dünya birliyinin onu qiyamla deyil, demokratik yolla seçilmiĢ prezident kimi tanımasına Ģərait
yaratmaq kimi qiymətləndirmirsiniz ki?
Qətiyyən yox! Heydər Əliyev legitim prezident deyil. Biz onu Bakıya çağıranda danıĢmıĢdıq ki,
onu baĢ nazir təyin edəcəyik, sonra razılaĢdıq ki, o, Milli Məclisin sədri olacaq və bir yerdə
qiyamı yatırandan sonra Azərbaycanın dərdlərini də birgə çözəcəyik. Bu, Pənah bəylə də, Ġsa
bəylə də, baĢqalarıyla da razılaĢdırılmıĢdı. Sadəcə olaraq, H.Əliyev sədrliyi ələ keçirəndən
sonra prezidentlik uğrunda mübarizəyə baĢladı. Mənsə bunu ondan gözləmirdim.
Bəs onun Sizi aldada biləcəyini gözləmirdiniz?
Xeyr, gözləmirdim. Ola bilsin ki, bunun mənim tərəfimdən bağıĢlanılmaz sadəlövhlük
olduğunu deyəcəklər, ancaq onun belə edə biləcəyini həqiqətən heç cür ağlıma
sığıĢdırmırdım.
Hər necə olsa da fakt budur ki, Sizin razılığınızla H.Əliyev gəldi və bu gün bizi istəyən də,
istəməyən də, hətta H.Əliyevin özü də deyir ki, məni siz gətirdiniz, siz seçdiniz...
Bəli, Heydər Əliyevi mən seçdirdim. Bunu danmıram.
Buna peĢman deyilsiniz ki?
Hakimiyyətə gətirib seçdirənədək peĢman deyildim. Sonrakı fəaliyyətinə görəsə peĢmanam.
Bəs niyə baĢqasını yox, məhz H.Əliyevi gətirdiniz?
Ona görə ki, H.Əliyevin Azərbaycanda nüfuzu vardı - kütlənin bir hissəsi onu istəyirdi.
VətəndaĢ müharibəsinin qarĢısını almaqda onun gücünə inandığımıza görə onunla birləĢməyə
üstünlük verdik.
ARTIRMA
"Məni bir məsələyə görə çoxları ittiham edir. Bu ittihamlardan qaçmıram. Xalq qurultayında
iki məsələ haqqında danıĢmaq istəyirdim, amma burada da demək olar. H.Əliyevin
hakimiyyətə gətirilməsində ən böyük təqsirkar mən sayılıram. Amma, məni ittiham edənlər, o
zaman siz də cavab verəcəksiniz - hamımız məsuliyyəti bölüĢdürəcəyik. Mən əsas yükü öz
boynuma götürürəm, amma hamısını mənim üstümə atıb qaçmayın - yenə də haqsızlıq olar.
Hərə öz günahını boynuna alsın, sonra baxarıq. Çox Ģey olub; bütün olanlar yoxlanılmalıdır.
Mübarizə və döyüĢ gedən vaxt kütləvi mühakimə aparılmır. DöyüĢ hələ qurtarmayıb, davam
edir.
Kim ki Azərbaycan xalqına xəyanət edib - cəzasını çəkir. Və bütün xəyanətlərin baĢında
duran H.Əliyev də öz cəzasını çəkəcək.
Kiçik bir izahat vermək istəyirəm. 1993-cü ildə Rusiya imperiyası Azərbaycanda vətəndaĢ
müharibəsi salmaq planlaĢdırırdı. Bu qırğının qarĢısını almaq mümkün deyildi, çünki ölkədə
qüvvələr hissələrə bölünmüĢdülər. Ġndi o qüvvələrin bir hissəsi həbsxanadadır, bir hissəsinin
də rəhbəri H.Əliyevin özüdür. Mən H.Əliyevi hakimiyyətə dəvət edəndə bunu nəzərə aldım.
Onu gətirib hakimiyyətə Ģərik edirsən ki, qan tökməsin. BaĢqa yol yoxdur.
KeçmiĢ Sovet hökumətini bərpa etmək istəyənlər belə qırğınlar hazırlamıĢdılar - Tacikistanda,
Gürcüstanda, Azərbaycanda, Qırğızıstanda, Moldovada vətəndaĢ müharibəsi salmaq, keçmiĢ
SSRĠ-də qan töküldüyünü deyərək sonradan onu bərpa etmək. BĠZ VƏTƏNDAġ
MÜHARĠBƏSĠNDƏN ÇIXMALI ĠDĠK VƏ ÇIXDIQ!" (Ə.Elçibəyin 3 oktyabr 1998-də
Ümumrespublika forumundakı nitqindən).
Niyə məhz H.Əliyevlə birləĢməyə üstünlük verdiniz - baĢqalarıyla olmazdımı?
BaĢqaları qiyamı yatırtmağı bacarmayacaqdı.
Hökmən qan töküləcəkdi?
Yox, söhbət qan tökülməkdən getmir. Sadəcə, baĢqaları cəmiyyətə təsir göstərə biləcək
fiqurlar deyildi. Axı onun yerində kim olaydı? Ayaz Mütəllibov gəlsəydi mütləq Rusiyanın
qoĢununu da arxasınca gətirəcəkdi. O deyirdi ki, mən 50 faiz moskvalı, 50 faiz
azərbaycanlıyam. Belə adamla necə birləĢəsən? BaĢqa kimi deyirsiniz?
Məsələn, Surət Hüseynovu. Hər halda, onun özü prezident olmaq iddiasındaydı.
-Surət Hüseynov müdafiə nazirinin müavini olmaq istəyəndə mən onu heç ora layiq bilmədim.
Axı o, kimdi, haranın adamıydı ki, vətəndaĢ müharibəsinin qabağını alaydı? O, bir piyadaydı,
əldə oyuncaqdı.
Ümumiyyətlə, Əbülfəz bəy, Kələkidə olduğunuz müddətdə indiki iqtidarın legitimliyini qəbul
etməmisiniz. Ġndi bu məsələyə və ümumən H.Əliyev iqtidarına münasibətiniz?
Biz hakimiyyətdən hərbi qiyam yoluyla uzaqlaĢdırılmıĢıq. Bunu təĢkil edən qüvvələrə gücümüz
çatmadı. Sonradan bu hərbi qiyam siyasi qiyamla parlamentdə baĢa çatdırıldı və Heydər
Əliyev hakimiyyəti qeyri-qanuni olaraq qəsb etdi.
Axı onu Siz dəvət etmiĢdiniz?
Onu Ali Sovetin sədri kimi çağırmıĢdıq. Daha deməmiĢdik ki, gəlib prezident hakimiyyətini ələ
keçir. O, məni hakimiyyətdən uzaqlaĢdırmaqçün qanunsuz referendum keçirdi, halbuki
referendum hüquqi deyil, siyasi aktdır - referendumla prezident çıxarılıb prezident qoyulmaz.
Əslində bu ideyanı da özünüz vermiĢdiniz - Kələkiyə getməzdən bir-iki gün öncə Prezident
Aparatının
qarĢısındakı
mitinqdə
bildirmiĢdiniz
ki,
prezidenti
hakimiyyətdən
kənarlaĢdırmaqçün referendum keçirilməlidir. Əliyev də referendum keçirərkən həmin
sözlərinizə söykəndi...
Referendumun bu məsələdə nə dərəcədə səlahiyyətli olub-olmaması məsələsini hələ bir
qırağa qoysaq belə, axı onun aparılması da tam qanunsuz olub, belə ki, hakimiyyətinin taleyi
həll edilən prezident, yəni mən hökmən həmin tədbirdə iĢtirak etməli, sərbəst olaraq təbliğat
aparmalıydım, ancaq buna qətiyyən imkan verilmədi. Prezident səlahiyyətlərinə yiyələnmiĢ
H.Əliyev sonra qanunsuz referendumun saxta nəticələri əsasında yenə qanunsuz olaraq yeni
prezident seçkiləri təyin etdi, öz namizədliyini irəli sürdü və çox çəkmədən az qala 100 faizli
nəticəylə özünü prezident elan etdi.
Yeri gəlmiĢkən, prezidentlik səlahiyyətlərinizin müəyyən hissəsini də H.Əliyevə özünüz
vermiĢdiniz axı?
Mən kənddə olarkən barıĢıqçün prezident səlahiyyətlərimin müəyyən hissəsini Ali Sovetin
sədrinə verməyi, müəyyən hissəsini də prezidentdə saxlamağı məqsədəuyğun saydım.
DüĢündüm ki, ikimiz birlikdə iĢləyərək Azərbaycanı bu bəlalardan çıxara bilərik. Amma
Əliyevin hakimiyyət iĢtahı o qədər dərinləĢdi ki, bununla razılaĢmadı və yerdə qalan
səlahiyyətləri də tam qanunsuz olaraq mənimsədi və sonra da dediyim qayda üzrə
hakimiyyəti bütövlükdə qəsb etdi. Məhz bu səbəbdən də AXCP və Müsavat onun
hakimiyyətinin legitimliyini indiyədək tanımayıb.
"Doğrudan da qətiyyətlisənsə sənin haqqında hər Ģey deyiləcəyini gözünün
qarĢısına alıb özünü ümumi məqsəd yolunda qurban verməyi bacarmalısan"
Bəy, istər Siz iqtidardaykən, istərsə də iqtidardan gedəndən sonra, məncə, eyni mərkəzdən
idarə edilən qüvvələr ictimai rəyə inadla bu fikri aĢılamağa çalıĢıb ki, Elçibəy qətiyyətsizdir,
onu idarə edirlər, o, qərar qəbul etməyə qadir deyil və s. Siz "qətiyyətli" olsaydınız
Azərbaycanda Əfqanıstan və ya Tacikistan qarĢıdurması yarana bilərdimi, yaxud Sizin Ģəxsi
taleyinizdə də Zviad Qamsaxurdia, ya da Cövhər Dudayev faciəsi təkrarlanardımı? Yoxsa
tamam baĢqa bir ictimai-siyasi durum yaranardı?
Birincisi, "qətiyyət" anlayıĢının meyarlarını müəyyənləĢdirmək lazımdır. Qətiyyət hansı anlarda
olur, haçan olmur? Bir var gedirsən döyüĢə, ordunu da batırırsan. Bu nə qətiyyətdir? Belə
ağılsız qətiyyət kimə lazımdır? Bir də var ki, ordunu vaxtında geri çəkdin, sağ saxladın, məhv
olmağa qoymadın və sonradan yenidən döyüĢə hazırladın. Sənin haqqında düĢmənlərin "geri
çəkildi", "qorxub qaçdı" deyəcəklər, ancaq "qorxub qaçdı" sözünün üstündən aĢmaqçün də
qətiyyət lazımdır - gərək onu götürə biləsən. Səni hər yerdə söyəcəklər, dözülməz mənəvi-
psixoloji əzab verəcəklər, səni "qorxaq" adlandıracaqlar, amma hünərin var, götür bunları
boynuna, get və siyasəti düzgün həll elə. Mən "Qamsaxurdia qətiyyəti"ylə hərəkət etsəydim -
Azərbaycanı vətəndaĢ müharibəsinə salıb özüm də ölsəydim o qətiyyətə siz necə qiymət
verərdiniz? Bu, qətiyyətdirmi? Xalqımı qurban verəcəyəm ki, qətiyyətliyəm?!
Ġnsanların beynində hərdən belə psixoloji an yaranır ki, filankəs qətiyyətli deyil; məsələn,
Fransanın prezidenti Jak ġirak qətiyyətli adam deyil, ancaq Səddam Hüseynə söz ola bilməz.
Bir çoxlarının düĢüncəsinə görə, diktatorlar qətiyyətlidir - Lenin qətiyyətlidir, Stalin
qətiyyətlidir, Hitler qətiyyətlidir, Mussolini qətiyyətlidir. Kim baĢ kəsib adam öldürübsə o,
qətiyyətli sayılır. Yox, heç də belə deyil. Qətiyyətlilik odur ki, sən hər cür əzab-əziyyətdən
keçərək xalqın xoĢbəxtliyi uğrunda sonadək çalıĢasan! Burada bəzən sən öz Ģəxsiyyətini də
qurban verməli olursan - sənin Ģəxsiyyətin itir, xalqın vahid ruhunda əriyir. Doğrudan da,
qətiyyətlisənsə sənin haqqında hər Ģey deyiləcəyini gözünün qarĢısına alıb özünü ümumi
məqsəd yolunda qurban verməyi bacarmalısan.
Dostları ilə paylaş: |