DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə39/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   35   36   37   38   39   40   41   42   ...   99

Uzun müddət "tarix nədir?" sualı üstündə baĢ sındırdım. Mənimçün açıldı ki, tarixi 2 halla və 
bir neçə xətdə izah etmək olar. Mən 2 xətdə izah etməyi üstün tutdum. Birincisi, tarixə bir 
dinçi kimi baxırsan. 
Allah-taala filan vaxt yeri yaratdı, filan vaxt göyü yaratdı, filan vaxt insanları yaratdı...
 
Bəli, çünki tarix zamandır. Tanrı yaradandan zaman baĢlayır. Zaman baĢlayırsa, deməli, tarix 
baĢlayır. Yerin neçə min il yaĢı var - bu, Yerin tarixidir. DaĢın, suyun da öz tarixi var. Bax, 
tarix  oradan  baĢlayır.  Biz  tarixin  baĢlanğıcını  oradan  götürməliyik.  Amma  biz  birdən-birə 
keçirik  cəmiyyətin  tarixinə.  Yerin,  fəzanın,  ulduzların  tarixini  astronomlar  müəyyənləĢdirir  - 
artıq bu tarix milyon illərə gedib çıxır. Coğrafiyaçılar, geoloqlar daĢın tarixini, əlvan metalların 
tarixini öyrənirlər. Deməli, dünya alimlərinin böyük bir hissəsi mövcudatın, mühüm hissəsi də 
cəmiyyətin tarixini öyrənməklə məĢğul olur. 
Adəmlə Həvvadan bu tərəfə...
 
Bəli. Ancaq elə buradaca bildirim ki, biz türklər tarix yazmaq məsələsində çox geridə qalmıĢıq. 
Ona görə də dünya tarixi yazılanda türkün tarixini hərə öz istədiyi kimi, əksəriyyəti, təbii ki, 
düĢmən mövqeyindən yazır. Çünki orta əsrlərdə türklər Avropaya böyük təzyiqlər ediblər və 
Avropa  400-500  il  türkə  düĢmən  olub.  Deməli,  türklərlə  bağlı  nə  varsa  400-500  il 
düĢmənçiliklə qələmə alıblar, buna görə də onların yazdıqları doğru sayıla bilməz. Sonra da 
meydana  məqsədi türk dünyasını məhv  etmək, parçalamaq  olan,  "türk" adı  gələndə canına 
üĢütmə  düĢən,  gecə-gündüz  onu  necə  yox  etməyi  düĢünən  rus  imperiyası  çıxdı.  Bu 
imperiyanın alimləri də türk tarixini saxtalaĢdırmaqçün az iĢ görmədilər. Bunu izah etməkçün 
həmin məsələlərə ekskurs etdim. Bu kitabıma onlardan müəyyən qədər saldım. 
Hansı kitabı nəzərdə tutursunuz?
 
"Bütöv  Azərbaycan  Yolunda"  kitabını.  O  kitabda  Sizin  mənə  göndərdiyiniz  fars  Ģovinizmi 
məsələsinə aid sənəddən də istifadə etdim. Elə orada da yazdım ki, Ədalət bəy mənə kömək 
etdiyinə görə ona öz təĢəkkürümü bildirirəm. Bu sənədləri mənə o göndərib. Siz dilimizə aid 
qəzet məqalənizi də göndərmiĢdiniz, amma onu salmadım kitaba. BaĢladım yazmağa - nə cür 
oldu  ki,  dilimiz  "Azərbaycan  dili"  adlandırıldı?  Bunun  tarixini  ortaya  qoydum.  Rus 
imperiyasının türkləri parçalamaqda terminlərdən necə istifadə etdiyini açıqladım.  
Məsələn, o, türklərin bir hissəsini "tatar" adlandırdı: "Qafqaz tatarları" (biz), "Krım tatarları" 
və  "Qazan  tatarları".  Sadəcə  olaraq,  o,  türkə  "tatar"  adı  qoymaqla  onu  türklükdən 
uzaqlaĢdırmağa  çalıĢırdı.  Hətta  bir  vaxt  bizim  dilimizin  adını  "oğuz  dili"  qoymaq  istəyiblər  - 
hələ XIX əsrdə rus imperatorluğuna təklif ediblər ki, bunların babaları oğuzlardır, gəlin onların 
dilinin adını "oğuz dili" qoyaq, "türk dili" olmasın. "Türkmən dili" adlandırmaq təĢəbbüsləri də 
olub - təki "türk" sözü aradan çıxsın.  
Bəli, "türk" sözünə qarĢı dünyada bir müharibə baĢlayıb. XIX əsrdə ruslar fikirləĢib tapıblar ki, 
bura Azərbaycandır, biz bunları "azerbaydcantsı", dillərinisə "azerbaydcanskiy yazık" adlandıra 
bilərik. Bu, Stalinin yox, XIX əsr imperiyasının siyasətidir və hətta Abbasqulu ağa Bakıxanovu 
da karıxdırıb. 


Mirzə Kazım bəyin özü "aderbidjanskoye nareçiye" termini iĢlədir.
 
Bakıxanov  ondan  qabaqdır  da.  O,  rusca  qeydlərində  dilimizi  gah  "tyurkskiy  yazık",  gah 
"tyuretskiy  yazık",  gah  da  "tatarskiy  yazık"  adlandırır.  Əsərlərinin  siyahısını  verəndə  artıq 
göstəriĢlə "türk"dən uzaqlaĢır, "tatar"a keçir.  
"Türk"  adı  o  qədər  ümumiləĢib  ki,  o,  bu  adı  daĢıyanlarçün  qürur  qaynağı,  düĢmənçünsə 
qorxu,  vahimə  mənbəyidir.  Bu  vahiməni  götürməkçün  "türk"ü  parçalayır,  ayır  -  buyur 
siyasətini ustalıqla yerinə yetirir.  
Bəs  türkün  gerçək  tarixi  haradan  baĢlayır?  AraĢdırmalarımın  sonunda  gördüm  ki,  nəinki 
türkün, bütövlükdə dünyanın tarixi Turandan baĢlayır. ġumer miladdan 3 min il əvvəl mövcud 
olub,  üstünə  indiki  eranı  da  gələndə  edir  5  min  il,  yəni  ġumerin  5  min  il  tarixi  var. 
Azərbaycanınsa  tarixi  ġumerinkindən  qabaqdır.  6  min  -  7  min  il  qabaq  Azərbaycan 
mədəniyyəti olub - böyük Kür-Araz mədəniyyəti! Bu mədəniyyət sonralar ġumerə keçib, ona 
təsir edib, orada yayılıb.  
Bəs  Kür-Araz  mədəniyyətinin  özü  haradan  gəlib?  O,  böyük  Turana  daxildir.  Turanın  da 
mərkəzi  Xəzər  ətrafı  və  Ġssıkgöldür.  Moskvada  çıxan  nüfuzlu  bir  curnalda  oxumuĢdum  ki, 
alimlər artıq etiraf edirlər ki, bizim eradan qabaq X-IX minilliklərdə Turan ovalığında böyük bir 
mədəniyyət olub və bütün mədəniyyətlər oradan getməyə, yayılmağa, çözələnməyə baĢlayıb. 
Bu  vahid  mədəniyyət  mərkəzinin  sərhədləri  söykənir  Əfqanıstana,  söykənir  Hindistanın 
Ģimalına (Hindistana girmir), söykənir Çinə (Çinə də girmir) və söykənir bir də Azərbaycan da 
içində olmaqla Xəzər ətrafına (burada geniĢ yayılır). Bu mədəniyyətdən danıĢarkən, məsələn, 
bildirilir ki, ən qədim bürünc, qızıl əĢyalar Orta Asiyada tapılıb. Svastika elə, xaç elə, yaxud 
dünyanın mühüm aparıcı rəmzləri - onların hamısı qazıntı nəticəsində tapılan və xristianlıqdan 
5 min il qabağa aid Ģeylərdir. 
Elə bizim bayrağımızdakı 8-guĢəli ulduzun özü.
 
Bəli,  bəli.  Bunların  hamısı  oradan  çıxıb  və  buna  "Böyük  panteon"  deyilir.  Buradan  belə 
nəticəyə  gəlinir  ki,  mədəniyyətlərin  ilkin  mərkəzi  sərhədlərini  cızdığım  Turanda  olub,  hind-
avropalılar  da,  türklər  də  oradan  çıxıb,  sami  mədəniyyəti  də  hər  Ģeyi  oradan  götürüb. 
Qəribədir  ki,  indi  bu  mədəniyyətə  yiyələnməyə  çalıĢaraq  söyləyirlər  ki,  onu  elə  hind-
avropalılar yaradıb. SoruĢanda ki bəs oradakı türklər necə olub, deyirlər ki, o türklərlə indiki 
türklər  fərqlidir.  Sözə  bax!  Sadəcə  olaraq,  indi  də  istəyirlər  ki,  bunu  sübut  etsinlər  ki, 
doğrudur,  Turanın  əhalisi  türkdür,  ora  türk  məkanıdır,  ancaq  ən  qədim  əhalisinin  kökündə 
hind-avropalılar dayanır - sonradan hind-avropalılar çıxıb gedib, yerində türklər qalıb. 
Yaxud da onlar türklərə qarıĢıblar...
 
Yəni  özlərindən  nəzəriyyələr  çıxarırlar.  Amma  gerçəkliksə  qətiyyən  belə  deyil.  Bu,  tamam 
baĢqa sistemdir.  
"Dünya  tarixində  din-ruhani  sisteminin  köklərini  tapmaqçün  xeyli  axtarıĢlar 
aparmıĢam" 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə