Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə16/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   50

lında  özünü  göstərməlidir.  Öz  növbəsində  təbiətdən  istifadənin 
mexanizmi  isə  iqtisadiyyatın  bütövlükdə  idarə  edilməsinin  tərkib 
hissəsini  təşkil  edir.  Odur  ki,  həm  də  sosial-iqtisadi  və  ekoloji 
idarəetmənin metodlarını da razılaşdırmaq (uzlaşdırmaq) lazımdır. 
Lakin ekoloji tənzimləmənin konkret metodları təbiətdən istifadə və 
ətraf  mühitin  mühafizəsi  sferasının  xüsusiyyətləri  ilə  müəyyən 
edilir: 
-
 
məhsulun  və  ekoloji  sferanın  xidmətlərinin  infrastruktur 
xassələri ilə; 
-
 
təbiətdən  istifadədə  əsas  bərpaedici  proseslərin  uzun 
sürməsi, iqtisadi və təbii proseslərin qovuşması ilə; 
-
 
təbii  resurslar  üzərində  mülkiyyət  münasibətlərinin 
xüsusiyyəti ilə; 
-
 
ekoloji  sferada  bazar  münasibətlərinin  spesifikası  və 
dövlətin  təbiətdən  istifadənin  idarə  edilməsində  nəzərə 
çarpacaq rolu ilə. 
Bütövlükdə,  təbiətdən  istifadənin  səmərəli  təsərrüfat 
mexanizmi  yuxarıdakı  xüsusiyyətləri  nəzərə  alınmaqla  in- 
zibati-nəzarət, iqtisadi (bazar, maliyyə-vergi də daxil olmaqla), həm 
də  sosial-siyasi,  psixoloji,  əxlaqi-ənənəvi  və  s.  amillərə 
söykənməlidir. 
İlk  vaxtlar,  yəni  XX  əsrin  60-70-ci  illərində  ətraf 
mühitin qorunması əsasən inzibati mexanizmlərə söykənirdi. Onlar 
ncokeynsian konsepsiyasına əsaslanırdı. Qadağalar, xüsusi icazələr, 
məhdudiyyətlər  (limitlər),  inzibati  və  cinayət  tədbirləri  və  s.-dən 
istifadə  edilirdi.  Təbiətdən  istifadənin  idarə  edilməsində  iqtisadi 
metodlar  80-90-cı  illərə  təsadüf  etmişdir.  Onlar  bəzən  neoklassik 
konsepsiyalara  (bazar  tənzimləməsi  prinsiplərinə)  əsaslanırdı. 
Praktika  göstərir  ki,  inzibati-hüquqi  və  iqtisadi  mexanizmləri 
kompleks halında işlətmək lazımdır. 
Ekoloji  tənzimləmənin  inzibati-nəzarət  vasitələrinə 
aşağıdakılar daxildir: 
-
 
təbiəti mühafizə qanunvericiliyi; 
-
 
ekoloji standart və normativlər toplusu
-
 
təsərrüfat fəaliyyətinin lisenziyalaşdırılması sistemi; 
52 


-
 
təbiəti mühafizə fəaliyyətinin proqnozlaşdırma, planlaşdırma 
və proqramlaşdırma metodları və vasitələri. 
İnzibati-nəzarət  blokuna  eyni  zamanda  «yumşaq» 
vasitələr adlanan tədbirlər də daxildir: 
-
 
ekoloji monitorinq
-
 
ətraf  mühitə  təsirin  qiymətləndirilməsi  (ƏMTQ)  və 
layihələrin ekoloji ekspertizası; 
-
 
ekoloji audit; 
-
 
ekoloji sertifıkasiya; 
-
 
ekoloji  nəzarət  orqanlan  ilə  təbiətdən  istifadəçilər  arasında 
könüllü razılaşma. 
İqtisadi nəzarət vasitələrinə aşağıdakılan aid etmək 
olar: 
-
 
təbii ehtiyatlardan istifadəyə görə ödəmə (icarə haqqı); 
-
 
təbii  ehtiyatların  məqsədli  istifadədən  yaymdınlmasma, 
yaxud  onlann  keyfiyyətinin  pisləşməsinə,  ziyanlara  görə 
kompensasiya ödəmələri; 
-
 
ətraf  mühiti  çirkləndirməyə  və  tullantılann  yerləşdirilmə- 
sinə görə ödəmə
-
 
ekoloji  təhlükəli  məhsul  istehsalına  və  ekoloji  təhlükəli 
texnologiyanın tətbiqinə görə vergi
-
 
vergilər (vergi qoymalar) üzrə güzəştlər; 
-
 
kompensasiya (əvəz) siyasəti
-
 
təbiəti mühafizə avadanlığının amortizasiyasının sürətlənmə 
(tezləşdirmə) metodu; 
-
 
girov sistemi; 
-
 
kredit münasibətləri; 
-
 
ətraf mühiti mühafizə sığorta fondlarının yaradılması; 
-
 
ekoloji lizinq; 
-
 
zərərli  maddələrin  tullantısına  verilmiş  kvotanın  (payın, 
hüququn)  satılması  (o  cümlədən  regionlararası  ticarət 
sistemi) və s. 
Təbiətdən  istifadənin  təsərrüfat  mexanizminin  müəyyən 
təminedici (köməkçi), yardımçı sistemlərə ehtiyacı vardır. Məsələn, 
kadr təminatı, elmi-texniki, elmi-tədqiqat, in- 
53 


 


loji  tənzimləmənin  heç  bir  vasitəsi  hər  hansı  mübahisəsiz 
üstünlüyə  malik  deyillər.  Real  həyatda  bütün  vasitələri  eyni 
zamanda tətbiq etmək olmaz, onların bəziləri bir-birini əvəz edə, 
yaxud da əks istiqamətli funksiyaları yerinə yetirə bilər. Ona görə 
do  təbiətdən  istifadənin  təsərrüfat  mexanizmini  formalaşdıranda 
optimal  strukturu,  inzibati  və  iqtisadi  vasitələri  (metodları)  və 
metodların  vəhdətini,  habelə  cari  və  perspektiv  ekoloji 
tənzimləmənin  vasitələrini  tapmaq  lazımdır.  Praktika  göstərir  ki, 
iqtisadi mexanizmi formalaşdırarkən əksər ölkələrdə orta hesabla 
6-7  elementdən  istifadə  edilir.  Bununla  tətbiq  edilən  ekoloji 
tənzimləmənin  konkret  vasitələri  özlərində  inzibati,  iqtisadi  və 
bazar  münasibətlərini  birləşdirirlər.  Əslində,  prinsip  etibarı  ilə, 
bütün  iqtisadi  vasitələr,  hətta  bazaryönlü  vasitələr  də,  dövlət 
tərəfindən  təyin  edilmiş  ekoloji  standartlara,  normativlərə  və 
limitlərə istinad edirlər. Bu o demək deyil ki, dövlət həmişə birbaşa 
və bilavasitə təbiətdən istifadə prosesinə qarışır. 
Dövlət  həmişə  öz  nəzarətini  məsafədən  həyata  keçirə 
bilər  və  onunla  da  demokratik  tendensiyalan  gücləndirər, 
keyfiyyəti yüksəldərək-ekoloji tənzimləmənin çevikliyini artıraraq 
idarəetməni səmərəli həyata keçirə bilər. 
Özünüyoxlama sualları 
1 .Ekoloji sferada bazarlar hansı çeşidlər qrupundan ibarətdir. 
2.
 
Ekologiyanın bazar iqtisadiyyatında yeri hansılardır. 
3.
 
Təbiət obyektləri istehsalçının mülkiyyəti ola bilərmi. 
4.
 
Bazardakı boşluqların mənbələri hansılardır. 
5.
 
«Kouz» teoreminin mənası nədir. 
6.
 
Ektraliya ziyanı nədir və necə müəyyən edilir. 
7.
 
Zahiri effektlər necə müəyyən edilir. 
8.
 
Ekoloji xərclərin və zərərin ətraf mühitin çirklənməsindən 
asılılıqları necədir. 
9.
 
Ekoloji tənzimlənmənin mexanizminə nələr daxildir. 
10.
 
Ətraf mühitin iqtisadi vasitələrinə nələr daxildir. 
55 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə