DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə26/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   22   23   24   25   26   27   28   29   ...   99

bizdən  3  qat  az  yığıblar.  Bunların  ağlı  gedib  sovet  dövrünə  -  hərbi  polis  diktaturasıdır, 
küçədən,  yeməkxanadan  camaatı  zorla,  döyə-döyə  aparacaqsan  pambıq  tarlasına.  Bu,  qul 
əməyiydi.  Bizsə  qul  tərbiyə  etmək  istəmirdik.  Əksinə,  milləti  qul  olmaqdan  qurtarmağa 
çalıĢırdıq. Buna görə də eybi yoxdur - bu gün dövlət 10 min ton pambıq zərərinə düĢə bilər, 
amma  bununla  o,  normal  sosial  münasibətlər  formalaĢdırar.  Azad  Ģagird  pambığa 
getməyərək  oturub  dərsini  oxuyacaq,  azad  müəllim  gündəlik  dərsini  deyəcək.  Hərə  öz  iĢini 
görəndə kəndçi də pambığı özü yığmalı olacaq, əməyinin də qədrini biləcək. Müəllimin nə iĢi 
var pambıq yığmaqda, taxıl yığmaqda?  
Əməyi  düzgün  qiymətləndirmək  lazımdır.  Biz  öncə  səhv  edərək  pambığa  az  pul  qoyduq  - 
sovet  dövründəkinə  nisbətən  iki  qat  az.  Amma  pambığın  müəyyən  hissəsi  yığılandan  sonra 
baĢa  düĢdük  ki,  camaatın  marağı  azdır.  Sonra  1  kilosunun  yığım  qiymətini  3  qat  artırdıq, 
maraq çoxaldı. Amma artıq gecdi - payız bizi yaxaladı. Deməli, artımı əvvəlcədən eləməliydik. 
O zaman Pənah bəylə danıĢdıq ki, pulun qiyməti dəyiĢilə bilər, gəl dollarla hesablayaq ki, 1 
ton pambığın qiyməti, məsələn, 50 dollar olsun; camaat haqqın dəyiĢmədiyini görəndə (onda 
inflyasiya gedirdi) pambığı daha həvəslə yığacaq.  
O  zaman  müəyyən  nailiyyət  əldə  etdik,  amma  bir  çox  yerlərdə  maaĢları  verə  bilmədik, 
yubatdıq, bəzi yerlərdə də pulu alıb qoydular ciblərinə, camaata vermədilər. Bunların hamısını 
tənzimləyə  bilmədik  -  tənzimləyici,  nəzarətedici  aparatımız  yoxdu.  Ġkinci  ildə  onu  hökmən 
yaradacaqdıq.  
Biz hakimiyyətə gələndə Azərbaycandan  yığılan  taxıl onun  cəmi 3 ayını  görürdü.  Biz obiri il 
əkin əkdik, yayda yığanda 6 ayını görəcəkdi. 
"ÖzəlləĢdirmənin qaydası var..." 
Bizim dövrümüzdə bol məhsul olmuĢdu...
 
Bəli, üzümüzə gələn ilsə 3 ay da artıracaqdıq - taxılımız ölkənin 9 aylıq ehtiyacını görəcəkdi. 
Üçüncü ildəsə Azərbaycan özü-özünü taxılla təmin edəcəkdi. Bu gərək mərhələ-mərhələ olsun 
- birdən-birə bunların hamısı mümkün deyil. Ġstəyirdik ki, kənd təsərrüfatını özəlləĢdirək. Biz 
onu  niyə  yubatdıq?  ÖzəlləĢdirmənin  qaydası  var.  Torpağın  özəlləĢdirilməsi  üçün  əsas  Ģərt 
nədir? Sən kolxozları və sovxozları ləğv edir və özəl təsərrüfata keçirsənsə baĢlanğıcda özəl 
təsərrüfatçının  onu  iĢlətməyə  heç  bir  imkanı  yoxdur.  Bəs  nə  etməli?  Birinci,  böyük  bank 
yaratmaq, pul yığmaq lazımdır ki, kredit verə bilsin, istənilən adam oradan kredit götürsün. 
Digər tərəfdən, böyük texniki baza yaradılmalıdır. Yəni özəl təsərrüfatçının traktor, gübrə və 
b.  zəruri  Ģeylərə  ehtiyacını  ödəmək  imkanı  olmalıdır.  Biz  məhz  bunların  hamısından  sonra 
islahata  baĢlamaq  istəyirdik.  Baxın,  bunlar  islahata  gediblər,  ancaq  ortada  heç  nə  yoxdur, 
çünki hazırlıqsızdır. 
Yazıq camaat torpağı geri qaytarmaq istəyir...
 
Bu  cür  olmaz.  Torpaq  islahatını  Avropada  yüz  yerdə  keçiriblər;  onların  dərsləri  var,  o 
dərslərdən  öyrənilməlidir.  Onun  Ģərtləri  var  -  torpağı  götürürsənsə  gəl,  məsələn,  beĢ  illiyə 
kreditini  götür,  traktorunu  götür,  gübrəni  götür,  apar,  torpağı  ək,  becər.  Sonra  bu  qədər 


dövlətə verəcəksən,  qalanını  da  bazara  çıxaracaqsan  -  bunun  kimsəyə  dəxli yoxdur.  Amma 
bazara hökmən məhsul çıxarmalısan, yoxsa torpağı götürməyin nə mənası?  
Bəli,  məhsul  yarat,  qazan.  3-5  ildən  sonra  da  dövlətin  kreditini  qaytarıb  verəcəksən, 
vəssəlam.  5 illik möhlət çox  böyük  güzəĢtdir. Onu  adətən  2-3 il müəyyənləĢdirirlər.  Biz 5 il 
nəzərdə tutmuĢduq. 
Torpağı  xalqa  vermək  istəyirdiniz.  Bəs  sənaye  müəssisələrinin  özəlləĢdirilməsi  necə 
aparılacaqdı?
 
Sənaye  müəssisələrinin  özəlləĢdirilməsini  indi  tamam  səhv  aparırlar.  Bunun  dünyada  gözəl 
nümunələri var. Birinci məiĢət xidməti sahələri - kiçik obyektlər (ayaqqabı dükanı, bərbərxana 
və b.) özəlləĢdirilir. Bunların yiyələri kasıb adamlardır. Oradan baĢlayırlar müstəqil təsərrüfatı 
idarə etməyə. Ġndiyə qədər onun köĢkünü yuxarıdan hansısa bir məmur idarə edirdi, indisə 
özü idarə edir, bilir qazancı nədir, çıxarı nə. Bəlkə gecə də iĢləyəcək - özü bilər. Orada əlinə 
bir az maya gəlir, qazanır.  
Bundan sonra orta səviyyəli dövlət mülkiyyəti özəlləĢdirilir ki, onu kasıblar ala bilsin, varlıların, 
yuxarıda oturan rüĢvətxorların əlinə keçməsin. Məhz buna görə biz öncə evləri özəlləĢdirdik, 
xüsusiləĢdirdik,  sonra  taksilərin  özəlləĢdirilməsi  haqqında  qanun  çıxardıq,  daha  sonra  da 
keçəcəkdik avtobusların, marĢrutların özəlləĢdirilməsinə (filan yoldan filan yola qədər).  
ÖzəlləĢdirmə  aĢağıdan  olmalıdır  ki,  yoxsul,  yaxud  azca  pullu  insanlar  nisbətən  varlansınlar, 
iĢdə  fəallaĢsınlar.  Onların  mülkiyyəti  almaq  qabiliyyəti  olmalıdır  ki,  o,  baĢqasının  əlinə 
keçməsin.  Bundan  sonra  orta  təbəqə  yaranır  və  iri  müəssisələrin  özəlləĢdirilməsi  mərhələsi 
baĢlayır. Amma elə böyük müəssisələr (məsələn, ağır sənaye, neft sənayesi müəssisələri) var 
ki, onları tam özəlləĢdirmək mümkün deyil, yoxsa dağılıb gedər, buna görə də onların ən azı 
20-25 faizi dövlətin əlində qalmalıdır. Neft maĢınqayırmasını necə özəlləĢdirəsən? Bu mümkün 
deyil axı - özəlləĢdirib kimə verəcəksən? Gərək orta təbəqə yarana, sonra o, müəyyən qədər 
Ģərik ola bilər.  
Səhmdar cəmiyyətlər də.
 
Bəli,  səhmdar  cəmiyyətlər  də  dövlətlə  Ģərik  ola  bilər,  amma  səhmdar  cəmiyyətə  49  faiz 
verilməli, dövlətə 51 faiz qalmalıdır. 
"Həyatımın  ən  ləzzətli  anları  testə  görə  sadə  vətəndaĢların  bitməz-tükənməz 
təĢəkkürlərini eĢidərkən olub" 
Bəy,  bizim  hakimiyyət  dövründə  elm,  təhsil,  mədəniyyət  və  səhiyyə  sahələrində  hansı 
islahatlar aparılmıĢ və hansıları aparmaq nəzərdə tutulmuĢdu? Ümumiyyətlə, bunlarda hansı 
nailiyyətlər qazanılmıĢdı?
 
Özüm o zaman gördüm və duydum ki, Sovet imperiyası dağılanda ən çox zərər çəkən elm, 
təhsil və mədəniyyət oldu. Hər bir hökumət özünü qorumaqla - hərbi qüvvə yaratmaqla, daha 
nə bilim nəylə məĢğuldu. Amma elm, təhsil, mədəniyyət buraxılıb baĢlı-baĢına. 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə