DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə41/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   37   38   39   40   41   42   43   44   ...   99

Bəli, bəli. "Bağ" da, "boğ" da oradandır. "Mağ"la "bağ"ın eyniliyi maraqlı faktlar ortaya qoyur. 
"Bağdad" adı çıxır meydana. "Muğ"la "buğ"un yadigarı olan "boq"sa Avropaya, daha doğrusu
Bizans və Rusiya imperiyasına keçir.  
Nəysə, bu, çox ağır sistemdir. Bundan da yazdım, amma çox dərinə getməyə vaxtım olmadı. 
Baloğlan ġəfizadənin ZərdüĢt haqqında, "Avesta" haqqında kitabına baxmısınız?
 
Yox, məndə yoxdu, o kitaba baxa bilmədim. 
Təəssüf,  mən  də  görə  bilməmiĢəm.  Ancaq  deyirlər  ki,  çox  maraqlı  kitabdır.  Sübut  etməyə 
çalıĢır ki, "Avesta" sırf türk təfəkkürünün məhsuludur.
 
Düz fikirdir. 
Onun farslara heç bir dəxli yoxdur?
 
Yox!  Axı "Avesta"  yazılanda, bu  din  meydana  çıxanda həmin  ərazidə  farslar yoxdu.  Fars öz 
tarixini aparır miladdan öncə VIII yüzilliyə (1200-üncü ildən 800-üncü ilədək). ZərdüĢt dini axı 
bundan çox-çox qədimdir. 
Bizim bugünkü Novruz bayramı adət-ənənələrinin hamısı oradandı.
 
Bu da çox maraqlıdır.  
Bir qədər din tərəfdən, din və tarix baxımından yanaĢsaq təsəvvür edin ki, Azərbaycanda 7-8 
peyğəmbər olub, ona görə də yazmıĢam ki, "peyğəmbərlər yurdu Azərbaycan". 
Türk peyğəmbərlər?
 
Onlar sami peyğəmbərləri deyil. Sami peyğəmbərlər sistemi baĢqadır - o peyğəmbərlərdən bir 
neçəsini çıxmaqla əksəri yəhudidir. Amma Azərbaycan peyğəmbərləri sistemi ora daxil olmur. 
Məsələn, Azər peyğəmbəri götürək. 
Ġbrahimxəlil peyğəmbərin atasını?
 
Bəli. Azər peyğəmbər haradan gedib, haradaydı? Ġkiçayarasından - Mesopotamiyadan gedib. 
Bu, bu tərəfdən. Qur’an’da deyilir ki, Nuhun gəmisi gəlib Cudi  dağında dayanıb (baĢqa dini 
kitablarda  Ağrı  dağının  adı  çəkilir).  BaĢqa  qaynaqlarda  da  bildirilir  ki,  gəmi  yerə  enəndən 
sonra Nuh 3 oğlunu ayırdı. Yafəs Ģərqə, demək, Azərbaycana getdi. 
Bəli,  Yafəs  gəldi  Azərbaycana.  Onun  oğlu  Türk  bu  areala  -  Azərbaycana,  Orta  Asiyanın 
içərisinə düĢür. Qırğız mifində onu Ġssıkgöldə doğulmuĢ sayırlar.  
Sonra  gəlir  ZərdüĢt  peyğəmbər,  Mani  peyğəmbər,  Məzdəkin  özü  peyğəmbərlik  iddiasında 
olub,  Ġl  peyğəmbər,  Xıdır  Ġlyas.  Bunların  hamısı  peyğəmbərdir,  ancaq  sami  tipli  deyil. 
Samilərdə peyğəmbərlər doğulurlar, ölürlər.  


Məzdək fars deyil?
 
Yox, Məzdək Həmədandandır, özü də farslara qarĢı çıxıb. 
Nizamülmülkün "Siyasətnamə"sində onun tarixçəsi çox geniĢ verilib.
 
Nizamülmülk  onların  hamısını  saxtalaĢdırılmıĢ  fars  qaynaqlarından  götürməli  olub,  ona  görə 
orada yalanlar istənilən qədərdir.  
Mən əsasən ZərdüĢtün üstündə dayanırdım. O, Urmiyənin yaxınlığında, ġiz Ģəhərində anadan 
olub. Bir sıra alimlər onun yurdunu zorla Orta Asiyaya çəkirlər, amma elə Ģey yoxdu. Onlar 
istəyirlər ki, belə böyük Ģəxsiyyət Azərbaycana aid olmasın.  
AtəĢpərəstlikdə, yəni odsevərlikdə od Allah deyil; o təxminən Məkkə rolunu oynayır - Məkkə 
Allahın  evi  olduğu  kimi  od  da  Allaha  bağlayıcı  rəmzdir,  sitayiĢ  mənbəyidir.  Gedib  Məkkədə, 
pirlərdə, məsciddə Allaha sitayiĢ edirsən. Onlar məbəddir. Odun da ətrafında fırlanıb Tanrıya 
sitayiĢ  edirlər,  odun  üstündə  Tanrının  mahnılarını  oxuyurlar.  Allahın  rəmzi  olan  ilk  od, 
müqəddəs  od  ġizə  göndərildi.  Sonra  zaman-zaman  bütün  odlar  oradan  aparılır.  BaĢlayırlar 
onu parçalamağa.  
Neçə min ildən sonra Xorasanda ikinci od peyda oldu; onu da Allah göndərib. Burada olan od 
bütün xalqın təmsilçisidir. Bu od öncə kəndliləri, sonra ordunu və hakimiyyəti himayə edən, 
qoruyan  oddur.  Xorasandakı  od  sənətkarların  himayəçisi  olur  (axı  əvvəldən  sənətkarların 
himayəçisi yoxdu). Ölkədə doğrudan-doğruya sənətkarlıq inkiĢaf edir. Sənətkarlar, ticarətçilər 
təbəqəsi  yaranır.  Axı  yarananda  onun  təmsilçisi  də  olmalıdır.  Onu  da  od  təmsil  edir.  Çox 
qəribə  proses  baĢ  verir  -  farslar  hakimiyyətdə  güclənirlər.  Göydən  üçüncü  od  farsların 
mərkəzinə  -  Parsayaya  düĢür  və  əkinçilərin  himayəçisinə  çevrilir.  Bununla  dini  kahinlik 
Parsayaya  keçir.  Nə  qədər  kahin  varsa  Parsayaya  ziyarətə  gəlir  və  o  kahin  ocaqlarında 
dövlətin  və  sülalənin  yaĢamasına  uyğun  olaraq  dini  dəyiĢdirməyə  və  təbliğat  aparmağa 
baĢlayırlar.  Beləliklə,  dini  hakimiyyət  Azərbaycandan  ayrıldı,  keçdi  farsların  əlinə. 
Azərbaycanda  nə  qaldı  -  yenə  kəndlilər,  ordu,  bir  də  dövlət  hakimiyyəti.  Bu  zaman  çox 
maraqlı  vəziyyət  yaranır  -  kahinlərin  hamısı  Parsayaya  yığılırlar,  amma  hakimiyyətin  baĢçısı 
(məsələn, Sasanlıların padĢahı) taxta çıxmaq mərasimindən qabaq Mədaindən - imperiyanın 
mərkəzindən pay-piyada gəlir Azərbaycana. 
Azərbaycanın konkret olaraq harasına?
 
Urmiyədə ġizə. Orada oda sitayiĢ edərək özünü bildirir ki, mən taxta çıxıram, ey ulu Tanrı, ulu 
Ahuraməzda, məni qoru. Burada bir çox mərasimləri yerinə yetirir, sonra gedib oturur taxtda; 
yoxsa otura bilməzdi.  
Bəli,  mərkəz  Azərbaycandı,  ona  görə  bizanslı  rumlar  -  yunanlar  hücum  edəndə,  Ġranla 
vuruĢanda  birinci  Azərbaycandakı  atəĢgahı  dağıdıblar.  Bu  dağıtmadan  sonra  hakimiyyət 
mərkəzi də keçib Parsayaya. Bu, böyük bir tarixi gediĢdir.  


Sonra Ġranın hansısa bir sahəsində dördüncü odu çıxarırlar. O da baĢqa bir təbəqəni təmsil 
etməyə  baĢlayır.  Beləliklə,  dörd  müqəddəs  od  məkanı  yaranır  və  parçalanma  gedir.  Ancaq 
Tanrı vahiddirsə, deməli, onun göndərdiyi od da vahid olmalıdır. Ġslam dinində Tanrının baĢqa 
evi  yoxdur  -  ancaq  Məkkədir.  Məkkəyə  "Beytullah"  ("Allah  evi")  deyirlər,  dinimizin  mərkəzi 
odur.  Ġstədilər  ki,  Mədinəni  də  mərkəz  etsinlər,  alınmadı.  Dedilər  Mədinə  peyğəmbərin 
Ģəhəridir,  Allaha  aid  deyil.  Yəni  mərkəziyyət  pozulmadı,  dağılmadı.  Ġrandasa  vahid  din 
sistemini  etdilər  4  parça,  ondan  sonra  baĢladı  ölkə  daxilində  ruhanilik  bir  tərəfdən,  obirisi 
baĢqa tərəfdən təfriqəyə. Həm dövlətdə, həm dində parçalanma getdi, həm də hərə baĢladı 
öz  oduna  dastanlar,  nağıllar  qoĢmağa.  Hərə  öz  odunun  müqəddəs  olduğunu  sübut  etməyə 
çalıĢdı. Din məhv oldu, mifləĢdi.  
Bütün dinlərin tarixində çox maraqlı bir epizod var. Ġnsanlar uzun müddət - bəlkə də 10 min il 
mifin  içində yaĢayıblar, onları miflər idarə  edib və yaĢadıb.  Bu  miflər inkiĢaf  edə-edə gedir. 
Sonra  cəmiyyətin  Ģüuru  artır,  onun  içindən  böyük  Ģəxsiyyətlər  çıxır,  yenidən  mifdən  dinə 
keçilir. Hər bir dində mif var və o, inanc qaynağına çevrilib. Məsələn, Yerin öküzün üstündə 
durmasını götürək. Bu, bir mifdir. Dinə keçəndə o, bunu rədd edə bilmir, o da deyir ki, Yer 
öküzün üstündə durubdur. 
Tövratın özündə nə qədər ġumer əfsanəsi var.
 
Bəli,  bax,  o  cürdür.  Mif o  qədər  güclüdür  ki,  hətta  dinin  də  onu  qırması  çətin  olur.  Mifdən 
dinə  belə  keçidin  özü  bəĢəriyyətin  inkiĢafı  deməkdir.  Sonra  zaman-zaman  dinlər  güclənib, 
miflər  azalıb.  Ġslamda  xüsusən  azdır,  çünki  o,  sonuncu  dindir,  halbuki  əvvəlki  dinlərin 
əksəriyyətinin  yarısını,  bəlkə  də  çoxunu  miflər  təĢkil  edir.  Amma  islam  da  ondan  tam  qaça 
bilməyib,  mifin  müəyyən  Ģərtlərini özündə  saxlayıb.  Ġslamda  mifləri kimlər yaradıb  -  farslar. 
M.F.Axundzadə  deyir  ki,  farslar  qədər  əfsanəyə  inanan  xalq  yoxdur;  onlar  əfsanəçi  xalqdır. 
"ġahnamə"  əfsanə  üstündə  yazılıb.  Bunların  baĢqa  dastanlarının  bir  dənəsi  də  düz  deyil, 
hamısı nağıl, əfsanədir. Firdovsi, farslar həm dini, həm də tarixi mifləĢdiriblər. 
Reallığı mifləĢdiriblər.
 
MifləĢdiriblər  və  gerçəklikdən  uzaqlaĢdırıblar.  Nə  cür  olub  bu?  Zaman-zaman  islam  dininə 
mifləri kütləyə xoĢ gəlməkçün saldılar. Məsələn, deyək ki, Ġmam Hüseyn 3 yaĢında əjdahanın 
ağzını cırdı. Məkkədə, yaxud Mədinədə əjdaha nə gəzirdi ki, Ġmam Hüseyn də bağda oturub 
onun  ağzını cırsın?!  Bax,  bu, mifdir.  Yaxud  həzrət  Əli barmağını saldı,  Xeybərin  darvazasını 
tulladı, bir tayı məğribə düĢdü, bir tayı məĢriqə, hələ də tapa bilmirlər. Bu da baĢqa mifdir. 
Bəli, Xeybər qalasının darvazasını həzrət Əli öz adamlarıyla çıxarıb. Qalanın divarlarını sökmək 
mümkün  deyildi,  ona  görə  dəmir  qapıları  çıxarıblar.  Güc  verib  yerindən  çıxararaq  qırağa 
qoyublar. Sonra mifdə deyilir ki, həzrət Əli qapı tayını aldı əlinə, onunla vurdu düĢmənlərin 
hamısını, sonra tulladı. Elə deyil. Həzrət Əlini Xeybər davasında vurublar, zirehi parçalanaraq 
düĢüb.  Bundan  sonra  döyüĢə-döyüĢə  geri  çəkilib;  divarda  dəmir  lövhə  vurublarmıĢ  ki,  bu, 
Xeybər  qalasıdır.  O  lövhəni  sökərək  özünə  zireh  edib  və  vuruĢub.  Bu  əhvalatı  farslar 
mifləĢdirirlər, çünki savadsız, cahil kütləni ancaq belə miflərlə idarə etmək olar - gerçək din 
ona çox da xeyir etmir. "Gerçək din" deyəndə savadsız kütləyə bir az qəribə gəlir; gərək elə 
edəsən  ki,  din  mifli  olsun  -  sevsin,  dəlicəsinə  vurulsun,  xəyalpərvər olsun,  ancaq  dinpərvər 
olmasın. Bu oyunu islam dininin də baĢına gətiriblər.  


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə