Економиксин принсипляри
621
əhalidə qalan hər dollar 1992-ci il üzrə vergi bəyannamələrinin təqdim
olunmalı olduqları zaman 1993-cü il 15 aprelə əlavə vergi ödəmələri demək
idi. Beləliklə, «corc Buşa görə vergilərin azaldılması» faktiki olaraq dövlət
tərəfindən əhaliyə verilən qısamüddətli ssudalardan ibarətdir. Təəccüblü deyil
ki, belə siyasətin istehlak xərcləri və məcmu tələbə təsiri cüzi oldu.
Ġqtisadiyyatı sabitləĢdirmənin iqtisadi siyasəti
Dövlətin monetar və fiskal siyasətlərinin iqtisadiyyatda əmtəə və xidmətlərə
olan məcmu tələbə mümkün təsirlərini nəzərdən keçirdik. Bizim nəzəri
müddəalarımız mühüm siyasi sual doğurur: məcmu tələbi idarəetmənin bu
vasitələrinin iqtisadiyyatın sabitləşdirilməsində istifadəsi zəruridirmi?
Zəruridirsə, hansı hallarda? Zəruri deyilsə, nə üçün?
Aktiv sabitləĢdirmə siyasətinin dəlilləri
Bu fəslin başlanğıcındakı məsələyə qayıdaq. ABŞ prezidenti və konqres dövlət
büdcəsinin kəsirinin azaldılmasına yönəldilmiş dövlət xərclərinin aşağı
salınması barədə qərar qəbul edirsə buna FES-in cavabı nə olmalıdır? Məlum
olduğu kimi dövlət xərcləri məcmu tələb əyrisinin vəziyyətinə təsir göstərən
amillərdən biridir. Dövlət xərcləri azaltdığı zaman məcmu tələb aşağı düşəcək,
bu da qısamüddətli dövrdə istehsalın həcminin azalmasına və işsizliyin
səviyyəsinin artmasına gətirib çıxaracaq. Əgər FES maliyyə büdcə siyasətinin
arzu olunmaz nəticələrinin qarşısını almağa cəhd göstərirsə pul təklifini
artıraraq, məcmu tələbin genişləndirilməsi istiqamətində tədbirlər görür. Pul
ekspansiyası faiz dərəcələrinin aşağı düşməsinə gətirib çıxarır və istehlak və
investisiya xərcəlrini stimullaşdırır. Uyğun monetar siyasət əmtəə və
xidmətlərə olan məcmu tələbin həcmini aşağı düşməsinə imkan verməməyə
şərait yaradır.
FES-in açıq bazarda əməliyyatlar üzrə komitəsinin üzvləri də təxminən
belə düşünürlər. Onlar bilirlər ki, pul-kredit siyasəti məcmu tələbə təsir edən
mühüm vasitələrdən biridir. Eləcə də onların prezident və konqres tərəfindən
müəyyən olunan fiskal siyasət də daxil olmaqla digər faktlar haqqında da
təsəvvürləri var. Buna görə də FABƏK siyasi dikussiyaları çox böyük diqqətlə
izləyir.
Maliyyə-büdcə siyasətinin təshih edillməsinə cavab olaraq monetar
siyasətin dəyişdirilməsi daha ümumi halın təzahür formasıdır: məcmu tələbin
deməli, istehsalın və məşğulluğun sabitləşdirilməsi məqsədilə dövlət
tənzimləmə vasitələrindən istifadə. ABŞ hökuməti siyasətinin əsas məqsədi
iqtisadi sabitliyin təmin olunmasıdır. Məsələn: 1946-cı il məşğulluq haqqında
qanunda qeyd olunur ki, «Federal hökumət… yönəldilmiş siyasət həyata keçirir
və… istehsalın və tam məşğulluğun təmin olunmasına görə cavabdehlik
daşıyır». Demək, hökumət qısamüddətli makroiqtisadi göstəricilərə görə özü-
özünü cavabdeh seçmişdir.
Н. Грегори Менкйу
622
Məşğulluq haqda qanundan iki nəticə çıxır. Birincisi, hökumətin
fəaliyyəti iqtisadi qeyri-tarazlıqlara gətirib çıxarmamalıdır. Beləliklə, iqtisad-
çıların əksəriyyəti hesab edir ki, dövlət pul-kredit və fiskal siyasətlərin qəfil
dəyişikliklərindən çəkinməlidir, çünki belə tədbirlər yüksək ehtimalla məcmu
tələbin qeyri-tarazlıqlarına gətirib çıxara bilər. Əgər belə dəyişikliklər
qaçınılmazdırsa, pul-kredit və maliyyə–büdcə siyasətlərinin həyata
keçirilməsinə cavabdeh olan siyasi xadimlərin bir-birlərinin hərəkətlərinə və
baş verən dəyişiklərə uyğun cavab vermələrinə görə tam məsuliyyət daşımaları
çox vacibdir.
Məşğulluq haqda qanundan çıxan ikinci daha iddialı nəticə məcmu
tələbin sabitləşdirilməsi məqsədilə dövlətin iqtisadiyyatın xüsusi sektorunda
vəziyyətin dəyişməsinə cavab olaraq müəyyən tədbirlər həyata keçirilməli
olduğündan ibarətdir. Müəlliflərin c.M.Keynsin ideyalarının təsiri altında
olmaları görünür. Qeyd etmişdik ki, «Məşğulluq mənfəət və faizin ümumi
nəzəriyyəsi» iqtisadi mövzuya həsr olunmuş ən məşhur kitablardan biridir. Bu
kitabda c.M.Keyns qısamüddətli iqtisadi dəyişiklərin izahı üçün məcmu tələbin
həlledici rolunu vurğulayırdı və tam məşğulluq səviyyəsində istehsalın
saxlanılması üçün məcmu tələb çatışmadıqda onu aktiv stimullaşdırmağa
çağırırdı.
c.M.Keyns (və onun çoxsaylı davamçıları) iddia edirdi ki, məxmu
tələbin yerdəyişmələri əhəmiyyətli dərəcədə pessimizm və optimizmin
irassional dalğaları ilə meydana çıxır. İnsanların fikirlərində belə ixtiyari
dəyişiklikləri ifadə etmək üçün o, sürü hissiyyatı (animal spirits) termiNindən
istifadə etmişdir. Pessimizm hissinə qapılmış ev təsərrüfatları istehlak
xərclərini, firmalar isə investisiya xərclərini azaldırlar. Bunun nəticəsində
məcmu tələbin və istehsalın həcmi aşağı düşür, işsizliyin səviyyəsi isə yüksəlir.
Əksinə, optimizm hissinə qapılmış ev təsərrüfatları və firmalar xərcləri
artırırlar, bu da məcmu tələbin, istehsalın həcminin və inflyasiya təzyiqinin
dərəcəsinin artmasına gətirib çıxarır. Diqqət yetirin ki, fikirlərin belə dəyişməsi
öz-özünü qidalandırır.
Prinsip etibarilə dövlət optimizm və pessimizm dalğalarına uyğun
olaraq fiskal və monetar siyasətləri tənzimləmək, beləliklə də məcmu tələbi
sabitləşdirmək imkanına malikdir. Məsələn: əgər iqtisadi subyektlər çox
pessimist ruhludurlarsa, FES pul təklifini artıra bilər. Baxmayaraq ki, iqtisadi
subyektlər onu məhdudlaşdırmağa o qədər də meyilli deyillər. FES-in sabiq
sədrlərindən biri olan Ulyam Martin pul-kredit siyasətinə bu cür baxışları belə
təsvir edirdi: «FES-in işi ondan ibarətdir ki, məclisin ən şirin yerində içki ilə
dolu badəni götürsün».
Aktiv sabitləĢdirmə siyasətinə qarĢı dəlillər
Bəzi iqtisadçılar iddia edirlər ki, dövlət fiskal və monetar siyasətləri yalnız
iqtisadi artım, aşağı səviyyəli inflyasiya kimi uzunmüddətli məqsədlərə nail
olmaq üçün istifadə etməlidir, qısamüddətli qeyri –tarazlıqlarların isə