DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə42/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   38   39   40   41   42   43   44   45   ...   99

BəĢəriyyət  dindən  sonra,  açığı  budur,  inkiĢaf  edərək  yavaĢ-yavaĢ  gerçək  elmə  və  fəlsəfəyə 
gedir. Fəlsəfənin, yəni məntiqin gücü bəĢəriyyətə daha artıq təsir edir. 
Yəni məsələ nədədir? Mifi öyrənmək lazımdır, mif bizim tariximizin bir hissəciyidir. Amma mən 
Qumilyovun bu fikrinin tam tərəfindəyəm: "Mif özünə yer tapan yerdə elm yoxa çıxır". Burası 
da var ki, elmi hamının öyrənməsi üçün onu müəyyən dərəcədə mifləĢdirmək lazımdır. Bizdə, 
məsələn,  fantastika  ədəbiyyatı  yaranıb.  Fantastika  özü  mifin  yeni  Ģəklidir.  Demək,  elmi 
fantastikləĢdirirlər.  Orada  hər  Ģey  də  maraqlıdır.  Amma  bu  marağın  özü  elmin  üstünə 
gətirilsə,  yəni  elmi  mifə  tərəf  eləsən  elmə  marağı  artıracaqsan.  Yox,  mif  elə  nağılların, 
əfsanələrin üstündə dayansa cəmiyyətin inkiĢafını geri çəkəcək. 
Bəy,  Sizin  bu  danıĢdıqlarınıza  qulaq  asdıqca  hədsiz  təəssüflənirəm  ki,  siyasət  gözəl  bir 
tarixĢünas, dinĢünas, filosof alimimizi elmimizdən qoparıb aldı. Bu dediklərinizin hər cümləsi 
bir tezisdir. Nə gözəl olardı ki, onları sanballı elmi monoqrafiyalara çevirəydiniz!
 
Bunu  mənə  bir  neçə  adam  deyib.  Ayrı-ayrı  vaxtlarda  iki  yəhudi  alimi  də  bildirib  ki,  heyf, 
Azərbaycan yaxĢı bir alimdən məhrum olur. Mən bilmirəm nə qədər doğru düĢünürəm, ancaq 
istəyirəm ki, azad, xoĢbəxt cəmiyyət quraq, onda elmdən, alimlikdən qətiyyən uzaqlaĢmaram. 
Amma indi görürəm ki, bu mümkün deyil - xalqa mənim siyasətçiliyim alimliyimdən daha çox 
xeyirlidir.  Düzdür,  gələcəyə  özümdən  sonra  çoxlu  elmi  kitablar  qoya  bilərəm,  ancaq  gözüm 
baxa-baxa  xalq  aclıq,  dilənçilik,  zülm  altında  yaĢayırsa  yazdıqlarımdan  nə  fayda?!  Öncə 
cəmiyyəti sağlamlaĢdıraq, sonra sağlam cəmiyyətə sağlam elm, sağlam ədəbiyyat verərik... 
Allah  Sizə  qismət  etsin  ki,  arzuladığınız  o  sağlam  cəmiyyətin  baĢında  durasınız  və  eyni 
zamanda,  beyninizdəki  bu  elmi  düĢüncələri  də  istədiyiniz  səviyyədəki  əsərlərə  çevirəsiniz. 
Ġndisə yenə qayıdaq Sizin Kələki dövrünüzə.
 
"Yadıma tez-tez YaĢar Türkazər düĢürdü" 
Kənddə olduğunuz müddətdə dostlarınızı və düĢmənlərinizi saf-çürük edə bildinizmi?
 
Mən dostlarımı saf-çürük etmirəm. Cəmiyyətdə də yeni bir Ģey yaratmıram. Bilirsiniz ki, mən 
Mustafa  Kamalı  çox  sevir  və  onun  dahiliyini  də  qəbul  edirəm.  Mustafa  Kamaldan  ingilislər 
soruĢublar ki, nə cür oldu ki, bu azadlığa nail oldunuz, bu mücadilədə qələbə çaldınız? Cavab 
verib  ki,  mən  gördüm  ki,  tarix  buna  gedir,  xalq  da  buna  gedir;  sadəcə  olaraq  mən  onların 
qabağındakı əngəlləri götürməklə məĢğul oldum. Yəni Azərbaycan xalqı azadlığa gedir  - yol 
da  ora  gedir,  zaman  da  onu  tələb  edir;  sadəcə  olaraq  yolumuzdakı  əngəlləri  götürməyə 
çalıĢıram. Dostlarıma münasibətdə də eləyəm.  
Mən dostluqdan fayda güdmürəm; sadəcə, dostluğa mane olanlardan uzaq dururam. KeçmiĢ 
dostum mənə düĢmənçilik edəndə ona düĢmən olmuram - əngəl kimi özümdən aralayıram ki, 
qabağımda durma, qoy öz yolumla gedim.  
Yaxın  dostlarım  çoxlu  sınaqlardan  çıxdılar,  mənimçün  əziz  oldular.  Özü  də,  təkcə  dostlarım 
yox - xeyli insan mərdliyi, əqidəsi, məsləkiylə mənə dayaq oldular. Ġnandım ki, xalqımız hələ 
hər Ģeyi itirməyib, onun çox güclü, sağlam qüvvəsi var. Hətta hakimiyyətimiz dövründə mənə 


qarĢı  olan  bir  çoxları  hakimiyyətdən  gedəndən  sonra  mənimlə  mehribanlaĢdılar.  Amma 
hakimiyyət dövründə mənə yaltaqlananların da içərisində mənə düĢmən olanlar tapıldı. 
Bütün  ölkələrdə,  o  sıradan  bizdə  də  hakimiyyətə  yaxınlaĢmaq,  hakimiyyətdəkilərdən  nəsə 
əldə  etmək  istəyi  var.  Amma  Azərbaycan  xalqının  içərisindəki  böyük  bir  təbəqə  üçün 
hakimiyyətdə  kimin  olmasının  fərqi  yoxdur.  O  təbəqə  yalnız  bunu  istəyir  ki,  Azərbaycan 
xoĢbəxt olsun, özü də xoĢbəxt yaĢasın. 
Bəy,  Kələkidəykən  Bakıdakı  silahdaĢlarınız  və  dostlarınız  içərisində  kim(lər)in  həsrətini  daha 
çox çəkirdiniz?
 
Ad saymaq mümkün deyil. Axı adam daim bir nəfərin həsrətini çəkmir. Elə olur ki, bir həftə 
biri yadına düĢür, ya da nəyləsə xatırlanır, yaxud fikirləĢirsən ki, ad günüdür, nə oldu? Hətta 
bəzən  elə  olur  ki,  küçəylə  gedəndə  o  adamın  ya  bir  cümləsi  yadına  düĢür,  ya  da  səsi 
beynindən  keçir,  bu  zaman  baĢlayırsan  onun  haqqında  düĢünməyə.  DüĢünə-düĢünə 
hövsələdən çıxırsan ki, kaĢ burada olaydı, onu görəydim. O, bir uĢaq da ola bilər, tələbə də, 
mübarizə yoldaĢım da. Məsələn, yadıma tez-tez YaĢar Türkazər düĢürdü. Nəyə görə? Çünki 
heç  bir  təmənnası  yoxdu.  Hər  hansı  hərəkat  olan  kimi  bayrağı  götürüb  irəli  gedəcək  və 
bununçün  heç  kəsdən  heç  nə  ummayacaq.  YaĢar  Türkazər  bu  bayrağa  məndən  də  çox 
vurğundur. Mən bayrağı Ģüurla, ağılla sevirəm. O da Ģüurlu, ağıllı oğlandır, ancaq onun içində 
bayrağa  vurğunluq  vəcdi  var  və  o,  bayrağı  vəcdlə  götürür.  FikirləĢirsən  ki,  kaĢ  belə  vəcdlə 
yaĢayan insanlarımız çox olsun.  
Alman  alimi  Avqust  Müller  söyləyir  ki,  Əbubəkr  Məhəmmədə  (s.ə.s.)  o  qədər  vurğundu  ki, 
peyğəmbərin dediyi Tanrıya bəlkə ondan da çox inanırdı. Bilirsən, bir var təlqin edən, bir də 
var inanan. O inanan çox qəribə varlıqdır. Təlqin edəndə müəyyən Ģübhələr ola bilər, o öz-
özünün  səhvini  düzəldər.  Amma  vurğun  adam  baĢqa  cür  fikirləĢir.  Məsələn,  Məhəmməd 
peyğəmbər (s.ə.s.) deyir ki, hamı səhv edə bilər, ancaq Əbubəkr düĢünür ki, peyğəmbər səhv 
edə bilməz, buna görə də onun bütün dediklərinə tam inanırdı.  
Deməli,  vurğun  adam  vurulduğu  adamı,  yaxud  ideyanı  vəcdlə  sevir.  Bu  gün  Azərbaycanda 
ideyanı vəcdlə sevən adamlar xüsusən gənclərimizin içərisində çoxdur. 
Rəhmətlik  Hacı  Əbdül  (ona  "MəĢədi  Əbdül"  deyərdik),  Mustafa  bəy,  Gültəkin  ana,  Elman 
Türkoğlu  tez-tez  yadıma  düĢürdü.  Əqidəyə,  məsləkə  vurğun  insanları,  yaxın  dostları 
xatırlayırdım.  Partiya  rəhbərlərindən,  məsələn,  Ġsa  bəylə  görüĢməyi  arzulayırdım,  ancaq  nə 
onu buraxırdılar, nə də məni. Arada Pənah Hüseynov, yaxud Arif Hacıyev könlümə düĢürdü. 
Bəzən  Nəcəfdən  ötrü  darıxırdım,  bir-iki  ay  keçirdi,  bir  də  gördün  Nəcəf  özü  gəlirdi, 
dincəlirdim. Görürdüm ki, o da mənimçün qəribsəyib.  
Kələkidə  olarkən  Sizin  üstünüzdə  kənd  əhalisinə  mənəvi-psixoloji  təzyiqlər  göstərilirdi. 
Bildiyimə görə, Sizi bir insan kimi ən çox sarsıdan da bu amildi və ən incə, ən ağrılı yerinizi 
tapmıĢ  iqtidar  psixoloji  müvazinətinizi  məhv  etməkçün  məhz  bu  ən  göynərtili,  ən  həssas 
nöqtəni ağrıtmağa daha  çox  səy  göstərib,  bu sahədə məqsədyönlü  tədbirlər silsiləsi həyata 
keçirib. Bütün bunlara kənd əhlinin reaksiyası necəydi? 
 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə