DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə24/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   20   21   22   23   24   25   26   27   ...   99

"Udi  dili"  və  b.  dərsliklər  hazırlatdıq.  Həmin  dərsliklərin  hamısı  indi  çapdan  çıxıb  və  həmin 
xalqların uĢaqları o kitablardan dərs keçir.
 
Siz təsəvvür edin ki, keçmiĢ Sovet Ġttifaqında heç bir dövlət bunu etməyib. Heç bir dövlətdə 
belə Ģey yoxdur. Nə Rusiya bunu eləyib, nə Ukrayna, nə də Latviya, Litva, Estoniya.  
Bu,  sosial  münasibətlərin  millətlərin,  xalqların  bir-birinə  sosial  münasibətinin  həlledici 
amillərindən  birisidir.  Demək,  məsələn,  kürd  fikirləĢir  ki,  bəli,  mən  özümü  sənəddə  "kürd" 
yazacağam,  kürd  dilində  qəzetimi  oxuyacağam,  kürd  mədəniyyət  mərkəzi  açacağam. 
Cəmiyyətin  içində  xırda  və  böyük  milli  hisslər  ola  bilər.  Biz  bu  tənasübsüzlüyü  aradan 
qaldırmağa çalıĢdıq ki, cəmiyyət bir-birini didməsin, bir-birinə uyuĢsun. Bu, sosial ədalətin bir 
Ģərtidir.  
Min illərdir insanların din inancı var. Azərbaycanda da neçə din var. Burada, əlbəttə, aparıcı 
din  islamdır.  Ġslama  qarĢı,  ola  bilsin  ki,  xristian  müqaviməti  də,  yəhudi  müqaviməti  də var. 
Yəhudilərin xristianlara qarĢı da müqaviməti var. Bəs biz Azərbaycanda bunun olmamasıyçün 
nə etməliydik? Mən bi prezident kimi həm məscidə getdim, həm kilsəyə, həm də sinaqoqa. 
Onların ruhaniləriylə və orada ibadət edən sadə insanlarla görüĢdüm, onların ehtiyaclarıyla, 
Allah  evlərinin  ehtiyaclarıyla  maraqlandım.  Orada  mənə  öz  problemləri  haqqında  ağız 
açanlardan  köməyimi  əsirgəmədim.  Bununla  onlara  baĢa  saldım  ki,  sizə  də,  dininizə  də 
hörmət və rəğbətim var. Prezident fondundan 1 milyon rubl məscidə, 1 milyon rubl da kilsəyə 
buraxdım. Yəhudilərin  burada iki  sinaqoqu  var, çünki  iki  təriqətləri var. Onlara  da 1 milyon 
ayırdım və dedim ki, iki olduğunuza görə pulu da iki yerə böləcəyəm. Beləliklə, hərəsinə 500 
min rubl verdim ki, biri digərindən inciməsin. Və hər ikisinə də ziyarətə getdim. Bununla mən 
öz dövlətimizdəki bütün dinlərə qayğımı göstərdim və sübut etdim ki, Azərbaycanda heç bir 
dini  ayrı-seçkiliyə  yol  verilməyəcək.  Sinaqoqdakı  çıxıĢımda  dəfələrlə  xahiĢ  etdim  ki,  siz 
vəziyyətin  ağırlığına  dözməyib  ölkəmizdən  çıxıb  gedə  bilərsiniz,  getməyin  -  sonra  peĢman 
olacaqsınız. Bizim ölkədə vəziyyət lap yaxĢı olacaq. Siz bizim vətəndaĢlarımızsınız, sizi həmiĢə 
qoruyacağıq.  
Bütün  xarici  səfərlərimdə  mən  özümlə  Ģeyxülislamı,  pravoslav  kilsəsinin  baĢ  keĢiĢini  və 
sinaqoqun  böyüyünü  aparırdım.  Amerikaya  din  xadimlərini  göndərmək  lazım  olanda  onların 
üçünü  də  göndərdim.  Bu  hərəkət  təkcə  Azərbaycançün  yox,  baĢqa  ölkələrə  də  nümunə 
olacaqdı.  Mədəni  ölkələrdə  dinlərə  bu  cür  sayğıyla  yanaĢırlar.  Biz  müsəlman  dövləti 
olduğumuz  üçün  xarici  ölkələrdə  haqqımızda  pis  fikir  yaranmıĢdı.  Çünki  ərəb  ölkələrində, 
Ġranda onları sıxıĢdırıblar, kilsələri bağlatdırıblar, yəhudiləri qovublar, sinaqoqlarını qapadıblar 
və  s.  Biz  göstərmək  istədik  ki,  Tanrının  göndərdiyi  kitabların  əsasındakı  dinlərə  sayğıyla 
yanaĢırıq və heç bir sahədə onlara fərq qoymuruq.  
Bütün  bunlar  cəmiyyət  üzvlərinin  bir-birinə  yaxınlaĢması  üçündü.  Bundan  sonra  gəlir  sosial 
məsələlərə təsir edən təbəqələr. 
Nədir bu təbəqələr? Bunlar varlılar və kütləvi yoxsullar təbəqələrindən ibarətdir və bir-birinə 
qarĢı həmiĢə ziddiyyətli mövqedə dururlar. Bu, tarixin sübut olunmuĢ ictimai ziddiyyətidir. Bu 
ziddiyyəti aradan necə götürəcəksən? - Orta təbəqə yaradacaqsan.  


Orta  təbəqə  nədir?  AĢağıdan  olan  təĢəbbüskar  qruplara  geniĢ  imkanlar yaradırsan  və  onlar 
ortabab imkanlı, əlində pulu olan orta varlıya çevrilir, tam varlıya yox. Məhz bu orta təbəqəyə 
bəzən "cəmiyyətin qızıl qat"ı deyilir. Nədir bu qızıl qat və o, nəyə lazımdır? Tarix sübut edib 
ki, yoxsullar həmiĢə varlılara çox nifrət bəsləyir. Amma bu orta təbəqə nə yoxsullara aiddir, 
nə  də  varlılara  və  o,  yoxsulların  varlılara  qarĢı  üsyanının  qarĢısını  alır.  Belə  ki,  yoxsullara 
müəyyən  Ģərait  yaradır,  onları  özünə  tərəf  çəkir,  münasibətləri  tarazlaĢdırır.  Çünki  o 
tarazlaĢdırmasa "qızıl qat" dağıla bilər.  
ARTIRMA 
"Mirmöhsün bəy 1992-ni xatırlayaraq bildirdi ki, ...prezident Əbülfəz Elçibəylə görüĢdüyümüz 
zaman  neçə  illər  qabaq  mənə  dediyi  bu  sözləri  xatırlatdım  ki,  Kreml  hakimiyyətinin 
Azərbaycan  neftçisini  iĢlədərək  qazandığı  5  manatdan  ona  5  qəpik  verdiyindən 
Ģikayətlənirdiniz,  ancaq  indi  müstəqil  dövlət  olan  Azərbaycanda  da  neftçi  yenə  qəpik-quruĢ 
alır.  Əbülfəz  bəy  tapĢırdı  ki,  gedin,  neftçilərimizin  əməkhaqqını  nə  qədər  mümkündürsə 
artırın.  Məhz  bu  göstəriĢ  və  neftdən  gələn  gəlirin  HALAL  xərclənməsi  sayəsində  neft-qaz 
sənayesi iĢçilərinin əməkhaqqı Azərbaycan tarixində heç vaxt görünməyən səviyyədə artırıldı. 
TutuĢdurmaqçün  deyim  ki.  Əbülfəz  Elçibəyin  prezident  kimi  maaĢı  50  min  rubldu.  Ancaq 
neftçilərin  orta  əməkhaqqı  40-50  min  rubl  arasındaydı.  ġirkətin  (Azərbaycan  Dövlət  Neft 
ġirkətinin  -  Ə.T.)  prezidenti  və  mən  62  min  manat  alırdıq.  Dəniz  neftçilərinin  gəlirisə 
bizimkindən də yüksəkdi, çünki onlarçün çoxlu güzəĢt əmsalları da nəzərdə tutulmuĢdu. Biz 
Sabit bəyin prezident olduğu 1 ildən az müddətdə neft-qaz sənayesi iĢçilərindən ötrü 1.268 
mənzil  tikdirərək  onlara  pulsuz  təhvil  verdik.  Bütün  bunlara  görə  neftçilər  fədakarlıqla 
iĢləyirdilər  və  iqtidara  dərin  rəğbət  bəsləyirdilər  (bu  rəğbət  indiyədək  dəyiĢməz  qalır)". 
(Ə.Tahirzadə. "Elçi Bəy" kitabı, Bakı, 1999, 182-ci səh.). 
Bəli, orta təbəqəni formalaĢdırırsan və o, cəmiyyətdə bir dəngə, müvazinət yaradır - qoymur 
ki, üsyanlar, fırtınalar baĢ versin. Varlılar yuxarıdan yoxsulları tam soyub əzmək istəyəndə bu 
orta sinif ona imkan vermir. Və nəhayət, o, inhisara qarĢı mübarizədə çox  gərəkli vasitədir. 
Həmin mübarizənin binası bugündən qoyulmalıdır. Amerikada inhisara qarĢı böyük qanunlar 
verirlər,  çünki  vaxtilə elə  inhisarlar yaranıb  ki,  indi  onu  dağıtmaq  çox  çətindir.  Amma  bizdə 
inhisar hələ yaranmayıb - onun çox kövrək cücərtiləri, bir də yoxsul təbəqə var.  
Orta  təbəqəni  yaratmaqla  həm  inhisarın  qabağını  alırsan,  həm  də  aĢağı  təbəqədə 
təĢəbbüskara Ģərait yaradırsan, o da fəaliyyətini gücləndirir, keçir orta təbəqəyə. Bu, baĢqa 
mühüm sosial problemdir.  
Orta təbəqənin meydana gəlməsi bu gün də cəmiyyətdə əsas problemlərdəndir. Bu problem 
həll edildikdən sonra keçirsən peĢələr üzrə təbəqələr arasındakı münasibətləri nizamlamağa. 
Məsələn, müəllimlər həkimlərə bir cür, həkimlər hakimlərə, prokurorlara baĢqa cür baxır. Bu 
münasibəti aradan götürmək gərəkdir.  
Bu  sosial-iqtisadi  problemin  həllindən  ötrü  hökmən  böyük  islahatlar  lazımdır.  Biz  buna 
baĢladıq maarif islahatından, yəni müəllimlərin, məktəblərin vəziyyətini yaxĢılaĢdırmağa və s. 
çalıĢdıq.  Bu  sahədə  durum  yaxĢılaĢmayacaqsa  cəmiyyət  normallıqdan  çıxacaq.  Belə 
cəmiyyətin evi yıxılıb. Ġkinci isə həkimlərə, səhiyyəyə keçəcəkdik. Ola bilsin səhiyyə pullu da 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə