DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə35/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   281

Економиксин принсипляри 

 

71 



istehsalında mütləq üstünlüyə malikdir. Bizim nümunəmizdə ranço sahibi həm 

kartof becərmədə, həm də ət istehsalında mütləq üstünlüyə malikdir, çünki hər 

bir malın istehsalı üçün daha az vaxt sərf edir. 

 

Alternativ xərclər və nisbi üstünlük 

Lakin kartof istehsalının xərclərinə həm də digər nəzər-nöqtəsi altında baxılır, 

onlar  istehsalın  mütləq  həcmini  deyil,  buraxılmış  imkanların  xərclərini  müqa-

yisə edir. Yada salın ki, alternativ xərclər (buraxılmış imkanların xərcləri) öz-

özlüyündə  istəniləni  əldə  etmək  üçün  imtina  edilməli  olan  bir  şeyi  ifadə  edir 

(fəsil 1). Bizim nümunədə biz güman edirik ki, fermer və ranço sahibi həftədə 

40  saat  işləyir.  Kartofun becərilməsi üçün  lazım olan  vaxt  heyvanlara  qulluğa 

sərf  edilə  bilməz.  Çünki,  fermer  və  ranço  sahibi  ticarət  haqqında  müqavilə 

bağladıqdan  sonra  kartof  becərilməsi  və  heyvana  qulluğa  dair    vaxtı  fərqli 

surətdə bölüşdürürlər, onlar istehsalat imkanlarının sərhədləri boyunca hərəkət 

edirlər.  Bu  mənada  onlar  bir  malı  digərinin  istehsalı  üçün  istifadə  edirlər. 

Buraxılmış imkanların xərcləri onların hər birinin qarşılaşdığı seçimlə ölcülür. 

 

Ranço  sahibinin  alternativ  xərclərini  nəzərdən  keçirək.  1kq  kartofun 



istehsalı  8  saat  vaxt  aparır.  Əgər  o,  8  saatı  kartofun  istehsalına  sərf  edirsə, 

deməli, mala qulluğunun vaxtı 8 saat azalır.  Ranço sahibinə 1kq ətin istehsalı 

üçün 1 saat vaxt lazım olduğuna görə, muvafiq olaraq, 8 saata 8 kq ət istehsal 

edir. Beləliklə, 1 kq kartofun istehsalının buraxılmış imkanlarının xərcləri 8 kq 

ətə  bərabər  olur  (şəkil  3.1  (b)-dəki  ranço  sahibinin  istehsalat  imkanları 

sərhədinin qrafiki; aşağı düşən xəttin mailliyi 8-ə bərabərdir). 

 

Fermerin alternativ xərclərini tədqiq edək. 1 kq kartofun istehsalı üçün 



10 saat vaxt tələb olunur. 1 kq ətin istehsalı üçün  20 saat lazım olduğu üçün 1 

kq  kartof  ona  0,5  kq  ətə  başa  gələcək.  Beləliklə,  1  kq  kartofun  istehsalının 

buraxılmış  imkanının  xərci  fermer  üçün  0,5  kq  ətə  bərabərdir  (şəkil  3.1.  (a) 

fermerin istehsalat imkanlarının sərhədi qrafiki, mailliyi 0,5 təşkil edir). 



 

 

 

 

 

 

cədvəl 3.3. 

Ət və kartofun istehsalının buraxılmıĢ imkanının xərcləri 

 

BuraxılmıĢ istehsalat imkanının xərcləri   

Ət  

(əldən verilmiĢ kq kartofda) 

Kartof 

(əldən verilmiĢ kq kartofda) 

Fermer 


1/2 


Ranço sahibi 

1/8 


 



Н. Грегори Менкйу 

 

 



72 

3.3.  cədvəlində  hər  iki  istehsalçının  ət  və  kartof    istehsalındakı 

alternativ  xərcləri  göstərilmişdir.  Qeyd  edək  ki,  ət  istehsalı  xərcləri  kartof 

istehsalı xərclərinin əksini təşkil edir. Çünki 1 kq kartof ranço sahibinə 8 kq ətə 

başa gəlir, 1 kq ət isə ona 1/8 kq kartofa başa gələcək. Məhz bu cür 1 kq kartof 

1/2 kq ətə, 1 kq ət isə 2 kq kartofa başa gələcək. 

İki  istehsalçının  alternativ  xərclərini  təsvir  edərkən  iqtisadçılar  nisbi 

üstünlük  terminindən  istifadə  edirlər.  Malın  istehsalının  əldən  verilmiş 

imkanlarının ən aşağı xərcləri olan istehsalçı digər istehsalçılara nisbətən nisbi 

üstünlük  əldə  edir.  Bizim  nümunəmizdə  fermerin  kartofun  istehsalına  dair 

alternativ  xərcləri  ranço  sahibinkindən  aşığıdır  (1/8  kq  kartof  2  kq-a  qarşı). 

Beləliklə,  fermer  kartofun  yetişdirilməsində  nisbi  üstünlüyə  malikdir,  ranço 

sahibi isə ətin istehsalında nisbi üstünlüyə malikdir.  

Diqqət  yetirin  ki,  bizim  qəhrəmanlarımızdan  birinə  hər  iki  məhsulun 

istehsalında  nisbi  üstünlük  qazanmaq  qeyri-mümkün  olardı.    Bir  məhsulun 

istehsalının əldən verilmiş imkanlarının xərcləri digərinin istehsalının alternativ 

xərclərinə əks mütənasibdir. Deməli, əgər fermer tərəfindən bir malın istehsalı 

üçün əldən verilmiş xərclər nisbətən yüksəkdirsə, onda digər malın istehsalının 

alternativ  xərcləri  nisbətən  aşağı  olmalıdır.  Nisbi  üstünlük  nisbi  alternativ 

xərcləri  əks  etdirir.  Hər  iki  insan  buraxılmış  imkanların  bərabər  xərclərinə 

malik olmasa, bir insan bir məhsulun istehsalında nisbi üstünlüyə malik olacaq, 

digəri isə digər malın buraxılmasında nisbi üstünlüyə malik olacaq. 

 

Nisbi üstünlük və ticarət 

Alternativ    xərclərdə  və  nisbi  üstünlüklərdə  fərqlər  ticarətin  gətirdiyi  gəlirləri 

müəyyən  edir.  Hər  bir  fərd  nisbi  üstünlüyü  olan  istehsalda  ixtisaslaşanda 

buraxılışın  ümumi  həcmi  yüksəlir,  iqtisadi  «piroqun»  həcminin  yüksəlməsi 

cəmiyyətin bütün üzvlərinin həyat səviyyəsini yüksəltməyə imkan verir. Başqa 

sözlə, iki insanın əldən verilmiş imkanlarının xərcləri fərqli olduqda, malların 

mübadiləsi  hər  ikisinə  sərfəlidir,  çünki  hər  biri  malı  onun  bu  məhsula  dair 

alternativ xərclərindən aşağı qiymətə əldə edir. 

 

Təklif  olunan  sövdələşməni  fermerin  nəzər-nöqtəsindən  seyr  edək. 



Fermer    1  kq  kartof  əvəzinə  3  kq  ət  əldə  edir.  Digər  sözlərlə,  o,  ətin  hər  bir 

kiloqramını  1/3  kq  ətin  qiymətinə  əldə  edir.  Beləliklə,  sövdələşmə,  fermerə 

sərfəlidir, çünki o, əti yaxşı qiymətə alır. 

 

İndi  isə  sövdələşməni  ranço  sahibinin  nəzər-nöqtəsindən  baxaq.  O,    1 



kq  kartofu  3  kq  ət  əvəzinə  əldə  edir.  Kartofun  qiyməti  heyvandar  tərəfindən 

istehsalın alternativ xərcləri 8 kq ət təşkil edən qiymətdən aşağıdır. Beləliklə, 

ranço sahibi də udmuş olur, çünki kartofu daha sərfəli qiymətə alır. 

 

Bu  cür  ticarət  növü  iki  tərəf  üçün  də  sərfəlidir,  çünki  hər  bir  insanın 



alternativ  xərcləri  daha  az  olur:  fermer  vaxtının  çoxunu  kartof  becərir,  ranço 

sahibi isə öz inəklərinə qulluq edir. Nəticədə, həm kartofun, həm ətin istehsalı 




Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə