Економиксин принсипляри
623
istisadiyyat özü müstəqil öhdəsindən gələ bilər. Onlar güman edirlər ki, nəzəri
cəhətdən dövlət tənzimlənməsi iqtisadiyyatı sabitləşdirməyə imkan verir, lakin
praktiki baxımdan buna şübhə ilə yanaşırlar.
Pul-kredit və fiskal siyasətlərə qarşı əsas dəlil vaxt amili – həyata
keçirilən tədbirlərin labüd gecikdirilməsidir. Həqiqətən də pul-kredit
siyasətinin tədbirləri faiz dərəcələrinin dəyişməsinə gətirib çıxarır, bu da öz
növbəsində infestisiya xərclərinə təsir göstərir. Lakin əksər firmaların
infestisiya planları çox uzunmüddətli dövr üçün nəzərdə tutulmuşdur. Deməli,
istehsal və məşğulluq baxımından hər hansı bir məqsədə (iqtisadi subyektlərin
planlarının təshih edilməsini nəzərdə tutan) nail olmaq üçün ən az yarım il
bəzən isə bir neçə il tələb olunur. Sabitləşdirmə siyasətinin tənqidçiləri iddia
edirlər ki, vaxt amilinə görə FES iqtisadiyyatı «dəqiq köklənməsi»
cəhdlərindən imtina etməlidir. Onlar iddia edirlər ki, FES daim gecikməyə
məhkumdur, son nəticədə onun fəaliyyəti iqtisadiyyatdakı qeyri-tarazlıqların
aradan qaldırılması vasitəsi kimi deyil, daha çox onların səbəbi kii təzahür edir.
Tənqidçilər passiv pul-kredit siyasətinin (pul təklifinin dayanıqlı aşağı
artımının) zəruriliyini müdafiə edirlər.
Maliyyə büdcə siyasəti də geri qalır, lakin monetar siyasətdən fərqli
olaraq onun gecikməsi səbəbləri daha çox siyasi proseslərlə aid edilə bilər.
Dövlət xərclərinin və vergilərin dəyişdirilməsi barədə qərarlar ABŞ-da
Nümayəndələr Palatası və Senatın komissiyaları tərəfindən, sonra isə
konqresin hər iki palatası tərəfindən təsdiq olunmalıdır, nəhayət prezident
tərəfindən imzalanmalıdırlar. Bu proses aylarla, hətta illərlə də davam edə
bilər. Onlar bütün mərhələləri keçib icraya tam hazır olana qədər iqtisadi şərait
tamamilə dəyişə bilər.
Pul-kredit və maliyyə-büdcə siyasətində vaxt amili problemi daha çox
iqtisadi proqnozların dəqiqliyi səviyyəsi ilə bağlıdır. Əgər iqtisadçılar
iqtisadiyyatın inkişaf perspektivlərini heç olmasa bir il əvvəl qabaqcadan dəqiq
görə bilmək imkanına malik ola bilsəydilər, hətta vaxt amillərini nəzərə
almaqla fiskal və monetar siyasətlərin vasitələrinin istifadəsi heç bir etiraza
rast gəlməzdi. Lakin tənəzzül və böhran xəbərdarlıqsız gəlir. Fikrimizcə ən
düzgün siyasət - iqtisadi problemlər yarandıqca onların həll olunmasıdır.
Avtomatik sabitləĢdiricilər
Sabitləşdirmə siyasətinin həm tənqidçiləri, həm də tərəfdarları vaxt amillərinin
labüdlüyünün bu siyasətin səmərəliliyinin aşağı düşməsinə səbəb olmasında
həmfikirdilər. Siyasətçilərə qəbul olunan qərarların həyata keçirilməsinin
tezləşdirilməsi üsulları gərəkdir və onlar mövcuddurlar. Bunlar tənəzzül
dövründə məcmu tələbin stimullaşdırılmasına yönəldilən, hər hansı xüsusi
siyasi qərarlar olmadan baş verən fiskal siyasətdə dəyişikliklər – avtomatik
sabitləĢdiricilərdir.
Mühüm avtomatik sabitləşdirici maliyyə –büdcə sisteminin özüdür.
İqtisadiyyat durğunluq fazasına daxil olduqda dövlədt tərəfindən yığılan
vergilərin məbləği avtomatik azalır, ona görə ki, onların ölçüsü birbaşa iqtisadi
Н. Грегори Менкйу
624
fəaliyyətin nəticələrində asılıdır. Şəxsi gəlirə vergi ev təsərrüfatlarının
gəlirlərindən, əmək haqqıya vergi işçilərin əməyinə görə verilən haqqın
ölçülərindən, ümumi gəlir vergisi isə firmaların mənfəətindən asılıdır. Tənəzzül
dövründə bütün mənfəət, qazanc və gəlirlər azaldığı üçün istər-istəməz dövlətin
vergi daxilolmaları aşağı düşür. Vergi daxilolmaların avtomatik azalması
məcmu tələbi stimullaşdırır və beləliklə də iqtisadi qeyri –tarazlığın ölçülərini
azaldır.
Avtomatik sabitləşdirici rolunun dövlət xərcləri də icra edilər. Xüsusilə,
tənəzzül dövründə çox saylı müvəqqəti işdən azad edilmələr mövcud olduğu
üçün iş yerlərini itirənlər işsizliyə görə sığorta haqlarının, sosial müdafiə
müavinətlərinin və eləcə də digər maddi yardımların verilməsi üçün müraciət
edirlər. Dövlət xərclərinin avtomatik artımı məcmu tələbi məhz onun tam
məşğulluğu təmin etmək üçün çatışmadığı vaxt stimullaşdırır. Həqiqətən də
1930-cu illərdə ABŞ-da ilk dəfə olaraq işsizliyə görə sığorta sistemi tədbiq
olunduqda bu, onun bir çox tərəfdarları tərəfindən avtomatik sabitləşdirici kimi
nəzərdən keçirilirdi.
ABŞ iqtisadiyyatında avtomatik sabitləşdiricilərin səmərəliliyi qısa-
müddətli tənəzzülü tamamilə aradan qaldırmağa imkan vermir, lakin onların
olmadığı bir şəraitdə istehsal və məşğulluq bundan daha az dayanıqlı ola
bilərdi. Buna görə də bir çox iqtisadçılar federal büdcənin daim tarazlığını tələb
edən konstitusiya dəyişikliklərinə qarşı çıxış edirlər. İqtisadiyyat durğunluq
fazasına daxil olduqda vergi daxilolmaları azalır, dövlət xərcləri çoxalır,
deməli, büdcə kəsri artır. Əgər dövlət büdcə gəlirləri və xərclərinin
bərabərliyini təmin etməli olsaydı, ABŞ-ın maliyyə-büdcə sisteminin avtomatik
sabitləşdiricilərini yaddan çıxarmaq olardı.
Nəticə
İqtisadi siyasətdə düşəlişlər etmək barədə qərar qəbul etdikdə dövlət xadimləri
bunun bütün mümkün ola biləcək nəticələrini nəzərdən keçirməlidirlər. Pul-
kredit və maliyyə –büdcə siyasətlərinin (birincinin qiymətlərinin səviyyəsi və
inflyasiyanın surətinə, ikincinin ticarət balansı, infestisiyalar, yığımın
səviyyəsinə və uzunmüddətli iqtisadi artıma təsirini) uzunmüddətli dövr üçün
nəticələrini təsvir edən iqtisadiyyatın klassik modellərini nəzərdən keçirmişdir.
Bu fəsildə monetar və fiskal təsirin qısamüddətli nəticələrini tədqiq
etdik və belə bir yekun müddəa əldə etdik ki, siyasətçilər əmtəə və xidmətlərə
olan məcmu tələbə, deməli, uzunmuddətli dövrdə istehsal və məşğulluğun
həcminə təsir göstərmək imkanına malikdirlər. Kəsirsiz büdcəyə malik olmaq
məqsədilə dövlət xərclərinin azaldılması barədə ABŞ konqresi qərar qəbul
etdikdə millət vəkilləri bunun həm yığım və iqtisadi artım üçün uzunmüddətli
dövrə, həm də məcmu tələb və məşğulluq üçün qısamüddətli dövrə görə
nəticələrini nəzərdən keçirməlidirlər. FES pul təklifinin artım tempinin
azaldılması barədə qərar qəbul etdikdə FES-in rəhbərləri bu addımın həm
uzunmüddətli dövrdə inflyasiyaya, həm də qısamüddətli dövrdə istehsala