DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə35/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   31   32   33   34   35   36   37   38   ...   99

Əlbəttə, əminəm. Yaxın illərdə bunu görəcəksiniz. 
Siz  Ermənistanla  sərhədlərimizin  möhkəm  kəsilməsini  Qarabağ  münaqiĢəsinin  həllində 
həlledici amil sayırdınız. Deyirdiniz ki, belə edilsə Qarabağ məsələsi həll olunacaq.
 
Bəli, çox düzdür. O sözü demiĢdim və indi də o fikirdə gedirəm. Buna görə də Goranboyu, 
Ağdərəni götürəndən sonra ordunu yeritdik Laçına. Laçında kəndlərin hamısını qaytardıq və 
dəhlizə keçdik - Laçını da alıb dəhlizi bağlamalıydıq. Biz iki gün Laçını mühasirədə, yolu atəĢ 
altında  saxladıq.  Həmin  vaxt  Ermənistan  qərar  çıxardı  ki,  Xankəndi  köçürülsün.  Biz  dəhlizi 
bağlaya bilsəydik məsələ 1-2 aya həll olunub qurtaracaqdı. 
Bəs niyə həll olunmadı?
 
Həmin anda Rusiya bunu gördü. Ermənistandakı batalyonlarını Azərbaycan qüvvələrinə qarĢı 
atdı, Azərbaycan geri çəkilməyə məcbur oldu - qüvvələr qeyri-bərabərdi. 
Sizin  Ġranı  və  onun  baĢçılarını  açıq-aĢkar  tənqid  etməyinizi  indi  də  bir  çoxları  siyasətdə 
səriĢtəsizliyin nəticəsi kimi qələmə verməyə çalıĢır.
 
Çox gözəl deyirsiniz. Mən Əliəkbər HaĢimi-Rəfsəncanini hakimiyyətdə olanda tənqid edirdim, 
indisə onu hələ xarici ölkələr bir yana, bütün Ġran xalqı tənqid edir. Deməli, mən qabaqcadan 
onun qiymətini düz vermiĢəm.  
Amerika Ġranı irticaçı yox, cinayətkar rejim elan edib. Bir var sivilizasiyalı, mütərəqqi rejim, bir 
də  var  cinayətkar  rejim;  dünyanın  bir  çox  dövlətləri  də  bu  fikrə  qoĢulublar  ki,  Ġranda 
cinayətkar rejim hökm sürür. 
Bu cinayətin mahiyyəti nədədir?
 
Xalqlara  azadlıq  verilmir,  ölkədə  hərbi-polis  diktaturası  hökm  sürür,  vicdan  azadlığı,  söz 
azadlığı yoxdur - kim müxalif söz desə onu asır, qətlə yetirirlər. Dinimizin hökmünə görə, qız 
uĢağı dar ağacından asılmaz. Ancaq Ġran nə edir - hökumətin əleyhinə danıĢdığına görə gecə 
onu  zorla  ərə  verərək  qızlığını  alıb  ertəsi  gün  asırlar!  Bundan  böyük  cinayət  ola  bilərmi?! 
Yaxud  cinayət  etmiĢ  hər  hansı  adamın  boğazına  məftil  keçirib krandan  asır  və  onu  Ģəhərin 
küçələrində beləcə gəzdirirlər! Bu cür vəhĢilik nə Qur’anda var, nə dində, nə də imanda. Belə 
allahsız  rejim  yaĢaya  bilməz!  Cinayətkara,  əlbəttə,  cəza  verilməlidir,  amma  görəndə  ki  onu 
boğazdan  asıb  bir  heyvan  ölüsü  kimi  küçələrdə  gəzdirirlər,  insan  istər-istəməz  bunu  edən 
hökumətə, buna fitva verən din xadimlərinə nifrət edəcək. Görün o asılmıĢın anası, bacısı nə 
dəhĢətli hallara düĢəcək! Buna heç kim dözə bilməz. Belə rejim cinayətkar deyil, bəs nədir?! 
Özünün varlığını saxlamaqçün ən adi insan hüquqlarını pozur, öz vətəndaĢlarını daim qorxu 
içərisində saxlayır. Bəli, günahkara ən ağır cəza ver, ancaq onu küçələrdə gəzdirib adamların 
gözünün odunu almağa çalıĢırsansa artıq insan haqqını pozursan. Ġnsana təkcə öz günahına 
görə  yox,  baĢqalarını  qorxutmaqçün  cəzalar  verilməsi  nə  üçündür?  Ədalətsiz  dövləti,  rejimi 
qoruyub saxlamaqçün!  


Yaxud  baĢqa  faktı  götürək.  Parlament  qərar  çıxarır  ki,  onun  komissiyası  gedib  maliyyəni 
yoxlasın. Buna, məsələn, 1 il vaxt verilir. Gedir, 1 ildən sonra gəlir ki, biz tapĢırılan iĢin cəmi 
40 faizini yoxladıq, 60 faizi qaldı. SoruĢanda "niyə?", deyir ki, bizi yoxlamağa buraxmadılar, 
icazə  vermədilər.  Baxın,  dövlətin  ali  məqamı, 
Flora_EyVatan.mp3
qanunverici  orqanı  qərar 
çıxarır, onu yerlərdə saymırlar. Deməli, bu dövlət çürüyüb.  
Ya da bir ali ruhani minbərə çıxaraq deyir ki, cənnətdə fars dilində danıĢacaqlar, siz də gərək 
fars  dilini  öyrənəsiniz.  Xalqın  ağsaqqalı,  ruhanisi  sayılan  bu  adam  xəstədir.  Belə  adamlarla 
dövlət,  ölkə  hara  gedəcək?  Onlar  bizə  qoca,  çənəsi  əsən,  ağlı  iĢləməyən  Brejnevi, 
Çernenkonu  xatırladırlar;  həmin  xəstə  Ģəxslər  guya  Sovet  hökumətini  idarə  edirdilər.  Belə 
rəhbərləri olan dövlət həmiĢə çökür. 
 
Üçüncü söhbət. KƏLƏKĠDƏ NƏLƏR OLDU?
 
 
Allahın  hökmlərini  inkar  edənlərə,  peyğəmbərləri  haqsız  yerə  öldürənlərə,  insanları  ədalətə 
çağıranların canına qəsd edənlərə Ģiddətli əzab veriləcəyini xəbər ver! 
 
O Ģəxslərin əməlləri dünyada və axirətdə puça çıxacaq və havadarları olmayacaqdır.
 
(Qur’an, "Ali-Ġmran" surəsi: 21-22)
 
  
Viktor Hüqonun "Səfillər" romanında oxuyuruq: "Əgər 1815-ci ilin iyun ayının 17-dən 18-nə 
keçən  gecə  yağıĢ  yağmasaydı  Avropanın  gələcəyi  baĢqa  cür  olardı.  Bir  neçə  damcı  su 
Napoleonun  məğlubiyyətinə  səbəb  oldu.  [...]  Təsəvvür  edin  ki,  yer  quru  olsaydı  artilleriya 
vaxtında gəlib çıxar və vuruĢma səhər saat altıda baĢlanardı. Bu halda o, gündüz saat ikiyə 
kimi, yəni prussiyalıların gəliĢindən üç saat əvvəl qurtarmıĢ olardı. 
VuruĢmanın  məğlubiyyətlə  nəticələnməsində  Napoleonun  günahı  çoxdurmu?  Gəminin 
fəlakətə  uğramasında  sükançını  taqsırlandırmaq  olarmı?  [...]  Biz  qətiyyən  bu  fikirdə  deyilik. 
[...] Biz yalnız belə  güman  edirik  ki,  Vaterloo  müharibəsində hər iki  sərkərdənin  hərəkətləri 
bir sıra təsadüflərdən asılı idi. Müəmmalı müqəssir, yəni tale məsələsinə gəlincə, biz buna ən 
sadədil bir hakimin - xalqın nəzəri ilə baxırıq". 
Hökmdarının  taleyinə  fransız  xalqının  gözüylə  baxan  dahi  yazıçı  "öz"  Napoleonunu 
məğlubiyyətdə suçlamağa qıymır. 
Bu hadisədən düz 178 il sonra - 1993-də eyni gündə - iyun ayının 17-dən 18-nə keçən gecə 
prezident  Əbülfəz  Elçibəy  Bakını  tərk  edib  doğma  kəndi  Kələkiyə  getməsəydi  Azərbaycanın 
gələcəyi  baĢqa  cür  ola  bilərdi.  Napoleondan  fərqli  olaraq  o,  öz  taleyinin  necə  olacağını 


vəzifəyə gəlməzdən iki ay yarım öncə - 25 mart 1992-də xəbər vermiĢdi, ancaq Azərbaycanda 
hələ də bir çoxları Kələkiyə getməkdə onu və yalnız onu suçlu saymaqdadır... 
"Nəcəf  Nəcəfov  mənə  dedi  ki,  sənin  və  bizim  son  məqsədimiz  iki  Ģeyə  nail 
olmaqdır  -  birincisi,  Azərbaycanı  vətəndaĢ  müharibəsindən,  ikincisi,  sağlam 
qüvvələri ölümdən qurtarmaq" 
-Sizə  Kələki  dönəminizlə  bağlı  suallar  vermək  istəyirəm.  Kələkiyə  dönmək  qərarını  harada 
verdiniz - Prezident Aparatında, hava limanında, yoxsa təyyarədə?
 
-BirbaĢa Prezident Aparatında. 
-Deməli, hələ oradan çıxmamıĢdan bilirdiniz ki, Kələkiyə gedəcəksiniz?
 
-Bəli, bilirdim ki, Kələkiyə gedirəm. Artıq təyyarə hazırlanmıĢdı. 
-Sizcə, Kələki ən doğru seçimdi?
 
-Mən  onu  ən  doğru  seçim  sayıram!  Bayaq  bir  "fenomenal"  sözü  iĢlətdim...  Hələ  dünya 
tarixində  olmayıb  ki,  inqilab,  qiyam  və  ya  çevriliĢ  nəticəsində  hakimiyyətdən  devrilmiĢ  bir 
prezident öz ölkəsində qalsın, yaĢasın və yenidən siyasi həyata qayıtsın. Qətiyyəti indi kimdə 
axtarırlarsa gedib axtarsınlar! Mənim yerimdə kim olsaydı ya kənddə bağrı çatlayıb öləcəkdi, 
ya onu məhv edəcəkdilər, ya da məcbur olub xaricə gedəcəkdi. Mənə dəfələrlə hədələr gəldi 
ki, çıx ölkədən, xaricə get, öldürüləcəksən və s. Xarici ölkələrdən neçə dəfə müraciət etdilər 
ki,  biz  səni  aparırıq,  istədiyin  vaxt  da  qaytararıq.  Dedim  ki,  Vətənimdən  heç  yerə 
getməyəcəyəm  -  oturacağam  bu  kənddə,  kimin  hünəri  varsa  gəlib  məni  buradan  çıxarsın, 
kimin qətiyyəti varsa göstərsin. Məndən əvvəlkilərdən hansı indi Azərbaycandadır? 
-Heç biri. Nə Vəzirov, nə Mütəllibov.
 
-Ölkədən  rus  təyyarəsində  getdilər.  Bəs  mənə  parlament  kürsüsündən  lağ  edənlər  indi 
haradadır?  Nədənsə,  onları  Azərbaycanda  görmürəm.  Niyə  bu  adamların  hərəsi  bir  xarici 
ölkəyə  qaçdı?  Axı  onlar  qətiyyətdən  danıĢırdılar.  Rəsul  Quluyev  niyə  Amerikaya  getdi?  Əli 
Ömərov  niyə  üzə çıxmır,  haradadır?  Mahir Cavadov  hanı?  Tamerlan  Qarayev  Çinə  getməyə 
niyə  razı  oldu?  Heç  olmazsa  birisi  oturaydı  da  Azərbaycanda!  Lağ  etməklə  deyil.  Mənim 
məsləkim, əqidəm var və kimin qətiyyətli olduğunu bir daha sübut edəcəyəm! 
-Bakıdan Kələkiyə getməklə nəyə nail oldunuz?
 
-Azərbaycanda  vətəndaĢ  müharibəsinin  qarĢısını  almağa!  Ən  baĢlıcası  budur.  Bir  də, 
Azərbaycanın  sağlam  qüvvələrinin,  o  sıradan  demokratik  müxalifətin  qırılmasının  qarĢısını 
aldım - onlar məhv ediləcəkdi!  
Bir Ģeyi də demək istəyirəm. Biz yaxın adamlarımızla məsləhətləĢdik, bəzi məsələləri müzakirə 
etdik (onların adını hələ çəkmək istəmirəm). Nəcəf Nəcəfov mənə dedi ki, sənin və bizim son 
məqsədimiz iki Ģeyə nail olmaqdır - birincisi, Azərbaycanı vətəndaĢ müharibəsindən, ikincisi, 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə