DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə33/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   29   30   31   32   33   34   35   36   ...   99

Məsələn, götürək sufiləri. Onların qətiyyəti olmayıb? Nə qədər əzablara, iĢgəncələrə dözərək 
bir tikə çörəklə yaĢayıblar, "rizq Allahdandır" deyiblər. Əksinə, dünyanın ən qətiyyətli adamları 
onlardı  -  haqqın  yoluyla  gediblər.  Onlar  öz  Ģəxsiyyətlərini  önə  çəkməyiblər.  Kimdi  onlar? 
Təsəvvür edin  ki,  bir sufi  dərviĢ  bütün  ölkəni gecə-gündüz gəzərək  oxuyur:  "ya  haqq",  "ya 
haqq", "ya haqq"... Onun özünün heç nəyi yoxdur - çöldə gəzir, xarabalarda yatır, ac-susuz 
qalır, ancaq dönmədən Haqqı insanların beyninə yeridir. Ġndi demək olarmı ki, o, qətiyyətsiz 
adamdır?! Əksinə, çox qətiyyətlidir. O, baĢ kəsmək yox, Haqqı anlatmaq istəyir. Kim də Haqqı 
çox sevirsə, Haqqı daha çox müdafiə edirsə qətiyyətli adam odur!  
Qətiyyətli adamlar imperatorlar deyil. Mənə ordu verin, gedim kimisə əzim. Buna nə var ki, 
hamı  edər.  Qətiyyət  qan  tökməklə  ölçülməz.  Gəncədə  tərksilah  edilməli  500  adam  -  bir 
batalyon  vardı.  Onları  topla  elə  yatdıqları  yerdəcə  batırmaq  olardı.  Bəs  sonra  bunu  hansı 
Haqqa  yazacaqdıq?  Xalqa  necə  izah  edəcəkdik?  Bu  500  adamın  içərisində,  deyək  ki,  30-u 
günahkardı. Qalanları əmrə tabe olub. Onları qırandan sonra özümüzə necə, hansı adla haqq 
qazandıra bilərdik?! Mən, doğrusu, buna cavab tapa bilmirəm.  
Cinayətkarı tapıb onun özünə cəza vermək lazımdır. Surət Hüseynovu həbs etməkçün gərək 
bir  300  nəfəri  qıraydıq;  axı  o  300  nəfərin  günahı  yoxdu!  Bəs  bu  qiyam  sonradan  böyüyüb 
vətədaĢ  müharibəsinə  çevriləndə  nə  etməli?  Mən,  Qamsaxurdianı  bacarıqlı  adam  sayıram. 
Böyük  Ģəxsiyyətdi  -  gürcü  xalqının  azadlığı  uğrunda  dönmədən  mübarizə  aparıb.  Amma 
vətəndaĢ  müharibəsində  qətiyyətli  ola  bilməzsən.  VətəndaĢ  müharibəsində  qətiyyətlilik 
dəlilikdir. 
Öz  əsgərini  öldürmək,  öz  vətəndaĢını  öz  vətəndaĢına  qırdırmaq,  üstəlik,  qıran 
vətəndaĢa Milli Qəhrəman adı da vermək xəstə insanın psixologiyasıdır.
 
Tutaq ki, mən lap əmr verdim, deyək 500 nəfər 500 nəfərlə vuruĢdu. 100 nəfər bu tərəfdən, 
200 də o tərəfdən qırıldı. Qalib gəldik. Amma bu qırılanın hamısı Azərbaycan xalqının övladları 
deyilmi?! 
Bu, aksiomdur - insan ağlının, milli Ģüurun ən inkaredilməz aksiomudur ki, vətəndaĢ 
müharibəsinin  qalibi  olmur,  qurtardı!  Kim  özünü qalib  sayır  saysın!  VətəndaĢ müharibəsinin 
qətiyyətlisi olmur! Kim özünü qətiyyətli sayır saysın!..
 
Dövlət  baĢçısı  öz  qətiyyətini  ölkəsinin,  dövlətinin  içində  -  öz  vətəndaĢlarına  yox,  çölündə  - 
düĢmənlərinə göstərməyi bacarmalıdır! 
Bir Türkiyə generalının belə sözü var ki, igid adam vətən uğrunda, xalq uğrunda öz həyatını 
qurban  verən  yox,  onların  yolunda  öz  Ģərəfini,  təmiz  adını  qurban  verəndir.  Siz  Kələkiyə 
gedəndə Ģərəfinizi qurban verəcəyinizi görürdünüz?
 
Çox qabaqcadan görürdüm. 
Deməli, özünüfədaya qəsdən gedirdiniz?
 
Qəsdən  gedirdim,  bilə-bilə  gedirdim.  Mənə  heç  nə  lazım  deyildi.  Ġstəyim  bircə  oydu  ki, 
vətəndaĢ  müharibəsi  olmasın,  soydaĢlarımız,  qandaĢlarımız  bir-birini  qırmasın.  Mənimçün 
orada Ģərəfdən söhbət gedə bilməzdi. Mənimçün hər Ģeydən öncə VƏTƏN və MĠLLƏT’di! 
Ġstədiyinizə çatdınız?
 


Bəli!  Mən  istədiyimə  çatdım.  Tarixə  bir  daha  sübut  edəcəyəm  ki,  mən  ən  doğru  olan 
fenomenal bir addım atmıĢam! Onun izahını sonra verəcəyəm. 
"Yeni  dövlət  qurmaqda  və  onu  demokratik  üsullarla  idarə  etməkdə  mən  Heydər 
Əliyevdən on qat səriĢtəliyəm!" 
Bəy, Sizi prezident və bizi iqtidar olaraq səriĢtəsizlikdə suçlandırmağa indiki iqtidar nə qədər 
haqlıdır? Ümumiyyətlə, bu "səriĢtəsiz" termininə münasibətiniz?
 
Bunların  hamısı  indiki  iqtidarın  ortaya  atdığı  boĢ  sözlərdir.  Mənim  haqqımda  iki  Ģeyi  xalq 
həmiĢə  deyir:  birincisi,  qətiyyətsizdir  -  özü  idarə  etmir,  onu  idarə  edirlər;  ikincisi,  qorxdu, 
qaçdı Kələkiyə. Budur mənim üstümdə qalan ittihamlar. Onlara da cavab verəcəyəm, qoy nə 
deyirlər desinlər. Qaldı ki səriĢtəsizliyə, bu məsələni artıq bir dəfə izah etmiĢəm. 
Bizim kadrlarımız doğrudanmı səriĢtəsizdilər?
 
Xeyr, elə deyil. Ola bilsin ki, dövlətin müəyyən mexanizmlərini köhnə üsullarla idarə etməkdə 
Heydər Əliyev məndən səriĢtəlidir, bunu qəbul edirəm. Ancaq yeni dövlət qurmaqda və onu 
demokratik üsullarla idarə etməkdə mən Heydər Əliyevdən on qat səriĢtəliyəm! Bu, bir.  
H.Əliyevin  indiki  kadrlarıyla  müqayisədə  bizimkilər  hər  baxımdan  yüz  dəfə  üstündür  -  həm 
demokratik  idarəçilikdə,  həm  vicdanlılıqda,  həm  dövlətçiliyə  sədaqətdə,  həm  də  mənəvi-
əxlaqi təmizlikdə. Bunların kadrı yoxdur. 
Qoy 10 nəfər kadr bunlar çıxarsın, 10 nəfər də mən, 
oturub üz-üzə söhbət etsinlər. bunlar idarəçilik nədir bilmirlər; yalnız onu bilirlər ki, rüĢvət alıb 
rüĢvət  versinlər,  vəzifələrini  saxlasınlar,  kim  güclüdürsə  ona  yaltaqlanıb  kim  zəifdirsə  onu 
əzsinlər. Vəssalam.
 Sistemləri budur. Bunlara "kadr" deyəndə mənim gülməyim gəlir. ÇağdaĢ 
elmə azca da varsa yiyələnmiĢ adamlar bunları kadr sayırsa vay bu millətin halına, yazıqlar 
olsun bu xalqa! 
Bunlar kadr deyil, aĢağıdan oğurlayıb yuxarı ötürən bir sürü oğru dəstəsidir.
 
Yuxarı çığıranda "ləbbeyk" deyirlər, aĢağını da döyürlər, əzirlər.  
Minlərcə  belə  heyvərə  hökumət  olub  dünyada.  Buna  "cahil  cəmiyyət"  və  "cahil  hökumət" 
deyirlər.  Bizim  iqtidar  dövründəsə  Ģüurlu  cəmiyyət  vardı.  Bu  cəmiyyətin  içindən  yararlı  bir 
təbəqə  seçilmiĢdi.  Onlar  yeni,  azad,  müstəqil  dövlət  qurmaq  istəyən  namuslu,  fədakar 
vətəndaĢlardı.  Vətəni  hədsiz  sevirdilər,  onun  yolunda  ölümə  hazırdılar,  azadlığı  hər  Ģeydən 
üstün  tuturdular,  onun  uğrunda  məqsədyönlü  mübarizəyə  giriĢmiĢdilər.  Onlar  Ģüurlu, 
yaradıcı,  təĢəbbüskar,  təmiz  niyyətli  insanlardı  və  baĢlanğıcda  təcrübələri  hələ  yetərincə 
olmasa da cəmiyyəti ləyaqətlə idarə etməyə baĢladılar. 
Bəs  sonra  nə  oldu?  Bizi  daxili  və  xarici  güclər  aradan  götürdülər,  baĢqa  yerdən  cəmiyyətə 
üstqurum gətirdilər və həmin üstqurum baĢladı bazisi əzməyə, onu Ģüursuz, qorxaq etməyə, 
alçaltmağa, vətəni satmağa təhrik etməyə. Onlarla bizim baĢlıca fərqimiz, bax, budur.  
Biz indi yenidən bu cəmiyyətin içərisinə gedib onun keçmiĢ mübariz ruhunu qaytarmalı, onu 
yenidən  Ģüurlu,  mübariz  vətəndaĢlar  taplumuna  çevirməli,  onun  inkiĢafına  mane  olan 
çürümüĢ, rüĢvətxor üstqurumu götürüb atmalıyıq. 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə