DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə36/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   32   33   34   35   36   37   38   39   ...   99

sağlam  qüvvələri  ölümdən  qurtarmaq.  Bu  sözü  Nəcəf  bəy  dedi,  biz  də  bəyəndik.  Bir  neçə 
nəfərimiz və mən onu yerinə yetirdik.  
-Ancaq axı Nəcəf bəyin Sizin Kələkiyə getməyinizdən xəbəri yoxdu...
 
-Xeyr,  yoxdu.  O,  bu  sözü  bir  qədər  qabaq  demiĢdi  -  duyumu  çox  güclüdür.  Söz  deyildi  və 
mən  də  onu  yerinə  yetirdim.  Nəcəf  Nəcəfovun  bir  sözü  də  vardı  ki,  xalqın  vətəndaĢ 
müharibəsindən  qorxmasına  çalıĢmaq  lazımdır  -  xalq  bu  müharibədən  qorxmayıb  ona  girsə 
sonra  onu  oradan  çıxarmaq  mümkün  olmayacaq.  Çox  düzgün  fikirdi.  Biz  xalqı  qorxutduq, 
vətəndaĢ müharibəsindən çəkindirdik. Xalq vətəndaĢ müharibəsindən indi də qorxur. Amma 
onun içinə girsəydi çıxarmaq olmazdı - oradan çıxmaq istəmir, bu odu söndürmək olmur. 
-Bəy,  Heydər  Əliyev  televiziyayla  səhər-səhər  çıxıĢ  edərək  Sizin  Türkiyəyə  uçduğunuzu 
söyləmiĢdi. Siz onu aldatmamıĢdınız ki?
 
-Görünür, məni soruĢub, ona deyiblər ki, Bakıdan çıxıb. O da məntiqlə fikirləĢib ki, düĢmənləri 
olan Ġrana və Rusiyaya getməz, birbaĢa Amerikaya getməsi də mümkün deyil; deməli, qalır 
bircə Türkiyə. Naxçıvana gedə biləcəyimisə, sadəcə, ağlına gətirməyib.  
-Kələkiyə  getməzdən  öncə  Heydər  Əliyev,  Rəsul  Quluyev  və  Etibar  Məmmədov  axĢam 
yanınıza gəliblərmiĢ. Onlar Sizə nə təklif edirdilər? 
 
-Təklif etdilər ki, daxili iĢlər naziri yoxdur, buna görə də vəziyyət xarabdır; naziri təyin et. Mən 
də  dedim  ki,  hələ  öz  adamımı  tapmamıĢam,  onun  haqqında  düĢünürəm.  Onda  Etibar 
Məmmədov  dedi  ki,  sənin  adamın  yoxdur,  amma  bizim  adamımız  var.  Həmin  adamın  kim 
olduğunu  soruĢduğum  zaman  Rəsulla  bir-birinə  baxıb  dedilər  ki,  bizim  adamımız  RövĢən 
Cavadovdur. Onlarla razı olub-olmadığını Heydər Əliyevdən soruĢanda cavab verdi ki, bunlar 
razıdırsa  mən  də  razıyam.  Mən  dedim  ki,  RövĢən  Cavadovun  qüvvələri  Gəncədə  Surət 
Hüseynova qoĢulub və qiyamda iĢtirak edib; bu adamı nazir qoya bilmərəm. Onda dedilər ki, 
qalsın, sabah danıĢarıq. RazılaĢdım. Ancaq artıq qət etmiĢdim ki, Kələkiyə gedəcəyəm  
O görüĢdə yalnız DĠN-dən danıĢıldı?
 
-Bəli.  
Sizin dönüĢünüz 80 evlik Kələkini dünyanın ən məĢhur kəndlərindən birinə çevirdi. Sizcə, bu 
məĢhurluq kələkililərə məhrumiyyətlər də nəsib etmədi ki?
 
Nəinki  kələkililərə,  mən  deyərdim  ki,  bütün  Naxçıvana,  xüsusən  Ordubad  və  ġərura  mənim 
üstümdə çox zərbələr dəydi, onlar hədsiz zülmlərə, məhrumiyyətlərə düçar oldular. Ancaq ən 
ağır zərbələr 4 kəndə: Dırnıs, Kələki, Üstüpü və Unusa endirildi. Mənə görə bu kəndlər çox 
çıxılmaz  vəziyyətlərə  düçar  oldular.  Mən  həmin  kəndlərin  əhalisinin  mənə  görə  çəkdikləri 
əzab-əziyyətə  necə  mərdiklə  dözdüklərini,  arxamda  necə  cəsarətlə  durduqlarını,  məni  necə 
qayğıyla  qoruduqlarını,  ürəkdən  sevdiklərini  heç  zaman  unutmaram.  Tale  haçansa  mənə 
yaxĢı imkan versə həmin kəndlərə gedib onların camaatıyla görüĢərək halallıq alacağam. 


ĠnĢallah, Allah-taala Sizi arzunuza yetirər. 
 
Siz Məmmədəmin Rəsulzadənin Lahıcda olmasıyla Əbülfəz Elçibəyin Kələkidə olması arasında 
tarixi paralellər görürsünüzmü?
 
Burada  tarixi  paralel  görmürəm.  Amma  baĢqa  tarixi  paraleli  deyə  bilərəm.  Mənim  baĢımı 
1991-in 23 avqustunda yardılar. O zaman məni ağır zədələmiĢdilər. Dincəlməkçün 
Ġsmayıllının 
Basqal kəndi
nə getdim. Basqalla Lahıc yaxın kəndlərdir. Orada yaĢadığım bir aylıq həyatımı 
Məmmədəminin  Lahıc  həyatına  uyğun  sayıram.  Məmmədəmin  Lahıcda  "Əsrimizin 
SəyavuĢu"nu yazmıĢdı, bizsə Basqalda AXC-nin Proqramını yazdıq.  
Görünür,  Ġsmayıllı  torpağının  taleyinə  də  Azərbaycan  istiqlalının  iki  liderinin  ağır  günündə 
onlara  hayan  olmaq  Ģərəfi  yazılıbmıĢ.  Ancaq  Sizi  özümün  də  hədsiz  sevdiyim  gözəl  və 
qonaqpərvər  Ġsmayıllı  torpağından  ayırmağa,  yenidən  doğma  Kələkiyə  qaytarmağa 
məcburam - Sizi doğma kəndinizdə ən çox sevindirən və ağrıdan nə(lər) oldu?
 
Bu, çox ağır sualdır. Ona indi cavab vermək istəməzdim - bu çox geniĢ mövzunun ayrı-ayrı 
hissələrini  danıĢmaqla  hadisələrin  ümumi  mənzərəsini  korlaya  bilərik.  ĠnĢallah,  bunu  bir 
zaman ya özüm yazaram, ya da söyləyərəm, sən yazarsan. 
Kənddə olarkən məlumat mənbələriniz nə qədər geniĢ və etibarlıydı? Bakıda baĢ verənlərdən 
vaxtında xəbər tuta bilirdinizmi? 
 
-Məlumatım  burada  təsəvvür  ediləndən  çox  geniĢdi.  Telefonla  müxtəlif  xarici  ölkələrlə, 
Türkiyəylə  əlaqə  saxlayırdım.  Hətta  Təbrizə,  Tehrana  da  zəng  edirdim.  Telefonla  operativ 
məlumatları  vaxtında  ala  bilirdim.  Ehtiyacım  olanda  Amerika,  Avropa  ölkələriylə,  məsələn, 
Ġngiltərə, Hollandiya və baĢqalarıyla birbaĢa əlaqə saxlamağıma əngəl yoxdu. BaĢqa tərəfdən
Kələkiyə Bakıdan və Naxçıvandan qəzetlər müntəzəm gətirilirdi. Doğrudur, son vaxtlar onlar 
bəzən  3-4  gündən  bir  gəlirdi,  ancaq  hər  halda  mətbuatı  ardıcıl  izləyirdim.  Digər  məlumat 
mənbəyimsə Bakıdan yanıma gələn insanlardı.  
Təkcə Bakıdanmı?
 
Əlbəttə, yox. Azərbaycanın bütün rayonlarından, eləcə də xarici ölkələrdən gələn Ģəxslər də 
mənə  çox  qiymətli  məlumatlar  verir,  eyni  zamanda  bununla  mənə  mənəvi  yardım 
göstərirdilər.  Bunlar  partiya  yoldaĢlarım,  dostlarım,  tanıĢlarım,  Azərbaycanın  ən  müxtəlif 
ziyalılarıydı. 
Burada jurnalistlərin mənə mənəvi hayan olmalarını ayrıca xatırlatmaq istəyirəm. Doğrudur, 
yanıma ardıcıl gələn jurnalistlərin adlarını sadalamaq istəmirəm (onlar çoxdur  - birinin adını 
çəksəm qalanları məndən inciyər), ancaq Natella xanımdan danıĢmasam günah olar. O, çox 
böyük  fədakarlıq  edir,  hər  həftə  Kələkiyə  gəlirdi.  Bəzən  bu  gün  gedib  sabah  qayıdır,  mənə 
yeni  məlumatlar  gətirir,  dostlarımın,  yoldaĢlarımın  salamını  yetirirdi.  Yol-iriz  bağlı  olanda  o 
dəfələrlə  dağları  aĢaraq,  əzab-əziyyətə  kiĢi  kimi  qatlaĢaraq  özünü  Kələkiyə  yetirib.  Qalan 
jurnalistlər də məni unutmur, hərə bacardığı iĢi görürdü.  


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə