DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə37/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   33   34   35   36   37   38   39   40   ...   99

Radiolardan ən çox qulaq asdığım "Azadlıq", "Amerikanın səsi", bir də "Bi-Bi-Si"ydi. "Azadlığ"ı 
heç vaxt buraxmırdım. Kələkidə qaydadır - hər gün axĢam saat 8-də hamı "Azadlığ"a qulaq 
asır.  Bunlardan  əlavə,  gecə  12-dən  4-ə  kimi  rusca  "Svoboda"nı  da  dinləyirdim,  çünki  onun 
məlumatları  daha  geniĢ  olurdu.  Mən  bütün  bu  radiolara  minnətdaram  ki,  Kələkidə  gecələr 
mənim həmdəmim olublar.  
Ġmkan  tapanda  Türkiyə  telekanallarına  da  baxırdım.  Elə  olurdu  ki,  gecə  saat  5-ə  kimi 
radiolara qulaq asır, gündüzlərsə qəzet, kitab oxuyurdum.  
Ġlk vaxtlar silahdaĢlarınızın çoxu Kələkidə Sizinlə bir yerdəydi. Onlar tədricən Bakıya qayıtdılar, 
demək  olar  ki,  tək  qaldınız.  Bundan  sonrakı  həyatınızın  dustaqlıqdan  da  ağır  keçdiyini 
jurnalistlərə söyləyirdiniz. Bu ağırlıq daha çox nələrdən irəli gəlirdi?
 
Ġlk  növbədə  ona  görə  ağırdı  ki,  yanımda  olan  qohumların,  dost-tanıĢların  taleyi  qeyri-
müəyyəndi. Hər an çığırır, hay-küy salırdılar ki, Kələkidə quldur dəstəsi var, silahlı dəstə var. 
FikirləĢirdim, görəsən, bunların arxasında nə gizlənir? Yəni istənilən vaxt Kələkiyə hücum edib 
adamları həbs edə, öldürə bilərdilər. Bu qorxu məni həmiĢə böyük gərginlik altında saxlayırdı. 
QonĢu  kəndlərin  camaatı  da  deyirdi  ki,  bura  qoĢun  gəlsə  çıxıb  özümüzü  tankın  altına 
atacağıq.  
Həbsxanada  belə  Ģeylər  olmur  axı.  Bilirsən  ki,  müəyyən  vaxta  kimi  burada  oturacaqsan. 
Kənddəsə bilmirsən ki, sabah nə baĢ verəcək, təkcə sənin özünü yox, səni əhatə edən sadə 
insanları, heç bir təmənnası olmayan qadınları, uĢaqları, qocaları nə gözləyir! FikirləĢirdim ki, 
onların  baĢına  bir  iĢ  gəlsə,  kimsə  tələf  olsa  bu  qan  mənim  boynumda  qalacaq.  Bunları 
düĢünmək  mənimçün,  inanın,  cəhənnəm  əzabından  da  ağırdı!  Gücümü  ona  yönəldirdim  ki, 
heç bir hadisə baĢ verməsin. Ancaq bir də eĢidirdim ki, Ordubadda, yaxud ġərurda cəbhəçiləri 
tuturlar  -  guya  onlar  silah  gəzdirirlər.  Halbuki  hamısı  ağ  yalandı.  Bu  insanlar  mənim 
tərəfdarım  olduqlarına  görə  məhv  edilir,  məni  müdafiə  etdiklərinə  görə  həbsxanalara 
atılırdılar.  Bu  hakimiyyət  məni  müdafiə  edənləri  aradan  götürməklə  istənilən  vaxt  Kələkiyə 
qarĢı hər hansı əməliyyat həyata keçirməyə Ģərait yaratmaq istəyirdi.  
Çox ciddi manevrlərin, Amerika səfirliyinin, Türkiyədəki müəyyən partiyaların, cəmiyyətlərin, 
ayrı-ayrı  Ģəxslərin  (onların  hamısına  dərin  minnətdarlığımı  bildirirəm)  təzyiqi,  müdaxiləsi 
nəticəsində  Kələkiyə  dəfələrlə  hazırlanmıĢ  hücum  əməliyyatları  yarımçıq  dayandırıldı.  Gecə 
saat 3-də olası hücum bəzən saat 2-də dayandırılıb. (Ertədən yolda gördüyümüz polislər gecə 
hücum  olacağını  bildiriblər,  biz  də  o  məlumatı  konsulluqlar,  səfirliklər  vasitəsilə  dünyaya 
yaymaqla həmin hücumun qarĢısını almıĢıq). 
"6  min  -  7  min  il  qabaq  Azərbaycan  mədəniyyəti  olub  -  böyük  Kür-Araz 
mədəniyyəti! Bu mədəniyyət sonralar ġumerə keçib"  
Bəy,  1996'nın  mayında  Kələkidə  qonağınız  olarkən  öyrəndim  ki,  elmi  yaradıcılıqla  da 
məĢğulsunuz. Ümumiyyətlə, Kələki dövründə elmimizə Sizdən nə qaldı?
 
Mən Kələkidə daha çox  oxumaqla, radio, televiziya vasitəsilə məlumat, informasiya almaqla 
məĢğul olurdum. Bu, çox vaxt aparırdı. Bakıdasa buna az vaxt gedir, çünki mətbuatın ümumi 


müzakirəsi  bir  yerdə  olur,  bilirsən  nə  var,  nə  yox.  Mətbuat  xidmətinin  adamları  da  ümumi 
məlumatı  toplayıb  verirlər.  Kələkidə  bu,  əlbəttə,  o  qədər  asan  deyil,  ona  görə  də  bütün 
qəzetləri  oxumağa  məcburdum.  Bunda  bir  marağım  da  vardı  -  Azərbaycanda  çıxan  bütün 
qəzetləri oxuyurdum görüm  mətbuatımız  necə  inkiĢaf  edir.  Düzdür, öz  haqqımda yazılanları 
da oxuyurdum, ancaq daha çox bilmək istəyirdim ki, mədəniyyətimiz yüksəlir, yoxsa yerində 
sayır.  
Mənimçün qələm sahiblərini tanımaq da maraqlıydı. Çoxlu gənc jurnalistlər yetiĢirdi. Bu nəslin 
necə  inkiĢaf  etməsini,  içərisində  hansı  iĢıqlıların  olduğunu,  hansıların  ancaq  siyasətə  və 
demokratiyaya,  hansıların  dedi-qoduya  xidmət  etdiyini  izləməyə  çalıĢırdım.  Buna  marağım 
vardı.  
Ümumiyyətlə,  mənim  çox  böyük  arzumdur  ki,  Azərbaycanda  mətbuat  inkiĢaf  etsin, 
geniĢlənsin.  Bəzən  hansısa  bir  ölkədə,  məsələn,  1000  jurnalistin  toplantısının  keçirildiyini 
eĢidəndə buna həsəd aparıram - kaĢ yaxın vaxtlarda Azərbaycanın da heç olmazsa 500-700 
jurnalistinin  qurultayının  keçirildiyini  eĢidəydik,  yəni  bu  boyda  söz  əsgərləri  ordumuzun 
olduğunu  görəydik.  Düzünə  qalanda, jurnalistikamızın  inkiĢafından  narazı  da deyiləm,  çünki 
yazarlarımız  belə  ağır Ģəraitdə  həqiqətən  fədakarlıq göstərirlər  -  aylarla  pul  yox,  maaĢ yox, 
yaxĢı  geyimləri  yox,  evdə  yeyimləri  yox,  normal  yaĢayıĢ  Ģəraitləri  yox,  bunun  heç  gileyini, 
davasını da etmirlər. 
Əksəriyyəti kirayədə qalır.
 
Əksəriyyəti  kirayədə,  yataqxanalarda  yaĢasa  da  onlar  bir  milli  duyğunu,  ruhu  yaĢadan 
adamlardır. Onların həlledici qismi gənclərdir. Hiss edirlər ki, Azərbaycan dövləti təzə qurulub 
və  istəyirlər  ki,  gözəl  bir  demokratik  dövlət  qurulsun,  onlar  da  gələcəkdə  bu  dövlətin 
təmsilçiləri olsunlar.  
Mən  Ġranla,  Orta  Asiya  dövlətləriylə  müqayisə  edəndə  sevinirəm  ki,  Asiyayla  Avropanın 
qovĢağındakı dövlət kimi biz nisbətən inkiĢafdayıq və daha çox Avropa yönündə, demokratiya 
yönündə inkiĢaf edirik - bu, çox yaxĢıdır.  
Mən  Türkiyə  televiziyalarına  da baxırdım,  çünki  Türkiyə həyatı  mənimçün  çox  maraqlıdır və 
bu həyatı kənddə, demək olar ki, ikiqat artıq öyrəndim. Qabaqlar Türkiyənin siyasi həyatını 
belə  geniĢ  Ģəkildə  bilmirdim.  Televiziya  veriliĢləri  vasitəsilə  türkiyəlilərin  dinə,  laikliyə 
(dünyəviliyə),  cümhuriyyətə  münasibətlərini,  toplumun  ümumi  fikirlərini,  düĢüncə  tərzini, 
nəylə  maraqlanıb  nəyə  laqeyd  qaldığını  özümçün  müəyyənləĢdirməyə  çalıĢırdım.  Nəticədə 
belə qənaətə gəldim ki, Türkiyədə xalq çox sevimli, güclüdür, insanlar çox həssas, yurdsevər, 
millət uğrunda ölümə hazırdır, amma toplumun ümumi səviyyəsi aĢağıdır. 
Savadını nəzərdə tutursunuz?
 
Bəli,  ümumi  dünyagörüĢü,  siyasi  savadı,  çağdaĢ  dünyaya  baxıĢı  çox  aĢağıdır,  geri  qalıb. 
Bunun  da  kökünün  savadsızlıqda  olduğunu  tapdım.  Sovet  imperiyasının  pis  olmasına 
baxmayaraq çox güclü təhsil sistemi vardı. Səkkizilliyi, onilliyi hamı məcburi oxuyub qurtarırdı, 
insanlar pis-yaxĢı savad, bilik alırdılar. EĢidəndə ki Türkiyədə 9 milyon 600 min adam yazıb-


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə