nə ummuram. Mən, sadəcə, bu insanları o yaltaq, qorxaq, müti qul psixologiyasından
qurtarmaq istərdim. Mənim mübarizəmin məqsədi də budur.
Bu, mühitin bəlasıdır, fərdlərin yox. Fərdlərin bəlası olsaydı 3 olardı, 5 olardı. Belə hallar
kütləviləĢirsə, demək, mühit korlanıb. Bizim azadlıq mübarizəmizin əsas qayəsi də insanları
mənəviyyatsızlıqdan, qorxaqlıqdan, böhtançılıqdan xilas etməkdir. Buna görə də mən
onlardan incimirəm. Buna görə onların məndən üzr istəməsini də tələb etməmiĢəm.
Ġkincisi, mənə təklif edilmiĢdi ki, 17 Noyabr DirçəliĢ Günü münasibətilə çıxıĢ edim. O bayramı
biz yaratmıĢıq, xalq yaradıb. Sizin də "Meydan: 4 il 4 ay" kitabında dediyiniz kimi, bu
hərəkatın bir qəhrəmanı var, o da xalqdır; bir sükançısı var, o da AXC-dir. Mən ondan imtina
etsəydim, fikrimcə, yersiz görünərdi. Mənim tərəfdarlarım da dedilər ki, get - eybi yox, nə
olar-olar.
Orada çox çalıĢdılar ki, məni Nemət Pənahovla, baĢqalarıyla üz-üzə qoysunlar. Mən dedim ki,
buranın söhbəti deyil - bura gəlmiĢəm ki, bayram münasibətilə öz sözümü deyim, xalqı təbrik
edim.
-Mən Sizin həmin çıxıĢınızla bağlı çox adamdan narazılıq eĢitmiĢəm ki, Əbülfəz bəy yumĢaq
danıĢdı.
-Mən oraya davaya getməmiĢdim, Azərbaycan xalqının bayramını təbrik etməyə getmiĢdim.
Sadəcə, oraya gedəndə vətəndaĢ sülhü elan etmiĢdim. Kimisə tənqid etmək, kimisə vurmaq
məqsədim yoxdu. Mən dövlətçilik prinsipi əsasında danıĢdım. Mən deyəndə ki indiki
hakimiyyətin, məsələn, GUAM-a - Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova birliyinə girməsi
çox düzdür, eyni zamanda xalqa çatdırıram ki, siz də doğru yolu dəstəkləyin. Bilirəm ki, bu
söhbət Gürcüstana, Ukraynaya, Moldovaya, beynəlxalq ictimaiyyətə də çatacaq ki,
Azərbaycan müxalifəti də bu xətti müdafiə edir, bu xəttin üzərində möhkəm dayanmağı
tövsiyə edir. Bəli, GUAM Rusiyanın ġərqə doğru təzyiqlərinin qarĢısınıın alınmasında sədd
olduğuna görə belə ittifaqın yaranmasının tərəfdarıyam və bu fikrimi də xalqa çatdırdım. Mən
sözümü deməliydim. Mən həmin çıxıĢımda dedim ki, gəlin böyük bir veriliĢ təĢkil edək; oraya
indiki ölkə rəhbərliyinin hamısını çağırın. Qoy Heydər Əliyev də, parlamentin sədri də çıxsın
bura, mən də istəyirsiniz tək gəlim, istəyirsiniz AXCP-dən 1-2 partiyadaĢımı gətirim, mübahisə
edək.
Xalqa göstərək ki, kim
düz edib, kim düz etməyib. Bu dediklərimin hamısını kəsdilər.
-ġayiələrin mühüm qismi ailənizlə bağlıdır. Siyasi rəqibləriniz bu sahədən çox asanlıqla
istifadə edə bilirlər, çünki Siz ailəniz haqqında, demək olar ki, heç bir məlumat vermirsiniz.
Xüsusən prezident seçkiləri ərəfəsində ailəniz haqqında ən iyrənc iftiralar dolaĢırdı.
-Hansı prezident seçkilərində?
-1992-də - Siz prezident seçilən vaxt. Ona görə də ailəniz barədə az-çox tutumlu məlumat
vermənizi
istərdim, çünki mənim özüm həmin söhbətlərin Ģahidiyəm.
-Bilirsiniz, düĢmən düĢmənçiliyini edəcəksə sən nə deyirsən de. Bu Ģayiələri sistemli Ģəkildə
və əsasən vahid mərkəzdən yayırlar.
Hər Ģeyi bir
kənara qoyaq, razı deyiləm ki,
mənim mövqeyimə görə oğlum, qızım,
ailəm təbliğ
olunsun. Belə Ģeyi xoĢlamıram. Hər Ģeyi hamı həyatda özü qazanmalıdır. Bunu uĢaqlarıma da
deyirəm: niyə mənə görə Ģöhrət qazanmalısan? Niyə mənə görə gedib çıxmalısan qəzetin
yuxarı səhifəsinə? Mən bunu ədalətli saymıram. Gəlib deyirlər ki, icazə verin, uĢaqlarınızdan
müsahibə götürüm. Deyirəm ki, mənimkilərdən istedadlı yüzlərcə uĢaq var, niyə gedib
onlardan götürmürsünüz? Elə istedadlar var ki, onları tapıb üzə çıxarmaq lazımdır.
-Bəy, ümumiyyətlə, Sizi ailə məsələlərinə münasibətdə çox mühafizəkar adam sayırlar...
-Atam müharibədə həlak olub, bizi dayım saxlayıb. O, çox sərt adamdı. Ümumən kənd
adamlarımızda əxlaq məsələləriylə bağlı bir sərtlik vardı. Məsələn, adam böyüklərin yanında
öz uĢağının adını çəkməz, onu qucağına almazdı. Mənim böyük qardaĢım Ġbrahimin uĢaqları
dayımın yanında ona yaxınlaĢanda o, üzünü yana tutardı. Biz belə mühitdə böyümüĢ,
tərbiyələnmiĢik. Bu, Azərbaycanda bir əxlaq normasıdı.
Bilirsiniz sonradan nə oldu? Bizim bəzi bəylərdən öz ailələri haqda soruĢanda dedilər ki, mən
xanımımı sevib ailə qurmuĢam. Üstündən bir az keçdi, qara niyyətli adamlar baĢladılar ki,
bunlara bax, arvadlarından danıĢırlar. Təhqiramiz Ģeylər yazdılar. Belə iĢlərisə mən
xoĢlamıram.
Ġstəyirəm ki, ailə həyatım siyasi həyatıma qətiyyən qatıĢmasın. Ġxtiyarı yoxdur - mən buna
imkan vermərəm! Bütün fitnələrin qarĢısını almaqçün qəsdən ailəmlə siyasi həyatım arasında
dəmir pərdə çəkirəm.
Fikrimcə, ailə elə müqəddəs bir nemətdir ki, onu hətta ən əhəmiyyətsiz kölgələrdən belə
qorumaq ailə baĢçısının ən birinci vəzifəsidir. Ailə də dövlət kimidir - onun sirlərini ən
sayıqlıqla qorumaq gərəkdir, onun sərhədlərindən içəridə nə baĢ verdiyini ən məhdud sayda
adamlar bilməlidir. Məncə, ailə insanın özünə məxsus ən məhrəm özəl sərvətidir və
baĢqalarının onun daxilinə boylanmaq istəməsi yolverilməzdir. Siyasətçilər bu məsələdə
xüsusən həssas olmalıdırlar, çünki onların, əxlaq qaydalarını gözləməyi sevməyən rəqibləri də
az olmur və həmin rəqiblər səni məğlub etməkdən ötrü ailəni niĢangaha götürə bilər.
Bax, bu mülahizələr üzündən mən ailəmdən danıĢmağı xoĢlamıram. Ancaq bunlar heç də o
demək deyil ki, mən ailəmi cəmiyyətdən təcrid etmiĢəm və onun baĢqalarıyla ünsiyyətinin
qarĢısını alıram. Əksinə, fikrimcə, mənim ailəmdə əsl demokratik atmosfer hökm sürür - hərə
öz hərəkətlərində tam sərbəstdir. Sadəcə, mən üzərimə düĢən vəzifəni layiqincə yerinə
yetirməyə çalıĢıram.
Bir çox adamlar məni tənqid edir ki, niyə uĢaqları (həyat yoldaĢı Həlimə xanımı nəzərdə tutur
- Ə.T.) xarici ölkələrə, yaxud hansısa yığıncağa, tədbirə aparmadın? Bilirsiniz, ölkənin
vəziyyəti ağır olanda xalq belə iĢlərə xüsusən pis baxır və onun buna haqqı var. Ölkənin belə
günündə, üzr istəyirəm, arvadını qoltuğuna vurub Avropanı, Amerikanı gəzmək nə deməkdir?
Mən düĢünürdüm ki, xalq xoĢbəxt olsun, sonra biz də istədiyimiz kimi sərbəst yaĢayarıq.
Üzr istəyirəm, mənim oğluma iki cüt ayaqqabı alınanda deyirəm ki, onun birini verin kasıb
uĢağına. Gərək xalqla ayaqlaĢasan. Amma elə Ģeylər var ki, gərək tərəzinin gözünü əyməyək.