DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə38/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   34   35   36   37   38   39   40   41   ...   99

oxumağı  bacarmır,  məni  dəhĢət  götürdü.  Bu  qədər  adam  Azərıbaycan  əhalisindən  çoxdur, 
amma  oxumağı  bilmir,  yazmağı  bilmir  -  məktubu  aparıb  qonĢuya,  müəllimə  oxutdurur. 
Türkiyədə  səkkizillik  məcburi  təhsil  haqqında  qərar  çıxaranda  bir  az  sevindik,  ancaq  indi 
milyonlarla  insan  ona  qarĢıdır,  çünki  toplum  o  qədər  geri  qalıb  ki,  dünyəvi  savadın 
artırılmasına mane olan ruhani təbəqəyə müqavimət göstərmir.  
Lap orta çağda islam aləmində elm iki yerə bölünürdü: elmül-ədyan - din elmləri, yəni dinləri 
öyrənən elm və elmül-əbdan - fiziologiya elmləri, yəni təbiətĢünaslığı öyrənən elm. Sonra elm 
inkiĢaf  etdi,  islam  fəlsəfəsi  yarandı.  Ġslam  alimləri  fəlsəfəni  elmlərin  elmi  sayır,  təbiəti 
öyrənməyə,  ayrı-ayrılıqda  fizikaya,  riyaziyyata  geniĢ  yer  verir,  məktəblər,  rəsədxanalar 
açırdılar.  Ġslam  dünyasında,  o  sıradan  Türkiyədə  bu  elmlər  yüksək  inkiĢaf  etdi.  Ġndi  çağdaĢ 
ruhani təbəqə bu inkiĢafa qarĢı çıxır - bu elmlər də gərək dini məktəblərdə öyrənilsin. Ancaq 
orada  öyrətməksə  artıq  mümkün  deyil  -  dünyəvi  məktəblər  var,  sınaqdan  çıxmıĢ  Avropa 
sistemi  var  -  dünyada  məĢhur  Sorbonna  universiteti,  200  ildir  hərtərəfli  mütəxəssislər 
hazırlayan Oksford universiteti var. Necə olsun, indi ölkə geriyə dönsün? Bu hal türk millətinə 
heç layiq deyil. Mustafa Kamal Atatürk deyirdi ki, mən cümhur baĢqanı olmasaydım bu gün 
milli  eyitim  bakanı  olurdum.  Bu  vaxta  kimi  savaĢ  silahlı  savaĢdı,  ordu  savaĢıydı,  mən  ona 
komutandım.  Amma  bu  gündən  sonra  dünya  savaĢı  eyitim  savaĢıdır,  maarif  savaĢıdır. 
Müəllimlərin qurultayında deyirdi ki, o savaĢın baĢında siz duracaq, o savaĢın qəhrəmanları da 
siz olacaqsınız.  
Özünün çox qürur duyduğu, dünyanın qürur duyduğu, türkün qürur duyduğu milli savaĢdan, 
milli mücadilədən Atatürk qalib çıxıb, amma buna baxmayaraq o, maarif savaĢındakı qələbəni 
öz qələbəsinə bərabər tutur, savad uğrunda mübarizəni özünün azadlıq, istiqlal mübarizəsiylə 
tən  götürürdü.  Belə  bir  dahinin  qoyduğu  bu  prinsip  zaman-zaman  haradasa  itirildi, 
geriləmələr,  yayınmalar  oldu.  Ġndi  hökumət  ciddi  yanlıĢlığı  baĢa  düĢür  və  məcburən  ona 
qayıdır.  Cəmiyyətin  çürüdüyünü,  onda  böyük  anlaĢılmazlıq  yarandığını  görərək  yenidən 
savadlanmaya gedirlər.  
Bu  baxımdan  Azərbaycan  pis  deyil.  Əksinə,  Azərbaycanın  yüksək  intellektual səviyyəli  gözəl 
alimləri,  dəqiq  elmlər  sahəsində  çox  güclü  mütəxəssisləri  var.  Hətta  Azərbaycanda  yetiĢən 
dəqiq  elmlər  üzrə  mütəxəssisləri  Türkiyəyə  çatan  kimi  universitetlərə,  institutlara  iĢə 
götürürlər,  çünki  bizim  mütəxəssislərin  hazırlığı  çox  yüksək  səviyyədədir.  Amma  indi 
Azərbaycanda maarifə, elmə ögey, yabançı, yırtıcı, dağıdıcı, düĢmən münasibət var. RüĢvət, 
pul bunların hamısını dağıdır. Gələcəkdə indiki iqtidarın cinayətlərindən biri də bu sayılacaq.  
Türkiyədə çox güclü bir ziyalı, aydınlar təbəqəsi var; o, imkan verməyəcək geri getməyə. Bu, 
Türkiyənin  xoĢbəxtliyidir.  Bu  da  sevindiricidir  ki,  o  aydınlar  təbəqəsi  dağılmır  -  onlar  artıq 
maddi baxımdan da normal səviyyədə təmin olunurlar. Doğrudur, bəzən onların da, məsələn, 
məiĢət  çatıĢmazlıqları  olur,  yaxud,  deyək  ki,  hələ  Amerika  alimi,  alman  alimi  kimi  yaĢaya 
bilmir, amma Türkiyə bu baxımdan, məsələn, Asiya ölkələrindən çox-çox qabaqdadır. O ziyalı 
aydınlar  təbəqəsi,  məncə,  imkan  verməyəcək  ki,  Türkiyədə  cahillik,  geriçilik  üstünlük  əldə 
etsin, əksinə, Avropaya yaxınlaĢmaqçün onlar ölkəni inkiĢafa aparacaqlar. Sadəcə olaraq, bu 
aydınlar təbəqəsinə dövlət yiyə durmalıdır, siyasətində ona geniĢ yer verməlidir, milli təhsilə, 
ali  savadlılığa  pul  buraxmalıdır.  Türkiyənin  universitetlər  Ģəbəkəsi  çox  geniĢdir,  çoxlu 


tələbələri var. Allah qoysa, Türkiyə geriçilərə təzyiqi artırıb indiki doğru istiqamətdən sapmasa 
5-6 ilə kimi bu gerilikçi böhrandan çıxacaq.  
Türkiyə,  eyni  zamanda,  baĢqa  türk  cümhuriyyətlərindən  olan  tələbələri  də  toplayır.  Bu  da 
dövlətçün  ağırlıqdır  -  baĢqa  türk  ölkələrindən  aĢağı-yuxarı  on  minlərcə  tələbə  oxuyur  və 
bunların hamısının təhsil xərci Türkiyənin üstünə düĢür. Bu qədər insanı oxutmağa, oxuduğu 
müddətdə  yaĢatmağa  milyonlarca  dollar  xərc  lazımdır.  Doğrudur,  indi  Türkiyə  bu  nəhəng 
xərci  öz  xalqının  boğazından  kəsərək  çəkməli  olsa  da  türk  dövlətlərinin  gələcəyi  üçün  bu 
xərcdən  qat-qat  artıq  olacaq  mühüm  strateci  qazancın  özülünü  qoyur  -  onun  yetiĢdirdiyi 
kadrlar türk xalqlarının milli tərəqqisində əvəzsiz xidmət göstərəcəklər. Onlar daha Moskvanın 
yetiĢdirdiyi,  Tehranın  yetiĢdirdiyi  manqurd  düĢüncəli  uĢaqlar  olmayacaqlar.  Bunlar  əsl  türk 
məfkurəsiylə,  türk  əxlaqıyla  böyümüĢ  aydınlar  olacaqlar,  indiyədək  yalnız  arzularımızda 
mövcud olmuĢ böyük yeniliyin əsasını qoyacaqlar. Bu, çox sevindirici haldır... 
Bəy,  xatırlatmaq  istəyirəm  ki,  Türkiyəyə  ilk  dəfə  olaraq  məhz  bizim  hakimiyyət  dövründə  2 
mindən artıq tələbə göndərildi.
 
Çox düzdür. O zaman rəhmətlik Turqut Özalla söhbət etdik, mənə söz verdi ki, Türkiyə hər il 
Azərbaycandan 2 min tələbə götürəcək və onların bütün təhsil xərclərini ödəyəcək. Əgər biz 
beĢ  il  hakimiyyətdə  qalsaydıq  bu,  10  min  tələbə  edəcəkdi.  Ancaq  bizdən  sonra  bunun 
üstündə  durmadılar,  hər  Ģey  pozuldu,  yarımçıq  qaldı.  Bizdən  sonrakıların  siyasətinin  ən 
mənfur  cəhətləridən  birisi  o  oldu  ki,  özümüzdə  neyləmiĢdi  cəhənnəmə,  gərək  Türkiyənin 
yaratdığı  Ģəraiti  dağıtmayaydı;  həmin  həqiqətən  qardaĢlıq  yardımından  istifadə  etməklə 
gələcək çatıĢmazlıqları aradan götürməkdən ötrü böyük kadr potensialı, kadr ehtiyatı yarada 
bilərdik. Bu da xəyanətin bir üzüdür. Bu da indikilərin öz siyasətlərini xalqa xidmət üstündə 
yox, ancaq xalqı dağıtmaq üstündə qurduqlarını əyani göstərir.  
Bütün  bu  olub-keçənləri  düĢündükcə  elmlə  məĢğul  olmaq  həvəsim  də  ölürdü.  Bəzən 
istəyirdim ki, bir elmi iĢi yazım. 2-3 gün yazırdım, sonra öz-özümə deyirdim ki, mən oturub 
burada elmi kitab yazıram və oradasa cəmiyyət aĢılanır; gərək daha çox mübarizəyə üstünlük 
verəm. 
Yəni siyasi fəaliyyəti elmi fəaliyyətdən daha faydalı sayırdınız?
 
Bəli.  Ona  görə  də  çalıĢırdım  müsahibələr  verim,  radiolarda  çıxıĢ  edim,  xaricə  məlumatlar 
çatdırım  ki,  Azərbaycanın  taleyi  dünyanın  siyasi  gündəmindən  düĢməsin,  daha  çox  marağı 
bura çəksin. Türkiyə qəzetlərinə, televiziyalarına tez-tez müsahibələr verirdim ki, Azərbaycan 
problemi Türkiyənin də diqqətindən qaçmasın. Buna çox vaxt sərf edirdim. Elmi məsələlərə 
gəlincə, məni çox maraqlandıran bir problem üzərində müəyyən qədər iĢlədim, sonra gördüm 
ki, ədəbiyyat çatıĢmır. Bilirsiniz, kəndə sifariĢlə 5-6 kitabı gətirtməklə özünü tam razı salacaq 
əsər  yaratmaq  olmaz.  Bununçün  gərək  mərkəzdə  yaĢayıb  böyük  kitabxanalarda  aylarla 
oturasan ki, ortaya sanballı əsər qoya biləsən.  
Mən  uzun  müddət  -  20  il  apardığım  araĢdırmalar  nəticəsində  belə  qəti  qənaətə  gəldim  ki, 
dünya  mədəniyyətinin  mərkəzi  ġumer  deyil.  Çoxları,  məsələn,  Kramer  yazır  ki,  "Tarix 
ġumerdən baĢlayır", yəni yazılı tarix oradan baĢlayır.  


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə