DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə37/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   281

Економиксин принсипляри 

 

75 



buraxılmasında  nisbi  üstünlüyə  malik  olmalıdır.  Yaponiya    ölkə  daxilində 

istehlak  üçün  lazım  olandan  çox  avtomobil  buraxmalıdır  və  onların  bir 

hissəsini  ABŞ-a  ixrac  etməlidir.  Anoloci  olaraq,  qida  məhsullarının  tonunun 

istehsalının  alternativ  xərclərini    Yaponiyanın  1  avtomobili  və  ABŞ-ın  1/2 

avtomobili  təşkil  edir,  sonuncular  qida  məhsullarının  istehsalında  nisbi 

üstünlüyə  malikdirlər.  İxtisaslaşmaya  və  ticarətə  görə  hər  iki  ölkə  daha  çox 

qida məhsulu və avtomobil əldə edə bilər. 

 

Əlbəttə, millətlər arasında real əlaqələr daha mükəmməldir (fəsil 9), axı 



hər  bir  ölkənin  vətəndaşlarının  maraqları  fərqlidir.  Beynəlxalq  ticarət  ölkənin 

hər  bir  sakininə  sərfəli  ola  bilməz.    Hətta  əgər  dövlət  beynəlxalq  ticarətdən 

qazanırsa da, onlarla və yüzlərlə insanlara o, yalnız bədbəxtlik gətirir: amerikan 

qida  məhsullarının  ixracı  və  avtomobillərin  ABŞ-a    idxalı  fermerlərə  və 

avtomobil  sənayesinin  işçilərinə  müxtəlif  təsir  göstərir.  Lakin  siyasətçilər  və 

siyasi  icmalçılar  tərəfindən  söylənilən  fikirlərə  zidd  olaraq,  beynəlxalq  ticarət  

heç  də  hansısa  ölkələrin  udduğu  ,  hansılarınsa  uduzduğu  müharibə  deyil,  bu, 

ticarətdə iştirak edən ölkələrin hamısına sərfəlidir. 

 

Nəticə 

Nisbi  üstünlük  prinsipinin  tədqiqi  göstərir  ki,  ticarət  onda  iştirak  edən  hər  bir 

tərəfə gəlir gətirir və həyatın qarışılıqlı asılı iqtisadiyyata da ustünlükləri məhz 

bundan  irəli  gəlir.  Azad  cəmiyyət  fərdlərin  iqtisadi  fəaliyyətini  necə 

uyğunlaşdırır?  Malların  və  xidmətlərin  istehsalçılardan  istehlakçılara 

çatmasının təminatı nədir? 

Əgər dünyada təkcə iki insan – fermer və ranço sahibi yaşasaydı, cavab 

aydın olardı: onlar bir-biri arasında olan resursları bölüşdürərək  birbaşa ticarət 

edərdilər. Amma real həyatda milyardlarla  insan  qarşılıqlı əlaqə qurur. Biz bu 

problemə sonraki fəsildə baxacağıq, istək və təklif kimi bu bazar qüvvələrinin 

bölünməsini tədqiq edəcəyik. 



Н. Грегори Менкйу 

 

 



76 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

II HĠSSƏ 

TƏLƏB VƏ TƏKLĠF 1: 

BAZAR NEcƏ ĠġLƏYĠR

 


Економиксин принсипляри 

 

77 



Fəsil 4 

TƏLƏB VƏ TƏKLĠFĠN BAZAR QÜVVƏLƏRĠ 

 

 



 

 

 



Florida  ştatında  kəskin  soyuqlar  zamanı  ABŞ-ın  bütün  iri  marketlərində 

portağal  şirələrinin  qiyməti  artır.  Əgər  İngiltərədə  yay  bir  qədər  isti  keçərsə, 

Karib  dənizi  sahillərində  mehmanxana  otaqlarını  çox  ucuz  qiymətə  verirlər. 

Yaxın  Şərq  dövlətlərində  qoşunlar  döyüş  vəziyyətinə  gətirildikdə,  ABŞ-da 

benzinin  qiyməti  artır,  işlənmiş  maşınların  dəyəri  aşağı  düşür.  Bütün  bu 

hadisələr arasında ümumi cəhət nədən ibarətdir? Bu, tələb və təklifin qarşılıqlı 

təsirindən irəli gəlir. 

Tələb  və  təklif  iqtisadi  nəzəriyyədə  tez-tez  istifadə  olunan  (tamamilə 

təbii  səbəblərdən)  anlayışlardır.  Məhz  onlar  bazar  iqtisadiyyatının  «hərəkət-

vericisi  kimi  onu  hərəkətə  gətirir»,  istehsal  olunan  əmtəələrin  miqdarını  və 

qiymətini  müəyyən  edirlər.  Buradan  da  bu  və  ya  digər  hadisənin  və  ya 

hökumətin  qəbul  etdiyi  qərarların  iqtisadiyyatın  vəziyyətinə  təsirini  bilmək 

üçün hər şeydən əvvəl onların tələb və təklifə təsirini öyrənmək lazım gəlir. 

Bu  fəsildə  tələb  və  təklif  nəzəriyyəsi  təsvir  edilmiş,  alıcıların  və  satı-

cıların  davranışları  və  onların  bir-birləri  ilə  qarşılıqlı  təsirlərinə  baxılmışdır. 

Eyni  zamanda,  bazar  iqtisadiyyatında  tələb  və  təklifin  təsiri  nəticəsində 

qiymətin formalaşması mexanizmi və məhdud iqtisadi ehtiyatların bölgüsündə 

onların rolu aydınlaşdırılır. 



 

Bazar və rəqabət 

«Tələb»  və  «təklif»  anlayışlarından  bazarda  bir-birinə  qarşılıqlı  təsir  edən 

insanların davranışlarını təsvir etmək üçün istifadə edilir. Bazar – bu, müəyyən 

bir əmtəə və ya xidmətlərin alqı və satqısını həyata keçirən insanlar qrupudur. 

Burada alıcılar əmtəələrə olan tələbi, satıcılar isə təklifi müəyyən edirlər. Alıcı 

və  satıcıların  davranışlarını  təhlil  etməzdən  əvvəl  «bazar»  anlayışının 

əhəmiyyətinə və onun növlərinə baxaq. 

 

Rəqabətli bazar 

Bazarın  formaları  çoxcəhətlidir.  Bəzən  bazarlar  çox  yaxşı  təşkil  olunurlar. 

Əksər  kənd  təsərrüfatı  məhsulları  bazarlarında  əvvəlcədən  müəyyən  olunmuş 

yerdə  və  vaxtda  alan  və  satan  çoxlu  insanlar  qarşılaşırlar,  xüsusi  işçilər  isə 

qiymətlərin qoyulmasına və satışın həyata keçirilməsinə köməklik edirlər. 



Н. Грегори Менкйу 

 

 



78 

Çox vaxt isə bazarlarda hərc-mərclik hökm sürür. Misal üçün, müəyyən 

bir  şəhərdə  dondurma  bazarının  vəziyyətinə  baxaq.  Heç  kim  əvvəlcədən   

müəyyən  edə  bilməz  ki,  alıcı  dondurmanı  nə  vaxt  yemək  istəyir.  Dondurma 

satıcısına  gözlənilməyən  yerdə  rast  gəlmək  olar  və  onlar  bir-birindən  fərqli 

məhsullar təklif edirlər.  Dondurmanın qiymətini elan edən auksionçu  yoxdur. 

Hər bir satıcı məhsullara qiymət siyahısını özü asır, hər bir alıcı isə mağazada 

neçə stəkan və ya dənə dondurma almaq istədiyini müstəqil həll edir. 

Şəhər  dondurma  bazarını  (təşkilatlardan  fərqlənməyən)  alıcı  və  satıcı 

qrupları  formalaşdırır.  Hər  bir  alıcı  bilir  ki,  bir  neçə  dondurma  satan  var  və 

onlardan  müəyyən  növ  dondurma  almaq  imkanına  malikdir.  Hər  bir  satıcı  isə 

bilir ki, onun məhsulu rəqibinin bazara çıxardığı məhsuldan o qədər fərqlənmir. 

Dondurmanın  qiyməti  və  satılan  məhsulun  miqdarı  bir  alıcı  və  ya  satıcı 

tərəfindən  müəyyən  edilmir.  Əksinə,  əmtəənin  qiyməti  və  miqdarını  bazarda 

mövcud olan bütün alıcı və satıcılar qarşılıqlı fəaliyyətdə müəyyən edirlər.  

İqtisadiyyatda əksər bazarlarda olduğu kimi, dondurma bazarı da rəqa-

bətin  yüksək  səviyyəsi  ilə  fərqlənir.  Rəqabətli  bazar  elə  bazardır  ki,  burada 

çoxlu satıcılar və alıcılar mövcud olur və bunlar bazar qiymətlərinə əhəmiyyətli 

təsir göstərə bilmirlər. Dondurma satıcısının əmtəənin qiyməti üzərində nəzarət 

etmək imkanı məhduddur. Çünki eyni məhsulu başqa rəqiblər də təklif edirlər. 

Heç  bir  satıcı  öz  məhsulunu  cari  qiymətdən  aşağı  satmaq  istəməz;  eyni 

zamanda,  qiyməti  yüksəldə  də  bilməz,  alıcılar  dondurmanı  başqa  yerdən  əldə 

edə bilərlər. Analoci olaraq, heç bir alıcının da əmtəənin qiymətinə təsir etmək 

imkanı yoxdur, çünki o, ancaq bir və ya iki dondurma alır. 

Bu  fəsildə  biz  rəqabətli  bazarda  alıcıların  və  satıcıların  qarşılıqlı 

fəaliyyətini izləyir, satılan məhsulların miqdarına və qiymətinə tələb və təklifin 

təsirini təhlil edirik. 

 

Rəqabət: mükəmməl və qeyri-mükəmməl 

Fərz  edək  ki,  qarşımızda  mükəmməl  rəqabətin  hökm  sürdüyü  bazar  vardır. 

Mükəmməl rəqabətli bazar iki əsas xarakterik cəhətlə müəyyən olunur:        1) 

satıcılar tərəfindən təklif olunan bütün əmtəələr eynidir; 2) alıcılar və satıcılar o 

qədər çoxdur ki, onların heç biri bazar qiymətinə təsir etmək gücündə deyillər. 

Madam ki, mükəmməl rəqabətdə alıcılar və satıcılar bazar qiymətlərini məlum 

bir  şey  kimi  qəbul  etməlidirlər,  onlar  bu  qiymətləri  qəbul  edilən  qiymətlər 

adlandırırlar. 

Real  həyatda  mükəmməl  rəqabət  anlayışına  minlərlə  fermerin  taxıl 

satdığı və milyonlarla alıcının buğda və buğda məhsullarını aldığı taxıl bazarı 

daha  çox  uyğun  gəlir.  Heç  bir  alıcı  və  satıcı  buğdanın  qiymətinə  təsir  etmir, 

onu məlum bir şey kimi qəbul edirlər. 

Bununla  belə,  çoxlu  əmtəə  və  xidmətlər  bazarlarında  rəqabət  qeyri-

mükəmməldir. Bəzi bazarlarda ancaq bir satıcı olur və qiyməti də o müəyyən 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə