoyulmuş  məqsədlərin, 
təbii ehtiyatların, ekoloji-iqtisadi proseslərin inkişaf meyllərinin və 
elmi-texniki  proqresin  (tərəqqinin)  diqtə  etdiyi  imkanların 
bir-birinə müvafiq olmasına (uyğunluğuna) o vaxt nail olmaq olur 
ki, genetik və normativ üsullar tətbiq edilsin. 
Hər  iki  yanaşma  bir-biri  ilə  sıx  əlaqədardır  və  bütün 
proqnozlaşdırma sistemlərinin qurulmasında ən vacib prinsiplərdən 
biridir. Birinci hadisələr  indiki  şəraitdən gələcəyə qədər nəzərdən 
keçirilir, ikinci isə inkişafın müəyyən məqsədlərindən 
87 


çıxış  edərək  fəaliyyət  göstərir.  Nəticə  nəzərdən  keçirilir  ki, 
gələcəkdə ona nail olmaq real halda mümkünləşsin. 
Genetik 
və 
normativ 
yanaşmalar 
nəticəsində 
proqnozlaşdırma  və  nizamlanmaya  dair  sintez  aparmaqla 
aşağıdakılara diqqət verilməlidir: 
1)
 
Təbii ehtiyatlara tələbatın səviyyəsi  real resurslara və 
imkanlara görə müəyyən edilsin və istehlak (istifadə) normativləri 
işlənmiş olsun. 
2)
 
Təbii  mühitə  təsirin  səviyyəsi  aşağıdab  şərtlər 
daxilində müəyyən edilsin: elmi-texniki tərəqqi, texnoloji imkanlar 
və təmizləmö prosesinin təkmilləşməsi, təbii mühitin vəziyyətinin 
keyfiyyət normativinə əsaslansın. 
Genetik  və  normativ  proqnozun  məlumatlanmn 
müqayisəsi  göstərir  ki,  imkanlar  və  arzu  edilən  vəziyyət  arasında 
qırılmalar  olur.  Bir  qayda  olaraq,  deyilənlər  qarşıya  qoyduğumuz 
məqsədlərə çalmaq üçün resurs çatışmazlığında özünü biruzə verir. 
Proqnozların  tərtib  edilməsində  müəyyən  olunan  çatışmazlıqlar 
üçün əlavə vəsaitlər axtanhr. Əgər genetik və normativ proqnozların 
göstəricilərini  razılaşdırmaq  mümkün  olmazsa,  onda  ilkin 
məqsədlərdə dəqiqləşdirmələr (korrektələr) aparmaq lazımdır. 
Təbiətdən  istifadənin  problemlərinin  həlli  əsasən  ərazi 
yanaşmalarında  səmərəli  ola  bilər.  Təbiətdən  istifadənin  regional 
problemlərinin  həlli  zamanı  əldə  edilmiş  təcrübə  aşağıdakı 
istiqamətlərə malikdir: 
-
 
təbiəti mühafizə tədbirlərinin sahələr, rayonlar üzrə iş 
proqramları; 
-
 
müəyyən təbii ehtiyatların, yaxud təbii mühitin 
komponentinin mühafizəsi üzrə tədbirlər sxemi
-
 
təbiəti mühafizə kompleks sxemlərinin Ölkə, şəhər, rayon və 
s. üzrə tərtibi. 
Birinci  iki  istiqamət-regionda  təbiəti  mühafizə,  ərazinin 
bütün  problemini  tamamilə  həll  edə  bilməz,  çünki  belə  yanaşma 
yalnız ayrı-ayrı tədbirləri əhatə edir, sahələrarası əlaqə 
88 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə