DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə27/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   23   24   25   26   27   28   29   30   ...   99

Bir də səhiyyə.
 
Bəli, səhiyyə də. Bu sahələr keçmiĢ sovet sistemiylə qurulub. Demirəm ki, onlar çox yüksək 
səviyyədəydi,  yaxĢıydı,  ancaq  dağılırdı.  Niyə  dağılırdı?  Birincisi,  artıq  dövlətin  bu  sahələrə 
nəzarəti itirdi. Buna da çoxlu səbəblər tapmaq olar, məsələn, Azərbaycanda müharibə gedir, 
hərbiyə hədsiz pul xərclənir, ona görə də elm, təhsil və mədəniyyətə az vəsait qoyulur. Bu, 
dövlətin uduzmasıdır.  
Mən  bildim  ki,  Sibirdə  Akademiya  artıq  dağılır;  bu  Akademiya  SSRĠ-də  ikinciydi.  Saxlaya 
bilmirdilər. Nəinki Sibirdən, hətta Moskvanın özündən alimlər çıxıb gedirdilər, çünki bu alimlər 
keçmiĢdəki  kimi  100  manata  iĢləmək  istəmirdilər.  Ona  görə  də  Moskvanın  tibb  elmləri 
namizədi  gedib  Amerikada  masacçı  iĢləyirdi,  çünki  Amerikanın  masacçısı  Moskvanın  elmlər 
namizədindən çox pul alır.  
Vəziyyət  bu cürdü  -  insanlar daha  100 manata,  1000  manata iĢləməyi  bacarmırdılar,  iĢləyə 
bilməzdilər. Və bu Ģəraitdə hökmən mədəni dəyərlər itəcək, dağılacaqdı. Onları qorumaqçün 
islahatlara baĢlamaq lazımdı. Bəs biz bununçün nə etdik? Hər Ģeydən öncə, təhsildə islahat 
apardıq. Bunda Siz özünüz də yaxından iĢtirak etdiniz, ona görə vəziyyəti gözəl bilirsiniz. Bu 
islahatın  nəticəsində  təhsilimizi  nəinki  məhv  olmağa  qoymadıq,  əksinə,  onu  xeyli  inkiĢaf 
etdirdik.  
Ġlk addım kimi təhsil qanunu qəbul edildi.
 
Həmin təhsil qanunundan məqsəd keçid dövründə təhsili dağılmaqdan saxlamaq, tənəzzülün 
qarĢısını almaqdı. Bu, bir hissəydi.  
Ġkinci mərhələdə təhsilimiz milliləĢməliydi. Bununçün də gərək yeni dərsliklər buraxılaydı. 
BaĢqa sözlə, təhsilin məzmunu dəyiĢməliydi. 
 
Bəli.  Əvvəllər  buraxılmıĢ  kitablardan  istifadə  etmək  olmazdı.  "Moskvam,  Qızıl  meydanım" 
oxuyan  Ģagird  deyəcək  ki,  Moskva  bizim  qanımızı  töküb,  indi  yenə  Moskva  əzbərləyək?! 
Köhnə məzmunu dəyiĢdirməkçün hökmən yeni dərsliklər yazılmalı və nəĢr edilməliydi. Bunlar 
da  çoxlu  pul  tələb  edirdi.  Ümumilikdə  təhsilə  sanballı  vəsait  qoyulmalıydı.  Siz  özünüz 
deyirsiniz ki, bir ildə 80-dən artıq dərslik hazırladıq.  
Bəli. 7 humanitar fənn üzrə yeni proqramlar və onların əsasında 60-dan çox bütünlüklə yeni 
dərslik yazdırdıq, ümumən götürdükdə isə bir ildə 90-a yaxın yeni dərslik hazırlatdıq. Amma 
bu iĢi görməyə pulu məhz Siz vermiĢdiniz. Yadınızdan çıxmayıbsa mən təhsil nazirinin müavini 
kimi Ģəxsən Sizə iki dəfə müraciət edib bir dəfə 50 milyon, ikinci dəfəsə 60 milyon - üst-üstə 
110 milyon manat faizsiz kredit aldım və bu vəsaitlə həm dərslikləri yazdırdıq, həm yeni və 
güclü  "Öyrətmən"  nəĢriyyatını  meydana  qoyduq,  həm  də  dərsliklərin  nəĢrindən  ötrü  kağız 
aldıq, maddi-texniki baza yaratdıq. Bütün bunlar Ģəxsən Azərbaycan prezidentinin, yəni Sizin 
təhsilə ürək yandırmanızın sayəsində mümkün oldu. Özü də, Siz həmin pulu verəndə, ilahi, 
dövlət nə qədər ehtiyac içindəydi! Bəy, bunu da Sizə xatırlatmaq istərdim ki, yeni proqram və 


dərsliklərin, xüsusən "Azərbaycan tarixi"nin yazılmasının gediĢiylə daim Ģəxsən maraqlanır, bir 
tarixçi kimi də öz tövsiyələrinizi bizdən əsirgəmirdiniz... 
 
Axı  bu,  dövlətin  ən  mühüm  iĢiydi!  O,  bu  iĢi  hökmən  görməliydi.  Siz  də  sağ  olun  ki,  bizi 
tələsdirdiniz.  
Nə olsun ki? Biz tələsdik və tələsdirdik, ancaq bizdən sonra təhsilə yağı malı kimi yanaĢdılar. 
Ġndi  maarif  sistemi  ağlar  gündədir.  Ġstər  orta,  istər  ali  məktəblərdə  dərs  keçilmir,  onların 
hamısında rüĢvət epidemiya kimi yayılıb. Hətta özəl məktəblər də rüĢvət mənbəyinə dönüb, 
onlar kommersiya ocağına çevrilib. Yadınızdadırsa özəl məktəblər ilk dəfə bizim dövrümüzdə 
qeydə  alındı.  Onlardan  birinin  rektoru  bu  yaxınlarda  mənə  deyir  ki,  sizin  vaxtınızda 
qeydiyyatdan  elə  asan  keçdim  ki  -  nazir  müavini  Ədalət  Rəhimli  məndən  qara  qəpik  də 
almadı - bu haqda onun yanında heç söz açmaq da olmazdı, ancaq BUNLAR məni soğan kimi 
soyublar, yenə də istəyirlər, daha gücüm çatmır, borc almalıyam... 
 
Yadınızdadırmı, Bəy, 1996-nın mayında Kələkidə mənə dediniz ki, Prezident fondunda mənim 
10 milyon dollar pulum vardı. Bilsəydim ki, belə iĢləyəcəksiniz, o pulu verərdim sizə?
 
Bilsəydim ki, qəpik-qəpik yığdığımız həmin pulun aqibəti belə qurtaracaq, o 10 milyon dolları 
təhsil, mədəniyyət, elm və səhiyyə iĢçilərinə paylayardım ki, gedin, problemlərinizi həll edin. 
Ümumiyyətlə, təhsillə məĢğul olmağı mən ən savab iĢlərdən sayıram. Türkiyədəki çıxıĢlarımın 
birində  demiĢdim  ki,  mən  bu  gün  prezident  olmasaydım  milli  eyitim  bakanı  -  maarif  naziri 
olardım.  
Atatürk də belə demiĢdi.
 
Bəli, əsas məsələ budur - maarifi olmayan ölkədə heç Ģeydən danıĢmağa dəyməz. 
Bəy, sözünüzün qüvvəti, mən 1993-də Türkiyədə olarkən dövlətin büdcəsiylə maraqlandım və 
yaxĢı mənada heyrətə gəldim - 64 trilyon lirə (onda 1 dollar 9 min lirəydi) təhsilə ayrılmıĢdı, 
43 trilyon lirə ölkənin müdafiəsinə. Deməli, Türkiyə dövləti təhsili hətta müdafiədən də üstün 
tuturmuĢ! 
 
Əlbəttə, millətin gələcəyini düĢünən dövlət məhz belə də etməlidir. 
Biz  də  əslində  bu  yolu  tutmuĢduq.  Təhsil  qanununa  əsasən,  bu  sahəyə  dövlət  əməlli-baĢlı 
yardım  etməli,  pedaqoji  iĢçilərin  maaĢı  xeyli  artırılmalı,  müəllimin  dərs  yükünə  aid  saatların 
sayı azaldılmalı, eyni zamanda, Ģagirdlərin sayı çox olan siniflər bölünməliydi və s. 
 
Nə  yaxĢı  ki,  bunlar  yadınızda  qalıb.  Ancaq  yəqin  onu  da  unutmamısınız  ki,  biz  müəllimlərə 
neçə-neçə  baĢqa  imtiyazlar  da  verdik.  Məsələn,  onlarçün  taksidən  savayı  bütün  nəqliyyatı 
pulsuz etdik. 
Gördük ki, qanunda nəzərdə tutulanları ödəməyə büdcədə pul çatmır, onun yarısını ayırdıq. 
Dedik ki, yarısını da 6 aydan sonra verəcəyik. Parlamentdə də bu cür razılaĢdıq. 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə