DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə40/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   36   37   38   39   40   41   42   43   ...   99

Bəy, Sizi həm də din tarixi üzrə mütəxəssis kimi tanıyırıq... 
 
Dünya  tarixində  din-ruhani  sisteminin  köklərini  tapmaqçün  xeyli  axtarıĢlar  aparmıĢam. 
Məsələn, deyək ki, Qut Tanrı adıdır və Almaniyayadək gedib yayılıb. 
Fars dilindəki müasir "xuda" sözü də oradandır.
 
"Xuda"  sözü  "qutay"dandır;  əslində  o,  "xuday"dır.  Farslar  miladdan  öncə  IX-VIII  əsrlərdə 
"Xuday-namak" kitabı yazıblar. Oradakı "xuday" "qutay"dır, bu "qut" deyil. 
Kökündə "qut" durur da.
 
Hə,  kökündə  dayanır:  "qutay",  yəni  "ay  qutu",  "ay  Tanrı".  "Ay  Tanrı",  "gün  Tanrı",  "ulduz 
Tanrı"  çox-çox  sonralar  "Oğuznamə"lərdə  "Ay  xan",  "Ulduz  xan"  və  "Gün  xan"a  çevrilib. 
Demək, öncə olur "ay qut", "gün qut", "ulduz qut"; bunlar Tanrının sifətləridir. Onun yerdə 
təmsilçisi insan olandan sonra insan xan sayılır: Ay xan, Gün xan, Ulduz xan; o daha qut ola 
bilməz  -  qut  Tanrının  sifətidir.  Mən  Kələkidə  elmlə  məĢğul  olarkən  Turan  arealındakı  çox 
mühüm bir Ģeyin - Su dövlətinin izinə düĢərək onu öyrənməyə baĢladım. Dövlətin və tayfanın 
adı sudur - birbaĢa suyun müqəddəsliyiylə bağlıdır.  
Qədim türklərdə "Su" dastanı da var axı?
 
Bəli, bəli. Su həm də "ġu"dur - ġu xaqan. Suyun müqəddəsliyini əks etdirir. Sonra gördüm ki, 
bu,  çox  böyük  problemdir.  Müəyyən  qədər  onun  tezislərini  yazdım,  amma  özünü  iĢləməyi 
saxladım, çünki kənddə iĢləyə bilməzdim, çətindir. Ġmkanım olsa Azərbaycanda bu mövzunu 
araĢdırmaqçün  15-20  nəfərlik  bir  alimlər  toplusu  yaradardım.  Ya  belə  olmalıdır,  ya  da  mən 
siyasi həyatdan uzaqlaĢandan sonra bütün iĢimi bu məsələnin həllinə yönəldəcəyəm.  
Mən gözləyirdim ki, Oljas Süleymenovun "Min söz"ü çıxsın (o, bu adda kitab yazdığını mənə 
demiĢdi), çünki bilirəm ki, o da bunlardan yazacaq. O, min qədim türk sözünün izahını verir. 
Məsələn, "manqurt" sözü Çindən Avropaya qədər yayılıb. "Muğan" sözü necə olur Koreyada 
da  var  (sərkərdə  adı  olub),  Azərbaycanda  da  (yer  adıdır)  və  muğların  ona  nə  dəxli  var? 
Muğlar məsələsinə gələndə fikirləĢdim ki, bu ad IV-V əsrlərdə yarana bilər; Mani peyğəmbər 
Mani-Muğ dininin aparıcısıydı. 
Çindəydi də o?
 
Yox, Azərbaycandandır, türkdür. Maninin atası Həmədandandır, özü Mədinədə anadan olub. 
Sonra yenə köçüb qayıdıblar Həmədana. Maniyə burada peyğəmbərlik yetiĢib. Onun əsərləri 
bütün Avropaya və Çinə yayılıb. 
O, manixeyizm dininin banisidir də.
 
-Bəli, Mani həmin adamdır. Amma o, bizim ədəbiyyatımızda (xüsusən Nizamidə) rəssam Mani 
kimi tanınıb. Çox böyük rəssammıĢ. 23, ya da 24 yaĢında özünü peyğəmbər elan edib. Nəysə, 
bu, baĢqa məsələdir.  


Sonra  keçdim  "Bütöv  Azərbaycan  Yolunda"  kitabına.  Ümumi  tanıĢımız  Çingiz  bəy  mənim 
Bütöv  Azərbaycana  aid  çıxıĢlarımı  toplamıĢdı.  O,  mənə  dedi  ki,  bunları  bir  kitab  Ģəklində 
bütövləĢdirmək lazımdır. Mən Kələkidə bir neçə yazı da yazdım, oraya əlavə etdik və hamısını 
bir kitab halına saldıq, göndərdik Türkiyədə çap olunmağa. Bundan Sizin geniĢ məlumatınız 
var, çünki özünüz də iĢtirak etmisiniz. 
Bəy, oxucularımız həmin kitabın ümumi məzmununu bilmək istəyərlər.
 
Elə  düĢünürəm  ki,  Siz  bu  kitabı  çap  edincə  o  kitab  çıxacaq.  ("Bütöv  Azərbaycan  Yolunda" 
kitabı 1998-in yayında Türkiyədə nəĢr edildi və 24 yanvar 1999-da Bakıdakı "Hyatt Recensy" 
otelində onun təqdimetməsi oldu - Ə.T.). 
ĠnĢallah.
 
Hə, məni maraqlandıran bir məsələ də vardı, o da çəkdi məni - ZərdüĢt dinini öyrənmək. Bir 
az yazdım. "Bütöv Azərbaycan Yolunda" kitabına həmin hissəni salmıĢam. Ġran Ģovinizminin, 
fars  Ģovinizminin  zərdüĢtlüklə  necə  mübarizə  apardığını,  zərdüĢtlüyün  fars  Ģovinizminin 
alətinə  necə  çevrildiyini  və  onu  necə  dəyiĢdirdiklərini,  onu  necə  mifləĢdirdiklərini 
aydınlatmağa çalıĢmıĢam.  
Yazdım,  yazdım,  amma  yarımçıq  qaldı.  Bu  da  çox  maraqlı  mövzudur,  axı  ZərdüĢt  dini 
dünyanın ən ilkin təkallahlı dinidir.  
Necə yəni "təkallahlı"? Bəs Ahuraməzda (Hörmüz) - Anqramanyu (Əhrimən) cütlüyü?
 
Yox,  yox.  Onlar  təqribən  Tanrı  -  Ģeytan  sistemidir.  ZərdüĢtçülükdə  də  Allah  təkdir  - 
Ahuraməzdadır. Əhrimən Ģeytandır. 
Bəli, zərdüĢtçülük təkallahlı dindir. Çox qəribədir ki, avropalılar artıq etiraf və qəbul edib ki, 
təkallahlılığı xristianlıq məhz zərdüĢtçülükdən götürüb. 
Deməli, xristianlıq yəhudiliyin xələfi deyil?
 
Yox,  orada  yazıblar  ki,  xristian  təkallahlılığının  əsas  mayasının  bir  hissəsi  zərdüĢtçülükdən 
götürülüb. Bu, çox maraqlı faktdır. Bəs nə cür olub ki, islam onu görməyib, götürməyib? 
Əksinə, islam dini zərdüĢtçüləri müĢrik sayaraq, məhv etməyi buyurub.
 
Bunun kökü haradan baĢlayıb? ZərdüĢt dini düĢür farsların əlinə... 
Sasanlıların?
 
Sasanlılardan  çox  qabaq  -  Əhəmənlilərin,  Daranın  vaxtında  bu  dini  təzədən  yığıĢdırıb  yeni 
Ģəkildə dövlət dini elan edirlər. Bu zaman onun əsl qat’ları itir, amma müəyyən qat’ları qalır. 
ZərdüĢtçülük  davam  edir.  Ġsgəndər  indi  "Ġran"  adlandırılan  yeri  tutanda  "Avesta"nın  öküz 
dərisində yazılmıĢ iki nüsxəsindən biri olub Əhəmənlilərin sarayında, onu götürüb yandırıblar, 
ikinci nüsxəsisə baĢqa Ģəhərdə olub, onu aparıblar, yenə indiki terminlə desək, Yunanıstana. 


Çox  qəribə  bir mənzərə  yaranır  -  dünyanı dərketmənin  Yunanıstanda dəyiĢdirilməsinin  əsas 
Ģərtlərindən biri də zərdüĢtçülükdür. 
Bu yəqin ki, "Avesta"nın yunancaya tərcümə edilməsinin nəticəsidir.
 
Yox. Əvvəldən də varmıĢ. "Avesta"dan təbiətə aid hissələri götürərək dinə aid hissələri rədd 
ediblər.  Sonra  bu  itib.  Daha  sonra  iranlılar  Orta  Asiyada  dövlətlər  yaradırlar:  Parfiya  və  s. 
Bundan bir qədər keçmiĢ, Sasanlılar yenidən hakimiyyətə gələndə göstəriĢ verirlər ki, həmin 
kitablardan  tapıb  yığsınlar.  Hətta  Yunanıstana  da  adam  göndərirlər  ki,  qalan  nə  varsa 
gətirsinlər.  Beləliklə,  "Avesta"nı  təzədən  tərtib  ediblər;  bu  edilənsə  "Avesta"nın  özü  deyil. 
Onun əsl qat’larını əlavələr etməklə saxlayıblar, qalanlarını bütöv dəyiĢdiriblər.  
"Avesta"nın adı əslində "Zənd Avesta"dır. Bu, "Avesta"nın özü deyil, onun Ģərhidir. Bununla 
da kifayətlənməyərək  "Pa  Zənd  Avesta"  ("Avesta"  Ģərhinin  Ģərhi)  da yaradıblar.  Bizdə buna 
"haĢiyə" deyirlər. Bütün Orta Asiyada qədimdən mövcud fars miflərini doldururlar bu kitaba. 
"Avesta"  kitabını  din  əsəri  olmaqdan  çıxarıb  mifləĢdirir,  öz  istəklərinə  uyğun  Ģəklə  salırlar. 
Ġslam bu əsərlə tanıĢ olanda görür ki, tamamilə miflərdən ibarətdir. Çox qəribədir ki, "Xuday-
namak"a  -  "Avesta"nın  sistemini davam  etdirən bir əsərə  farslar götürüb  öz  hökmdarlarının 
adlarını  saldılar:  "Tanrı  Hörmüz  Qubada  belə  dedi",  "Keyqubad  saray  tikdirdi"  və  b.  Belə 
Ģeylərlə  doldurdular  dini  kitabları,  onlardan  din  adına  istifadə  etdilər.  "Xuday-namak"ı 
ərəbcəyə çevirib  verdilər həzrəti-Ömərə.  O da oxuyub dedi ki,  nağıldır, yığıĢdırın  -  belə  din 
olmaz.  "Onların  inancı  budur"  deyildiyində  həzrəti-Ömər  göstəriĢ  verdi  ki,  orada  yazılanlar 
allahsızlıqdır, onların kitabı Tanrıdan gəlmə deyil. 
Buna görə də zərdüĢtçüləri müsəlmanlar əhli-kitab saymadılar.
 
Saymadılar və onlara qarĢı mübarizəni gücləndirdilər. Nəticəsini də bilirik.  
Bir də, əlbəttə, Xosrov Pərvizin peyğəmbərimizin (s.ə.s.) məktubunu cırıb atması artıq tamam 
düĢmənçilikdi. O, Yəmən valisinə göstəriĢ vermiĢdi ki, peyğəmbəri tut, gətir. Bir adam gəlir 
ki, onu tutub aparsın. Ona Məkkədə müqavimət göstərilir. Elə bu vaxt Xosrov Pərviz ölür və 
həmin  adam  yenidən  qayıdır  Yəmənə.  Bir  müddət  sonra  onun  özü  peyğəmbərə  iman 
gətirərək islam dinini qəbul edir. Yəni burada düĢmənçilik pozuldu.  
Deməli,  ərəblər  ZərdüĢtün  özünü  də,  ideyasını  da  qəbul  etmədilər  və  bununla  da  qurtardı. 
Ancaq o dinin adı "ZərdüĢt dini" deyil - "mağ" da gedir, "muğ" da gedir. Mən indi düzgününü 
axtarıram. Ola bilsin ki, "mağ" ilkin, "muğ" sonrakı variantdır və hər ikisi bu dinin adıdır. Onun 
təbliğatçısı  ZərdüĢt  olduğuna  görə  dinə  "zərdüĢtçülük"  deyirlər.  Əslində  bu,  düzgün  deyil. 
Məsələn,  peyğəmbərlərin  adıyla  islam  dininə  "Məhəmmədiyyə",  xristian  dininə  "Ġsaviyyə", 
yəhudi  dininə  "Musaviyyə"  deyirlər,  halbuki  dinin  adı belə  deyil.  ZərdüĢt  bu  görüĢləri təbliğ 
etdiyinə görə ona "zoroastrizm", "zərdüĢtçülük" və s. ad veriblər. Əslində o, "muğ" dinidir  - 
mən qat’lara baxdım, onlarınsa bəzilərində "mağ", bəzilərində "muğ" gedir.  
Bu "mağ", "muğ" da türkün "bağ", "boğ", "bəy" sözləriylə bağlı deyil?
 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə