DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə32/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   28   29   30   31   32   33   34   35   ...   99

dünya birliyinin onu qiyamla deyil, demokratik yolla seçilmiĢ prezident kimi tanımasına Ģərait 
yaratmaq kimi qiymətləndirmirsiniz ki? 
 
Qətiyyən yox! Heydər Əliyev legitim prezident deyil. Biz onu Bakıya çağıranda danıĢmıĢdıq ki, 
onu  baĢ nazir təyin  edəcəyik,  sonra  razılaĢdıq  ki,  o,  Milli Məclisin  sədri olacaq  və bir yerdə 
qiyamı yatırandan sonra Azərbaycanın dərdlərini də birgə çözəcəyik. Bu, Pənah bəylə də, Ġsa 
bəylə  də,  baĢqalarıyla  da  razılaĢdırılmıĢdı.  Sadəcə  olaraq,  H.Əliyev  sədrliyi  ələ  keçirəndən 
sonra prezidentlik uğrunda mübarizəyə baĢladı. Mənsə bunu ondan gözləmirdim. 
Bəs onun Sizi aldada biləcəyini gözləmirdiniz?
 
Xeyr,  gözləmirdim.  Ola  bilsin  ki,  bunun  mənim  tərəfimdən  bağıĢlanılmaz  sadəlövhlük 
olduğunu  deyəcəklər,  ancaq  onun  belə  edə  biləcəyini  həqiqətən  heç  cür  ağlıma 
sığıĢdırmırdım. 
Hər  necə  olsa  da  fakt  budur  ki,  Sizin  razılığınızla  H.Əliyev  gəldi  və  bu gün  bizi  istəyən  də, 
istəməyən də, hətta H.Əliyevin özü də deyir ki, məni siz gətirdiniz, siz seçdiniz...
 
Bəli, Heydər Əliyevi mən seçdirdim. Bunu danmıram.  
Buna peĢman deyilsiniz ki?
 
Hakimiyyətə gətirib seçdirənədək peĢman deyildim. Sonrakı fəaliyyətinə görəsə peĢmanam. 
Bəs niyə baĢqasını yox, məhz H.Əliyevi gətirdiniz?
 
Ona  görə  ki,  H.Əliyevin  Azərbaycanda  nüfuzu  vardı  -  kütlənin  bir  hissəsi  onu  istəyirdi. 
VətəndaĢ müharibəsinin qarĢısını almaqda onun gücünə inandığımıza görə onunla birləĢməyə 
üstünlük verdik. 
ARTIRMA 
"Məni bir məsələyə görə çoxları ittiham edir. Bu ittihamlardan qaçmıram. Xalq qurultayında 
iki  məsələ  haqqında  danıĢmaq  istəyirdim,  amma  burada  da  demək  olar.  H.Əliyevin 
hakimiyyətə gətirilməsində ən böyük təqsirkar mən sayılıram. Amma, məni ittiham edənlər, o 
zaman  siz  də  cavab  verəcəksiniz  -  hamımız  məsuliyyəti  bölüĢdürəcəyik.  Mən  əsas  yükü  öz 
boynuma götürürəm, amma hamısını mənim üstümə atıb qaçmayın - yenə də haqsızlıq olar. 
Hərə öz günahını boynuna alsın, sonra baxarıq. Çox Ģey olub; bütün olanlar yoxlanılmalıdır. 
Mübarizə və döyüĢ gedən vaxt kütləvi mühakimə aparılmır. DöyüĢ hələ qurtarmayıb, davam 
edir. 
Kim ki Azərbaycan xalqına xəyanət edib - cəzasını çəkir. Və bütün xəyanətlərin baĢında 
duran H.Əliyev də öz cəzasını çəkəcək.
 
Kiçik  bir  izahat  vermək  istəyirəm.  1993-cü  ildə  Rusiya  imperiyası  Azərbaycanda  vətəndaĢ 
müharibəsi  salmaq  planlaĢdırırdı.  Bu  qırğının  qarĢısını  almaq  mümkün  deyildi,  çünki  ölkədə 
qüvvələr hissələrə bölünmüĢdülər. Ġndi o qüvvələrin bir hissəsi həbsxanadadır, bir hissəsinin 


də rəhbəri H.Əliyevin  özüdür.  Mən  H.Əliyevi  hakimiyyətə dəvət  edəndə bunu  nəzərə  aldım. 
Onu gətirib hakimiyyətə Ģərik edirsən ki, qan tökməsin. BaĢqa yol yoxdur.  
KeçmiĢ Sovet hökumətini bərpa etmək istəyənlər belə qırğınlar hazırlamıĢdılar - Tacikistanda, 
Gürcüstanda, Azərbaycanda, Qırğızıstanda, Moldovada vətəndaĢ müharibəsi salmaq, keçmiĢ 
SSRĠ-də  qan  töküldüyünü  deyərək  sonradan  onu  bərpa  etmək.  BĠZ  VƏTƏNDAġ 
MÜHARĠBƏSĠNDƏN  ÇIXMALI  ĠDĠK  VƏ  ÇIXDIQ!"  (Ə.Elçibəyin  3  oktyabr  1998-də 
Ümumrespublika forumundakı nitqindən).  
Niyə məhz H.Əliyevlə birləĢməyə üstünlük verdiniz - baĢqalarıyla olmazdımı?
 
BaĢqaları qiyamı yatırtmağı bacarmayacaqdı. 
Hökmən qan töküləcəkdi?
 
Yox,  söhbət  qan  tökülməkdən  getmir.  Sadəcə,  baĢqaları  cəmiyyətə  təsir  göstərə  biləcək 
fiqurlar  deyildi.  Axı  onun  yerində  kim  olaydı?  Ayaz  Mütəllibov  gəlsəydi  mütləq  Rusiyanın 
qoĢununu  da  arxasınca  gətirəcəkdi.  O  deyirdi  ki,  mən  50  faiz  moskvalı,  50  faiz 
azərbaycanlıyam. Belə adamla necə birləĢəsən? BaĢqa kimi deyirsiniz?  
Məsələn, Surət Hüseynovu. Hər halda, onun özü prezident olmaq iddiasındaydı.
 
-Surət Hüseynov müdafiə nazirinin müavini olmaq istəyəndə mən onu heç ora layiq bilmədim. 
Axı o, kimdi, haranın adamıydı ki, vətəndaĢ müharibəsinin qabağını alaydı? O, bir piyadaydı, 
əldə oyuncaqdı. 
Ümumiyyətlə,  Əbülfəz  bəy,  Kələkidə  olduğunuz  müddətdə  indiki  iqtidarın  legitimliyini  qəbul 
etməmisiniz. Ġndi bu məsələyə və ümumən H.Əliyev iqtidarına münasibətiniz?
 
Biz hakimiyyətdən hərbi qiyam yoluyla uzaqlaĢdırılmıĢıq. Bunu təĢkil edən qüvvələrə gücümüz 
çatmadı.  Sonradan  bu  hərbi  qiyam  siyasi  qiyamla  parlamentdə  baĢa  çatdırıldı  və  Heydər 
Əliyev hakimiyyəti qeyri-qanuni olaraq qəsb etdi.  
Axı onu Siz dəvət etmiĢdiniz?
 
Onu Ali Sovetin sədri kimi çağırmıĢdıq. Daha deməmiĢdik ki, gəlib prezident hakimiyyətini ələ 
keçir.  O,  məni  hakimiyyətdən  uzaqlaĢdırmaqçün  qanunsuz  referendum  keçirdi,  halbuki 
referendum hüquqi deyil, siyasi aktdır - referendumla prezident çıxarılıb prezident qoyulmaz. 
Əslində  bu  ideyanı  da  özünüz  vermiĢdiniz  -  Kələkiyə  getməzdən  bir-iki  gün  öncə  Prezident 
Aparatının 
qarĢısındakı 
mitinqdə 
bildirmiĢdiniz 
ki, 
prezidenti 
hakimiyyətdən 
kənarlaĢdırmaqçün  referendum  keçirilməlidir.  Əliyev  də  referendum  keçirərkən  həmin 
sözlərinizə söykəndi...
 
Referendumun  bu  məsələdə  nə  dərəcədə  səlahiyyətli  olub-olmaması  məsələsini  hələ  bir 
qırağa qoysaq belə, axı onun aparılması da tam qanunsuz olub, belə ki, hakimiyyətinin taleyi 
həll edilən prezident, yəni mən hökmən həmin tədbirdə iĢtirak etməli, sərbəst olaraq təbliğat 


aparmalıydım,  ancaq  buna  qətiyyən  imkan  verilmədi.  Prezident  səlahiyyətlərinə  yiyələnmiĢ 
H.Əliyev sonra qanunsuz referendumun saxta nəticələri əsasında yenə qanunsuz olaraq yeni 
prezident seçkiləri təyin etdi, öz namizədliyini irəli sürdü və çox çəkmədən az qala 100 faizli 
nəticəylə özünü prezident elan etdi. 
Yeri  gəlmiĢkən,  prezidentlik  səlahiyyətlərinizin  müəyyən  hissəsini  də  H.Əliyevə  özünüz 
vermiĢdiniz axı?
 
Mən  kənddə  olarkən  barıĢıqçün  prezident  səlahiyyətlərimin  müəyyən  hissəsini  Ali  Sovetin 
sədrinə  verməyi,  müəyyən  hissəsini  də  prezidentdə  saxlamağı  məqsədəuyğun  saydım. 
DüĢündüm  ki,  ikimiz  birlikdə  iĢləyərək  Azərbaycanı  bu  bəlalardan  çıxara  bilərik.  Amma 
Əliyevin  hakimiyyət  iĢtahı  o  qədər  dərinləĢdi  ki,  bununla  razılaĢmadı  və  yerdə  qalan 
səlahiyyətləri  də  tam  qanunsuz  olaraq  mənimsədi  və  sonra  da  dediyim  qayda  üzrə 
hakimiyyəti  bütövlükdə  qəsb  etdi.  Məhz  bu  səbəbdən  də  AXCP  və  Müsavat  onun 
hakimiyyətinin legitimliyini indiyədək tanımayıb. 
"Doğrudan  da  qətiyyətlisənsə  sənin  haqqında  hər  Ģey  deyiləcəyini  gözünün 
qarĢısına alıb özünü ümumi məqsəd yolunda qurban verməyi bacarmalısan" 
Bəy, istər Siz iqtidardaykən, istərsə də iqtidardan gedəndən sonra, məncə, eyni mərkəzdən 
idarə  edilən  qüvvələr  ictimai  rəyə  inadla  bu  fikri  aĢılamağa  çalıĢıb  ki,  Elçibəy  qətiyyətsizdir, 
onu  idarə  edirlər,  o,  qərar  qəbul  etməyə  qadir  deyil  və  s.  Siz  "qətiyyətli"  olsaydınız 
Azərbaycanda  Əfqanıstan  və  ya  Tacikistan  qarĢıdurması  yarana  bilərdimi,  yaxud  Sizin  Ģəxsi 
taleyinizdə  də  Zviad  Qamsaxurdia,  ya  da  Cövhər  Dudayev  faciəsi  təkrarlanardımı?  Yoxsa 
tamam baĢqa bir ictimai-siyasi durum yaranardı?
 
Birincisi, "qətiyyət" anlayıĢının meyarlarını müəyyənləĢdirmək lazımdır. Qətiyyət hansı anlarda 
olur,  haçan  olmur?  Bir  var  gedirsən  döyüĢə,  ordunu  da  batırırsan.  Bu  nə  qətiyyətdir?  Belə 
ağılsız qətiyyət kimə lazımdır? Bir də var ki, ordunu vaxtında geri çəkdin, sağ saxladın, məhv 
olmağa qoymadın və sonradan yenidən döyüĢə hazırladın. Sənin haqqında düĢmənlərin "geri 
çəkildi",  "qorxub  qaçdı"  deyəcəklər,  ancaq  "qorxub  qaçdı"  sözünün  üstündən  aĢmaqçün  də 
qətiyyət  lazımdır  -  gərək  onu  götürə  biləsən.  Səni hər yerdə söyəcəklər,  dözülməz  mənəvi-
psixoloji  əzab  verəcəklər,  səni  "qorxaq"  adlandıracaqlar,  amma  hünərin  var,  götür  bunları 
boynuna, get və siyasəti düzgün həll elə. Mən "Qamsaxurdia qətiyyəti"ylə hərəkət etsəydim - 
Azərbaycanı  vətəndaĢ  müharibəsinə  salıb  özüm  də  ölsəydim  o  qətiyyətə  siz  necə  qiymət 
verərdiniz? Bu, qətiyyətdirmi? Xalqımı qurban verəcəyəm ki, qətiyyətliyəm?! 
Ġnsanların  beynində  hərdən  belə  psixoloji  an  yaranır  ki,  filankəs  qətiyyətli  deyil;  məsələn, 
Fransanın prezidenti Jak ġirak qətiyyətli adam deyil, ancaq Səddam Hüseynə söz ola bilməz. 
Bir  çoxlarının  düĢüncəsinə  görə,  diktatorlar  qətiyyətlidir  -  Lenin  qətiyyətlidir,  Stalin 
qətiyyətlidir,  Hitler  qətiyyətlidir,  Mussolini  qətiyyətlidir.  Kim  baĢ  kəsib  adam  öldürübsə  o, 
qətiyyətli  sayılır.  Yox,  heç  də  belə  deyil.  Qətiyyətlilik  odur  ki,  sən  hər  cür  əzab-əziyyətdən 
keçərək  xalqın xoĢbəxtliyi  uğrunda sonadək çalıĢasan!  Burada bəzən  sən  öz  Ģəxsiyyətini  də 
qurban  verməli  olursan  -  sənin  Ģəxsiyyətin  itir,  xalqın  vahid  ruhunda  əriyir.  Doğrudan  da, 
qətiyyətlisənsə  sənin  haqqında  hər  Ģey  deyiləcəyini  gözünün  qarĢısına  alıb  özünü  ümumi 
məqsəd yolunda qurban verməyi bacarmalısan. 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə