DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə257/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   253   254   255   256   257   258   259   260   ...   281

Економиксин принсипляри 

 

619 



tərəfindən  tələbin  artırılmasının  fəhlələrin  və  firma  sahiblərinin  gəlirlərinin 

artmasına  (multiplikator  effekti  nəticəsində  isə  digər  firmaların)  gətirib 

çıxarmasını  artıq  müzakirə  etmişdik.  Ev  təssərrüfatları  gəlirlərin  artması 

nəticəsində  çoxlu  əmtəə  və  xidmətlərin  alınmasını  planlaşdırırlar  və  nəticədə 

öz sərvətlərini likvid formada artırmaq qərarını alırlar. Yəni büdcə ekspansiyası 

ilə meydana çıxan gəlirlərin artımı pula tələbin yüksəlməsinə gətirib çıxarır.  

Pula tələbin artmasının nəticələri  şəkil 31.5 qrafik (a)-da göstərilmişdir. 

FES  pul  kütləsi  həcmini  təshih  etmədiyi  üçün  pul  təklifinin  şaquli  əyrisinin 

vəziyyəti dəyişmir. Gəlirlərin səviyyəsinin artması  pula tələb əyrisini MD

1

-dən 



MD

2

-yə sağa doğru  yerdəyişməsinə səbəb olduqda tələb və təklifin tarazlığını 



saxlamaq üçün faiz dərəcəsi r

1

-dən r



2

-yə yüksəlməlidir.  

 

$2

0 m



lrd

 

4. ... бу да юз нювбясиндя 



мяъму тялябин илкин артымыны

 компенсасийа едир.

Гиймятлярин 

сявиййяси

Мящсул 

бурахылышынын 



щяъми

Мяъму тяляб, АД

1

АД

3



АД

2

1. Дювлят хяръляринин 



артырылмасы мяъму

 тялябин йцксялмясиня...

Пул кцтлясинин 

щяъми


0

0

ФЕС тяряфиндян 



мцяййян олунан 

щяъм


3. ...нятиъядя

 таразлыг фаиз

 дяряъяси дяйишир...

р

1



р

2

Пул тяклифи



МД

1

МД



2

2. ...хярълярин артмасы 

ися пула тялябин 

йцксялмясиня эятириб чыхарыр...

Фаиз 

дяряъяси


(а) Пул базары

(б) Мяъму тяляб яйриси

 

 



ġəkil  31.5. SıxıĢdırma effekti

 

Faiz  dərəcəsinin  yüksəlməsi  isə  öz  növbəsində  əmtəə  və  xidmətlərə 

tələbin  həcminin  azalmasına  gətirib  çıxarır.  Xüsusilə,borc  almanın  haqqı 

yüksəldiyi  üçün  istehsala  kapital  qoyuluşları  və  mənzil  tikintisinə 

investisiyalara tələb aşağı düşür. Beləliklə, dövlət xərclərinin artması əmtəə və 

xidmətlərə  tələbin  yüksəlməsinə  gətirib  çıxarır,  lakin  bu  prosesin  nəticəsi 

investisiyaların sıxışdırılması ola bilər. Bu isə dövlət xərclərinin məcmu tələbə 

təsirini  qismən  konpensasiya  edir  (şəkil  31.5  qrafik  (b)).Dövlət  xərclərinin 




Н. Грегори Менкйу 

 

 



620 

artması  ilk  növbədə  məcmu  tələb  əyrisinin  AD

1

-dən  AD


2

-yə  yerdəyişməsinə 

gətirib çıxarır, lakin sıxışdırma effekti nəticəsində o, AD

3

-ə qayıdır.  



YekunlaĢdıraq. Hökumət 20 mlrd. dollarlıq yeni dövlət xərcləri barədə 

qərar qəbul etdikdə əmtəə və xidmətlərə məcmu tələb yüksəlir, lakin artımın kə-

miyyəti  multiplikator  və  sıxışdırma  effektlərinin  qiymətlər  nisbəti  ilə  müəyyən 

olunur.  

 

Vergilərin dəyiĢməsi  

Maliyyə-büdcə  siyasətinin  digər  əsas  aləti  vergilərin  səviyyəsinin  dəyişdi-

rilməsidir.  Dövlət  vergiləri  azaltdıqda  ev  təsərrüfatlarının  real  gəlirləri  artır, 

artımın bir hissəsi yığıma yönəldilir,  digər hissəsi isə istehlak mallarının əldə 

olunmasına  xərclənir.  Vergilərin  səviyyəsinin  azaldılması  istehlak  xərclərinin 

artmasından ibarət olduğu üçün məcmu tələb əyrisi sağa doğru  yerini dəyişir, 

vergilərin  artırılması  ev  təsərrüfatlarının  xərclərinin  azaldılmasına  və  məcmu 

tələb  əyrisinin  sola  doğru  yerdəyişməsinə  gətirib  çıxarır.  Vergilərin 

səviyyəsinin  dəyişməsi  nəticəsində  yaranan  məcmu  tələbin  yerdəyişməsini 

ölçüsü  də  multiplikator  və  sıxışdırma  effektlərindən  asılıdır.  Dövlət  vergiləri 

azaltdıqda  əmək  haqqı  və  gəlirlər  artır,  bu  da  istehlak  xərclərinin  artımını 

stimullaşdırır  (multiplikator  effekti).  Digər  tərəfdən  gəlirlərin  artımı  pula 

tələbin həm də faiz dərəcələrinin yüksəlməsi deməkdir. Yüksək faiz dərəcələri 

borcları  bahalaşdırır,  bu  da  investisiya  xərclərinin  azalmasına  gətirib  çıxarır 

(sıxışdırma effekti).  Multiplikator və sıxışdırma effektlərinin nisbətindən asılı 

olaraq  məcmu  tələbin  yerdəyişməsi  onu  doğuran  vergi  dəyişiklikləri  ilə 

müqayisədə çox və yaxud az ola bilər.  

Vergilərin  dəyişməsi  ilə  meydana  çıxan  məcmu  tələbin  yerdəyişmə 

ölçüsünə təsir edən mühüm amillərdən biri də vergi dəyişlikliklərinin sabitliyi 

haqda  ev  təsərrüfatlarının  mülahizələridir.  Fərz  edək  ki,  dövlət  ev 

təsərrüfatlarına  vergilərin  1000  dollar  azaldılması  barədə  qərar  qəbul  edir,  bu 

zaman  ev  təsərrüfatlarının  qarşısında  belə  bir  sual  durur  –  nə  qədər  müddətə 

əlavə  gəlirə ümid etmək olar? Əgər ev təsərrüfatları  vergilərin uzunmüddətli 

azaldılmasına    ümid  edirlərsə,  onlar  əlavə  gəliri  öz  maliyyə  ehtiyyatlarına 

mühüm  əlavə  kimi  qiymətləndirirlər,  beləliklə  də  öz  xərclərini  əhəmiyyətli 

dərəcədə artırırlar. Əksinə, ev təsərrüfatları vergilərin azaldılmasını müvəqqəti 

hesab  edirlərsə  onlar  əlavə  gəliri  öz  maliyyə  ehtiyyatlarına  cüzi  əlavə  kimi 

qiymətləndirəcəklər,  buna  görə  də  xərclər  əhəmiyyətli  dərəcədə  artmayacaq. 

Bu zaman vergilərin azaldılmasının məcmu tələbə təsiri o qədərdə çox olmur.  

Digər  misalı  nəzərdən  keçirək.  1992-ci  ildə  ABŞ  prezidentinin  seçki 

kompaniyası uzun müddətli iqtisadi tənəzzüllə eyni vaxta düşdü. Bir güllə ilə 

iki  dövşanı  vurmaq  istəyən  böyük  corc  Buş  əmək  haqqına  gəlir  vergisinin 

azaldılmasını  elan  etdi.  Lakin  qanunla  müəyyən  edilmiş  gəlir  vergisinin 

dərəcəsi  dəyişmədiyi  üçün  1992-ci  ildə  tutulmaların  azaldılması  nəticəsində 




Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə