DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə38/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   281

Економиксин принсипляри 

 

79 



edir. Belə məhsul satan inhisarçı adlanr. Buna kiçik bir şəhərdə və ya qəsəbədə 

kabel  kompaniyası  misal  ola  bilər.  Çünki  televiziya  tamaşaçıları  başqa 

provayder xidmətlərinə müraciət etmək imkanına malik deyillər. 

Bir  sıra  bazarlarda  isə  bir  neçə  satıcı  olur  ki,  onlar  da  heç  də  həmişə  

mürtəce  rəqabətə  meylli  olmurlar.  Bazarın  belə  tipi  oliqopoliya  adlanır.  Məs: 

əgər  iki  iri  şəhər  arasında  aviasiya  daşımalarını  2-3  kompaniya  həyata 

keçirirsə,  onlar  aviabiletlərin  qiymətini  yüksək  səviyyədə  saxlamaq  üçün 

rəqabətdən qaçmağa cəhd edirlər. 

Bir  çox  bazarlarda  bəzi  satıcılar  öz  xarakterlərinə  görə  fərqli  əmtəələr 

təklif  etdiklərindən, həmin məhsulların qiymətlərini müəyyən etmək imkanına 

malik  olurlar.  Belə  bazar  inhisarçı  rəqabətli  bazar  adlanır.  Məs:  proqram 

təminatı  istehsalı.  Bazarın  bir-biri  ilə  rəqabət  edən  çoxlu  mətn  redaktorları 

təklif  etməsinə  baxmayaraq,  hər  bir  proqram  öz  xüsusiyyətinə  görə 

başqalarından fərqlənir və müəyyən qiymətə malik olur. 

Bazarın  bu  müxtəlif  tiplərinə  baxmayaraq,  biz  mükəmməl  rəqabətli 

bazarların  təhlilindən  başlayırıq,  çünki  o,  xüsusi  çətinlik  törətmir.  Bundan 

başqa,  bazarların  əksəriyyəti  rəqabətin  dərəcəsinə  görə  də  xarakterizə 

olunduğundan, mükəmməl rəqabət şəraitində tələb və təklifin öyrənilməsindən 

əldə etdiyimiz biliklərdən daha mürəkkəb bazarların təhlilində istifadə edirik. 

 

Tələb 

Biz  bazarın  öyrənilməsinə  alıcıların  davranışından  başlayırıq  və  hər  bir 

əmtəəyə,  başqa  sözlə,  istehlakçıların  arzu  etdiyi  və  əldə  edə  biləcəyi 

məhsulların  miqdarına  tələbin  həcminin  nə  ilə  müəyyən  edildiyinə  baxaq. 

Bunun üçün bir daha dondurma bazarını yada salaq. 

 

Tələbin amilləri 

Sizin dondurmaya olan tələbinizə baxaq. Nə üçün siz hər ay müəyyən miqdar 

dondurma alırsınız? Sizin qərarınıza hansı amillər təsir edir? 

Qiymət. Əgər dondurmanın qablaşdırılmasının qiyməti 20 doll. artarsa, 

yəqin siz dondurma alışını məhdudlaşdıracaqsınız; hətta ola bilər ki, öz istəyi-

nizi  hər  hansı  soyuq  dondurulmuş  yoqurtla  əvəz  edəcəksiniz.  Əgər  qablaş-

dırılma  qiyməti  20  sent  aşağı  düşərsə,  gündə  bir  yox,  2-3  ədəd  dondurma 

alacaqsınız. Qiymət qalxdıqda tələbin səviyyəsi aşağı düşür, qiymət düşdükdə 

isə əksinə, artır. Deməli, tələbin həcmi əmtəənin qiyməti ilə tərs mütənasibdir. 

Qiymətlə tələb arasında bu asılılıq əksər əmtəələr üçün doğrudur, faktiki olaraq 

o  hər  şeyi  əhatə  etdiyindən,  iqtisadçılar  onu  tələb  qanunu  adlandırırlar.  Bu 

qanunun  mahiyyəti  ondan  ibarətdir  ki,  başqa  şərtlər  dəyişməz  olduqda, 

əmtəənin qiyməti yüksəldikdə, həmin əmtəəyə olan tələbin həcmi aşağı düşür. 



Gəlir.  Sizin  işinizi  itirməyiniz  dondurmaya  olan  tələbinizə  necə  təsir 

edəcək?  Aydındır  ki,  o,  aşağı  düşəcəkdir.  Gəlirin  azalması  sizin  xərclərinizin 




Н. Грегори Менкйу 

 

 



80 

də  ixtisar  olunmasına  səbəb  olduğundan,  siz  əksər  əmtəələrin  istehlakını  da 

məhdudlaşdırmalı  olacaqsınız.  Gəlirlərin  aşağı  düşməsi  nəticəsində  istehlak-

çıların əmtəələrə olan tələbi azaldıqda, belə əmtəələr normal əmtəələr adlanır. 

Bazarda normal əmtəələrlə yanaşı, elə əmtəələr də vardır ki, gəlirlərinin 

aşağı düşməsinə baxmayaraq, ona olan tələb artır. Belə əmtəələri ucuz əmtəələr 

adlandırırlar. Ucuz əmtəələrə misal olaraq, avtobuslarda gedişləri göstərə bilə-

rik.  Gəlirləriniz  aşağı  düşdükdə,  siz  avtomobil  almağı  təxirə  salırsınız,  taksi 

xidmətindən  istifadə  etməyi  ləğv  edib,  avtobusların  marşrutlarını  öyrənməli 

olursunuz. 



QarĢılıqlı  əlaqəli  əmtəələrin  qiyməti.  Fərz  edək  ki,  dondurulmuş 

yoqurtun  qiyməti  aşağı  düşmüşdür.  Tələb  qanununa  görə,  yəqin  ki,  siz  daha 

çox yoqurt alacaqsınız. Dondurma və dondurulmuş yoqurt soyuq, şirin, kremli 

desertlər  sinfinə  aid  olduqlarından,  onlar  oxşar  tələbatları  ödəyirlər.  Əgər  bir 

əmtəənin  qiymətinin  aşağı  düşməsi  o  biri  əmtəəyə  olan  tələbin  azalmasına 

səbəb  olursa,  hər  iki  əmtəə  qarşılıqlı  əvəzolunan  əmtəələr  adlanır.  Başqa 

əmtəələr, məsələn, sviter və yun köynək, xot-doq və qamburqer, kinoteatr bileti 

və videokasetlər də qarşılıqlı əvəzolunan əmtəələrdir. 

Fərz edək ki, meyvə şirələrinin qiyməti aşağı düşmüşdür. Tələb qanu-

nuna  uyğun  olaraq,  siz  daha  çox  meyvə  şirələri  əldə  etməyə  çalışacaqsınız. 

Madam  ki,  siz  onları  dondurma  ilə  birgə  istehlak  etməyə  üstünlük  verirsiniz, 

daha  çox  dondurma  alacaqsınız.  Əgər  bir  əmtəənin  qiymətinin  aşağı  düşməsi 

başqa əmtəələrə olan tələbi artırırsa, belə əmtəələr qarşılıqlı bir-birini tamam-

layan əmtəələr adlanır. Bir-birini qarşılıqlı tamamlayan əmtəələrə misal olaraq, 

benzin və avtomobili, kompüter və proqram təminatını, dağ xizəyi və qaldırıcı 

qurğunu da göstərə bilərik.  



Zövqlər.  Sizin  tələbinizi  müəyyən  edən  ən  mühüm  amil  sizin  zövqü-

nüzdür.  Əgər  dondurma  sizin  xoşunuza  gəlirsə,  siz  ondan  daha  çox  miqdarda 

alacaqsınız.  İnsanların  zövqləri  tarixi  və  psixoloci  amillərin  təsiri  altında  for-

malaşdığından,  onların  tədqiqi  ekonomiksin  predmetindən  kənardadır  və 

iqtisadçılar  bir  qayda  olaraq,  onları  izah  etməyə  cəhd  etmirlər.  Bununla  belə, 

iqtisadçılar zövqlərin dəyişməsinin nəticələrini öyrənirlər. 



Gözləmələr.  Gələcək  gözləmələr  də  sizin  əmtəə  və  xidmətlərə  olan 

tələbinizə  təsir  göstərə  bilər.  Məsələn,  əgər  siz  gələn  ay  təqaüdünüzə  əlavə 

olaraq valideynlərinizdən pul göndərişi gözləyirsinizsə, cari əmanətlərinizin bir 

hissəsini  dondurma  üçün  istifadə  etməkdən  imtina  etməyəcəksiniz. 

Dondurmanın  qiymətinin  sabahdan  başlayaraq  aşağı  düşdüyünü  bildikdə  isə 

yəqin ki, bu gün ondan daha az miqdarda alacaqsınız. 

 

Tələb cədvəli və tələb əyrisi 

Artıq  biz  yəqin  etdik  ki,  istehlak  etdiyimiz  dondurmanın  miqdarı  bir  çox 

dəyişikliklərlə  müəyyən  olunur.  Tutaq  ki,  əmtəənin  qiymətindən  başqa  digər 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə