DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə28/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   24   25   26   27   28   29   30   31   ...   99

Ġndi nə həmin təhsil qanunundan bir Ģey qalıb, nə də o imtiyazlardan.
 
Biz  təhsilin  strateji  əhəmiyyətini  və  müəllim  Ģəxsiyyətinin  cəmiyyətdəki  rolunun  önəmliliyini 
sələflərimizdən  də,  xələflərimizdən  də  yaxĢı  dərk  edirdik,  çünki  özümüz  bu  mühitin 
yetiĢdirməsiyik,  ona  görə  də  düĢünürdük  ki,  müəllimi  maddi  və  mənəvi  baxımdan  elə 
dəstəkləmək  lazımdır  ki,  hətta  dövlətin  cibinin  boĢalması  hesabına  da  olsa  gərək  onun 
cəmiyyətdəki nüfuzu nəinki itməsin, əksinə, daim yüksəlsin ki, o, millət balalarına ürəklə dərs 
keçsin, savad öyrətsin. Məqsədimizin ana xətlərindən biri buydu.  
Tətbiq  etdiyimiz  yeniliklərin  gerçəkləĢməsi  bizə  hədsiz  maddi-mənəvi-psixoloji  çətinliklər 
bahasına baĢa gəlsə də dövlətin və xalqın mənafeyini üstün tutaraq onlardan geri çəkilmirdik. 
Məsələn, ən mühüm yeniliklərimizdən biri olan testlə qəbul imtahanlarının tətbiqini götürək.  
Test  imtahanlarını  meydana  çıxarmaq  sadə  məsələ  deyildi.  Onun  mühüm  bir  ictimai-sosial 
təyinatı  vardı  -  qəbul  imtahanlarında  rüĢvətin  qabağını  almaq  və  "ali  məktəbə  yalnız  biliyin 
gücünə qəbul olunmaq mümkündür" psixologiyasını Azərbaycan vətəndaĢına aĢılamaq.  
"Kimin  arxası,  pulu  varsa  tələbə  olacaq,  kimin  yoxudursa  bayırda  qalacaq"  əminliyi  millət 
balalarının  oxumağa,  savadlanmağa  həvəsini  öldürür,  millətə  sağalmaz  zərbə  vurur.  Biz 
savaddan baĢqa bütün imtiyazları aradan qaldırdıq və test imtahanlarını birbaĢa prezidentin 
nəzarətinə  keçirdik.  Burada  hər  hansı  saxtakarlıq  etmək  mümkün  deyildi  -  belə  bir  Ģey 
olsaydı, deməli, onu mən etməliydim.  
Bizim nazirlikdəki bir çox iĢçilərin uĢağı kəsilmiĢdi.
 
Prezident  Aparatında  da  eyni  vəziyyətdi.  Amma  həbsxanada  olan  Vaqif  Hüseynovun  qızı  ali 
məktəbə daxil olmuĢdu. Özləri də inanmırdılar. Sonra atası demiĢdi ki, onun qəbul olmasının 
sevinci mənə bəsdir - fikirləĢirdim ki, onu Moskvada aparıb oxudacağam, amma bir qəpik də 
xərc çəkmədən özü girib oxuyur.  
Deməli, biz öz biliyinə inam psixologiyasını bərqərar etdik. Bununla da cəmiyyətdə müəyyən 
dərəcədə  sosial  rahatlıq,  ahəngdarlıq  yaratmağa  nail  olduq.  Adamlar  eĢidəndə  ki  Prezident 
Aparatında yüksək vəzifəli Ģəxslərdən birinin qardaĢı, birinin uĢağı məktəbə girə bilmədi, bu, 
on  minlərcə  insanı  cəmiyyətdə  ədalətin  mövcudluğuna  inandırdı.  Düzdür,  sovet  rejiminin 
yetiĢdirməsi olan  hələ  xeyli  adam  birdən-birə  bu  gerçəkliyi  həzm  edə bilmir, bizi  Don  Kixot 
sayırdı, hətta ağlımıza Ģübhə edənlər də vardı. Ancaq biz heç nəyə fikir vermədən cəmiyyətə 
sübut etmək istəyirdik ki, seçdiyimiz yol yalnız onun rifahına aparır.  
Ədalət  bəy,  tam  səmimiyyətlə  deyirəm  -  həyatımın  ən  ləzzətli  anları  testə  görə  sadə 
vətəndaĢların  bitməz-tükənməz  təĢəkkürlərini  eĢidərkən  olub.  Axı  tələbə  vaxtımda  da, 
universitetdə  müəllim  iĢləyəndə  də  (yeri  gəlmiĢkən,  onda  da  məni  rüĢvət  almadığıma  görə 
qınayanlar  vardı)  ali  məktəblərdəki  rüĢvətxorluğun  xalqa  necə  sağalmaz  yaralar  vurduğunu 
görüb  içimdə  qovrulur,  onu  aradan  götürmək  yollarını  düĢünürdüm.  Tale  elə  gətirdi  ki,  bu 
bəlanı  yox  etmək  Ģərəfi  özümə  nəsib  oldu;  mən  bundan  rus  qoĢunlarını  Azərbaycandan 
çıxarmağım qədər qürur duyuram!  


Bəy,  gülməlimi,  ya  ağlamalımı  bir  Ģey  söyləyəcəyəm  Sizə.  Ali  məktəb  müəllimləri  testdən 
sonra rüĢvət almaqdan məhrum oldular və bundan açıq-aĢkar narazı qaldılar; buna görə də 
onlar bizim iqtidarı bəyənmirdilər. Hətta belə fikir yayılmıĢdı ki, Elçibəy iqtidarını ali məktəb 
müəllimlərinin qarğıĢı yıxdı.
 
Nəhayət,  nə  oldu?  Həmin  müəllimlərin  də,  valideynlərin  də  (hətta  uĢağı  məktəbə  qəbul 
olunmayanların  da)  çoxu  razı  qaldı  ki,  əĢi,  qabaq  gedib  ona-buna  yalvarırdıq,  uĢağın  girib-
girməyəcəyini də bilmirdik. Ġndi dəqiq bilirik ki, yalvarmaqdan bir Ģey çıxmayacaq. Canımız da 
rahatdır  -  uĢaq  bizim  yanımızda,  biz  də  uĢağın  yanında  gözükölgəli  deyilik.  Qoy  getsin, 
oxuyub qiymətini alsın.  
Burada  baĢqa  bir psixoloji  amil  də var  -  sən  uĢağını  pulla  qoyurdun,  tutaq  ki,  universitetə, 
mənimsə  pulum  yoxdur;  uĢağım  üzümə  qabarır  ki,  sənin  pulun  olsaydı  mən  də  gedib 
oxuyardım,  halbuki  savadsızın  biri  girdi,  mən  qaldım  küçədə.  Yəni  haqq-ədalət  bərpa 
olunanda insanlar əvvəl-əvvəl ona etiraz etsələr də tezliklə ona alıĢırlar.  
Bəli,  haqq-ədalət  öz  yerini çətinliklə  tapır,  tapandan  sonrasa  cəmiyyət  rahatlanır. Biz təhsili 
bunun üstündə qurmağa çalıĢırdıq. Ancaq, çox təəəssüf ki, qoyub getdiyimiz test indi məhv 
edilir, rüĢvətin mərkəzləĢdirilmiĢ mexanizminə çevrilir; testdən qabaq əsas rüĢvət rektorlara 
və onlardan yuxarılara çatırdısa ortada institut müəlliminə də bir Ģey düĢürdü, bizdən sonrakı 
- indiki testdəsə rüĢvət yalnız hakimiyyətin yüksək zirvəsində dayanan bir neçə Ģəxsin əlində 
cəmləĢir.  
Biz testin tətbiqindən sonra ali məktəb müəllimlərinin vəziyyətini yaxĢılaĢdırmaqçün müəyyən 
tədbirlər  gördük.  Ancaq  elmi  iĢçilərin,  Akademiya  əməkdaĢlarının  maaĢları  hələ  çox  azdı, 
onların dolanıĢığına çatmırdı. 
Alimlərdən xaricə gedənlər çoxalmıĢdı.
 
Alimlərdən  gedənlər də vardı  -  maaĢları tələbatlarını ödəmirdi.  Ancaq biz  Akademiyaya dair 
ayrıca  islahat  hazırlamıĢdıq.  Birinci  variantı  Prezident  Aparatı  iĢləmiĢdi,  ikincini  mənim 
xahiĢimlə  Akademiyanın  prezidenti  Eldar  Salayev  hazırlatmıĢdı.  Ġstəyirdik  ki,  Akademiyada 
yığıncaq keçirək, hər iki layihəni yan-yana qoyaq, ortaq nöqtələrini tapaq, nə xeyirdirsə onu 
qəbul edək, həmin proqramı həyata keçirək.  
Amma  camaat  arasında,  hətta  mətbuatda  da  yayırdılar  ki,  bəylər  Akademiyanı  dağıtmağa 
çalıĢırlar.
 
Qətiyyən  elə  deyildi.  Biz  əsaslı  islahat  keçirmək  istəyirdik.  Mən  söz  vermiĢdim  ki, 
Azərbaycanda  "müxbir  üzv"  sözü  götürüləcək.  Dünya  akademiyalarında  müxbir  üzvlük 
yoxdur,  bu,  sovet  elm  sisteminin  təzahürüdür.  Biz  nəzərdə  tutmuĢduq  ki,  bütün  müxbir 
üzvlərimizi (onlar 100-ə yaxındı) akademik edəcəyik, onları çox yüksək maaĢla və hər birini 
Ģəxsi  maĢınla  təmin  edəcəyik.  Xarici  ölkələrdən  kitab  və  baĢqa  ədəbiyyat  almaqçün  də  hər 
akademikə maaĢdan əlavə ildə 200-300 dollar pul verəcəkdik. Bir də alimlərin ev məsələsini 
həll  etməyi  düĢünürdük.  Bütün  Azərbaycan  bilir  ki,  bizə  qədər  alimlər  Akademiyanın 
yataqxanasında 10 illərlə yaĢayıblar. 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə